Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   2   3   4   5   6   7   8   9   ...   12

 

3.  Avropalılar  müsəlmanlardan  elmləri  əxz  edərkən  səviyyələri  bu  elmləri  qəbul  etməyə  hazır  vəziyyətdə  



deyildi, yəni avropalılar elmləri müsəlmanlardan yuxarıdan aşağıya almışlar. Müsəlmanlar yuxarıda, avropalılar 

isə aşağıda idi. Nə baxımdan müsəlmanlar yuxarıda idi? Avropalılar bu elmləri alarkən əvvəla dilləri bu elmləri 

almağa  hazır  deyildi.  Müsəlman  alimlərinin  yazdıqları  kitablardakı  məfhumları  başa  düşə  və  yadda  saxlaya 

bilmirdilər.  XIV  əsrdə  tərcümə  etdikləri  bu  kitablardakı  məfhumları  ancaq  XVIII  əsrdə  başa  düşməyə 

başlamışdılar, yəni dörd əsr sonra. Bəzi elmləri isə beş əsr sonra başa düşmüşlər. 

Möhtərəm qardaşlarım, sözün qısası, müsəlmanlar başqalarından elmi əxz edərkən bunu kimdən aldıqlarını 

bildirmişlər.  Bu  elmləri  olduğu  kimi  almamışlar,  yanlış  cəhətləri  düzəltmiş  və  təshih  etmişlər.  Bilgini  əxz 

etdikləri millətlərdən daha yuxarı səviyyədə idilər. Avropalılar isə kimdən nə əxz etdiklərini qeyd etməmişlər. 

Bu aldıqları bilgini başa düşmək üçün də çox vaxt sərf etmək məcburiyyətində qalmışlar. 

İndi biz bunları burada öz aramızda rahat şəkildə danışırıq, lakin mühüm məsələ budur ki, İslam düşməni 

şərqşünasların  qarşısında  bunları  danışmaq  və  onlara  bu  məsələni  qəbul  etdirmək  lazımdır.  Ona  görə  də  bu 

danışdığımız məsələlərin həqiqətə uyğun olduğunu isbat etməyə məcburuq. Baxın, bu xüsusiyyətlərə aid bəzi 

misallar  verməyə  çalışaq.  İndi  ortaya  daha  böyük  bir  iddia  irələ  sürürəm.  Deyirəm  ki,  bu  gün  qərblinin  elmi 

dediyimiz fizika, kimya, riyaziyyat, astronomiya, tibb, tarix və coğrafiyanı və hətta bugünkü elmlərin hamısını 

müsəlmanlar yaratmışlar. Əlbəttə ki, bu çox böyük bir iddiadır… Lakin bu iddianı isbat etməyə hazırıq. 

Baxın, məsələn, bu gün ən mühüm mövzulardan biri Aya və ulduzlara getmə məsələsidir, elə deyilmi? Bu 

məsələ  bizim  astronomiya  dediyimiz  ulduz  bilgisinə  aid  bir  məsələdir.  Deyirik  ki,  astronomiyanın  yaradıcısı 

müsəlmanlardır.  Kimdir  bu  müsəlmanlar?  Sizə  bunlardan  bir  neçəsi  haqqında  danışacam.  Məşhur  İslam 

alimlərindən əl-Bəttani adlı bir astronom, yəni fəza cisimlərini tədqiq edən alim haqqında danışmaq istəyirəm. 

Əl-Bəttani

1

 kimdir? İçərinizdə onun barəsində nə isə bilən vardırmı? Bəlkə, bəzilərimiz bunun adını eşitmişik. 



Çox təəssüflər olsun ki, bizə öz alimlərimizi tanıtdırmamışlar. Çoxunuz Ptolemeyin adını eşitmisiniz. Nə üçün? 

Çünki bizim kitablarımızda bu ad yazılmışdır. Əl-Bəttaniyə gəlincə isə adı belə qeyd olunmur. Nə üçün? Çünki 

bizim kitablarımız bəzi tərəfkeş qərblilərin kitablarından tərcümə edilmişdir. Halbuki Ptolemey hara, əl-Bəttani 

hara?  Baxın,  bunların  arasındakı  fərqi  sizə  açıqlamağa  çalışım.  Əl-Bəttani  özündən  əvvəlki  misirli  alim 

Ptolemeyin Günəşin fəzada olduğu yerdən həmin yerə təkrarən gəlməsi üçün, yəni bir illik bir zamanın keçməsi 

üçün bizim bugünkü təbirimizlə Yerin öz ətrafında 260 dəfə fırlanması lazımdır – dediyini, yəni bir ili 260 gün 

zənn  etdiyini  görür.  Əl-Bəttani  Ptolemeyin  yanıldığını,  bir  ilin  365  gün,  5  saat,  46  dəqiqə  və  22  saniyə 

olduğunu söyləyir. İndi şərqşünas bizə əl-Bəttani ilə Ptolemeyin arasındakı fərqin bəsit bir fərq olduğunu iddia 

edə bilərmi? Bu gördüyümüz rəqəm bugünkü ən həssas ölçü alətləri ilə ortaya çaxarılan ölçüyə nisbətən bir ilin 

həqiqi müddəti baxımından sadəcə 2 dəq və 24 san qədər fərqli bir miqdardır. Əl-Bəttani ilin uzunluğunu bu 

qədər  həssas  bir  şəkildə  ölçə  bilmişdir.  Yaxşı,  bir  ilin  260  gün  olduğunu  zənn  etməyin  səbəbi  nədir?  Bir  ili 

saniyəsinə  qədər  bildirmənin  vəziyyəti  nədir?  Bəli,  bu  fərqlər  başqa  sahələrdə  indi  görəcəyimiz  kimi  davam 

edəcək. Nə üçün? Çünki müsəlmanlar elmi əllərinə almış, bu tarixdən sonra Ptolemey qədim dövrlərdə qalmış 

olan bir insandır.  

Qədim misirlilər Aralıq dənizinin genişliyini, yəni məsələn, Mersindən İskəndəriyyəyə qədər olan məsafəni 

bugünkü həqiqi məsafənin iyirmidə biri qədər olduğunu zənn edirdilər, yəni Ankara ilə Konyanın arası 260 km-

dir.  Onlar  Ankara  ilə  Konyanın  arasındakı  məsafənin  10  km  olduğunu  zənn  edirdilər.  İş  İslam  alimlərinə 

gəlincə Aralıq dənizinin həqiqi genişliyini ilk dəfə İslam alimləri ölçmüşlər. Necə ölçdülər? Abbasilər dövründə 

xəlifə  Məmun,  “Mən  Aralıq  dənizi  bölgəsindəki  müsəlman  torpaqların  kodastrını  çıxarmaq,  hər  bir  kəsin 

haqqını  sübuta  yetirmək  istəyirəm.  Mənə  bütün  Aralıq  dənizi  boyundakı  İslam  diyarlarının  ölçülərini  dəqiq 

olaraq  çıxarıb  gətirin”,  –  dedi  və  bu  işi  alimlərinə  vəzifə  olaraq  tapşırdı.  İslam  alimləri  o  zamankı  imkanlara 

görə Aralıq dənizinin genişliyini ölçmək üçün belə bir metod tətbiq etdilər; Aralıq dənizinin kənarında sahildə 

qurulan  bir  şəhərdən  ölçməyə  başladılar.  Yüksək  bir  təpənin  üstünə  çıxıb  o  təpədən  etibarən  görünə  biləcək 

qədər  irəlidəki  məsafəyə  baxırlar.  Çıxmış  olduğu  təpənin  dənizdən  yüksəkliyini  ölçürlər.  Günəş  batarkən 

təpədən o zamankı alətlərlə aradakı bucağı ölçürlər. Daha açıq bir misal üzərində danışsaq, məsələn, Konyada 

bir  təpənin  üzərinə  çıxırıq.  Baxırıq  ki,  Kuluda  Günəş  batır.  Günəşin  orada  neçə  dərəcəlik  bir  bucaq  altında 

batdığını ölçürük. Üstündə durduğumuz təpənin hündürlüyünü ölçürük. Bu hündürlüyü və bu bucağı ölçdükdən 

sonra  aradakı  məsafəni  hesablayıb  tapırıq,  yəni  Kuludan  Konyaya  qədər  olan  məsafəni  hesablayırıq.  Necə 

hesablayırıq?  Sırf  bunu  hesablamaq  üçün  bizim  bu  gün  triqonometriyada  istifadə  etdiyimiz  sinus,  kosinus, 

tangens,  kotangens  məfhumlarını  yaradaraq  hesablayırıq.  Bu  məfhum  və  anlayışları  kəşf  edən  xəlifə  Məmun 

zamanındakı müsəlman alimlərdir. Bunlar bu məsafəni hesablayarkən qarşısındakı bucağın sinus və kosinusunu 

hesablayır  və  bu  hesablar  vasitəsi  ilə  məsafələri  ölçürlər.  İndi  bu  sinus  məsələsinə  təkrarən  qayıdacağıq. 

                                                 

1

 Bəttani haqqında ətraflı məlumat almaq üçün “Qeydlər və izahlar” bölməsinə baxın. 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə