İmran axundov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#58459
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

29 


nov,  Gülyaz  Məmmədova  (1970),  Səbuhi  İbayev,  Simarə  İmanova 

(1975) kimi ifaçıları vardır. 

 

 

2.1.1.2. Orta Mahur 

 

Azərbaycan  xalq  musiqisində  «Rast»  ailəsinə  daxil  olan  mu-

ğamlardan biridə tarın orta registrində (fa) ifa olunan «Orta Mahur» 

dəstgahıdır. «Mahur» muğamının başqa növlərindən olan «Orta Ma-

hur»  yaxud  «Mahur-hindi»  qohum  dəstgahlar  olub,  «Rast»  məqa-

mında qurulur. Əsas fərq odur ki,  «Orta Mahur» muğamı  «Mahur-

hindi»yə  nisbətən dörd pillə  yuxarıda  yəni  «fa»  mayəsində  ifa olu-

nur.  Bu  iki  muğam  dəstgahlarının  («Mahur-hindi»  və  «Orta  Ma-

hur»)  bir  birlərinə  qohum  olmasına  baxmayaraq  «Orta  Mahur»u 

oxumaq və çalmaq hər xanəndə və insturimentalistin işi deyil. 

«Orta  Mahur»u  «Rast»  və  Mahur-hindi»dən  fərqləndirən  cə-

hət ondadır ki, bu muğam xarakter etibarı ilə əzəmətli və cingiltili-

dir. Həm  də  «Orta Mahur»u başqa muğamlardan  fərqləndirən odur 

ki, bu muğam ifa olunarkən, mizrab tarın bütün açıq simlərə toxuna-

raq, harmonik fon əmələ gətirir. 

XIX  əsrdə  «Orta  Mahur»  dəstgahı  (Mirzə  Fərəc  Rzayevin 

cədvəlində)  on  beş  şöbə  və  guşədən  ibarət  idi:  «Pəs  Mahur»,  «Üç 

Mahur», «Üşşaq», «Hicri», «Nüqrə», «Vilayəti», «Mübərriqə», Əşi-

ran»,  «Rak Abdullahi», «Şikəsteyi-fars», «Xavəran», «Tizək»,  «Üç 

Həzin», «Mirzə Hüseyn segahı», «Orta mahur». 

«Mahur-hindi» və «Orta Mahur» dəstgahlarının kök fərqlərin-

dən  başqa  onların  ardıcıllaşmasında  da  fərqlər  vardır.  Səkkiz  şöbə 

və guşədən təşkil olunmuş hər iki muğamda müəyyən fərqlər vardır. 

«Mahur-hindi»də «Bərbaşt» («Bəzmigah») dan başlanır, keçir «Ma-

yeyi-mahur»a və son da iki şöbə «Əraq» və «Qərai» ilə tamamlanır. 

«Orta  Mahur»  muğamında  isə  «Bərdaşt»  («Hüseyni»)  dan  keçir 

«Mahur»a  sonra  «Üşşaq»,  yenidən  «Hüseyni»,  «Vilayəti»,  «Şikəs-

teyi-fars», «Mübərriqə» və «Əşiran» ilə başa çatır. 




 

30 


«Orta  Mahur»un  bəzi  şöbə  və  guşələrinin  adları  «Rast»  mu-

ğamında olduğuna görə onlar haqqında ətraflı məlumat verilmişdir. 

«Mübərriqə»-duvaqla  örtülmüş  qız  mənasını  əks  etdirir.  Bu 

şöbə həm də keçid yaxud körpü mənasını daşıyır. «Mübəriqqə»dən 

əvvəl mütləq  «Şikəsteyi-fars» şöbəsi ifa olunmalıdır.  «Mübəriqqə» 

bir növ «Şikəsteyi-fars» şöbəsinin ayağı funksiyasını yerinə yetirir. 

«Əşiran»ın  da  mənası  qohum,  dost  deməkdir.  «Orta  Mahur» 

dəstgahı «Əşiran»la yakunlaşır. Və bu bir növ «Orta Mahur»u mən-

tiqi yekununa zəmindir. 

«Mahur-hindi» muğamı dinləyərkən insan da gənclik ehtirası 

baş qaldırırsa,  «Orta Mahur» öz üsyankarlığı  ilə  fərqlənir.  Hər xa-

nəndə «Orta Mahur»u ifa edə bilməz. Onu ifa etmək üçün xanəndə-

dən uzun nəfəs, bir neçə mərtəbəli zəngulə, boğaz qaynatmaları, vo-

kal  texnikası tələb olunur. Bu muğamın da  nadir hallarda ifa olun-

masına əsas səbəb budur. 

«Orta  Mahur»un  ən  yaxşı  ifaçılaırından  Hacı  Hüsü,  Cabbar 

Qaryağdı  oğlu,  Seyid  Şuşinski,  Xan  Şuşinski,  Mütəllim  Mütəllimov 

(1909-1981),  Yaqub  Məmmədov,  Canəli  Əkbərov,  Alim  Qasımov, 

Sevinc Sarıyeva, Təyyar Bayramov kimi xanəndələri göstərmək olar. 

 

 



2.1.1.3. Bayatı-Qacar 

 

Lad əsası baxımından «Rast»la eyni olan «Bayatı-Qacar» «si-



bemol» mayəli «Rast» kökünə əsaslanır. 

Keçmişdə  «Dügah»  muğamının  tərkibində  olan  «Bayatı-Qa-

car» sonralar müstəqil muğama çevrilmişdir. 

«Maraqlıdır ki, «Dügah» dəstgah şəkilli bir muğam kimi geniş 

yayıldığı  vaxtlarda  «Bayatı-Qacar»  həmin  dəstgahın  bir  şöbəsi  idi. 

Sonra «Dügah» zaman keçdikcə təbəddülata uğradı və şöbə əhəmiy-

yətini  kəsb  etdi.  Hazırda  o,  bir  şöbə  kimi  məhz  «Bayatı-Qacar»ın 

tərkibində çalınıb-oxunur» (19). 

«Bayatı-Qacar»ın mayəsinin güşələrindən bir şöbə kimi «Şur» 

dəstgahının  daxilində  «Şur-Şahnaz»  ilə  «Şikəsteyi-fars»ın  arasında 




 

31 


ifa  olunur.  Lakin  «Şur»  dəstgahında  bu  şöbə  «Bayatı-Türk»  adlan-

dırılır. 

İnsanlarda  qəm-qüssə  və  kədər  yaradan  «Bayatı-Qacar»ı 

M.M.Nəvvab  1884-cü  ildə  qələmə  aldığı  «Büzuhül-ərqam»  risalə-

sində dəstgah şəklində deyil, şöbə kimi göstərmişdir. 

Mirzə Fərəc Rzayev isə «Bayatı-Qacar»ı səkkiz şöbə və guşə-

dən  ibarət  dəstgah  kimi  qeyd  etmişdir:  «Bayatı-Qacar»,  «Bayatı-

türk»,  «Qatar»,  «Bayatı»,  «Çoban bayatı»,  «Hacaz»,  «Gəbri»,  «Şi-

kəsteyi-fars». 

Hər hansı bir dəstgahının başlanğıcı və sonu olmalıdır. Lakin bu  

cədvəldə  prinsip  pozulub.  «Bayatı-Qacar»la  başlanan  dəstgah,  «Ba-

yatı-Qacar»la da tamamlanmalı idi. Ancaq bu cədvəldə həqiqətə uyğun 

olmayan bir cəhət odur ki, dəstgah «Şikəsteyi-fars»la tamamlanır. 

1925-ci ildə Ü. Hacıbəyovun rəhbərliyi ilə tərtib olunan proq-

ramda «Bayatı-Qacar» dəstgahı göstərilməmişdir. 

1952-ci  ildə  Əhməd  Bakıxanovun  redaktorluğu  ilə  hazırlan-

mış proqramda «Bayatı-Qacar» beş şöbəli muğam kimi göstərilmiş-

dir:  «Mayə»,  «Hüseyni»,  «Şikəsteyi-fars»,  «Zil  Bayatı-Qacar», 

«Bayatı-Qacara ayaq». 

Bu proqramda da çatışmazlıq ondan ibarətdir ki, «Bayatı-Qa-

car» mayədən başlanır. Burada «Bərdaşt» göstərilmir. 

Əgər  biz  Mirzə  Fərəcin  cədvəli  ilə  Ə.  Bakıxanovun  proqra-

mındakı  «Bayatı-Qacar»  dəstgahını  şöbələrini  müqayisə  etsək  gö-

rərik ki, «Şikəsteyi-fars»dan başqa heç birində şöbələr təkrarlanmır. 

Belə  fundamental  dəyişiklik  «Rast»  ailəsinə  daxil  olan  digər  mu-

ğamlarda təkrar olunmur. 

1980-cı  ildə  K. Əhmədovun tərtib  etdiyi  proqramda  «Bayatı-

Qacar»  on şöbə  və  guşədən  ibarət  idi:  «Bərdaşt»,  «Mayeyi-Bayatı-

Qacar»,  «Hüseyni»,  «Şikəsteyi-fars»,  «Zil  Bayatı-Qacar»,  «Zəmin-

xarə»,  «Dügah»,  «Mavərənnəhr»,  «Şah  Xətai»,  «Bayatı-Qacara 

ayaq». 

Hal-hazırda  «Bayatı-Qacar»  aşağıdakı  ardıcıllıqla  ifa  olunur: 



«Bərdaşt»  («Novruz-rəvəndə»),  «Mayeyi-Bayatı-Qacar»,  «Hüsey-


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə