İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

33 


bala!..  Əlin  qurumasın,  yazıqsan,  a  Mehdi,  uşağa  niyə  elə  vurdun?»  Mehdi  əlini  ağzına  təpdi. 

Oğlunu çağırdı:  

– Tosu!.. Göy bir də guruldadı. Qayalardan «uşaqlar» bir də çığırdı, elə bil deyirdilər ki, 

bizi  axtarmayın,  tapmazsınız.  Nazlı  eyvana  çıxmışdı.  Küləyin  ilk  qanadı  onun  saçlarını 

qarışdırdı.  

* * *  


Gəmi  reyddə  dayanmışdı.  Külək  hələ  də  tüğyan  edirdi.  Lakin  gəmi  əvvəlki  təki 

yırğalanmırdı. Çünki lövbər atmışdılar, gəminin burnu külək əsən səmtə dönmüşdü, dəniz burada 

dayaz  idi,  dalğalar  naşı  toy  oyunçuları  kimi  atılıb-düşürdü,  gəmini  çox  tərpədə  bilmirdi.  Xeyli 

aralı da bir  yedək gəmisi,  onun  yedəyində də iki borps vardı. Borpslar lövbər sallamamışdılar, 

yedək  gəmisindən  də,  bir-birindən  iyirmi-otuz  addım  kənarda  axırdılar.  Yedək  gəmisi  sahildə 

dayanan  balıqçıya  oxşayırdı,  lövbər  zənciri  də  sanki  onun  tilovu  idi,  qaravulun  tərpənməsini 

gözləyirdi, tilovu bu saat çəkəcəkdi, qarmaqda bir balıq çırpınacaq tez-tez ayparaya dönəcəkdi. 

Yedək gəmisindən xeyli o  yanda qıpqırmızı  bir  «beşik»  görünürdü. Aynaları  duman idi. Bircə 

dorunun başında papaq boyda bircə işıq vardı. Bu qırmızı «beşik» siqnal məntəqəsi idi. Dənizin 

şimalına üzən gəmilər öz istiqamətlərini həm  də məntəqədən aldıqları  siqnallarla düzəldirdilər. 

Bu «beşiyin» o tərəfində də nəhəng gəmi görünürdü. O gəmidə çörək bişirilir, balıq konservləri 

hazırlanırdı. Böyük mağazası, tennis göyərtəsi, kinoteatr salonu, gecə-gündüz işləyən aşxanası, 

mehmanxanası  vardı.  Buna  «üzən  şəhər»  deyirdilər.  Bu  «üzən  şəhər»  Həştərxan-Bakı, 

Həştərxan-Mahaçkala;  Həştərxan-Krasnovodsk,  Ufa,  Çələkən  yolunun  üstündə  idi.  Bəzi 

dənizçilər bir həftəlik, ongünlük istirahətlərini burda keçirirdilər. «Üzən şəhər» mağazasında hər 

nə  desən  vardı,  ən  qiymətli  şeylər  burada  tapılardı.  Ən  yaxşı  çörək,  ən  yaxşı  balıq  xörəkləri 

«üzən  şəhər»  də  bişirilirdi.  Buranın  suyu  bulanıq  idi,  ləpələr,  dalğalar  yuyunub  darana  da 

bilmirdi, durulanıb ağara da bilmirdi. Bu sular günəşin qırmızı saçlarını da bozardırdı. Ələmdar 

Tosunu göyərtəyə çıxarmışdı: «Havanı dəyiş, – demişdi. – Bir dünyaya bax, kayutada nə qədər 

yan yerə verərlər? Hər fırtınada beləcə yatsan, dənizə dözümün olmaz, gərək xamlığını ayaq üstə 

keçirəsən, onda tez alışarsan...» Sonra da zarafata keçmişdi: «Leyli də ha gəldi, gördü Məcnunu 

eşqin  girdabındadır,  öz  Leylisini  görmür,  bihuşdur,  məhəbbət  sərməstidir,  ayılmır.  Elə  bilirsən 

Leylin sən Məcnunun dalınca çox gələcək? Yox, qardaş, hörmət də bir gün olar, görsə ki daha 

səndən  ona  yağ  dammır,  Məcnun  dəlidir,  Leyli  də  ağılsız  deyil  ha,  gedib  əğyar  ilə  dost  olar, 

qalarsan yanını çimdikləyə-çimdikləyə...» Sonra Tosuya zorla bir stəkan şirin çay içirtmişdi, bir 

yağ-pendir  yonması  yedirtmişdi.  Tosunu  yenə  də  göyərtəyə  göndərmişdi,  tez-tələsik  üzünü 

qırxmışdı, təzə paltarlarını geyinib onun yanına qayıtmışdı. İndi «Üzən şəhər»ə baxırdı. Monqol 

gözlərində  nəsə  yanırdı,  alışırdı,  sönürdü.  Monqol  üzündə  bir  həvəs  gəzirdi,  bəzən 

təbəssümlənirdi,  sinəsinə  yayılırdı.  Fikrin  şirinliyi  dodaqlarını  tərpədir,  onu  qımışdırırdı,  nəsə 

demək istəyirdi. Özünü saxlaya bilmədi, dindi də, danışdı da:  – Orda bir qəşəng qız var, Tosu, 

keçən dəfə burda az dayandıq, yoxsa bir şey çıxardı. Dedim ki, mən bir də gələnə kimi fikirləş, 

səni almaq istəyirəm. Yaman güldü. Tosu heç nə demədi, Ələmdarın üzünə baxdı: «Keçən dəfə? 

Onu  almaq  istəyirsənsə,  bəs  Ərkinazın  şəklini  başının  üstündən  niyə  asmışdın,  niyə 

götürməmişdin? Bu necə sevgidir, necə məhəbbətdir? Tutar qatıq, tutmaz ayran?» Ələmdar elə 

bil onun fikrini gözlərindən oxudu? – Dənizçinin hər sahildə biri olmalıdır. Səninki də olacaq, 

darıxma, qardaş. Yoxsa bu sularda baş saxlamaq olar?! Yönün Həştərxana düşür - səni birinin, 

Mahaçkalaya  düşür  –  o  birinin,  Krasnovodska  düşür  -  üçüncüsünün  həsrəti,  məhəbbəti  çəkir. 

Dənizçiyə  sahil  məhəbbəti  olmasa,  ömrü  sularda  su  kimi  keçər,  bilinməz,  qardaş...  Tosu  mat-

məəttəl qalmışdı: hər dənizçinin hər sahildə bir arvadımı olmalıdır? Bunlar nə qədər pul alırlar? 

O qədər arvad-uşağın yemək-içməyini, geyinib-keçinməyini necə çatdırırlar? Ələmdar güldü: – 

Birdən özünü elə unudursan ki, onun adıyla bunu, bunun adıyla da onu çağırırsan? Sonra da üzr 

istəyib  səhvini  düzəldirsən,  ya  da  bir  yalan  uydurursan.  Başlayırsan  ki,  o  adda  bir  qohumum 

vardı, ağır xəstə idi, öldü, iki uşağı yetim qaldı. Sən yalandan qüssələnirsən, onlar gerçəkdən. Öz 

yalanına özünün də gülməyin tutur, özünü bir təhər saxlayırsan. Hə, qardaş, dünya alıb-aldatma 

dünyasıdır, yoxsa işin düz getməz. Tosu fikirləşdi ki, gör gəlib hara düşüb; bu gəmidə azı qırx 



 

34 


adam var, yəqin, çoxu Ələmdarın tayıdır, bu nisbətdə, bu təbiətdədir. Demək, bunların dilinə düz 

söz  gəlmir,  hamısı  yalançıdır.  Hər  sahildə  birinin  başına  kələk  açırlar.  Bəs  bu  yalanların,  bu 

kələklərin  üstü  açılmırmı,  başı  tutulmurmu?  Ələmdarı  çağırdılar.  Gəminin  orta  mərtəbəsindəki 

kapitan  körpüsündən  çağırdılar.  O  keçid  körpüsü  ilə  yüyürdü,  trapla  yuxarı  dırmaşdı,  sükan 

budkasına girdi. Çıxıb qapının ağzında yönü içəri dayandı, kiməsə iki dəfə təzim etdi, yaman çox 

əyildi,  düzələndə  də  əlini  gah  sinəsinə,  gah  da  qulağının  üstünə  sıxdı.  Tosunun  yanına  isə 

Ələmdar  bir  yerişlə  qayıtdı.  Hərdən  də  dönüb  dala  baxdı.  Dala  boylananda  üzü  yumşalırdı,  az 

qalırdı  gözləri  üzündə  itsin,  yönünü  Tosuya  sarı  çevirəndə  sifəti  qurulaşır,  duzsuzlaşırdı. 

Məhəccərə  söykəndi,  bu  vəziyyətdə  duruş  gətirə  bilmədi,  onu  hansı  hal-hava  isə  dingildədirdi, 

elə  bil  canına  nəsə  doldurmuşdular,  öz  dərisinə  sığışmırdı.  –  Kapitan  çağırtdırmışdı.  Geyinib-

keçindiyim görüb, bilib ki, «üzən şəhər»ə gedəcəm, bir iki şey tapşırdı, olsa alacam.  

–  Məhəccərə  yenə  söykəndi,  yapışığı  yenə  tez  qopdu,  tez  aralandı,  palçıq  ayaqlayan 

kərpickəsənlər  təki  o  yan  –  bu  yana  yeridi,  əlini  Tosunun  çiyninə  qoyub  dayandı:  –  Bilirsən, 

qardaş, burda məni çoxlarının gözü götürmür. Belə sözləri sənə deməzdim. Ona görə deyirəm ki, 

biri danışacaq. Ondan-bundan eşitməkdənsə, düzünü özümdən eşitsən yaxşı olmazmı? Tosu ona 

cavab verəydi? Kim öz ayranına turş deyər? Hər bir haqsız özü barədə haqlı kimi danışıb səni 

inandırmırmı? Ələmdar onun nə deyib-deməyəcəyini gözləmədi, az qala Tosunun çənəsi  altına 

girə-girə üyütməyə başladı:  

– Mən dənizçilik məktəbini bitirmişəm. Şturman ola bilərəm. Ancaq bunun geci-tezi var, 

özü  də  kapitandan  asılıdır.  Bizim  kapitan  da  ki,  yalançılıq  götürəndir.  Bilirsənmi  niyə?  Çünki 

özü yaltaqlana-yaltaqlana böyüyənlər, səndən, məndən yaltaqlıq gözləyər, yaltaqlanmasan, onun 

gözündə bir qəpiklik qiymətin yoxdur. Ələmdar susdu; çünki hamı naharlanmışdı, hamı bəzənib-

düzənmişdi,  elə  bil  toya  gedirdilər,  hamı  baş  göyərtəyə  çıxırdı.  Onların  üçü  yuxarı  dırmaşdı, 

qayığın  birinin  üst  örtüyünü  brezent-plaşı  açdı,  qayığı  dənizə  salmağa  başladılar.  Ərkinaz  da 

göyərtəyə çıxdı. Altdan yuxarı Tosuya baxdı, onu çağırdı: – Aşağı düş.  

–  Mən  getmirəm.  Tosu  elə  dilləndi  ki,  öz  səsi  öz  qulağına  güclə  çatdı.  Ələmdar  onun 

qolundan  tutdu:  –  Özüm  ölüm,  gedəcəksən.  Ə,  bu  saat  nə  var  burda?  Gedək  gözünü  dəyiş,  bir 

pisə,  yaxşıya  bax.  Tosu  qorxurdu:  dalğa  on  min  tonluq  gəmini  yırğalayır,  beşik  boyda  qayığı 

döndərə  bilər.  Tosu  suya  düşən  kimi  boğulmazmı?  Axı  o  üzməyi  də  bilmir.  Ərkinaz  onun 

getmək  istəmədiyini  gördü,  özü  yuxarı  qalxdı.  Aşağıdan  qıza  zarafatla  sataşdılar:  –  Nə  bekara 

Məcnunun  var,  a  Leyli?  Gərək  səni  görən  kimi  özünü  daşdan-qayadan  ataydı,  özünü  pak 

məhəbbət yolunda fəda edəydi. Ərkinaz zarafata cavab vermədi. Əlini Tosunun qoluna çatdırdı, 

onun üzünə baxa-baxa pıçıldadı: – Gedək... Qayıq hələ gəmidən aralanmamış T osunu bir xəstə 

titrəməsi tutdu. Dişini dişinə sıxdı, bir əli ilə qayığın yanından yapışdı, özünü özünə yığdı, özünü 

özünə sıxdı, çənəsinin uçunmasını  yenə saxlaya  bilmədi. Elə bu vaxt  «uşaqlar» zarafatlaşdılar, 

hansısa  Ələmdarı  itələdi.  Ələmdar  özünü  saxlaya  bilmədi,  dənizə  yıxıldı.  Sürücü  qayığa  qaz 

verdi,  qayıq  irəli  sürətlə  şığıdı.  Arxaya  sarı  yamyaşıl  tüstü  çözələndi.  Ələmdar  bu  tüstünün 

altında qaldı, görünməz oldu. Tosu istədi qışqırsın. Lakin çənəsi söz tutmadı, həm də dənizçilər 

gülüşdülər. Bu gülüş Tosunun da titrəməsini kəsdi, qayığı da yavaşıtdı, qayığı geri döndərdilər. 

Ələmdar  bir  əlini  qayığın  yanına  atdı,  bircə  hoppanışla  qayığın  içinə  düşdü.  Onlara  ərklə 

acıqlandı:  –  Əclaflar!..  Üst,  alt  köynəklərini  soyundu,  sıxdı,  çırpdı,  birini  onu  itələyib  yıxana 

verdi:  


–  Al,  birini  də  sən  qurut.  Qayıq  gedir,  köynəklər  köpəşiyir,  dənizçilər  pıçıldaşıb 

qaqqıldaşırdılar.  Qayığın  hər  dalğanın  başından  balıq  kimi  aşdığını,  bəzən  yanı  üstə  əyildiyini 

heç  biri  vecinə  almırdı.  Elə  bil  heç  vaxt  ölməyəcəkdilər;  ölməyəcəklərinə  inanmışdılar. 

İnanmışdılar  ki,  oda  düşsələr  –  yanmazlar,  suya  düşsələr  –  boğulmazlar,  batmazlar,  özləri 

istəyəndə  öləcəklər,  özləri  istəyəndə  dənizdə  qərq  olacaqlar...  Ələmdar  «üzən  şəhər»ə  çatar-

çatmaz  köynəklərini  sulu-sulu  geyindi.  «Üzən  şəhər»ə  hamıdan  qabaq  atıldı,  hamıdan  qabaq 

qeybə  çəkildi.  Tosugil  onu  bir  də  aşxanada  gördülər.  Əl-qolunu  ölçə-ölçə  bufetçi  qadınla 

danışırdı, yağlı-yağlı gülürdü, yerində oynaqlayırdı. Ərkinaz Tosunu pərdəli arakəsmənin birinə 

çəkdi,  Ələmdar  onları  görmədi.  –  Kapitan  balıq  kababı  aparacaq.  –  Ərkinaz  pıçıldadı.  –  Biz 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə