Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   2   3   4   5   6   7   8   9   ...   12

 

vəziyyətlərinin çıxılmaz olduğunu özləri belə etiraf edir. Müsəlmana yuxarıdan aşağıya baxan insan bilməlidir 



ki,  özünün  bir  varlıq  olaraq  söykəndiyi  qərb  elmi,  bu  gün  çıxılmaz  bir  vəziyyətə  düşmüşdür.  Bir  çətinlik 

içərisindədir. Bu narahatçılıq məfhumların və anlayışların nə olduğunu bilməməkdən irəli gəlir. Burada başqa 

bir səbəb də ola bilər. Məsələn, qərbli insan bu prinsipləri tətbiq etməklə hesablama aparmaq istədiyi zaman bu 

gün hesablamalar da apara bilmir. Gərgin bir vəziyyətdədir. Biz universitetdə doktorluq dissertasiyaları müdafiə 

edirik. Digər bütün qərb ölkələrində də doktorluq dissertasiyaları müdafiə edilir. Müdafiə etdiyimiz doktorluq 

dissertasiyalarında  bəzən  bir  az  qarışıq  bir  məsələ  olduğu  vaxtlarda  bu  məsələləri  biz  həll  edə  bilmirik. 

Qarşınıza gələn bu insanlar bunları çox vaxt bu açıqlığı ilə deyə bilmirlər, lakin biz bunları öz aramızda etiraf 

etməyə  məcburuq.  Bu  anda  mən  çox  arzu  edirəm  ki,  Qərb  universitetlərində  doktorluq  dissertasiyası  müdafiə 

etmiş  bir  elm  adamı  kaş  qarşımızda  olsaydı,  bu  məsələni  biz  onlarla  müzakirə  etsəydik,  siz  də  aramızda 

hakimlik  etsəydiniz.  Mən  deyirəm  ki,  Qərb  bu  gün  apardığı  hesablamaların,  istifadə  etdiyi  anlayışların  nə 

olduğunu özü də bilmir, bu bir. İkincisi, bu hesablamaları apararkən çıxılmaz bir vəziyyətin içindədir. Qərbin 

hesab  və  riyazi  imkanları  bunları  həll  etməyə  yetmir.  Yaxşı,  siz  bu  doktorluq  fəaliyyətinizdə  nə  edirsiniz? 

Baxın, mən sizə başa salım biz nə edirik. Məsələn, təsəvvür edək ki, doktorluq fəaliyyətlərimizdə buradan bir 

gəmi  keçir,  bu  gəminin  arxasında,  əcəba,  necə  dalğalar  meydana  gələcək?  Bunu  hesablayın  –  desələr,  indi 

bizim  universitetlərimizdə  elm  deyə  gördüyümüz  iş  budur;  Bu  gəmini  hərəkətə  gətiririk,  gəminin  arxasındakı 

dalğaların bir modelin üzərində fotoşəklini çəkirik. Baxırıq ki, bu cür dalğalar meydana gəlir, masa başına gəlib 

deyirik  ki,  biz  bunu  hesablayacağıq.  Hesablamaq  dedikdə  bu  üç  prinsipi  düsturlarla  yazmaqdır.  Yazdıqdan 

sonra  deyirik  ki,  bunları  həll  et.  Həll  edə  bilmirik,  yəni  mühakimə  silsiləsini  idarə  edə  bilmirik,  yaxşı 

məfhumlar seçmədiyimiz üçün bir yerdə ilişib qalırıq. Bundan sonra bəzi asan yollar göstəririk, lakin bu asanlıq 

elm deyildir. Bu asanlıq bir rəssamın şəkil çəkməsinə oxşar bir şeydir. Üzərində o önəmli deyildir, bu önəmlidir 

– deyə hesablamaları öz əlimizdə oynadaraq o şəklini çəkdiyimiz şəklə oxşatmağa çalışırıq və istəyirik ki, daha 

əvvəl  şəklini  çəkdiyimiz  şey  buradakı  hesabın  nəticəsi  olaraq  meydana  gəlsin.  Nə  üçün  bu  şəkildə  işləyirik? 

Ona  görə  ki,  bu  prinsipləri,  istifadə  etdiyimiz  anlayışları  həll etmək üçün riyazi  məlumatımız  yetərli deyildir, 

çünki məsələləri həll etmək içinə girdiyimiz yol çıxılmaz bir yoldur. Qərblilərin bu gün Aya raketlə getmələrinə 

baxmayın, elm sahəsindəki fəaliyyət etibarı ilə Qərb bir çıxılmaz nöqtənin içərisində ilişib qalmışdır. 

Bu  misallarla  bizə  hər  zaman  qarşımızda  müsəlmançılığın  qarşısında  bir  güc  kimi  göstərilmək  istənən 

Qərbin bütün içinin, özünün ortasında nə var? Bunu açıqlamaq üçün sizə bunları anlatdım. Bizim qarşımızda 

lovğa-lovğa  dayanıb  bunların  ardından  “bu  hesablamalar  aparılar,  siz  bilməzsiniz”,  –  deyənlər  əslində  öz 

istifadə etdiklərini özləri bilmirlər və girdikləri yol da bir çıxılmaz yoldur. Bəs nə olacaq? Bu çıxılmaz yoldan 

çıxmanın  mümkün  olub-olmadığı  məsələsini  müzakirə  etmək  üçün  müsəlmançılığın  bu  elmlərə  necə  baxdığı 

məsələsini araşdırmağımız lazımdır. 

Bu düsturlara və hesablamalara müsəlmanlar necə münasibət göstərir? Öncə baxaq görək bu qərbli adamın 

lovğalıqla istifadə etdiyi bu düsturların, bütün bu məlumatların sahibi kimdir? Əvvəl bunu araşdıraq. Bu qərbli 

adam nə bilirsə, gətirib hamısını üst-üstə qarşımıza yığsın, “Mən bunu bilirəm”, – desin. Bunların hamısını üst-

üstə  yığaq;  bunun  bu  qədər  boyu  var.  Bax,  onun  bildiyinin  hamısı  bu  qədərdir.  Hamımız  yaxşı  bilirik  ki, 

insanların bütün elmini toplasaq, Cənabı-Haqqın sonsuz elmi qarşısında dənizdəki bir nöqtə belə deyildir. Ona 

görə  də  bu  adamın  belə  lovğalanmağa  əslində  haqqı  yoxdur.  O,  qul  olduğunu  bilsə,  Cənabı-Haqqın  elminin 

genişliyini  qiymətləndirə  və  təsəvvür  edə  bilsə,  heç  vaxt  elə  hərəkət  etməz.  Cənabı-Haqdan  sadəcə  ona  daha 

çox  elm  verməsini  diləyər.  Və  bunun  məlumatlarının  hamısını  toplayıb  üst-üstə  yığsaq,  məsələn,  bu  qədər 

olsun. Bəs, bu elmin sahibləri kimdir? Bu elm necə meydana gəlmişdir? Bunu araşdırmalıyıq. İnsanlığın bu gün 

sahib olduğu məlumatların hamısının insanlıq tarixində bir-biri üzərində əlavə oluna-oluna meydana  gəldiyini 

bilirik.  Bu  gün  əlimizdəki  yazılı  sənədlər  beş  min  əvvələ  qədər  gedib  çatır.  Ondan  öncəsinə  aid  bir  yazı 

olmadığı üçün, görəsən, daha əvvəl insanlar nələr bilirdi? Bu haqda heç bir məlumatımız yoxdur. Ona görə indi 

bugünkü  vəziyyətdən  geriyə  doğru  qayıdaq  və  insanlığın  beş  min  illik  tarixində  elmin  necə  inkişaf  etdiyini 

araşdıraq. İlk insanı sıfır qəbul edək. İndiyə qədər keçən beş min ildə insanlığın məlumatı necə inkişaf etmişdir? 

Beş min əvvəlki insan – ilk insan daş dövründə mağarada yaşayır. Atəşin nə olduğunu hələ bilmir. Yavaş-yavaş 

Cənabı-Haqq insanlara zəka vermiş, ağıl vermiş, bəzi nemətlər vermişdir. İnsan digər məxluqlardan fərqli bir 

varlıqdır. Digər heyvanlar, məsələn, bir aslan, meymun və s. müəyyən qabiliyyətlərlə təchiz edilmişdir, lakin 

insanlardakı  zəka  bunlarda  yoxdur.  Məsələn,  bir  insan  qarşısındakı  heyvana  bir  daş  atdığı  zaman,  o  heyvanı 

yıxa  bilmək  üçün  bu  daşın  hansı  ölçüdə  olması  lazım  olduğunu  ağlı  ilə  müəyyənləşdirə  bilir.  Heyvan 

qarşısındakı düşmənə hansı ölçüdə və nə atacağını düşünə bilmir, lakin Cənabı-Haqq insanlara ağıl və başqa 

nemətlər  vermişdir.  Bu  nemətlər  sayəsində  müxtəlif  şeyləri  qiymətləndirməyə  başlamışdır.  İnsanlıq  tarixində 

bilgi  baxımdan  mühüm  bir  məsələ  atəşin  öyrənilməsidir.  Bəlkə,  insanlar  yanardağların  lavalarını  gördülər, 

taxtaları, daşları bir-birinə sürtdülər, od yandırdılar. Bunun necə olduğunu bilmirik, lakin insanlıq yavaş-yavaş 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə