İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

35 


reydə gələndə Cavanşir qardaş onu həmişə kababa göndərir. Üz-üzə oturmuşdular. Tosu sıxılırdı, 

büzüşürdü,  Ərkinazın  üzünə  çox  baxa  bilmirdi,  gözlərini  stolun  üstünə  dikirdi.  Qara,  dağınıq 

saçlarla  dövrələnən  ağ  üzün  məlahəti,  təravəti,  ala  gözlərin  təmizliyi,  duruluğu,  çəhrayı  donun 

sıxdığı  sinə,  sinənin  doluluğu,  qabarıqlığı,  şana  barmaqların,  şümşad  biləklərin  incə  tərpənişi, 

püstə  dodaqların  qönçə  sıxımı,  qönçə  düyümü,  gül  açılışı,  ətin saçımı  onu  utandırırdı,  öz tayı-

bərabəri  olmayan  bir  qızla  bugünkü  yoldaşlığı  Tosunu  acı  almaya  döndərirdi.  –  Tosu,  adama 

neçə kabab yeyək? Abır, həya sıxıntısı Tosunu qurcuxdurdu, üzünə təndir istiliyi, ürəyinə ocaq 

yanğısı gətirdi. Dili dolaşdı. Dilinin dolaşığını çətin açdı: – Mən yemirəm. – Sən yeməsən, mən 

də dilimə vurmaram. Tosunun o qədər pulu hardaydı!.. Cibində bircə üçlük qalmışdı, o da bircə 

kilo  çörəyin  haqqını  ancaq  ödəyirdi.  Süfrə  xərcini  kişi  çəkməzdimi,  oğlan  qızı  qonaq 

eləməzdimi? O özünə ilk dəfə nifrət  etdi, acizliyini  ilk dəfə duydu, dünyadan, taledən ilk dəfə 

küsdü: niyə onun da  cibində çoxlu  pul  olmasın,  belə  yerdə xərcləməsin? Niyə onun gücü belə 

xırda  şeylərə  də  çatmasın?  Ürəyindən  bir  təsəlli  qalxdı,  nifrətin  acısını  tez  yuyub  apardı: 

səkkizinci sinfi təzə bitirməyibmi? İşə, işləməyə, pul qazanmağa birinci dəfə gəlməyibmi? Kimin 

cibində havayı pul olur ki!.. Hamı zəhmət çəkmirmi, zəhmət çəkə-çəkə aldığı pulu xərcləmirmi? 

Tosu dillənmədi. Ərkinaz barmağını divardakı düyməyə uzatdı. Aradan çox keçmədi ki, totuq bir 

qız gəldi. Sifəti dəm çaydanı kimi yupyumru, dopdolu. Fındıqburun idi. Gülümsünəndə gözləri 

itib-batırdı. Danışanda qalın dodaqları  güclə aralanırdı.  O, Tosuya baxıb  gülümsədi,  ondan ağlı 

bir şey kəsmədi, yönünü Ərkinaza çevirdi. Ərkinaz:  

–  Fındıqburun,  –  dedi,  –  hələlik  iki  kabab,  göy-göyərti,  salat,  iki  yüz  də  konyak... 

Fındıqburun:  «Baş  üstə!»  deyib  dabanı  üstə  geri  fırlandı.  Elə  həmin  anda  da  qayığın  motoru 

avtomat kimi guruldadı.  

– Ələmdar gedir, – deyə Ərkinaz dirsəklərini stola dayayıb ağ, qarğı barmaqlarını altdan 

yuxarı saçlarına sancdı. – Nə tez hazır oldu? – Dodaqlarına təbəssüm qondu. – O dəfədə alaçiy 

aparmışdı, kapitan geri qaytardı, təzədən bişirtdi. İndi də elə olsa... – Təbəssüm yanaqlarına sarı 

qaymağı götürülmüş dümağ süd üzünə oxşar buxağına yayıldı. Sonra o güldü, sədəf dişlərinin iki 

qatar boyunbağı düzümü göründü, sinəsi uçundu, hər sözü də gülüşün bir qanadında uçub gəldi:  

–  Nə  isə...  Tosu  hələ  də  key  kimi  idi.  Dəniz  onu  yaman  tutmuşdu,  ağlı-başı  yaxşı 

işləmirdi. Gözlərində də bir torluq, ala-toranlıq qalmışdı, sanki buludlu payız axşamında, ya da 

yağmurlu  yaz  səhərindədir,  gün  çıxmayıb,  yerlərin,  göylərin  qaralığı  havadan  silinməyib.  İndi 

ona bəzən elə gəlirdi ki, qarşısında əyləşən bu qızı da elə bir ala-toranlıqda görür, yuxuda görür. 

Aşxanaya gəlmək, oğlanı qonaq eləmək, içki sifariş etmək qız ismətidirmi, qız həyasıdırmı? O, 

Tosudan  heç  utanmır  da,  çəkinmir  də,  elə  bil  yanındakı  uşaqdır,  o  da  əlindən  tutub  gəzməyə, 

gəzdirməyə  çıxıb.  Ərkinaz  bəzən  uzaqlaşırdı,  uzaqlaşa-uzaqlaşa  şəklə  dönürdü.  Lakin  bu  şəkil 

kirpik  çalırdı,  gülümsünürdü.  Bu  şəklin  ala  gözlərində  bir  istək  ağdan  qaraya,  qaradan  ağa 

uçurdu, çırpınırdı, kirpiklərin çəpərindən kənara çıxa bilmirdi. O dişlərin boyunbağı düzümündə 

bir  gülüş  şəkərlənirdi,  şirinləşirdi,  ağ  süd  buxaqda  qaymaq  tuturdu,  çəhrayı  donun  alovunda 

yanan  ağ  sinəyə  süzülürdü.  Birdən  də  bu  şəkil  şəkillikdən  çıxır,  lap  yaxınlaşırdı,  Tosu  onun 

sinəsindəki quş çırpıntısını da görürdü. Tosu yüz qram konyak içəndən sonra bu şəkil bir yaşıl 

tülə büründü, püstə dodaqları necə tərpəndisə, hiss etmədi, ancaq səsini eşitdi. Bu səs Tosunun 

başına yağdı, kefikök adamın başına yağan kəpək qar kimi yağdı. Tosu bu kəpək qarın kəpənək 

uçuşunda, kəpənək qonuşunda yatmaq istədi. Bu yer-yataq necə yumşaq olardı, necə rahat olardı. 

Bu kəpənəklər bir ucdan qonardı onun üstünə, özü də illər boyu, hətta ömrü boyu qonardı üstünə, 

Tosu heç bir ağırlıq hiss etməzdi, əksinə sanardı ki, dünya ipəyə dönüb, həyat məxmərə dönüb. 

Ərkinaz  yaşıl  tüllü  əlini  uzatdı,  yaşıla  çalan  konyakı  Tosunun  qədəhinə  süzdü.  –  Bunu  da  iç, 

Tosu.  


–  Bəs  sən  niyə...  Tosunu  göy  öskürək  tutdu.  Ərkinaz  qalxıb  onun  kürəklərini  oxşadı:  – 

Hamısı öz payın olsun, – dedi. – Keçib öz yerində oturdu. – Onu da iç, sinəni bassın. Ərkinazın 

gözlərində  yuxulu  bir  xumar  vardı.  Sanki  üzü  bu  xumarın  beşiyi  idi,  o  beşikdə  bir  körpə 

yatmışdı, çaylar, bulaqlar layla deyirdi, dağların  sərinliyi  bu laylanı bu beşiyə, bu körpəyə, bu 

xumara  ətir  kimi  çiləyirdi.  Tosu  «üzən  şəhər»də  gəzəndə  də,  qayıqla  geri  qayıdanda  da,  öz 



 

36 


kayutuna keçib çarpayıya uzananda da hər şeyi yamyaşıl gördü. Necə təmiz idi, necə sərin idi bu 

yaşıllıq.  Tosu  yatanda  da  yaşıl  yuxular  gördü.  Gördüyü  yuxuların  hamısında  Ərkinaz  vardı. 

Birində bir yaşıl göl, Ərkinaz da yaşılbaş, üzürdü bu yaşıl göldə. Tosunu çağırırdı. Tosu göldə 

boğulurdu, batırdı, amma ölmürdü, o biri yuxuya keçirdi. İkinci yuxuda Ərkinaz uçurdu. Tosu da 

qanadlanırdı,  göylərə  qalxırdı.  O,  səmalara  yüksələndə  Ərkinaz  yerə  enirdi,  quşluqdan, 

pərvazlıqdan  çıxırdı,  həmincə  Ərkinaz  olurdu,  Tosunu  səsləyirdi,  Tosu  isə  qanadlarını  yığa 

bilmirdi, qıra bilmirdi, uçub Ərkinazın başının üstündən keçirdi. Yerdən bir ah qopurdu. Bu ah 

yaşıl  dünyanı  quru  küləşlik  təki  yandırırdı.  Tosu  da  yanırdı,  amma  yenə  də  göylərə  çəkilən 

yaşıllığa  doğru  havalanırdı.  Bu  alov  ora  da  çatırdı,  Tosunu  külə  döndərirdi,  Tosu  yenə  də 

ölmürdü,  özünü  Ərkinazla  bir  qayıqda  tək  görürdü.  Haradansa  mahnı  gəlirdi,  haradansa  quşlar 

gəlirdi. Quşlar oxuyurdu, Ərkinaz oxuyurdu, Tosu da oxuyurdu. Bu quşlar mahnıdan doyurdular, 

uçub gedirdilər, təzə dəstələr gəlirdi, həmin mahnını onlar da oxuyurdular. Demə, bu quşların da, 

Ərkinazla Tosunun da yemək-içməyi mahnılar imiş. Demə, onlar belə yaranıbmış. Demə, ömür-

gün mahnılarla keçirmiş, ruh nəğməsiz qalanda tez acırmış, tez qocalırmış...  

– Tosu!.. Onu bu yaşıl yuxulardan Ələmdarın səsi ayırdı.  

– Ə, bu necə oxumaqdır? – əlini əlinə vurub şaqqıldadı.  

–  Le-lü  eləyirsən,  ağzın  da  elə  əyilirdi  ki,  Allah  göstərməsin.  Sən  ayılanacan,  düzü, 

qorxdum.  Dedim,  birdən  ağzın  gerçəkli  əyilmiş  olar.  Yatdığı  yerdəcə  ağzı  əyilənləri  çox 

görmüşəm. Allaha çox şükür, səninki yuxuda əyilirmiş. Ələmdar soyunub özünü çarpayıya atdı. 

Sonra qalxıb aynaların pərdəsini çəkdi, kayutda bir gecə yaratdı, yatağına uzandı.  

–  Tosu,  –  dedi,  –  sənə  bir  söz  desəm,  ağzından  qaçırmazsan  ki?  Tosu  hiss  elədi  ki,  bu 

«əmanətdə» xəyanət var, kal dilləndi: – Nə deyəcəksən ki? Pərdələr aynaların qabağını hər necə 

tutsa da içəri xeyli işıq süzülürdü. Tosu onun dirsəkləndiyini gördü.  

– Sənin xeyrinə bir neçə söz. O da dirsəkləndi: – Kim öz xeyrindən qaçar ki? – Ərkinaz 

burda hamını dişinə vurmuşdu, bircə sən qalmışdın, səni də çənginə keçirdi. Axırda gülünc yeri 

olmaq istəmirsənsə, ondan qıraq gəz. Tosu dikəlib  oturdu. Əlini  yastığa  atdı. Ona elə gəldi ki, 

eşitdikləri  insan  dilindən  çıxmır,  qara  bir  quyudan  gəlir,  yastıqla  həmin  qara  quyunun  ağzını 

qapayacaq,  ağ  yuxularına,  göy  mahnılarına  yağdırılan  böhtanları  susduracaqdır.  Ələmdar 

Tosunun  hirsləndiyini  duydu,  özünü  çəkdi:  –  Sənin  kimi  az  yatıb  çox  yuxu  görənə  rast 

gəlməmişdim.  Bir  qarın  yemək-içmək  gözlərini  tez  tutdu?  Uşaqsan,  ona  görə.  Vaxt  gələr,  bu 

qoca  Ələmdarın  dediklərinə  inanarsan.  –  Arxası  üstə  uzandı.  – Bir  söz  dedim,  deməmiş  olum, 

qələt eləmişəm. Ələmdar sussa da kayutda bir səs gəzdi, bir səs dolandı, hər gəzişində Tosunun 

ürəyini  bir  dəfə  çaldı,  hər  dolanışında  Tosunun  boynuna  bir  dəfə  sarındı.  Qapı  döyüldü.  Səs 

gəldi: – Ələmdar, dostunu kep çağırır. Ələmdar dillənmədi, Tosu da bu «kep» sözündən heç bir 

şey  anlamadı.  «Dostu  –  mənəm,  bəs  kep?»  –  deyə  düşündü,  Ələmdarın  üzünə  baxdı.  O  da 

gözlərini  yummuşdu,  elə  bil  çağıran  ona  heç  nə  deməmişdi.  –  Məni  çağırır?  Ələmdarın  ağzı 

acıqla  açıldı,  o:  –  Hə,  –  dedi,  –  hə!..  Tosu  qısıla-qısıla:  –  Kim?  Ələmdarın  gözləri  qaranlıqda 

ağardı: «kep də! Kapitan – deyib yönünü o yana çevirdi, elə bil bu dəfə cavabı gözləri vermişdi, 

özü də sözlərinin qanını içib, ətini yeyib sümüyünü itin qabağına tullayan kimi Tosunun üstünə 

atmışdı.  Tosunu  bu  çağırış  da  qorxuzdu:  «Yox,  kapitan  da  mənə  deyəcək  ki,  o  qızla  «üzən 

şəhər»ə  nə  üçün  getmisən,  nə  üçün  içmisən?  «Danış  görüm  başına  nə  oyunlar  açdı».  Ərkinaz 

yəni  elələrindəndi? Oğlanı  eləsinin qabağında sındırarlarmı? Axı o gecə Ələmdarı  məcbur  etdi 

ki,  Ərkinazdan  üzr  istəsin.  Bu  qanacağı,  hörmətli  adama  göstərmirlərmi?!»  Tosu  növbətçi 

matrosun  bələdçiliyi  ilə  kapitanın  kayutunu  tapanda  da,  qapını  taqqıldadıb  içəri  girəndə  də, 

Cavanşirin göstərdiyi kətildə əyləşəndə də belə suallar, fikirlər içində idi. Kapitanın ilk sözü, ilk 

sorğusu onu soyuq şübhələrin əlindən aldı. – Dənizi sevirsənmi? Cavanşir bu sözləri Tosunu təzə 

qorxulara saldı: «Yox» desə, bildirməzmi ki, onda özünə qıraqda ip tap? Şəhərdə hara gedəydi: 

kimin yanına gedəydi? Yenə kəndəmi qayıdaydı? Atası ona nə deyərdi, Nazlı onun üzünə necə 

baxardı?  Deməzdilərmi,  a  evdən  küsüb  gedən  gədə,  gördünmü  çöllərdə  baş  saxlamaq  necə 

çətindir?  Bəyənmədiyin  zibilə  pəpə  deməyəmi  gəldin?  Gördünmü  buranın  yavanı  necə 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə