Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Sadəcə, bütün Aralıq dənizinin genişliyini necə ölçdüklərini izah edirəm. Buradan gedib Kuludakı təpəyə çıxır, 



oradan  da  Ankara  istiqamətinə  baxırlar.  Aradakı  məsafəni  ölçür,  beləcə  təpələrə  çıxa-çıxa  şəhərlər  arasındakı 

məsafələri  ölçə-ölçə  Aralıq  dənizinin  bütün  uzunluğunu  hesablayırlar.  Bu  şəkildə  tapdıqları  uzunluq  Aralıq 

dənizinin bu gün bildiyimiz uzunluğudur. Qədim misirlilər Aralıq dənizinin uzunluğunu bugünkünün iyirmidə 

biri qədər zənn etmələrinə baxmayaraq, müsəlman alimləri işi  ələ  alınca ogünkü imkansızlıqlara baxmayaraq, 

həqiqi məsafəni hesablaya bilirdilər. İndi isə bu sinus məsələsinə qayıdaq. Triqonometriyanı oxuyan nisbətən 

yaşlı  qardaşlarımız  bilirlər  ki,  qədimdən  bəri  triqonometriya  dərsi  oxunarkən  sinus,  kosinus  kəlməsi  yerinə 

ceyb,  taceyb sözlərindən  istifadə  edilirdi.  Bizim  otuz  il  əvvəl  yazılmış lisey kitablarında  bunlara  ceyb, taceyb 

deyilir.  Ceyb  sözü  ərəb  sözüdür.  İlk  dəfə  xəlifə  Məmun  zamanındakı  müsəlman  alimləri  məsafə  ölçərkən  bu 

sözdən  istifadə  etmişlər.  Bu  uzunluğu  o  dövrdəki  insanlar  cibə  bənzətmiş  və  buna  bizim  turkcəmizdə  cib 

deyilən “ceyb” demişlər. Hesablamalarında, kitablarında  “ceyb aşağı, ceyb  yuxarı” – deyə bəzi hesablamalar 

aparmışlar.  Bu  kitabları  xaç  yürüşlərindən  sonra  avropalılar  götürmüş  və  Aralıq  dənizinin  genişliyinin 

fövqəladə doğru bir şəkildə ölçüldüyünün şahidi olmuşlar. Bunu necə etdiklərini və hesablamalarda ceyb kimi 

istifadə  etdikləri  təbirləri  başa  düşə  bilməmişlər.  Bu  hesablamaları  başa  düşmədən  lüğəti  açmış  və  ərəb 

dilindəki  ceyb  sözünün  latınca  qarşılığı  olan  “sinus”  kəlməsindən  istifadə  etmişlər.  Avropalılar  buna  “sinus” 

dedikləri  üçün  biz  də  bir  çox  məsələləri  avropalılardan  götürdüyümüzə  görə  bu  gün  öz  məktəblərimizdə 

özümüz kəşf etdiyimiz elmlərin adlarını onların başa düşmədən istifadə etdikləri sözlərlə oxuyuruq. Ona görə 

də  sinus,  kosinus  sözlərindən  istifadə  edirik.  Halbuki  bunları  kəşf  edənlər  müsəlmanlardır.  Malın  sahibi 

müsəlmanlardır. Avropalı bunu bizdən başa düşmədən əxz etmiş, biz də başa düşmədən onlardan əxz edirik.  

Ancaq  müsəlmanların  araşdırmaları  və  yenilikləri  yalnız  bundan  ibarət  deyildir.  Müsəlmanlar  bugünkü 

coğrafiyadan bildiyimiz bir dərəcəlik meridian qövsünün uzunluğunu ölçmüşlər. Bu, xəlifə Məmun zamanında 

Hərran  ovasında,  bizim Türkiyədə  olan  bir  rayon  ilə  İrakda  olan  digər  bir  şəhər  arasındakı  məsafələrin  felən 

ölçülməsi  və  məsafələrdə  saat  qurşaqlarına  aid  aparılan  hesablamalarla  sübut  olunmuşdur.  Bir  dərəcəlik 

meridian qövsünün uzunluğunu bugünkü məlumatlarımıza görə 111.000 km-dir. Xəlifə Məmun zamanında da 

bunun 111.000 km olduğu hesablanaraq ortaya qoyulmuşdur. 

Məsələ  bundan  ibarət  deyildir.  Müsəlmanlar  bu  elmlər  arasında  sinus,  kosinus  və  s.  kəşf  etməkdən  əlavə 

bunların  cədvəllərini  də  tərtib  etmişlər.  Bu  gün  məktəblərdə  sinus  cədvəlindən  istifadə  edirik.  Hətta  bu 

cədvəllərin  çoxu  tərcümə  edilmişdir.  Tərcümə  edilən  kitablara  baxsaq,  İngiltərə,  Fransa  və  Almaniyada  nəşr 

olunmuş kitablardır. Biz zavallı insanlar bu gün elə zənn edirik ki, bu kitabların içindəki hesablamaları ilk dəfə 

avropalılar  aparmışlar.  Halbuki  triqonometriya  cədvəllərini  ilk  dəfə  müsəlmanlar  hazırlamışlar.  Həm  də  çox 

həssaslıqla.  Bir  dərəcənin  sinusunu  “ər-Risalətul-Muhitiyyə”  adlı  kitabında  ilk  dəfə  böyük  müsəlman 

alimlərindən  xorasanlı  Qiyasəddin  Cəmşid

2

  hesablamışdır.  İndi  isə  gəlin  avropalını,  xüsusilə,  şərqşünas  bir 



alimi  təkrarən  qarşımızda  oturdurub  soruşaq;  Siz  deyirsinz  ki,  müsəlmanlar  bu  elmləri  yunanlardan  və 

misirlilərdən götürüblər. Misirlilərdə sinus anlayşı və triqonometriya hesablamaları var idi? Misirlilərdə sinus 

bir dərəcənin qiyməti var idimi? Belə bir şey  yoxdur, lakin Qiyasəddin Cəmşid sinus bir dərəcəni baxın hansı 

dəqiqliklə hesablamışdır. 0,017 452 404 437 238 371. Təqribən vergüldən sonra 18 rəqəm həssaslıqla sinus bir 

dərəcəni  hesablamışdır.  Bu  gün  bu  hesablamanı  elektron  maşınla  apardığımız zaman  bir  rəqəmi  belə  çaşmır. 

Qiyasəddin Cəmşid oturub triqonometriya cədvəlini bax bu cür dəqiqliklə tərtib etmişdir. Bunu necə etmişdir? 

Onların bu işi necə gördüklərini düşünnəndə adam məəttəl qalır. Bu metodlar qarşısında heyranlıqdan başqa bir 

şey  hiss  etmək  mümkün  deyil.  Həmçinin  bu  gün  yenə  avropalılardan  “P”  rəqəminin  kim  tərəfindən  kəşf 

edildiyini soruşsaq, əfəndim “P” rəqəmini qədim  yunanlar kəşf etmişlər, – deyəcəklər. Xeyr, “P”  rəqəmini ilk 

dəfə  kəşf  edən  və  “P”  rəqəmlərini  tamamilə  düzgün  hesablayanlar  yenə  müsəlmanlardır.  Yenə  Qiyasəddin 

Cəmşidin  “ər-Risalətul-Muhitiyyə”  adlı  kitabından  bu  hesabı  sizə  təqdim  edirəm.  Qiyasəddin  Cəmşid  “P” 

rəqəmi  üçün  bu  rəqəmləri  verir;  3,141  592  635  589  743.  Yəni  vergüldən  sonra  15  rəqəm  səlis  şəkildə  “P” 

rəqəmini  doğru  olaraq  hesablayır.  Bu  gün  elektron  maşınlarla  hesabladığımız zaman  bunun  heç  bir  rəqəmini 

başqa cür dəyişə bilmirik, çünki əsri-səadət gəlmiş, insanların elmi müsəlmanların əlinə keçmiş və elm, əsl elm 

olmağa başlamışdır. 

Müsəlmanlar sadəcə triqonometriya və astronomiya elmlərini qurmaqla kifayətlənməmişlər. Müsəlmanlar bu 

gün  oxuduğumuz  cəbr  elmini  qurmuşlar.  Müsəlmanlar  bu  gün  gördüyümüz  bütün  riyaziyyatın  əsaslarını 

qurmuşlar. Baxın, bizim qarşımıza çıxıb “Biz aya  gedirik, ulduzlara  gedirik”, – deyən insanların  birindən bu 

hesablamanı  necə  aparırsınız?  –  deyə  soruşduğumuz  zaman  bəzi  rəqəmlər  yazacaq.  …  Hansı  rəqəmləri 

yazacaq? 1, 2, 3, … 9 kimi bildiyimiz rəqəmləri yazacaq. Bu rəqəmlərin sahibi müsəlmanlardır. Bu rəqəmlərin 

formalarını  müsəlmanlar  kəşf  ediblər.  Avropanın  bu  rəqəmləri  Afrika  və  İspaniyadakı  Qərb  müsəlmanlarının 

                                                 

2

 “Qeydlər və izahlar” bölməsinə baxın. 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə