İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   12   13   14   15   16   17   18   19   ...   142

traktorda olmadığını güman eləyir və çox arxayın gəlirdi. Gəlib traktorun dəmir təkərinin üstündə
oturdu. Düz Qobinin qarşısındaydı, arxası ona tərəf oturmuş, tüfəngi də qucağında tutmuşdu. Əlini
uzatsaydı, oğlana çatardı. Qobi yavaş-yavaş ayağa qalxdı, lingi arxadan oğlanın başına necə vurdusa,
oğlan səsini belə çıxartmadan sürüşüb şappıltı ilə şumun içinə yıxıldı. Onun tüfəngini götürüb
traktorun arxasından üçüncü düşməninin getdiyi istiqamətə tuşladı və gözləməyə başladı. O da tez
qayıtdı, ucadan deyinir, Qobini söyür, hansısa cəhənnəmə yox olduğunu deyirdi. Bu, yekəpərin
birisiydi, Qobi risk eləmək istəmədi. Yekəpəri on addıma qədər yaxın buraxaraq, ürəyini nişan alıb
atəş açdı. Yekəpər əlini güllənin açdığı yaranın üstünə qoyaraq yerində səntirlədi və gurultu ilə
şumun içinə aşdı. Sanki yer titrədi, dayanması da xeyli çəkdi.
Meyitləri kotanın üstünə yığaraq sahənin kənarındakı gölə apardı və burda hər üçünü silahlarıyla
birlikdə gölə atdı. Alnının tərini silərək gölün sahilində oturdu. Məni axtarırdız, eləmi, üzünü
düşmənlərinin cəsədlərini udmuş gölə doğru tutaraq istehza ilə dedi, tapacaq, öldürəcək, qisasınızı
alacaqdız. Amma mən sizləri illər öncəsi gəbərtdiyim əqrəbalarınızın yanına yola saldım. Ürəyimə
damıb, sizinkilər yenə də gələcəklər, amma aqibətləri eyni olacaq.
Axşamçağı işdən qayıdıb, şeylərini yığışdırdı, avtomatı da koğuşdan götürərək sökdü və çamadana
qoydu. Meşəbəyiyə artıq burda qala bilməyəcəyini deyərək, maşın tutub rayon mərkəzinə gəldi. Gecə
Porigildə qaldı, səhərisi Porinin köməyi ilə kibrit qutularına bənzəyən yanaşı düzülmüş beşmərtəbəli
binaların birindən kirayə mənzil tutdu və iş axtarmağa başladı. Axtarır, amma tapa bilmirdi. Pulunu
qənaətlə işlədir, yalnız ərzağa pul xərcləyirdi, ara-sıra məcbur qalıb dostlarından da borc alırdı.
Sıxıntılı günlər yaşayırdı.
Bir dəfə təsadüfən kənddəki meşəbəyi dostu ilə rastlaşdı, dostu onu çay içməyə dəvət eləyib dedi:
“Səndən sonra kənddə qəribə iş oldu. Oğraşlar tayfasından üç cavan oğlan bizim çöllərə ova
gəlibmişlər. Yeyib-içirlər, sərxoş olurlar, göldə çimmək istəyəndə isə hamısı boğulub ölür. Onları
aparmağa bütün tayfa gəlmişdi. Meyitlər neçə günü suda qalıb, şişib deyə heç polisi də əməlli-başlı
baxmağa qoymadılar”.
O isə hər şeyi çox gözəl anlayırdı. Oğraşlar tayfasının adamları polisin ondan şübhələnməsini
istəmirdilər. Onu öldürmək onların arzusu və işi idi. Bu işi bir kimsəyə tapşırmaz, etibar eləməzdilər.
Ayrılanda dostu deyirdi, bizi unutma, arada gələrsən. Qar yerə düşəndə qaban ovuna gedərik. Meşədə
komam var, qaban vurub, bir həftə qalarıq orda. Dostunun dedikləri çox maraqlı gəldi ona, gələcəyinə
söz verdi. Amma birdən sanki yuxudan ayıldı. Şübhəylə soruşdu:
– Evinizdə neçə tava var?
– Bir dənə, – dostu gözlərini döydü.
Gəlib eləməyəcəyəm, Qobi səsini qaldırmışdı, gözləməzsən! Nəyim var qış meşəsində? Nəyə görə
qabanları öldürməliyəm? Qarlı meşədə, hisli-paslı komada niyə gecələməlyəm?
Dostunun nə deməsini gözləmədi, ayağa qalxıb çayxanadan çıxdı. Hislənmişdi, adam, sən evinə ikinci
tavanı ala bilmirsən, amma qonaq çağırırsan! Məni aldada bilməzsiz, məqsədinizi bilirəm, mütləq
mənə ayaqlarınızı yuduğunuz tavada qızardılan kartofu yedizdirmək istəyirsiz. Görməzsiz! Nifrət
elədim sizə də, kartofa da!
Həmən gün Bahar adlı qonşu qızla tanış oldu. Baxışlarından, bədənindən ehtiras yağan, açıq-saçıq
geyinmiş, hansısa bankda işləyən qız onun adının Qobi olduğunu, xüsusi ilə də Qobinin qabanın
qısaldılmış variantı olduğunu öyrənəndə heyrətləndi.
– Nə cür yəni, indi sən qabansan? Mən qabanların ancaq meşədə yaşadıqlarını düşünürdüm.
– Əvvəllər eləydi, – Qobi artıq bu qızla tanışlığına peşman olmuşdu. – İndisə şəhərlərdə də yaşamağa


başlayıblar. Onlara meşədə yaşamaq əvvəlki tək maraqlı gəlmir.
– Nə bilim, qabanlar üçün şəhər həyatının maraqlı olacağını düşünməzdim. Şəhərimizə xoş gəlibsən,
qaban! – qız dedi və qəhqəhə ilə güldü.
Qızdan xoşu gəlmədi, öcəşkən, dildən iti qıza oxşayırdı. İşsiz olduğunu öyrənəndən sonra elə hey onu
lağa qoyur, məzəmmətləyirdi, sən niyə özünə iş-peşə tapmırsan? Avaraçılıqdan bezmirsən?
İşləmirsənsə, bəs onda nə yeyirsən, nə içirsən?
O isə özünü o yerə qoymurdu, sənə nə niyə işləmirəm? Mən qabanam. Bizim yemək problemimiz
olmaz. Ruzi çöldə, meşədə bizi gözləyir. Palıd qozası, ot, ağac kökü yeyir, buz kimi soyuq dağ
sularından içirik. Sonra da uzanıb qocaman ağacların kölgəsində yatırıq.
Qız istehzayla gülürdü: “Nə deyirəm, ye palıd qozalarından, iç dağ sularından. Bəs sabah qış
gələndə, meşə qar içində itəndə neyləyəcəksən? Palıd qozaları, ağac kökləri qalacaq qar altında.
Acından öləcəksən!” “Sən qışda acından ölən bir qaban gördünmü? Biz qarı eşər, altından palıd
qozalarını çıxararıq! İnsanlardan fərqli olaraq, bizim qış problemimiz olmaz. Meşə qar altda qalıb
donanda da insanlar kimi qızınmaq üçün soba yandırmarıq. Başımızı isti xəzəllərin altına salıb
yatarıq”.
Mübahisələri bitmirdi, qarşılaşdılarmı, qız onu sancmalıydı, Qobi də dözməyib cavabını verirdi,
amma qızın cavabları daha tutarlı olduğundan sonda başını götürüb bu qızdan uzaqlaşmaqdan başqa
çarəsi qalmırdı.
Şəhərə gələni balıqla bağlı tutması tutmamışdı, o da balıq almağı günü-gündən təxirə salmış, vaxtı
gələndə alacağını düşünmüşdü. Bunu Bahardan da gizlin saxlayırdı, bilsəydi, bütün günü lağa
qoyacaqdı. Hətta bəzən bu xəstəlikdən qurtardığını düşünürdü, lakin bir gün axşamçağı yenidən
başına duman çökdü, gözləri tor vurmağa başladı. Təcili dəniz balığı almalıydı, amma pulu yox idi.
Dükanların birindən nisyə almalıydı, sürahilərdən yapışaraq birtəhər həyətə düşdü, evin yanındakı
dükanların heç birində hisə verilmiş dəniz balığı yox idi. Onun isə artıq gözləri görmürdü, uzaqdakı
dükanlara gedə bilməzdi. Gəlib ağacların arasındakı oturacaqda oturdu. Başının ağrıları başlamışdı,
bir azdan huşunu itirəcəkdi.
– Burda neyləyirsən? – tanış səs eşitdi, yalnız bir qədər keçəndən sonra sual verənin qonşu qız
olduğunu başa düşdü.
– Mənə dəniz balığı lazımdır, – ağır-ağır dedi, – qaynadıb yeməsəm, huşumu itirəcəyəm.
– Gözlə, bu dəqiqə gəlirəm, – qız daha heç nə soruşmadan harasa getdi və çox çəkmədən qayıdıb
gəldi. Qoluna girib onu evə apardı, evə çatan kimi də balığı suda qaynadıb onun üçün gətirdi. Duzlu
dəniz balığını acgözlüklə yeyir, yedikcə də başından duman çəkilir, gözləri görməyə başlayırdı.
Halı yaxşılaşsa da, pərt olmuşdu, qızın bunu bilməsini istəmirdi, amma məhz qızın sayəsində həyata
qayıtmışdı. Qız isə dinməzcə ona baxırdı, artıq özünə gəldiyini görüb:
– Hə, danış, – dedi.
O da öz tayfası haqda, onların dənizin sahilindən dağlara gəlməsini, orda dəniz balığı yeyə
bilmədiklərindən hamısının “balıq qripi” deyilən xəstəlikdən öldüklərini danışdı. “İndi mən yer
üzündə balıq başı yeyənlər tayfasının sonuncu nümayəndəsiyəm, – Qobi dedi, – amma nə vaxtsa
tutmam tutsa və dəniz balığı tapıb yeyə bilməsəm, mən də öləcəyəm. Balıq başı yeyənlər tayfası yoxa
çıxacaq”.
“Balıq başı yeyənlər tayfasının yer üzündə qalmasının tək səbəbi dəniz balığından asılıdırsa, qorxusu
yoxdur, – qız dedi, – narahat olmaya bilərsən”.
Qobi qızın onu lağa qoyacağını, danışmağa yeni mövzu tapdığına görə sevinəcəyini düşünürdü.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə