İslam oyanişI


İmam Xomeyni - İslam oyanışının nümayəndəsi



Yüklə 441,33 Kb.
səhifə4/15
tarix01.11.2017
ölçüsü441,33 Kb.
#8053
1   2   3   4   5   6   7   8   9   ...   15

İmam Xomeyni - İslam oyanışının nümayəndəsi


Bizim böyük İmamımızın məntiqi ağıl məntiqi, fikir məntiqi, aydın əməl məntiqi, insaniyyət, insani norma, insani əxlaq və əxlaqi dəyərlər məntiqi idi. Dünya bunu istəyir. İslam oyanışının nümayəndəsi bütün dünya ilə, hətta mömin və müsəlmanlarla da qaşqabaqlı çöhrə ilə üz-üzə gələn şəxs deyil; bəzilərini kafir elan edən, bəzilərini millətçiliklə, bəzilərini tayfabazlıqla, bəzilərini bəhanələrlə hücuma məruz qoyan şəxslər deyillər. Bunların varlığı çox şübhəlidir. Ümumiyyətlə belə şəxslər varmı, yoxsa İsrailin, Amerikanın və İngiltərənin casus şəbəkələrinin adamları belə fəaliyyət göstərib dörd qafil insanı da öz fəaliyyətlərinə qoşa bilmişlər? Bu da inkarolunmaz bir faktdır. Başqa bir fakt da budur ki, Qərb dünyası özünün bütün qüvvəsi ilə İslam oyanışına qalib gələ bilməmişdir. Müxtəlif müsəlman bölgələrində İslamın əleyhinə, İslam Respublikasının əleyhinə, İslamın böyük rəhbərlərinin və islahatçılarının əleyhinə və İslam hökmlərinin əleyhinə bu qədər təbliğat apardılar, bu qədər muzdur yetişdirdilər, İslamı söymək, onun hökmlərini ittiham etmək üçün, hərbi üsuldan istifadə etdilər, iqtisadi üsuldan istifadə etdilər, qəribə və heyrətli şəkildə geniş media təbliğatı apardılar. Amma indiyədək bir şeyə nail olmamışlar. Müsəlman ölkələrində müsəlman gənclərin ən çox meyli İslama və İslam təfəkkürünədir. Bu şövq və eşq müsəlman xalqların qəlbində günbəgün artır.

İslam İnqilabının Böyük Rəhbərinin hakimiyyətin məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı (2 sentyabr, 2005)

İslam inqilabı İslam oyanışının müdafiəçisidir


Biz İslamın, müsəlmanların və İslam oyanışının tərəfdarıyıq, istismarçı qüvvələrin məzlum xalqların zəngin qaynaqlarının qəsbinə qarşı çıxırıq, müstəmləkəçiliklə və istismarçılıqla müxalifik. Bu təkcə dildə və sözdə deyil. Bizim etiqadımız budur. Bizim xarici siyasətimiz də budur və bu, qeyd etdiyim kimi, İslam Respublikasının təfəkkürünə əsaslanır.

İslam İnqilabının Böyük Rəhbərinin Xarici İşlər Nazirliyinin məsul şəxsləri və İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşdə çıxışı (16 avqust, 2004)

Mənəviyyat, ağıl və ədalət İslamı


Bizim İslamımız budur: mənəviyyat, ağıl və ədalət İslamı. İslamın adı ilə qane olmuruq ki, liberal İslamımız olsun, Qərbin və Amerikanın dəyərlərini yaysın, onların üsullarından istifadə etsin, müxtəlif sahələrdə onlarla həmrəy olsun və arabir Nüdbə duası da oxunsun. Biz mürtəce Taliban İslamını da qəbul etmirik. Nəinki indi qəbul etmirik, o hərəkatın əvvəlindən qəbul etmirdik. Sizin aranızda ötən tarixə şahid olanlar var. Onlar inqilabdan öncəki dövrü xatırlayır, inqilabdan qabaqkı İslam cərəyanlarını tanıyır və mənim nə dediyimi bilirlər. Bu hərəkatın istiqaməti əvvəldən aydınlıq və məntiq istiqaməti, qapalılıqla müxalifət olmuşdur. Bu gün də bizim İslam təfəkkürümüzdə həmin istiqamət zəifləməmişdir, hətta gücləndirilmişdir. Biz bunların arasından öz düzgün yolumuzu seçmişik və irəliləyirik. Əsas işimiz budur. Bizim diplomatiyamız bu təməllər üzərində qurulmuşdur. Biz belə bir İslam istəyirik. Biz İslam Respublikasının möhkəmlənməsini, İslam oyanışını və məqsədlərimizin reallaşmasını istəyirik. Əsla istəmirik və yol vermərik ki, bizi hazırkı beynəlxalq qaydalarında əridib, kimliyimizi və şəxsiyyətimizi ortadan götürsünlər.

İslam İnqilabının Böyük Rəhbərinin Xarici İşlər Nazirliyinin məsul şəxsləri və İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşdə çıxışı (16 avqust, 2004)

İslam inqilabı ədəbiyyatında yeni məfhumlar


Bu gün İslama düşmən cəbhənin bütün fəaliyyəti dünyada İslam oyanışı hərəkatını boğmaq üzərində mərkəzləşmişdir. Hər yerdən artıq da İran xalqı və ölkəsi üzərində dayanırlar. Çünki İran xalqı dünyaya örnək verdi, öz düşüncələri və dünyada müsəlmanlar üçün ortaya qoyduğu yeni məfhumlarla, etdiyi fədakarcasına cihadla, inqilabın 24 illik ömrü boyunca iranlı kişi və qadının, gənc və qocanın göstərdiyi şücaətlə müsəlman xalqların diqqətini cəlb edib, İslam ölkələrində İslam oyanışı dalğasını yarada bildi. Bu səbəbdən, İslam oyanışının bu mərkəzi ilə hər yerdən və həmişəkindən daha artıq düşməndirlər. Bu düşmənliyi qərəzlə, xəbisliklə, yalan təbliğatla və qəzəbli kobudluqla ortaya qoyurlar. Məqsəd də İran xalqını və məmurları vahiməyə salmaq və hamını qorxutmaqdır. Onlar qürrələnmələrinə səbəb olan uğursuz təcrübələrindən istifadə edib bu qədər əzəmətli bir xalqı, bu qədər möhkəm bir inqilabı və quruluşu öz önlərindən geri çəkilməyə vadar etmək istəyirlər.

İslam İnqilabının Böyük Rəhbərinin İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin (r) vəfatının 14-cü ildönümündə çıxışı ( 4 iyun, 2003)

İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi


Bu gün İslam dünyasında vəziyyət dəyişmişdir. Bütün İslam dünyasında İslam oyanışı hiss olunur. İslam dünyasının hər yerində müxtəlif mərhələlərdə olan əzəmətli hərəkat müşahidə olunur, izzət, inkişaf və tərəqqi amili olan İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi görünür. İslam dünyasının ziyalıları, alimləri və siyasi xadimləri bu hərəkatı gücləndirməlidirlər. Gənclər arasında İslam oyanışı hərəkatının İslam hökumətlərinin zərərinə olduğunu güman etmək yanlışdır. Xeyr, İslam hökumətləri İslam oyanışı sayəsində imperialist qüvvələrin onlardan aldığı izzəti özlərinə qaytara bilərlər.

İslam İnqilabının Böyük Rəhbərinin İslam Peyğəmbərinin (s) doğum günü münasibəti ilə hakimiyyətin məsul şəxsləri və məmurları ilə görüşdə çıxışı (19 may, 2003)

İnqilabın bahar mehinə bənzər yayılması


İslam ümməti oyanış yelini hiss etmiş və İslam maarifinə qayıdış ətrini duymuşdur. Bunların hamısı siz xalqın böyük hərəkatından və bu okeanı təlatümə gətirib ürəkləri agah edən böyük və səmavi insandan - yəni əzəmətli mərhum İmamdan qaynaqlanır. Onlar da anlamışlar. Onların sizinlə, imamla, İslam inqilabı və İslam quruluşu ilə düşmənliyi ondan ötrüdür ki, burada bir bulağın qaynadığını və bütün İslam dünyasına sarı axdığını bilirlər. Dedilər ki, inqilabı ixrac etməyin. Biz dedik, məgər inqilab əmtəədir ki, insan onu ixrac etsin! İnqilab gözəl çiçək ətri kimidir; özü “ixrac” olur. İnqilab bahar mehi kimidir; tutqun və üfunətli fəzaları özü dəyişib yerbəyer edir. İnqilabı kimsə ixrac etməməlidir, inqilab özü ixrac olmalıdır!

İslam İnqilabının Böyük Rəhbərinin müəllim və fəhlələrlə görüşdə çıxışı (30 aprel, 2003)


Yüklə 441,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə