İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

31 


– Məni heç istəmirsən? Tosu tərpənmədi, heç bir söz demədi, gözlərini də yumdu, bitimi 

ağaca döndü. Nazlı bir əlini  onun çənəsinin altına apardı, başını azca dikəltdi:  – Tosu məndən 

zəhlən gedir? O yumulu gözlərdən iki yaş bulağı açıldı, elə qaynadı, elə axdı ki, elə bil Tosunun 

bütün  varlığı  əriyib  suya  çevrilir,  gözlərindən  gəlirdi.  Nazlı  üzünü  Tosunun  üzünə  yapışdırdı, 

pıçıldadı: – Bəs mən neynim, Tosu, özümü öldürümmü, hə, öldürümmü? Mən özümü öldürsəm, 

sənin  hansı  yaran  sağalar,  hansı  dərdin  yüngülləşər?  Nazlı  da  hönkürdü.  Yaşlı  gözləri  ilə 

Tosunun çəkişən dodaqlarına, alt çənəsinin büzüşüb yığışa-yığışa oynayan düyününə, üzündəki 

yaş  çığırlarına  baxdı.  –  Bəs  mən  neynim?  Mən  getsəm  də,  sizə  baxan  lazımdır.  Axı,  atan 

yaralıdır,  qılçası  hələ  sağalmayıb.  Axı  o  paltar  yuya  bilməz,  axı  o  xörək,  çörək  bişirə  bilməz. 

Mən getsəm də, biri gələcək, Tosu. Sən nə bilirsən o, necə adam olacaq. Evinizə eləsi gəlib çıxar 

ki, atanı sənə, səni də atana düşmən eləyər, Tosu. Sən analıqlar görməmisən, Tosu!.. Mən sənin 

heç xətrinə dəymişəmmi, dəyirəmmi?  

– Nazlı ah çəkdi, qarğış tökdü: – Hitlerin evi yıxılsın, onu da, – ayrı heç nə demirəm, – 

balaları mən çəkən günləri çəksin. Tosudan səs-səmir çıxmadı. Nazlı onu dindirməyə çalışdı:  

–  Bir  evdə  iki  düşmən  dolanmaz,  yola  getməz,  Tosu.  Neynək,  qoy  axşam  atan  gəlsin, 

məni  şəhərə  aparsın.  Beləmi  istəyirsən?  Hə...  Tosu  gözlərini  açdı.  Gözləri  damar-damar 

qızarmışdı.  Nazlı  belə  qızartını  payız  sabahlarında  görmüşdü.  Ondan  sonra  şəhərdə  külək 

ağacları,  telefon,  işıq  dirəklərini  yıxmışdı,  yaddan  çıxıb  açıq  qalan  aynaları  divara  çırpmışdı, 

şüşə qırıqlarını kiminin başına ələmişdi, kimini qan-ürək eləmişdi. Nazlı o gözlərin  yiyəsindən 

yaxşı cavab gözləmədi. Elə fikirləşdiyi kimi də oldu: – Çıx get! Nazlı bomboz bozardı. Qolları 

yanına  düşdü.  İstədi  desin  ki,  heç  yana  getməyəcəyəm,  bax,  sənin  o  qanlı  gözlərinin  içində 

qalacam, canını ala-ala qalacam. Bir bunun boy-buxununa bax, hökmünə, kininə bax! Nə yaxşı 

ki, hələ yekəlib, kişi olmamısan – səni görüm heç yekəlməyəsən, – ixtiyarımız səndə olsa, bizi 

divara  dırmaşdırarsan.  Ay  küçük.  Niyə  qarnın  ağrıyır,  hər  şeyin  hazırının,  durusunun  yiyəsi 

deyilsənmi?! Nazlı evə, Tosu isə bağçaya yönəldi.  

* * *  


Köhlən bu axşam kişnəmədi. Fınxırdı gəldi, fınxırdı getdi. Qonşu uşaqları əski-üsküdən 

top  düzəltdi,  məftillə  bərk-bərk  sarıdılar,  neftə  batırıb  od  vurdular,  gah  hamısı  birdən,  gah  da 

dalbadal  göyə  atdılar.  Topun  bəzisi  kol-kosa  düşdü,  az  qaldı  çəpərlərə  yanğın  salsın.  Anaları 

onlara  acıqlandı.  Uşaqlar  öz  doqqazlarından  aralandılar,  orta  yola  çıxdılar,  toplarını  orta  yolda 

odlayıb  yenə  göylərə  atdılar.  Tosu  hələ  də  bağçada  idi.  Bunların  hamısını  bağçada  görür, 

bağçada eşidirdi. Birdən çığırışma qopdu, alov göyə dirəkləndi, hamı ora yüyürdü. Yanğın get-

gedə güclənir, qışqırtı, bağırtı da artırdı. Bu hay-harayın içindən bir fəryad sıyrılıb çıxır, aydın 

eşidilirdi.  Bu,  Rəhim  kişinin  arvadının  naləsi  idi.  Onların  tayası  topdan  od  almışdı,  yanırdı. 

Tayaya su üstündən su töksələr də, bellə, yava ilə tayanı döysələr də yanğını öləzidə bilmirdilər. 

Tosu  da  ora  getmişdi.  O,  Rəhim  kişini  kənara  çəkilib  tamaşa  eləyən  gördü,  sanki  yanan  taya 

onunku deyildi, hamı əl-ayaq verir, özünü ora-bura vururdu, o isə gülümsünürdü, dəyirmandan 

darısı da axmayan adam arxayınçılığı ilə deyirdi:  

– A camaat, özünüzü yormayın, qismət deyilmiş, heç bəndənin çarxı dönməsin, döndü-

qurtardı. İndi mənim də gethagedim başlanıb. Əzizim qarğamışa, Qar yağar qar-qamışa. Yüz min 

alqış  neynər,  O  bir  fələk  qarğamışa.  Görmədiniz  başımıza  nələr  gətirtdi?!  Hamının  qarnı  qan 

ağlayan vaxtdan kənddə zurna çaldırdı. Bu da uşaqları havalandırdı. Uşaq ki havalandı, ondan nə 

xeyir?!.  Öz  içini  kef  alıb.  Elə  bilir  hamının  könlündən  «Tərəkəmə»  keçir.  Bizi  avam  yerinə 

qoyub,  daha  demir  ki,  sənin  əyirdiyini  biz  çoxdan  sarımışıq.  İki  cöngə  kəsdirdi,  kolxozun 

anbarını boşaltdı zurna çaldırdı, guya bayram keçirdi, camaatın kefini açdı. Özünə toy vurdurdu. 

Əsgər  dostunun  namusunu  yaman  saxladı...  Tosu  orada  çox  dayanmadı.  Gördü  ki,  Rəhim  kişi 

dediklərinin hamısını ona eşitdirir. Bir az da çox dursa, qulaqları daha çox söz eşidəcək. Ordan 

aralandı  ki,  Rəhim  kişi  girsin,  onun  dediklərin  də  başqalarının  qulağı  olmasın...  Atası  həyət 

qapısının  ağzında  dayanmışdı.  Tosu  istədi  geri  dönsün,  eşitdikləri,  gördükləri  ondan  əl  çəkənə 

qədər getsin, ürəyi,  könlü  boşalana kimi  yerisin, qəlbinə  yığılanları dağlarda, dərələrdə itirənə, 

azdırana  təki  dayanmasın.  Dala  çevrildi  də,  lakin  elə  bil  dizləri  tutuldu,  elə  bil  evlərində, 



 

32 


həyətlərində onu gözləyən kədər yetim kimi mələdi, onu çağırdı, «ata»! deyib ağlayacaq, «ana!» 

deyib inləyəcək, atası da, anası da «Tosu» deyib vaxt-bivaxt göz yaşı axıdacaq, bir eli, bir kəndi 

zara gətirəcək. – Tosu!.. Atası çağıranda da ona elə gəldi ki, bu səs onsuz qalan kədərin səsidir, 

kədərin  harayıdır.  Bu  kədər  axşamdan  bəri  qapı  ağzında  dayanıb,  Tosunun  yolunu  gözləyib. 

Acdır bu kədər, susuzdur bu kədər. Əli  yerlərdən də, göylərdən də üzülüb bu kədərin. Kədərin 

yetimliyi necə yaman olarmış...  

Kədərin iniltisi, sızıltısı necə ürək dağlayan olarmış ürəkdə yurd salan kədər üzdə, gözdə 

necə gözərmiş, necə sevinərmiş, necə gülərmiş necə ağlayar, necə hönkürərmiş. Acı kədər bəzən 

necə şirinləşərmiş, necə bala dönərmiş. Axı bu evdə, bu həyətdə, ana həsrəti vardır... Atası qapını 

açdı, həyətə qabaqca özü gəldi, sonra da Tosu. Atası qoltuq ağacını ikicə dəfə irəli atıb dayandı, 

geri çevrildi. Aynadan həyətə süzülən işıq Tosunun üzünə düşürdü. O, atasının kölgəsinə çəkildi. 

Mehdi yana tərpəndi, kölgəsini qaçırtdı. Tosunun üzünə yenə işıq düşdü. O, gözlərini yerə dikdi. 

Solğun işıq Tosunun qanı qaçmış üzünü bir az da sarı göstərirdi. Aylarla aclıq, qıtlıq görən uşaq 

heç  bu  qədər  candan  düşməmişdi.  İndi  boğazı  armud  saplağına  dönmüşdü,  elə  bil  başı 

yekəlmişdi,  ovurdları  boşalıb  sallanmışdı.  Canını-cəsədini  kip  tutan  qara,  nimdaş  köynəyinin 

boyunluğu  sanki  genəlmişdi,  köynəyin  ətəyindən  tutub  bir  azca  çəkən  olsaydı,  əynindən  çox 

asanca çıxardı.  

– Ağrın alım, Tosu... Elə bil ata səsi, ata yalvarışı deyildi, ana nəvazişi idi, çay dərəsindən 

keçib  gəlmişdi,  Mehdini,  Tosunu  görüb  gəlmişdi,  ərinin  halına  acımışdı,  oğluna  iltimasa 

gəlmişdi... Mehdi ayaq üstə dura bilmədi, oturdu. – Otur, Tosu. Tosu da əlini yerə verib əyləşdi. 

Arxasını işığa, yönünü qaranlığa çevirdi, atası ilə yanaşı oturdu.  

–  Neyniyək,  Tosu?  Bu  yazığı  çöllərə  salsaq  bizə  nə  deyərlər,  bizim  kişiliyimizə  necə 

baxarlar?  Tosu  başını  cəld  döndərib,  atasına  baxdı.  Sonra  üzünü  çox  yavaş-yavaş  qaranlığa 

çevirdi.  Bu,  baxışa  oxşamadı,  sanki  iti  bıçaq  idi,  atasının  boğazına  çəkmişdi,  bu  söz-söhbəti 

atasının boğazında kəsmək istəmişdi.  Atası  bilmirdimi ki,  Tosu uşaq da olsa, bəzi  şeyləri  başa 

düşür. Bilir ki, bu qapı-baca arvadsız qalmayacaq, gec-tez birini gətirəcəklər, biri gələcək, o da 

bəxtə-bəxt ya ilan-əqrəb çıxa, ya da Tosuya ana payı, bacı payı ola, heç olmasa, ona qohum gözü 

ilə  baxa,  dili  ilə  yağlayıb,  gözü  ilə  dağlamaya  onu;  əli  ilə  bağlayıb,  ayağı  ilə  saxlamaya  onu. 

Nazlıdan  başqa  hansı  analıq  Tosunu  cəhənnəm  odunda  yandırsa,  ona  belə  təsir  eləməzdi.  Axı 

burda  dost  qeyrəti  vardı.  Dost  dostun  başsız  qalan  arvadını  saxlamalıydı,  ona  başqa  gözlə 

baxmamalıydı,  ərə  verməliydi,  alan  olmasa  belə  özü  evlənməli,  o  da  bu  evin  ocağı  başında 

qocalıb  qarımalıydı  –  dost  namusu,  dost  əmanəti  kimi...  Rəhim  kişi  hələ  bu  axşamdan 

damğalanmağa  başlayıb,  qara  yaxmağa  başlayıb,  aradan  beş-on  gün  keçəndən  sonra  gör  bu 

«pişik  nə  qədər  balalayacaq?»  Kəndə  söz  yayacaq  ki,  Mehdi  o  əsgərlə  davada  tapışmayıb, 

davada  dostlaşmayıb,  yaxınlıqları  davadan  qabaq  –  kolxoz  sədri  olandan  varmış.  Şəhərə  yolu 

düşdükcə  ora  gedirmiş,  kolxozun  müftə  pulundan  xərcləyirmiş,  kişini  kefləndirib  arvadı  ilə  o 

vədədən  mazaqlaşırmış.  İmanım  Allah  əmanəti,  yalançısı  bunu  deyib  olsun,  eşitdiyimə  görə 

«dostunu»  da  həmin  bu  nazlı-qəmzəli  xanıma  görə  öz  cüyəsi  qəsdən  öldürüb.  Yoxsa,  Nazlı 

şəhərdə  bir  kölgə,  bir  dalda  tapmazdı?  Elə  gəlinə  quyruq  yedirdən  qəhədliyi  başlanmışdı 

şəhərdə?  Rəhim  kişinin  uşaqları  məktəbdə  Tosuya  söz  atacaqdılar,  onu  ələ  salacaqdılar: 

«Dostunu öldürən, dostunun arvadını alan Mehdinin oğlu», – deyib onu lağa qoyacaqdılar, ona 

güləcək, uşaqları da inandırıb ona güldürəcəkdilər. Atası bunları niyə fikirləşmirdi? Mehdi əlini 

qanamayan yerdən qan çıxardanların dırnaqları altına niyə salırdı? – Bu yazığın əlində bir sənəti 

yox,  şəhərdə  bir  qohumu  yox,  meylini,  mehrini  də  sənə  salıb,  gedib  orda  necə  dolansın?  Bizi 

qınamazlarmı ki, bir tikə çörək verməyin dərdindən burunladılar, didərgin saldılar?  

– Qoy getsin!  

– Nə? – Mehdinin ağzı əyildi. 

– Nə?.. Səsi Tosunun başına daş kimi düşdü. O dönüb əyilmiş ağzı ilə bu daşı düz atan 

atasına baxanda onun tərs şilləsi üzündə tapança kimi açıldı. Tosu üzünü tutub qalxdı, qulağının 

biri  batdı,  həyət  qapısına  sarı  yüyürdü.  Göy  guruldadı,  şimşək  çaxdı.  Dənizdə  batan  uşaqların 

sahil  qayalarında  qalan  çığırtısı,  Tosunun  anasının  çay  dərəsindən  qopan  səsi  eşidildi:  «Can 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə