İslam oyanişI


Amerika İslam dünyasının ən əsas problemi kimi



Yüklə 441,33 Kb.
səhifə15/15
tarix01.11.2017
ölçüsü441,33 Kb.
#8053
1   ...   7   8   9   10   11   12   13   14   15

Amerika İslam dünyasının ən əsas problemi kimi


İslam dünyasının əsas problemi Amerikadır. Hegemonçu və müstəmləkəçilərin İslam dünyasında fəallığı xalqların İslam və xalq kimliyinə həmişə ən çox və ən böyük zərbəni vurmuşdur. Müstəmləkəçilər İslam dünyasının şərqindən - İndoneziyadan, Malayziyadan və Hindistandan tutmuş Afrikaya qədər hər yerdə olmuşlar, xalqları zəiflətmiş, onların qanını sormuş, iradələrini süstləşdirmişlər. Bu gün o hegemonçu və müstəmləkəçi Amerikadır, digərləri kənardadırlar. Amerikanın müdaxiləsi ən böyük problemdir. Onun varlığı heç bir fəlakətlə müqayisəyə gəlməz. Bu gün Amerikanın müdaxiləsi İslam dünyasının ən böyük bədbəxtliyidir. Buna çarə qılmaq lazımdır. Amerikanı meydandan çıxarmaq, onu zəiflətmək lazımdır. Xoşbəxtlikdən zəif də olmuşdur. Bügünkü Amerika 20-30 il öncəki Amerika deyil. Amerika bu gün çox zəifləmişdir. Bunu yadda saxlamaq və ümidsiz olmamaq lazımdır.

İslam Vəhdəti konfransının iştirakçıları ilə görüşdə çıxış (20 fevral, 2011)

Sionizm – regionda xərçəng şişi


Bu gün qondarma sionizm dövləti regionu xəstəliyə və məhvə düçar edən bir xərçəng şişi kimidir. İmperializmin bütün səyi bu xərçəng şişini qorumaqdır. Bu xərçəng şişinin regionda olması, burada müharibələrə, ixtilaflara, parçalanmalara və yanlış siyasətlərə səbəb olmuşdur. Onu burada saxlamaq və özlərinin regiondakı bazalarını qorumaq məqsədilə bütün güclərini işlədirlər. Bu gün biz onun təsir və nəticələrini, yəni xalqların reaksiyasını görürük. Xalqlar oyandıqda bu vəziyyətə dözməyəcəklər.

Peyğəmbərin (s) doğum günündə quruluşun məsul şəxsləri ilə görüşdə çıxış (21 fevral, 2011)

Şiəliyi gözdən salmaq – İslam oyanışı hərəkətinə maneə kimi


Təəssüf ki, bu gün düşmənlərin planlı şəkildə gördüyü işlərdən biri dünyada Şiə əqidələrini əksinə göstərməkdir. Bəziləri İslam inqilabının cazibəsinin, İslam oyanışının əzəmətli hərəkətinin dünya xalqlarını cəlb edə bilməməsindən ötrü kitab yazır, pul alırlar. Bu gün həmin işlər görülür. Odur ki, şiəliyin düzgün sözünü təşnə və ehtiyaclı beyinlərə, zehinlərə və ürəklərə köçürə bilən şəxslər bu əhəmiyyətli işi görməlidirlər.

Qədiri-Xum bayramı münasibətilə quruluşun məsul işçiləri ilə görüşdə çıxış (18 may, 1995)

Qərbin İslam ümmətinə qarşı xəbislikləri


Düzgün və kamil həcc qəlbləri bir-birinə yaxınlaşdırmaq, məlumatların mübadiləsi və təxribatların ifşası vasitəsilə düşmənlərin İslam və müsəlmanlar əleyhinə ən təhlükəli təxribatlarını zərərsizləşdirə bilər. Bu gün İslam düşmənləri, hegemonluğun və sionizmin başçıları müsəlmanlar arasında təfriqə yaratmağı, təbliğat aparmaqla İslam oyanışından və Quran hakimiyyətindən danışan və müsəlmanların izzəti iddiasında olan hər bir ölkəyə, hökumətə və cəmiyyətə qarşı qalmaqal yaratmağı özlərinin ən mühüm işləri bilirlər. Çünki əgər İslam ümmətinin fəal və aktiv hissələrini onun digər hissələrindən ayıra bilsə, öz qarşısında vahid və əzəmətli bir ümməti görməyəcəyinə və İslam ümmətinə qarşı xəbis planlarını başağrısız icra edəcəyinə əmin olacaq. Bu günlər dünya xalqları hegemonluq siqnallarının İslam Respublikası əleyhinə iri həcmli, sıx və geniş miqyaslı təbliğatına şahiddirlər. Bu, sözügedən siyasətdir, Allahın lütfü ilə bu günədək uğursuz olmuşdur, lakin var qüvvə ilə davam etdirilir.

Hörmətli Allah evinin hacılarına müraciət ( 4 may, 1995)

Hegemonluğun puç qüdrəti və zəhmi


Düşmənin puç qüdrəti gözləri tutmamalıdır. Onlar müsəlmanların parçalanmasından və ruhiyyə zəifliyindən istifadə edib sadə insanların gözləri qarşısında uydurma qüdrət nümayiş etdirirlər. Müsəlmanların doğrudan da hegemonluq qarşısında dayandığı bütün səhnələrdə onlar məğlubiyyətə uğramış, yaxud öz məqsədlərində nakam qalmışlar. İslam İranı Allahın güc və qüvvəsi ilə ötən 16 ildə Amerika və onun mütəffiqlərinin əzəmətli və əfsanəvi zoru qarşısında qalib çıxmışdır və bu gün həmişəkindən daha iqtidarlı, daha uğurlu, daha aktiv və daha ümidvardır. Bunun özü həmin iddianı sübuta yetirir. Bu gün İslam oyanışı hərəkətinə qarşı mübarizədə hegemonluğun bayraqdarı olan Amerika bu ədalətsiz mübarizədə nəinki məğlub və uğursuz olmuş, hətta öz daxilində də iqtisadi, təhlükəsizlik və siyasi baxımdan böyük və həllolunmaz problemlərlə üz-üzə qalmışdır. Onlar özlərinin böyük qüdrət fəaliyyətlərində də (Amerikanın xam və məğrur başçılarının səhv gümanına görə, bu onların böyük qüdrət hüququndandır) ardıcıl məğlubiyyətlərin acı tamını dadmışlar və inşallah gələcəkdə də dadacaqlar.

Hörmətli Allah evinin hacılarına müraciət (4 may, 1995)
Biz istəyirik ki, yerdə zəifliyə uğradılıb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək!”

Qəsəs,5

İslam oyanışının reallaşması

Hegemonçu qüvvələrin tədrici süqutu


Bu gün Orta Şərq oyanmışdır, İslam dünyası oyanmışdır, bu regiondan uzaqda olan, lakin buranın əzəmətli sərvətlərindən ötrü hücum çəkib, modern və postmodern müstəmləkəçilik dövrlərini təcrübə edən qüvvələrin istismarçılıq illəri sona çatmaqdadır. Bu bir həqiqətdir. Bir vaxtlar iki real qüdrət olan Amerika və SSRİ bu regionun bütün siyasi işlərinə hakim idilər. Mövcud qüvvələrin bir hissəsi sola məxsus idi, bir hissəsi sağa. Bir-birləri ilə də ixtilafda və çəkişmədə idilər. Bəzən də həmfikir olurdular. Onların arxasındakı qüvvələr, Amerika və SSRİ düzəlişirdilər. Birdən görürdük ki, Misiri satdılar; necə ki, bir zaman satdılar da. Əslində iki düşərgə arasında müharibə gedirdi. Sonra yuxarıda pərdə arxasında oturub müzakirələr aparırdılar. Xalqlar, rəhbərləri və maraqları hamılıqla ayaq altında əzilirdi. Bu gün elə deyil. Bu gün region xalqları böyük qüdrətlərin tədrici süqutunu görürlər. Bu sahədə öncül olan İslam İranıdır.

Ordunun Hərbi Hava Qüvvələrinin komandirləri və təyyarəçiləri ilə görüşdə çıxış (8 fevral, 2011)

İslam birliyinin dünyada inikası


Bunu bir dərs kimi, mühüm bir xatırlatma kimi İslamın əziz Peyğəmbərinin (s) doğum günündə yadımızda saxlamalı, ondan dərs almalı, ibrət götürməli və ona yaxınlaşmalıyıq; necə ki, yaxınlaşmışıq da. Bu gün xoşbəxtlikdən İslam ümmətinin birliyini və İslam oyanışını müdafiənin uca fəryadı İslam dünyasında, müxtəlif ölkələrdə və müxtəlif xalqlar arasında çox gözəl və müsbət surətdə əks olunmuşdur. Allah-Taala haqq sözə bərəkət verir, haqq torpaqda əkilmiş nihalı cücərdir. Bu sözün bu gün dünyada böyük hörməti var. Bu gün dünyada İslam Respublikasının uca səsi və bütün vücudu ilə bəyan etdiyi haqq sözə qarşı qəbuletmə haləti var. Belə prinsipial məsələlərdə hamının - hökumətin, xalqın və məmurların sözü birdir, fəryadı birdir. Bu sahələrdə İslam Respublikasının sözü aydındır və Allaha həmd olsun ki, inikası da var.

Əzəmətli Peyğəmbərin (s) doğum günü münasibətilə görüşdə çıxış (4 mart, 2010)

Livanda 33 günlük müharibə - tarixi bir hadisə


Livan məsələsi adi bir məslə deyildi. Bu 33 günlük müharibə tarixi bir hadisə idi. Biz bütün regionda bunun bənzərini xatırlamırıq. Müsəlman xalqların və İslam oyanışının düşmənləri də heç zaman belə bir şey gözləmirdilər. Amma baş verdi.

İslam İnqilabının Böyük Rəhbərinin Tehranda cümə namazı xütbələri (13 oktyabr, 2006)

İraqda İslam oyanışı dalğası


İraq xalqının müqavimətini görürsünüz. İraqlılar uzun illər İngiltərə hökumətinin, sonra da solçu qüvvələrin təzyiqi altında hərəkət etməyən şəxslərdirlər. İslam oyanışı dalğası iraqlıları belə oyatmışdır. Bu yeni layihə öz səmərəsini vermiş, bəşəriyyətə yeni bir mədəniyyət, yeni bir fikir və yeni bir yol təqdim etmişdir. Qəzəblər və iradlar buna aiddir. Atom bombası məsələsi və dünyada hərbi nüvə fəaliyyətlərinə dair yaydıqları xəyalların hamısı bəhanə və boş sözdür. Məsələ bu deyil. Hətta İslama qarşı da İslamın özünə və İslam şüarına görə müxalifətçilik edilmir. Siz bunu yaddan çıxarmayın ki, dini şüarların, yaxud din iddiasında olan hökumətlərin tarixində ruhanilərin hökuməti az olmayıb, çox olub. Bizim gənclik dövrümüzdə dünyanın bəzi yerlərində məsihi ruhanilərin hökuməti vardı. Bir neçə əsr öncə kilsə əksər qərb ölkələrində və bəzi başqa bölgələrdə hakimiyyət başında idi. İslam tarixində də din iddiaçılarının hökumətini görürük. Bunlar tarixdə az olmayıb. İndi də dünyada din şüarını rəhbər tutmuş hökumətlər vardır. Dünyada az olan və bütün bu düşmənçiliyi özünə cəlb edən məsələ dini dəyərlərin hökuməti, dinin peyda olması, yəni ictimai ədalətin həyata keçməsinə təkiddir. Bizim dediyimiz şüar deyil, bizim varlığımız və kimliyimizdir.

İslam İnqilabının Böyük Rəhbərinin quruluşun məsul şəxsləri ilə görüşdə çıxışı (28 oktyabr, 2004)

İslam oyanışı – inkarolunmaz reallıq


Bu gün dünyada bir neçə inkarolunmaz reallıq var. Birinci reallıq İslam dünyasının oyanışıdır. Heç kim buna şübhə edə bilməz. Bu gün dünyanın bütün bölgələrində - istər müsəlman ölkələrində, istər müsəlmanların azlıqda olduğu ölkələrdə müsəlmanlar İslama təmayül, İslam kimliklərinə yiyələnmək hissi keçirirlər. Bu gün İslam dünyasının ziyalıları sosializmdən və qərb məktəblərindən iyrənmiş halda İslama yönəlmişlər, bəşəriyyətin dərdlərinin əlacını İslamdan istəyir və soruşurlar. Bu gün müsəlman ümmətin qəlbi uzun əsrlərdən bəri bənzərsiz şəkildə İslama meyllənmişdir. On illər boyunca qərbin və şərqin müsəlman ölkələrinə kəskin və geniş siyasi-mədəni hökmranlığından sonra bu gün İslam dünyasının gənclərinin baxış üfüqü və nəzəri İslama sarı yönəlmişdir. Bu bir həqiqətdir. Qərblilərin və dünya hegemonçularının özləri də bunu etiraf edirlər. Onlar dəfələrlə təkrar etmişlər ki, İslam ölkələrinin hər hansı birində azad seçkilər keçirilsə, xalqın seçdiyi İslama etiqadlı, sadiq və İslamı yayan şəxslər olacaqlar. Buna görə də qərbin demokratiya iddiası bu gün paradoksa düçar olmuşdur. Bir tərəfdən demokratiya və xalq hakimiyyəti bayrağını əldə tutmuşlar, digər tərəfdən isə bu bayrağı İslam dünyasında sözün həqiqi mənasında ucaltmağa cürət etmirlər. Bilirlər ki, İslam ölkələrinin hər hansı birində xalqın səsi və seçimi rol oynasa, şübhəsiz, islamçılar hakimiyyəti ələ alacaqlar. Xalq müsəlmanları seçəcəkdir... Bu danılmaz bir həqiqətdir. Bu gün İslam oyanışı, hətta İslam hərəkatı İslam dünyasında aydın bir həqiqətdir. Bunu heç kəs inkar edə bilməz.

İslam İnqilabının Böyük Rəhbərinin quruluşun məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı (2 sentyabr, 2005)

İslam hakimiyyətinin təcrübə və iş əsri


İslam xalqları İslama qayıtmalıdırlar. Əlbəttə, darvazalar açılmışdır. Ötən əsr, yəni hicri tarixlə 13-cü əsr İslam fəryadçıları əsri idi. Əsrin əvvəllərində İslamın böyük təqlid müctəhidi olan Mirzə Şirazi İngiltərə kompaniyasına qarşı özünün qətiyyətli fətvasını verib, bir xalqı hərəkətə gətirdi. O zamandan İranda məşrutə hadisəsinə, Hindistanda İslam hərəkətlərinə, İslam dünyasının qərbində - Orta Şərqdə və Şimali Afrika bölgəsində İslam oyanışına qədər, danışan böyüklərə, Seyid Cəmaləddinlərə və digərlərinə qədər... Həmin əsr təxminən fəryad və mübarizələr əsri idi. Sonrakı əsr isə təcrübə əsridir. Bizim yaşadığımız indiki əsr təcrübə əsridir. Hicrətin 14-cü əsri fəryad, oyatmaq və elan əsri idi. Bu 15-ci əsr isə əvvəlindən və başlanığıcından təcrübə və iş əsridir.

İslam xalqlarının təcrübə kəsb etdiklərini və işlədiklərini görürük. Bir nümunəsi İslam Respublikası idi. Bu birinci nümunə idi. Birinci nümunə olduğumuza görə biz çoxlu problemlər keçirdik. Müsəlmanlar bu nümunədə təcrübə toplamalıdırlar. Bu gün öz ölkələrində İslam hərəkatını reallaşdırmaq istəyən xalqlar İran xalqından daha kompleks bir iş göstərə bilərlər; əgər Allah kömək etsə və əgər onlar iradə göstərsələr.



Mübarək Məbəs bayramında İslam Respublikası quruluşunun məsul şəxsləri və Fəcr ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdə çıxış (2 fevral, 1992)

Allahın doğru vədi həyata keçəcək!


Allaha həmd olsun ki, gələcək yaxşı gələcəkdir. Bizim gələcək üfüqdə gördüyümüz budur ki, Allahın lütfü ilə düşmən dünyada mühasirə olunacaq. Bizi regionda mühasirə etməyə çalışdılar, lakin Allah-Taala bunları ətrafdan mühasirə edəcək: “Əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır”. İndi onun nümunələrini burada müşahidə etməkdəsiniz. İslam oyanışı bu qəbildəndir. Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının dağılması bu qəbildəndir. Avropa daxilindəki irqi və milli ixtilaflar bu qəbildəndir. Biz heç kəs üçün müharibə arzulamırıq. Lakin Allahın işi tamaşa etməlidir.

Buşəhr vilayətinin ruhaniləri, elm hövzəsi tələbələri, cümə və məscid imamları ilə görüşdə çıxış (1 yanvar, 1992)

Azadlıq ətri, İslama və Qurana qayıdış


Bu gün müsəlman xalqlar bir neçə əsrlik tənəzzüldən, durğunluqdan və rəzillikdən sonra İslam dünyasının dörd bir tərəfində oyanmış və Allah üçün qiyama qalxmışlar. Bir çox İslam ökələrində azadlıq və istiqlaliyyət ətri, İslama və Qurana qayıdış istəyi cəmiyyəti vəcdə gətirir. Müsəlmanların nurlu və möcüzəli keçmişləri ilə, erkən İslam çağının Allah üçün qiyam və dini mübarizə dövrü ilə bağlılıqlarını möhkəmlətməyə həmişəkindən daha çox ehtiyacları var. Bu məmləkətdə İslam xatirələri hər bir təfəkkürlü müsəlman üçün şəfaverici dərman kimidir, onu zəiflikdən, zəbunluqdan, məyusluqdan və bədbinlikdən xilas edir, həmişə hər bir ağıllı və hikmətli insanın həyat və fəaliyyət məqsədləri olan İslam amallarına çatmaq üçün yolu göstərir.

Hörmətli Allah evinin hacılarına müraciət (16 may, 1991)

İslamın inkişaf, oyanış və qələbə dövrü


İslam Respublikası bütün bu ədavət və düşmənçiliklər qarşısında möhkəm və qüdrətli şəkildə dayandı, zəifləmədi, daha da gücləndi, özündən xaricdə olan müsəlmanları da oyatdı. Biz bu gün müsəlmanların oyanışını müşahidə edirik. Həmişə demişik, yenə də təkrar edirik ki, bu dövr İslam və müsəlmanların inkişafı, oyanışı və qələbəsi dövrüdür və bu, İslam Respublikasına görədir.

Tehranın cümə namazı xütbələri (30 mart, 1990)

Qədim Misirdə İslam oyanışı


Bu gün İslam dünyasında bir oyanış duyulur. Bunu daha biz demirik. Bu illərdə biz deyirdik ki, İslam oyanışı və İslam hərəkatı başlanmışdır. Çoxları məsələnin zahirinə baxıb deyirdilər ki, bir şey yoxdur, bunlar nə deyirlər. Lakin bu gün baş gözləri görməkdədir. Qulaqlar fəryadları eşitməkdədir. Səhnə hər bir şeyin açıq-aşkar göründüyü səhnədir. Misir hadisəsi çox mühüm bir hadisədir. Sivilizasiyalı, dərin təfəkkürlü və yaxşı gənclərə malik qədim bir xalqı olan Misiri bir qrup xəyanətkar muzdur Amerikadan asılı etmişdi, sionist düşmənə bağlamışdı. Xalq ürəkdən qovrulur, lakin bir iş görə bilmirdi. Çünki təzyiq çox idi. Orada baş verən bu əzəmətli hərəkət birdən-birə baş verən hərəkət deyildi. Böyük ictimai hərəkətlər bir anlıq hadisələr deyil. Bunlar bir anlıq aşkar olmaqdır. Hadisə uzun zaman boyunca bir-birinin ardınca müxtəlif amillərin baş verməsilə - inamlarla, məlumatlanmalarla, yanmalarla və nifrətlərlə toplanır. Qəflətən bir münasibətlə, münasib bir zamanda aşkara çıxır. Misirdə də aşkara çıxdı.

Şərqi Azərbaycanın minlərlə əhalisi ilə görüşdə çıxış (16 fevral, 2011)

Qəti gələcək: vahid İslam ümmətinin təşkil edilməsi


Bu gün Allaha həmd olsun ki, İslam cəmiyyətləri İslam quruluşunun əhəmiyyətinə vaqif olmuşlar. Uzun illər boyunca böyük yazıçılar, natiqlər və çoxlu ürəklər buna cəlb olunmuşdur. İslam oyanışı başlanmışdır. Müsəlman cəmiyyətləri əllərində olan bu sərvətin əhəmiyyətindən agah olmuşlar. Düzdür, İslam düşmənlərinin düşmənçilikləri də bir o qədər artmışdır. Dayanmadan müsəlman xalqlar arasında təfriqə yaratmaq və ixtilaf salmaqla məşğul olurlar, millətləri, irqləri və təəssübləri təhrik edib, hər qrupu bir tərəfə çəkmək istəyirlər. Bu onu göstərir ki, düşmən İslam agahlığının və İslam oyanışının dünyanın müsəlman bölgələrində öz işini gördüyünü anlamışdır. Həqiqət də budur. Şübhəsiz, həmin hiss müsəlman xalqları İslam quruluşuna və vahid İslam ümmətinin təşkilinə doğru çəkəcək. Bu qəti bir gələcəkdir. Bu düşmənçiliklərin təsiri olmayacaq. İslamın qüvvəsi bunlardan çox güclüdür. Necə ki, İslam İranında – heç kəsin təsəvvür etmədiyi bir yerdə əzəmətli İslam qüvvəsi xalqı birləşdirib, ürəkləri bir-birinə yaxınlaşdıra bildi. İslam inancını bu hərəkətin dayağı edib, burada bir İslam quruluşu yaratdı. Bu baş vermiş bir işdir.

İslam İnqilabının Böyük Rəhbərinin Əziz Peyğəmbərin (s) və İmam Sadiqin (ə) doğum günü münasibətilə İran İslam Respublikası quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışı (1 iyul, 1999)

Mündəricat


Böyük Məqamlı Rəhbər Ayətullah Xameneinin Beynəlxalq İslam Oyanışı Konfransında bəyanatı 3

Birinci fəsil: İslam oyanışının zərurətləri 13

Maddi sivilizasiyaların xalqlara ağır yük olması 13

Misirdə İslam hərəkatını gücləndirməyin zəruriliyi 13

Xalqların İslam hökmlərinə ehtiyacı 14

İslam əsasında cəmiyyət və mədəniyyət qurmaq 14

İmperializmin İslam dünyasının təbii və insani mənbələrinə göz dikməsi 15

İslam dünyası imperializmin əsas problemidir 15

İslam oyanışı və İslam birliyi imperializmin hökmranlığına mane olur 16

İslam dünyasına hökmranlığını möhkəmlətmək istəyən imperializm 16

Dünyanın hər yerində imperialist güclərin müsəlmanlara təzyiqi 16

"İslam ümmətinin qəlbi Fələstin eşqi ilə döyünür!" 17

Müstəqil İslam hökumətindən qorxu hissi 18

İkinci fəsil: İslam oyanışının yaranış amilləri 19

İslam oyanışının yarandığı onillik 19

Oyadıcı hadisələr 19

İran xalqı İslam oyanışının öncülü kimi 19

İslam oyanışı - fikir və düşüncənin təzahürü 20

İmam Xomeyni - İslam oyanışının nümayəndəsi 20

İslam inqilabı İslam oyanışının müdafiəçisidir 21

Mənəviyyat, ağıl və ədalət İslamı 22

İslam inqilabı ədəbiyyatında yeni məfhumlar 22

İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi 23

İnqilabın bahar mehinə bənzər yayılması 23

Hegemonluğun İslam hakimiyyəti ilə aşkar müxalifliyi 24

İslam İnqilabı və müsəlman cəmiyyətlərinin arzusunun reallaşması 24

İslam hər bir istismarçının qarşısında dayanacaq! 25

İslam inqilabı, dünya balansı və Şərq blokunun sıradan çıxması 26

İslam Respublikası İran xalqının müqavimətinin şirin səmərəsi kimi 26

İmam Xomeyni məktəbi və təfəkkürü dünyada təsirli amildir 27

İslamın və inqilabın möcüzəsi 27

İslam inqilabı və əsl İslamın dirçəlişi 27

İslam hərəkatlarının güclənməsi 28

Üçüncü fəsil: İslam oyanışının meyarları və əsərləri 29

İslam oyanışı hegemonluğun ifşaçısı və təhlükəsi 29

Haqq və batilin meyarı 29

Hegemonçu sistemin İslam oyanışına qəzəbi 30

Zalım güclərin xalqların mənəvi və dini duyğularından qorxusu 30

"Böyük güclərin zoru günbəgün zəifləyir!" 30

Qərbin təhqir və hökmranlıq tilsiminin sınması 31

Müqavimət və İslam mübarizəsinin genişlənməsindən yaranan qorxu 31

Fələstin İslam oyanışı hərəkatının əsas mehvəridir 32

İslam oyanışı, Şərq və Qərbdə təlatüm 32

İslamın Amerika və İsrailə ən böyük zərbəsi 32

Müsəlman xalqların hegemonçulara nifrəti 33

Amerikanın regiondakı ağır vəziyyəti 33

İslam oyanışının geniş coğrafi əhatəsi 34

Sionizmin siyasi İslam təfəkküründən qorxusu 34

İslam oyanışı dünyanın zorakı qaydalarını pozur 35

İslam oyanışı mehi 35

İslam oyanışının irəliləməsi və dərinləşməsi 36

İslam ümmətinin düşmənlərinin nigaranlığı 36

Sükan hegemonçuların əlindən çıxmışdır! 37

İslam kimliyinin dirçəlişi 38

Güclü siyasi İslam istismarçı quruluş üçün böyük təhdiddir 38

İslam oyanışı hərəkatının genişlənməsi 39

İslam hərəkatı hegemonluq və istismara qarşıdır 39

İslam dünyanı tutmaq istəyənlər qarşısında ən böyük maneədir 40

Amerikanın İslam fundamentalizmi qorxusu 41

Dördüncü fəsil: İslam oyanışının vəzifələri, üsulları və imkanları 42

"Müqavimət göstərmək lazımdır!" 42

İslam ümmətinin böyük cihadı 42

Müsəlman xalqlar günbəgün daha ayıq! 43

Məzlumların müdafiəsi dini təşəbbüsdür 43

Birlik – İslam ümmətinin şəxsiyyət və qüdrət amili 44

İslam kimliyi və oyanışını qorumaq 44

İslamın dirçəldilməsi və onun İslam dünyasında tərənnümü 45

İslam amalını həyata keçirmək üçün müqavimət 46

Müsəlmanlar və dünyanın taleyinə təsir göstərmək hissi 47

İslamın qurtuluş gəmisinə minmək 47

İslam oyanışını İslam hakimiyyətinə yönəltmək vəzifəsi alimlərin öhdəsinə düşür 47

Oyanış, ümid və hərəkət – Amerikanı yerində oturtmaq üçün lazım olan amillər 48

İslam inqilabının həyata keçməsində özünüislah və bəndəliyin təsiri 49

İslam həyat tərzi xalqların haqqıdır! 49

Əqsa məscidi - mübarizə və oyanış mərkəzi! 49

Erkən İslam çağı hadisələri - müsəlman xalqlar üçün nümunə 50

İslam vəhdətinin təsiri və xalqların həmdərdliyi 50

Hökumətlərin xalqlarla birliyi – region problemlərinin həlli yolu 51

İslam inqilabı qərbə ən böyük təhdid kimi 51

İslam oyanışı, hadisələri təhlil və dərk qabiliyyəti 52

İslam inqilabı və İslam müqavimət özəklərinin yaradılması 52

Müsəlmanların rabitəsi İslam oyanışının şərtidir 53

Şiəlik İslam oyanışının avanqardıdır 53

Beşinci fəsil: İslam oyanışı və təhlükələr 55

Tövhid və vəhdət bayrağının ucaldılması 55

İnkişafda qürur və qəflət təhlükəsi 55

Təfriqə imperializmin siyasəti kimi 56

İslam torpaqlarında fitnələrin planlaşdırılması və idarəçiliyi 57

Beynəlxalq hegemonluq şəbəkəsi İslam hərəkatının qarşısında 57

Təfriqə yaratmaq məqsədilə müqəddəsliklərə hömətsizlik 58

İslam oyanışı hərəkatının yatırılması 59

İslam oyanışının bir saylı düşməni 59

İslam quruluşu qarşısında təhdidlər 60

Siyasi İslam və güşənişin İslam 60

Amerikanın İslam xalqları ilə ikili rəftarı 61

İslam İnqilabının Böyük Rəhbərinin Şəhid Behişti Universitetinin tələbələri ilə görüşdə çıxışı (12 may, 2003) 61

Sionizmin lənətlənmiş ağacı müsəlmanların evində 62

Böyük şeytanın İslam ölkələrinin sərvətlərini istismar etməsi 62

Amerika İslam dünyasının ən əsas problemi kimi 63

Sionizm – regionda xərçəng şişi 63

Şiəliyi gözdən salmaq – İslam oyanışı hərəkətinə maneə kimi 64

Qərbin İslam ümmətinə qarşı xəbislikləri 64

Hegemonluğun puç qüdrəti və zəhmi 65

İslam oyanışının reallaşması 66

Hegemonçu qüvvələrin tədrici süqutu 66

İslam birliyinin dünyada inikası 66

Livanda 33 günlük müharibə - tarixi bir hadisə 67

İraqda İslam oyanışı dalğası 67

İslam oyanışı – inkarolunmaz reallıq 68

İslam hakimiyyətinin təcrübə və iş əsri 69

Allahın doğru vədi həyata keçəcək! 69

Azadlıq ətri, İslama və Qurana qayıdış 70

İslamın inkişaf, oyanış və qələbə dövrü 70

Qədim Misirdə İslam oyanışı 71



Qəti gələcək: vahid İslam ümmətinin təşkil edilməsi 71






Yüklə 441,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə