İslam oyanişI


İslam hərəkatı hegemonluq və istismara qarşıdır



Yüklə 441,33 Kb.
səhifə9/15
tarix01.11.2017
ölçüsü441,33 Kb.
#8053
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

İslam hərəkatı hegemonluq və istismara qarşıdır


Düzdür, bir cəmiyyətin daxili zəifliyi düşmənin hücumuna şərait yaradır, amma həmin zəifliyi də düşmən öz vasitə və imkanları ilə sağlam bir cəmiyyətdə icad edir. Səhvə düçar olmamalıyıq. İslam cəmiyyətinin hərəkət istiqaməti, bu gün təəssüf ki, bütün İslam dünyasına əl uzatmış beynəlxalq hegemonluğun və istismarçılığın əks istiqamətində olmalıdır. Onlar İslamla düşməndirlər, müsəlmanların oyanışı ilə düşməndirlər, İslam İranı ilə İslama görə düşməndirlər. Onların bütün səyi budur ki, dünya boyu İslam hərəkatı tənəzzül etsin. Sözsüz ki, bu ədavətin başında zalım və təcavüzkar Amerika, arxasında isə İslama qarşı qədim düşmənliyi, maraq toqquşması olan və yaxud İslamdan qorxan bütün kiçik və böyük güclər durur. İslam İranı ilə düşmən olmalarının səbəbi budur ki, İslam oyanışı buradan başladı. Bu gün dünyanın müsəlman xalqları dünyanın harasında olsalar da, ümidlərini bu hərəkətdən və bu qalib inqilabdan alırlar, addımlarını möhkəmlədir və irəliləyirlər. Əgər burada İslamı məğlub edə bilsələr (bundan Allaha sığınırıq), dünya miqyasında İslam dalğası qarşısında özlərinin ən böyük qələbələrini əldə etmiş olacaqlar. Bu günün reallığıdır.

Böyük Rəhbərin alim və ruhanilərlə görüşdə çıxışı (29 iyul, 1992)

İslam dünyanı tutmaq istəyənlər qarşısında ən böyük maneədir


Mənim hiss etdiyim və dəlillərin də təsdiq etdiyi budur ki, Amerika və onun əlaltıları öz ekspansionist siyasətləri qarşısında İslamı böyük maneə görürlər. Odur ki, yeni dünya düzənində və Amerika məntiqində İslamla mübarizə əsaslı və köklü bir məsələdir. Onlar İslamla mübarizə aparmağa qərar vermişlər. Dünyanın harasında müsəlmanlar ayağa qalxmışlarsa, İslam hərəkatlarını boğmaq və harada müsəlmanların qarşısında diktatura hökuməti və zalım qüdrət durmuşsa, o hökuməti və zalım qüdrəti qeyd-şərtsiz müdafiə etmək və həvəsləndirmək istəyirlər. Dildə ayrı cür danışırlar, lakin məsələnin mahiyyəti budur. Hegemonluq müsəlmanların bir olmasına dözmür, İslam duyğularının xalqların arasında inkişaf etməsinə dözmür; istər Asiyada olsun, istər Afrikada, xüsusən də Avropada. Bosniya-Herseqovina müsəlmanlarına nə edəcəklərini görəcəksiniz! Şübhəsiz, bir gün də Avropada Albaniya müsəlmanları və Avropa ölkələrində yaşayan digər müsəlmanlar acı talelərə və çətin sınaqlara düçar olacaqlar. Bu həmin siyasətdən irəli gəlir: islamofobiya siyasətindən. Afrikada İslam hərəkatları beynəlxalq hegemonluğun kəskin şəkildə nifrətinə məruz qalır. Harada İslam oyanışı hiss olunsa, bunlar ona qarşı həssaslıq göstərirlər.

Böyük Rəhbərin həzrət İmamın vəfatının ildönümü tədbirində çıxışı (4 iyun, 1992)

Amerikanın İslam fundamentalizmi qorxusu


Amerikanın və mütəffiqlərinin Orta Asiyanın yeni müstəqil olmuş hökumətləri ilə sıx əlaqələri, onları İslam təmayüllərindən və fundamentalizm adlandırdıqları məsələdən qorxutmaları, hər yerdə İslam oyanışı qarşısında düşmən mövqeləri, bariz nümunə kimi Əlcəzairdə müsəlmanların qalib siyasi hərəkətinə qarşı mövqeləri, İraq xalqı ilə hiyləgər və xəyanətkar hərəkətləri, onları indiki qəmli və məzlum vəziyyətə salmaları, məhz İslam yönlü olduqlarına görə Sudan rəhbərlərinə qarşı inadlı düşmənçilik və dünya miqyasında onlarla digər nümunə ümumilikdə Amerikanın və digər müstəmləkəçilərin İslam oyanışına və dünyanın müsəlmanlar tərəfindən İslam kimliyinin tanınmasına qarşı aşkar düşmənliyinin inkarolunmaz faktlarıdır.

Hörmətli Allah evinin hacılarına müraciət (3 iyun, 1992)

Dördüncü fəsil: İslam oyanışının vəzifələri, üsulları və imkanları

"Müqavimət göstərmək lazımdır!"


Məsələ təkcə İran məsələsi deyil. Bu gün İslam dünyası ayılmışdır. Bir zaman güman edilirdi ki, dünyanın zorluları, quldurları və müftəxorları – Amerika, yaxud keçmiş SSRİ nə istəsə, o da olacaq və siyasətçilərin onların istəyinə uyğun davranmaqdan başqa çarəsi yoxdur. Bu gün xalqlar arasında bu inam əsla yoxdur, siyasətçilərin və siyasi şəxslərin arasında da çox zəifləmişdir. Dayanmaq və müqavimət göstərmək lazımdır!

Əzəmətli Peyğəmbərin (s) Məbəs günü münbasibətilə hakimiyyətin məsul şəxsləri ilə görüşdə çıxışı (31 iyul, 2008)

İslam ümmətinin böyük cihadı


Bu gün İslam dünyası öz qarşısında aydın üfüq müşahidə edir. Bütün dünyanı əlində tutmuş böyük düşmən və dünyanın müftəxor hegemonçuları bu gün müsəlman xalqların dirçəlişi və oyanışı qarşısında gücsüz qalmışlar, bütün yollar üzlərinə bağlanmışdır. Bu, Allahın vədini göstərir: “Allah Ona (Onun dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”; “Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək”. Bunlar Allahın vədəsidir. Allah-Taala buyurub ki, Öz işində qalibdir (istədiyini edəndir). Bu ilahi vədələr müsəlmanların oyanışı və hərəkəti ilə tədricən özünü göstərir.

Müsəlman xalqlar qarşısında böyük bir cihad var. Bu cihad zəruri olaraq, hərbi cihad deyil; siyasi cihaddır, düşüncə cihadıdır, elm cihadıdır, ictimai və əxlaqi cihaddır. Böyük İslam ümməti tədricən bu cihadın müxtəlif cəhətləri ilə tanış olub və olur. Bu gün siz çox həssas olan Orta Şərq regionuna baxsanız, İslam ümmətinin inkişafını görərsiniz.



Fitr bayramı münasibətilə hakimiyyətin məsul şəxsləri ilə görüşdə çıxış ( 3 oktyabr, 2008)

Müsəlman xalqlar günbəgün daha ayıq!


Şübhəniz olmasın ki, İran xalqının və İslam ümmətinin sabahı bu günündən dəfələrlə yaxşı olacaq; İran xalqının 30 il bundan öncəki zamanı ilə bugünkü zaman arasında – yəni inqilabın əvvəlindən bu günədək olan fərq qədər. Görün İran xalqı ictimai-siyasi, elmi, və digər sahələrdə nə qədər irəliləmişdir! Bilin ki, gələcək illərin inkişafı ilə bügünkü inkişaf arasında fərq daha artıq olacaq, xalq günbəgün inkişaf edəcək. İran xalqının bütün sahələrdəki hərəkəti dayanmaz bir hərəkətdir. İnşallah ilahi hidayətin, İslam və Quran hidayətinin düzgün xətti və doğru yolu üzrə irəliləyəcək. İran xalqının gələcəyi aydın gələcəkdir. Bu, İslam dünyasına və İslam ümmətinə təsir göstərəcək və inşallah müsəlman xalqları günbəgün daha da ayıq edəcək.

Qum vilayətinin minlərlə Bəsic üzvü ilə görüşdə çıxış (24 oktyabr, 2010)


Yüklə 441,33 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə