İqtisadiyyata giriş fənni üzrə suallar


İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix13.10.2023
ölçüsü0,51 Mb.
#127762
1   2   3   4   5   6   7   8   9   ...   21
qtisadiyyata giri f nni zr suallar v cavablar

3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri

İqtisadi nəzəriyyənin bir elm kimi formalaşması, XVI-XVII əsrlərdən başlamışdır. 
Kapitalizmin yaranması ilə əmtəə-pul münasibətlərinin inkişafı, manufaktura sənayesinin 
qərarlaşması, xarici və daxili ticarətin intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb 
edirdi. İlk iqtisadi məktəbin merkantelizmin nümayəndələri empirik yanaşma əsasında ən çox 
təsadüf ediləni, mübadiləni tədqiqatın əsas obyekti seçdilər. Onlar sərvəti pulla eyniləşdirir 
və mübadiləni sərvətin mənbəyi saydılar. Növbəti iqtisadi məktəb fiziokratlar sərvətin mənbəyi 
kimi əkinçiliyi göstərməklə ilk dəfə tədqiqatı mübadilədən istehsala keçirdilər. Lakin onlar 
sənayeni, sənətkarlığı və başqa istehsal sahələrini qeyri-məhsuldar sahələr kimi görürdülər. 
Fiziokratların elmə gətirdiyi yeniliklərdən biri də təkrar istehsal prosesini öyrənmək təşəbbüsü 
idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur. 
Elmin sonrakı inkişafı və müstəqil iqtisadi elm kimi formalaşması ingilis klassik siyasi 
iqtisadının nümayəndələrinin əsərlərində əks olunmuşdur. A.Smit iqtisad elminin banisi kimi 
iqtisadi kateqoriyaları və elmi qanunları sistemləşdirilməklə iqtisad elminin müstəsna rol 
oynamışdır. İqtisad elminin sonrakı inkişafı XIX marksizim, majinalizm, neoklassik 
məktəblərin nümayəndələrinin əsərlərində öz əksini tapır. XX əsrdə müxtəlif cərəyanlarda 
iqtisad elminin inkişafı baş vermişdir. Bunlardan keynsçilik, neoliberalizm, monetarizm
institusionalizm və başqalarını göstərmək olar. 
4. Müasir iqtisad elminin istiqamətləri.
 
Müasir iqtisadi nəzəriyyə dedikdə XIX əsrin sonu XX əsrin əvvəllərindən yaranan elmi 
cərəyanlar nəzərdə tutulur. XIX əsrin sonlarında geniş yayılmış klassik və marjinalist 
nəzəriyyələrin vahid konsepsiyada birləşdirilməsi zərurəti yarandı.İlk dəfə bu problem 
neoklassik məktəbin banilərindən biri A.Marşalın əsərlərində dərindən təhlil edilir. Beləliklə 
neoklassik məktəb yaranır, sonrakı dövrlərdə yaranmış keynsçilik və institusional – sosioloji 
məktəblər də müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir. 
Neoklassiklər bazar mexanizminin tənzimləyici roluna daha çox əhəmiyyət verməklə 
iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması tərəfdarları idi. Bu nəzəriyyənin 
tərəfdarları kimi o dövrdə monetarist, neoliberalist və başqa cərəyanlar yarandı. Lakin 1929-
1933-cü illərin ümumdünya bövranı iqtisadiyyata bazarın tənzimləyici mexanizm olması 
haqqında fikirləri inkar etdi. 
XX əsrin 30-cu illərində C.Keyns dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyini 
əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması 
idi. Keynsin təlimi bir çox alimlərin əsərlərində makroiqtisadi tənzimləmə nəzəriyyələri kimi 
geniş yayılmışdır. 
Müasir iqtisad elminin üçüncü istiqaməti institusionalizmin banisi T.Veblen sayılır. 
İnstitusionalistlər iqtisadiyyatda sosial amillərin təsirinə xüsusi yer 



verirlər. Onlar sosial, mədəni, texniki, texnoloji amillərin iqtisadiyyatla funksional asılıqda 
olduğunu iddia edir və cəmiyyətin fəaliyyətini institutların inkişafı kimi təhlil edilməsini zəruri 
hesab edirlər. Müasir dövrdə institusional – sosioloji istiqamət iqtisad elminin ən geniş yayılmış 
cərəyanlarından hesab edilir. 
Son illərdə iqtisad elminin inkişafında iqtisadi artım, neokonstitusional, iqtisadi qlobalizm 
və başqa elmi cərəyanların yayılması da müasir istiqamətlərə aid edilir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə