İslam oyanişI


İslam oyanışının irəliləməsi və dərinləşməsi



Yüklə 441,33 Kb.
səhifə8/15
tarix01.11.2017
ölçüsü441,33 Kb.
#8053
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

İslam oyanışının irəliləməsi və dərinləşməsi


Bu gün otuz il öncənin əksinə olaraq, artıq sionizm rejimi məğlubedilməz bir kabus deyil; iyirmi il öncənin əksinə olaraq, Amerika və Qərb Orta Şərqdə dəlilsiz-səbəbsiz qərar verənlər deyillər; on il öncənin əksinə olaraq, nüvə texnologiyası və digər mürəkkəb texnologiyalar regionun müsəlman xalqları üçün əlçatmaz və əfsanə sayılmır. Bu gün Fələstin xalqı müqavimət qəhrəmanıdır; Livan xalqı təkbaşına sionizm rejiminin heybətini puça çıxaran və otuz üç günlük müharibənin qalibidir; İran xalqı zirvələrə sarı hərəkətin bayraqdarı və öncülüdür. İki əsr müsəlman xalqlarına və hökumətlərinə zalımcasına hökmranlıq edən, onların sərvətlərini talayan İslam düşməni cəbhəsi bu gün öz süqutunu və qarşısında müsəlman xalqların qəhrəmancasına dirənişini görür. Qarşı tərəfdən, İslam oyanışı hərəkatı günbəgün irəliləyir və dərinləşir.

Müsəlmanların rəhbərinin hörmətli Allah evinin hacılarına müraciəti (15 noyabr, 2010)

İslam ümmətinin düşmənlərinin nigaranlığı


Bugünkü dünyada İslam oyanışı dalğasının genişlənməsi İslam ümmətini yaxşı sabahla müjdələyən bir həqiqətdir. Bu güclü sıçrayışın başladığı 30 il öncə, yəni İslam inqilabının qələbəsindən və İslam Respublikası quruluşunun təşkil edilməsindən üzü bu yana bizim böyük ümmətimiz dayanmadan irəliləmiş, maneələri dəf və səngərləri fəth etmişdir. Hegemonluğun düşmənlik üslublarının mürəkkəbləşməsi və İslama qarşı böyük sərmayələr aparan fəaliyyətlər də həmin inkişaflara görədir. İslam təhlükəsinə dair düşmənin geniş təbliğatı, müsəlman firqələri arasında ixtilaf yaratmaq və firqə təəssübkeşliyini oyatmaq üçün tələsik işlər, şiədən sünni, sünnidən də şiə üçün yalançı düşmənlər düzəltmək, müsəlman ölkələri arasında təfriqə salmaq, ixtilafları sərtləşdirib düşmənçiliklərə və həllolunmaz qarşıdurmalara çevirmək səyi, gənclər arasında fəsad və pozğunluğun yayılması üçün təhlükəsizlik və casus şəbəkələrindən istifadə etmək – bunların hamısı İslam ümmətinin oyanışa, izzətə və azadlığa doğru mətanətli hərəkəti və möhkəm addımları qarşısında tələsik və təşvişli reaksiyalardır.

Müsəlmanların rəhbərinin hörmətli Allah evinin hacılarına müraciəti (15 noyabr, 2010)

Sükan hegemonçuların əlindən çıxmışdır!


İşin idarəsi böyük qüdrətlərin əlindən xaric olunmuşdur. İstər Asiya, istər Afrikada İslam dalğasının və İslam dirçəlişinin əleyhinə yönəlmiş bütün fəaliyyətlərə rəğmən, bu dalğa və oyanış günbəgün genişlənir və düşmən daha bir iş görə bilmir. Bu sizin inqilabınıza, mərdanə, mömincəsinə və qorxmaz qiyamınıza görədir. Onun bir nümunəsi Fələstin intifazəsidir. Bu işin cilovu böyük qüvvələrin əlindən xaric olmuşdur. Fələstin xalqı küçələrdə və şəhərlərdə mühasirəyə alınmış və ən vəhşi düşmənlə qarşı-qarşıya dayanmışdır. Orada hər bir əsgər o fələstinlinin düşmənidir. Belə deyil ki, əsgər onların özündən olsun; mehribanlıqla, məhəbbətlə, gül verməklə və gül almaqla problemi həll edə bilsinlər. O əsgərin özü intifazə edən, müqavimət göstərən həmin fələstinli gəncin şəxsi düşmənidir. Belə bir xalq bağlı bir mühitdə, bu qədər iqtisadi problemlər, bu qədər xəsarət və şəhadətlər içində dayanmışdır və geri çəkilmir. Bu nəyi göstərir? Bu onu göstərir ki, işin sükanı hegemonçu və yekəxana güclərin əlindən çıxmışdır.

İslam İnqilabının Böyük Rəhbərinin Qum əhalisi ilə görüşdə çıxışı (9 yanvar, 2001)

İslam kimliyinin dirçəlişi


İslam Respublikası başdan ayağa beynəlxalq güclərin və kapitalistlərin, beynəlxalq istismarçı quruluş başçılarının onun üçün düzəltdiyi maneə və tələlərlə örtülmüş çətin yolu keçməklə, səkkiz illik döyüşdə və iyirmi illik siyasi, iqtisadi, təhlükəsizlik və təbliğat döyüşlərində qalib olmaqla ölkə idarəçiliyində, milyonluq kütlələrin səfərbərliyində, böyük hadisələrin proqnozunda, onlara qarşı tədbirdə və beynəlxalq məsələlərdə uğurlu iştirakda öz gücünü sübuta yetirə bilmişdir. Qarşısında duran beynəlxalq zalım düşmənlərə və xaricdən heç bir siyasi və iqtisadi kömək almamağa rəğmən, quruculuqda, inkişafda və xarabalıqların təmirində öz bacarığını və yaradıcılığını hamıya nümayiş etdirmişdir. Bundan əlavə, müsəlmanların İslam kimliyinin dirçəliş əlaməti olan oyanış hərəkatını və müsəlman xalqların böyük addımlarını gücləndirmiş, sürətləndirmişdir. Bu gün İranda İslamın qələbəsi sayəsində İslam dünyasının hər bir yerində İslam oyanış dalğası artmaqda və güclənməkdədir.

Hörmətli Allah evinin hacılarına müraciət (19 mart, 1999)

Güclü siyasi İslam istismarçı quruluş üçün böyük təhdiddir


Həmin imkanlı cəbhə bu gün İslam və İslam oyanışının onun üçün yaratdığı təhlükəyə qarşı olduqca həssasdır. Bu həssaslıq ondan irəli gəlir ki, İslamın bir əxlaq tövsiyəsi sərhədindən kənara çıxdığını və bir üsul-idarə yaradacaq ideoloji mövqedə olduğunu görür. İslam düşmənləri bu müqəddəs dinin bir inqilab, möhkəm və güclü bir quruluş yarada bildiyini gördülər. Gördülər ki, İslam bir xalqı özünə inandırıb, onları ruhi məğlubiyyət halından özünə arxalanmağa, özü və öz dini ilə qürur duymaq halına çatdırdı. İslamın bir xalqı qeyd etdiyimiz vasitələrdən heç birinin ona təsir göstərə bilməyəcəyi həddə qüdrətli və güclü edə bildiyini gördülər.

Böyük Rəhbərin hakimiyyətin məsul şəxsləri və İslam Vəhdəti Konfransında iştirak edən xarici qonaqlarla görüşdə çıxışı (15 avqust, 1995)

İslam oyanışı hərəkatının genişlənməsi


Əgər siz Allah eləməmiş, məcburi müharibədə məğlub olsaydınız, yaxud torpağınızı əldən versəydiniz, İslam oyanışı dalğası dayanardı. Xalqlar sizin simanızda İslamı və İslam inqilabını təcrübə edirlər. Əgər siz ölkənizi belə abadlaşdıra bilməsəydiniz, dünyada izzətinizi qoruya bilməsəydiniz, İslam dalğası dayanardı. Əgər siz milli birliyinizi qoruya bilməsəydiniz, İran daxili ixtilaflara və müharibələrə düçar olardı (bundan Allaha sığınırıq). İndi düşmənlər bu işi görmək istəyirlər, buna çalışırlar. Allah bilir ki, İran xalqının bu gün malik olduğu bu birlik düşmənin gözünə bir ox kimi batır və onu incidir. Düşmən istəyirdi ki, İran xalqı inqilabdan, yaxud müharibədən və ya İmamın vəfatından sonra parçalansın, daxili müharibə başlasın, bir-birlərini vursunlar, öldürsünlər. Sonra hegemonlar digər müsəlmanlara deyəcəkdi ki, bu İran xalqı, bu da İslam inqilabı - buyurun baxın.

Böyük Rəhbərin həzrət İmam Xomeyninin (r) vəfatının ildönümündə pak məqbərədə çıxışı ( 4 iyun, 1995)


Yüklə 441,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə