İslam oyanişI


İslam oyanışı, Şərq və Qərbdə təlatüm



Yüklə 441,33 Kb.
səhifə7/15
tarix01.11.2017
ölçüsü441,33 Kb.
#8053
1   2   3   4   5   6   7   8   9   10   ...   15

İslam oyanışı, Şərq və Qərbdə təlatüm


İslam oyanışı İslam dünyasının Şərq və Qərbini hərəkətə gətirmiş, onlarda kimlik və şəxsiyyət hissini yenidən oyatmışdır. İranda İslamın izzət və iqtidar bayrağı dalğalanmış, məzlum Fələstin xalqı İslam şüarını rəhbət tutub sionizmi məyusluğa və uğursuzluğa məhkum etmiş, müsəlman ölkələrində gənclər ideal tələblərlə meydana atılmış, dünyanın təcavüzkarları və hegemonları qarşısında böyük sədd yaratmışlar.

Böyük Rəhbərin hörmətli Allah evinin hacılarına müraciəti ( 20 fevral, 2002)

İslamın Amerika və İsrailə ən böyük zərbəsi


Onların İslam yolunu seçmiş İranla düşmən olması ondan ötrüdür ki, burada ən böyük zərbəni İslamdan görmüşlər. Bu zərbənin digər ölkələrdə də təkrarlanması mümkündür; necə ki, bizim ölkəmizdə müsəlmanların oyanışı sayəsində İslam dünyasının oyanışı vücuda gəldi. Bu gün həqiqətən də Amerikanı və İsraili çox çıxılmaz vəziyyətdə qoymuş Fələstin xalqının mühüm oyanışı İran xalqının oyanışından təsirlənmişdir.

İslam dünyasında Amerikaya, Amerikanın müdaxilələrinə və müxtəlif ölkələrdəki əlaltılarına qarşı nifrət hissi günbəgün artır, Xalqların İslamdan gələn izzətə təmayülü hər an canlanır və inkişaf edir.



İslam İnqilabının Böyük Rəhbərinin Tehranda cümə namazı xütbələri (22 noyabr, 2001)

Müsəlman xalqların hegemonçulara nifrəti


Bir zaman beynəlxalq hegemonçular İslamdan bir əsər qalmadığını güman edirdilər. Dünyada yaratdıqları ehtiras selinə və batlağına arxalanıb güman edirdilər ki, müsəlmanların arasında İslam təlimlərindən, İslam ruhiyyəsindən, İslam qeyrətindən, İslam zahidliyindən və İslam məqsədlərindən bir şey qalmamışdır. Lakin sonra səhv etdiklərini gördülər. Əvvəla böyük İranda, bu şərəfli və fəxrli xalq arasında İslam iqtidarı bayrağının ucalması, ikincisi bütün İslam dünyasında İslam oyanışı onların yuxusuna haram qatdı, İslamın çox parlaq və güclü bir həqiqət olduğunu anladılar. Odur ki, İslama qarşı mübarizə aparırlar. Bu gün İslam dünyası və müsəlman xalqlar bu həqiqəti dərk etmişlər. Onların özlərində olan informasiyalar deyir ki, İslam ölkələrində Amerikaya, sionizmə, hegemonluğa və onun başçılarına nifrət var.

İslam İnqilabının Böyük Rəhbərinin Fitr bayramı namazının xütbələri ( 6 dekabr, 2001)

Amerikanın regiondakı ağır vəziyyəti


İndi Fələstin məsələsi, İran İslam Respublikası məsələsi, İslam dünyasında İslam oyanışı, İraq məsələsi, Əfqanıstanın yarımçıq məsələsi (indi bunu belə adlandırırıq) Amerika üçün saysız problem yaratmışdır. Mərhum Hacı Şeyx Hüseyn Fazil Lənkəraninin sözü ilə desək, Amerika bir günbəz üstündə oturub əlində bir dəsmal qoz tutmuş şəxsə bənzəyir. İndi bu dəsmalın bir tərəfi açılıb və qozlar günbəzdən tökülür. O, günbəzin başında qozları tutmaq istəyir; biri bu tərəfdən düşür, biri o tərəfdən. Əgər əl-ayaq atmaq istəsə, özü də düşəcək. İndi Amerikanın vəziyyəti həqiqətən belədir.

İslam İnqilabının Böyük Rəhbərinin Qələm əhli birliyinin üzvləri ilə görüşdə çıxışı (27 yanvar, 2003)

İslam oyanışının geniş coğrafi əhatəsi


Bu gün İslam oyanışı İslam dünyasının şərqindən, ən azı Pakistandan Afrikanın şimalına qədər genişlənmişdir. Xalq İslamı istəyir və bunu aşkar söyləyir. Bu, Amerika üçün böyük təhlükədir. Onlar açıq şəkildə deyirlər ki, bizim maraqlarımız təhdid olunur. Doğru da deyirlər, maraqları təhdid olunur. Lakin bu maraqlar qanunsuzdur. Bəli, İslam oyanışı onların qanunsuz və istismarçı maraqlarına təhlükə yaradır. Bunlar İslam quruluşu ilə kəskin müxalifdirlər. Sionistlərin vəziyyəti də bəllidir. İslam quruluşunun yaranması ilə sionistlər məzlum Fələstin xalqının müqavimətinə yeni nəfəs və can gəldiyini duydular. İslam Respublikasını Fələstin xalqına silah yardımı etməkdə suçlayırlar. Bunların hamısı yalandır. Fələstin xalqının özü ayağa qalxmışdır. Sözsüz ki, onlar İslam hərəkatından təsirlənmişlər. Odur ki, sionistlər bu mərkəz nöqtə ilə kəskin problemdədirlər və ona qarşı çıxırlar.

İslam İnqilabının Böyük Rəhbərinin İran İslam Respublikası quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışı ( 6 avqust, 2003)

Sionizmin siyasi İslam təfəkküründən qorxusu


Sionistlər Fələstində qoca, gənc, qadın, kişi və uşağın qanını tökür, evləri dağıdırlar. Amerika və İngiltərə İraqda silahsız nümayişçilərə hücum edir, evlərə girir, xalqın namusuna təcavüz edirlər. Hələ orada yaratdıqları alov sönməmiş İslam dünyasını başqa alovlarla müjdələyirlər.

Bu azğın və kobud rəftarlar qüdrətdən və özünəinamdan daha çox iztirab və qorxudan irəli gəlir. Onlar İslam oyanışını hiss edir və İslam hakimiyyəti düşüncəsinin genişlənməsindən böyük təhlükə duyurlar. Onlar İslam ümmətinin bir gün bütöv və ümidli şəkildə ayağa qalxmasından vahiməyə düşmüşlər.



Böyük Rəhbərin hörmətli Allah evinin hacılarına müraciəti (28 yanvar, 2004)

İslam oyanışı dünyanın zorakı qaydalarını pozur


Zirvəsi məzlum Fələstin ölkəsi olan İslam dünyasının bəzi regionlarında saysız-hesabsız kişi və qadınlar İslam bayrağı altında, istiqlaliyyət, izzət və azadlıq şüarı ilə, canlarını fəda etməklə daimi qəhrəmanlıqlar yaratmış, imperializmin maddi qüvvələrini öz igidlikləri qarşısında xar etmişlər.

Bəli, İslam oyanışı imperializmin hesablarını pozmuş və hegemonçuların istədiyi beynəlxalq qaydaları dəyişdirmişdir.



Böyük Rəhbərin hörmətli Allah evinin hacılarına müraciəti ( 28 yanvar, 2004)

İslam oyanışı mehi


Həcc ona görə müstəsna və misilsizdir ki, onda ürəklər və canlar cilalanır, hacıların hər biri öz iradəsi və tutumu qədərincə bu rəhmət yağışından bəhrələnir, müxtəlif xalqlardan, irqlərdən olan, fərqli iqlim və mədəniyyətlərdən çıxmış İslam ümmətinin nəhəng şəxsiyyəti onda daha artıq birliyə, şücaətə, ayıqlığa və agahlığa nail ola bilir. Bu, İslam dünyasının bugünkü böyük ehtiyacıdır.

İslam dünyası nəhayət əcnəbilərin siyasi və mədəni hökmranlığı ilə, onun maddi və bəşəri qaynaqlarının düşmənlərinin inkişafı, iqtidarı və hökmranlığının xidmətində durması ilə nəticələnən uzunmüddətli və zərərli zəifliyindən və yuxusundan sonra indi özünə qayıtmış, qarətçilərin və haramxorların qarşısında tədricən cəbhə qurmuşdur. İslam oyanışı mehi İslam dünyasının hər bir yerində əsmiş və İslamın əməl meydanına qədəm qoyması ilə ciddi bir istəyə çevrilmişdir.



Böyük Rəhbərin hörmətli Allah evinin hacılarına müraciəti ( 28 yanvar, 2004)


Yüklə 441,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə