İslam oyanişI


İslam hərəkatlarının güclənməsi



Yüklə 441,33 Kb.
səhifə6/15
tarix01.11.2017
ölçüsü441,33 Kb.
#8053
1   2   3   4   5   6   7   8   9   ...   15

İslam hərəkatlarının güclənməsi


Ötən il baş verən mühüm hadisələrdən başqa biri müxtəlif ölkələrdə müsəlmanların oyanışı və İslam hərəkatlarının güclənməsidir. Ötən il bu barədə xəbərlər aldıq və əziz xalqımız bunları eşitdi.

Böyük Rəhbərin Novruz bayramı münasibətilə müraciəti (21 mart, 1992)

Üçüncü fəsil: İslam oyanışının meyarları və əsərləri

İslam oyanışı hegemonluğun ifşaçısı və təhlükəsi


Bu gün dünya hegemonluğu, dünyanın siyasi quldurları, fəsada və tənəzzülə qərq olmuş dəbdəbə və güc imperatorluqları İslamla və İslam quruluşu ilə düşməndirlər. Çünki onların ifşaçısı və təhdidi İslam və müsəlmanların oyanışıdır. Təbii ki, İslamın, İslam quruluşunun və İslam Respublikasının əleyhinə bacardıqları hər bir işi görəcəklər.

Təlim və Tərbiyə Nazirinin və Tehran vilayətinin müəllim və şagirdlərinin beyət mərasimində çıxış (16 iyun, 1989)

Haqq və batilin meyarı


Siz görürsünüz ki, dünyanın bütün zalım qüdrətləri, ölkələrə müdaxilə etməklə və onların maraqları əleyhinə işləməklə məşhur olan, müstəmləkəçiliyi yaradan, qanlı müharibələr törədən, xalqları alçaldan, onların sərvətlərini mənimsəyən şəxslər, öz sözləri ilə desək, Livan məsələsində çıxış yolu tapmağa çalışırlar. Bu çıxış yolu nədir? Xalq, yoxsa hegemonların problemlərindən çıxış yolu? Çünki Livanda təkcə xalqın problemi yoxdur. Livanda xalqın oyanışına, əsl Məhəmməd (s) İslamı təfəkkürünün yayılmasına, xalqın cihada, mübarizəyə, sakit oturmamağa və xarlığı qəbul etməməyə dair etiqadından dolayı Amerikanın və mürtəce dövlətlərin də problemi vardır. Axtardıqları çıxış yolu kimin çıxış yoludur? Hegemonların probleminə çıxış yolu arayırlar, yoxsa xalqın? Haqq və batilin meyarı və əlaməti burada bilinir.

Məzlum və Məhrumların Müdafiəsi və onlar üçün xidmət orqanları və təşkilatlarının əməkdaşları ilə görüşdə çıxış ( 4 oktyabr, 1989)

Hegemonçu sistemin İslam oyanışına qəzəbi


Hegemonçu sistemin, xüsusən də Amerikanın qəzəblənməsi bütün İslam dünyasında İslam oyanışının günbəgün artmasına görədir. Ümid bəsləmişdilər ki, İslam Respublikasının şüarları get-gedə dünyada köhnəlib təsirsiz olacaq. Lakin əksinə şahid oldular. Bunlar bütün dünyada müştaq insanların məşəli olan imamın vəfatı ilə İslam şüarlarının təsirsiz olub unudulacağına ümid bəsləmişdilər. Lakin gördülər ki, olmadı.

İmam Hüseynin (ə) doğum gününün ildönümündə keşikçilər korpusu ilə görüşdə çıxış (1 mart, 1989)

Zalım güclərin xalqların mənəvi və dini duyğularından qorxusu


Bu gün hegemonçu qüvvələr rəqibsiz və müxalifsiz bir meydanda dördnala çapmalarına baxmayaraq, dünyada bir iş görə bilməmişlər. Ən böyük hegemon qüvvələr də xalqların mənəvi və dini duyğularından qorxurlar. Bu gün Amerikanın cilovsuz və rəqibsiz qüdrəti qarşısında dayanıb müqavimət göstərən və Amerikanı qorxudan yeganə amil insanların mənəvi oyanışıdır; xüsusən də İslam bölgələrində. Bir çox xalqların arasında görünən bu dini ruhiyyəni və mənəviyyata təmayülü siz yaratdınız. Sizin mübarizəniz yaratdı.

Şəhid ailələri ilə görüşdə çıxış (9 oktyabr, 1991)

"Böyük güclərin zoru günbəgün zəifləyir!"


Allaha həmd olsun ki, biz üfüqü aydın görürük. Biz bu oyanışı mübarək oyanış sayırıq. Biz hiss edirik ki, böyük qüdrətlər günbəgün zəifləyir. Necə ki, bir böyük qüdrətin devrilməsi ilə dünya coğrafiyasının əzəmətli bir məcmusu məhv oldu. Dünyada bəlli şəkildə hökmranlıq edən həmin böyük gücdən bu gün əsər-əlamət yoxdur. Bu, dünyanın rəftarını bizə göstərir.

Mübarək Məbəs bayramı İslam Respublikası quruluşunun məsul şəxsləri və Fəcr ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdə çıxış ( 2 fevral, 1992)

Qərbin təhqir və hökmranlıq tilsiminin sınması


İslam dünyası öz yanmış və əziyyət görmüş çöhrəsində İslam oyanışı mehini hiss edir. İslam dünyasının hər bir yerində, xüsusən də mücahid və başıuca İranda, həmçinin Fələstində və Livanda onun əlamətlərini öz gözü ilə görür. Ümid çırağı hər yerdə gənclərin qəlbini aydınlaşdırmış, Qərbin təhqir və hökmranlıq tilsimini sındırmışdır. Bu imkan asan əldə olunmamışdır. Onun yolunda minlərlə insan həyatı fəda edilmişdir. Bundan sonra da yol uzun və çətin, lakin təhlükəsiz və tərəddüdsüzdür. Hal-hazırda Fələstin xalqı bu yolun açılmasında və gedilməsində böyük bir rolu öhdəsinə götürmüşdür. Hamı o məzlum, qorxmaz və ayıq xalqa kömək etməlidir. Digər xalq və dövlətlər qəhrəman Fələstin xalqına kömək etməklə bu yolda öz rollarını ifa edə bilərlər.

Həcc mərasimində hörmətli Allah evinin ziyarətçilərinə müraciət ( 3 mart, 2001)

Müqavimət və İslam mübarizəsinin genişlənməsindən yaranan qorxu


Onlar öz təbliğatları ilə İmamı və inqilabın sütunlarını şübhə altına almaq istəyirlər. Səbəbi budur ki, onlar İslamdan və İslam inqilabından zərbə görmüşlər. Onlar dünyada İslam oyanışından təhlükə duyurlar, Livan və Fələstində İslam mübarizəsinin dirçəlməsindən, genişlənməsindən ciddi nigarandırlar. Odur ki, İslam təfəkkürünün kökünü qazmaq və öz təbliğatlarının zəhərli oxlarını İslama və dinə yönəltmək fikirinə düşmüşlər.

İslam İnqilabının Böyük Rəhbərinin "Fələstin İntifazəsini Müdafiə" Beynəlxalq Konfransının açılış mərasimində çıxışı (24 aprel, 2001)

Fələstin İslam oyanışı hərəkatının əsas mehvəridir


İranda İslam inqilabının qələbəsindən və son iki onillikdə İmam Xomeyninin (r) hərəkatının genişlənməsindən sonra İslam regionunda bütün qüvvəsi ilə İslam oyanışı hərəkatı başlanmışdır. Bu gün bu hərəkatın əsas mehvəri Fələstindir.

Əqsa məscidi intifazəsi – müqavimət hərəkatı hətta Fələstinin coğrafi sərhədləri xaricində və Fələstin xalqından kənarda bütün müsəlman və ərəb xalqlarını səhnəyə çəkə bildi. İslam dünyasının qərbindən şərqinə qədər hər yerdə müsəlman xalqların milyonluq yürüşləri göstərdi ki, Fələstin xalqı onların müdafiəsinə arxalana və eyni zamanda müsəlmanların birliyinin yaranmasında böyük rol ifa edə bilər.



İslam İnqilabının Böyük Rəhbərinin "Fələstin İntifazəsini Müdafiə" Beynəlxalq Konfransının açılış mərasimində çıxışı ( 24 aprel, 2001)


Yüklə 441,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə