İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   11   12   13   14   15   16   17   18   ...   142

tutaraq barmaqladığını gördü. “Sən neyləyirsən?” – heyrətlə soruşanda qız dedi ki, toyuqlardan
hansının yumurtası olacağını bilmək istəyirəm. Deyəsən, başqa yerdə yumurtlayırlar. “Nə cür yəni,
sən indi toyuqları barmaqlayırsan, sonra da o əllərinlə xəmir eləyəcəksən”. “Əllərimi yuyacağam”, –
qız pərt halda dedi. “Nə olacaq yuyanda? Sən əllərini nə qədər yumuş olsan da, mən hər çörək
yeyəndə bu çörəyin xəmirini sənin toyuqların arxasına girən barmaqlarınla elədiyini düşünəcəyəm”.
“Sən Aydan düşübsən? – qızın gözləri alışıb-yanırdı. – Olmaya sizin kənddə toyuqları
barmaqlamırdılar?” “Bilmirəm, mən görməmişəm. İki-üç yumurtadan ötrü barmaqlarını toyuqların
arxasına dürtməyə dəyməz! Əgər bu belə vacibdirsə, deyərdin, toyuqlar kənarda nə qədər
yumurtlayıblarsa, dükandan sizin üçün iki o qədər yumurta alıb verərdim. Sən də əziyyət çəkib
toyuqların arxasını barmaqlamaz, toyuqlar belə amansız cinsi istismara məruz qalmazdılar”.
Qız pərt olmuş, yanaqları qızarmışdı, o isə qızın halını nəzərə almadan hirslə dedi, daha mənim üçün
çörək gətirməzsən. Dükandan alacağam.
Qızın sifətində istehzalı bir ifadə dolaşmağa başladı, bu qızın sifətinə həya yaraşırdı, istehza, kinayə
ona yad idi. Yoxsa sən elə bilirsən, dükana verilən çörəyi bişirənlər toyuqları barmaqlamırlar? Belə
görürəm, sən bizi bəyənmirsən, çıx get şəhərə. Orda xəmiri maşınlar eləyirlər. Maşınların toyuqlarla
heç bir əlaqəsi yoxdur, nə arxalarını əlləşdirirlər, nə də lələklərini sığallayırlar.
O artıq qulaq asmır, qızdan uzaqlaşırdı. Bu nə adətdir? Sən toyuqların başqa yerdə yumurtladığından
şübhələnirsənsə, toyuqlarını gözlə. Toyuq yumurtlayandan sonra bir hay-həşir salır ki, səsi qonşu
kəndlərdə eşidilir. Harda yumurtladığını biləcəksən. Yoxsa tut toyuqları, barmaqlarını sox
zavallıların arxalarına. Sonra da o əllərinlə çörək bişir, xəmir elə.
Bu mənzərəni unuda bilmirdi. Toyuqları tutub çığırda-çığırda barmağını arxalarına soxan qız gözləri
önündən getmirdi. Ay qız, sənin bir qəlbin olsun da! Quş olanda, toyuq olanda nə olar? Sənin özünü
tutub arxana barmaq soxsalar necə olar sənin üçün? Xoşuna gələrmi? Özünə rəva bilmədiyini
toyuqlara necə rəva görürsən?
İndi çörəyi dükandan alırdı, həm də təndir çörəyi yox, çörəkçinin şəhərdən alıb gətirdiyi zavod
çörəyindən. Qızın dedikləri onu şübhəyə salmışdı. Dükana təndir çörəyi verən digər kənd sakinlərinin
də barmaqlarını zavallıların arxalarına soxmadıqlarına əminliyi yox idi. Amma qızdan ötrü də
darıxır, qızla kobud danışdığına görə özünü məzəmmətləyirdi. Kənddə yeganə danışmaq, görmək
istədiyi o idi, onunla da lənətə gəlmiş toyuqlara görə arası dəydi.
Bir dəfə işdən qayıdanda möhkəm leysan yağırdı, çoban onu evlərinə buraxmadı. Bizdə yat, dedi.
Gecə dərədə su artar, evi yuyub aparar. Səni güclə tapmışıq, su aparsa, çöllərimiz əkilməmiş qalar.
Çobanı onun ölümü yox, çöllərinin əkilməsi düşündürürdü, bunu onun gözlərinin içinə deməkdən də
çəkinmirdi. İncidi, amma çobanın təklifini də qəbul elədi. Ən əsası qızla yaxınlıqda olacaqdı.
Gecə şam elədilər, oturub söhbət elədilər. Maraqsız söhbət idi, çoban ancaq qoyunlarından danışırdı.
O isə qoyunları sevmirdi. Onların necə xəstələnib ölmələrini, yaşıl otu, quzeyin şirəli alaqlarını necə
yemələrini eşitmək belə istəmirdi. Qoyun, adı üstündə, quzey otu yesə nə olasıdı, yeməsə nə olasıdı?
Uzaqbaşı öləcək, bir qoyunun ölməsi nəyi dəyişər?
Xoşbəxtlikdən çoban sübhdən oyanacağını deyib tez getdi yatmağa, yoxsa qoyunlar haqdakı
hekayələrə sona qədər qulaq asmağa hövsələsi çatmayacaqdı. Bundan sonra söhbət maraqlı oldu, qız,
anası onun gələcək işləriylə maraqlanır, bundan sonra neyləyəcəyini bilmək istəyirdilər. Yanaqları
həyadan qızaran qızın yanında oturması, onunla söhbət eləməsi Qobinin hədsiz xoşuna gəlirdi. Qız
incikliyini unutmuşdu, yenə də Qobinin üzünə gülümsəyirdi və qız hər dəfə də ona gülümsəyəndə
Qobinin ürəyi sevinclə çırpınırdı.


Gecədən xeyli keçənə kimi oturdular. Qobi pəncərəsi meşəyə açılan otaqda yatdı və səhərə kimi
ağacları döyəcləyən yağışın səsinə qulaq asdı.
Səhər yuxudan oyanıb yuyundu, artırmadakı masanın üstündə süfrə açılmışdı. Qızın səhər yeməyinə
kartof qızartdığı tavaya baxanda başında tükləri vız durdu. Bu tavada axşam qızın ayaqlarını
yuduğunu öz gözləriylə görmüşdü.
– Bu axşamkı tavadır? – qızdan soruşdu.
– Hə, – qız dedi.
– Ayaqlarını yuduğun? – hələ də eşitdiklərinə inanmırdı
– Hə də.
– İndi də onda kartof qızardırsız?
– Bəs nədə qızartmalıyıq? Bizim başqa tavamız yoxdur.
Deməli, sizin başqa tavanız yox imiş, bircə tava ilə keçinirsiz, başqa tava almağa ehtiyac duymursuz.
Axşamlar onda ayağınızı yuyur, naharda isə kartof qızardır, yemək bişirirsiz. Sizcə mən həmən yeməyi
yeməliyəm? Yemərəm, acımdan ölərəm, amma yemərəm!
Qobi dilxor halda evə gəldi, artıq yağış yağmırdı, amma dərədən gurultu ilə bulanıq sular axır,
ağacların çılpaqlaşan budaqlarından boğuq tappıltı ilə yerə yağış damcıları düşürdü. Cığır yaş və
sürüşkən idi. Çobanı söyürdü, qoyun oğlu qoyun, ürəyi yanan olub, qoymadı evimə gələm, yağış evi
aparıb eləyən deyilmiş. Qızını mənə sırımaq istəyir, əbləh! Qız da nə qız, bir tavası var, gecə onda
ayağını yuyur, səhər də kartof qızardır.
Qəhvədanı qaynatdı, çay dəmlədi, səhər yeməyini yeyib, termosu çayla doldurdu, yemək bağlamasını
və termosu götürüb evdən çıxdı. İşləyəndə tez-tez çay içirdi, termosun çayı qurtaranda şumun
kənarındakı kolluqlardan çırpı yığıb ocaq qalar, traktordakı hisdən qapqara olmuş qəhvədanı
yaxınlıqdakı bulaqlardan, göllərdən doldurub qaynadar, çay dəmlərdi.
Kənddən xeyli aralıda, balaca gölün sahilində şum vururdu. Nahara yaxın güzgüdə şumla iki-üç
qaraltının traktora doğru gəldiyini gördü. Bir az da diqqət verib qaraltıların adamlar olduğunu ayırd
eləyə bildi. Üç nəfərdilər. Dərhal gələnlərin oğraşlar tayfasının adamları olduqlarını başa düşdü. Heç
şübhəsiz, silahlıydılar, onun isə traktordakı dəmir lingdən başqa heç nəyi yox idi.
Traktoru saxlayıb düşdü, traktorun qabağına keçdi və sahənin kənarındakı tək palıd ağacına doğru
getməyə başladı. Traktor gələnlərlə onun arasında dayandığından onu görə bilməzdilər. Ağaca çatıb
arxasında gizləndi və düşmənlərini gözləməyə başladı.
Oğraşlar tayfasının adamları üç tərəfdən traktora yaxınlaşdılar, üçü də silahlıydı, ikisində tüfəng,
birində isə tapança var idi. Traktoru xeyli nəzərdən keçirtdilər, sonra yaxınlaşıb kabinaya qalxdılar.
Onun içəridə olmadığını görəndə yerə düşdülər, bir qədər müzakirə aparıb neyləyəcəkləri haqda
danışdılar və biri sağa, biri sola, əlində tapança olan isə birbaşa onun arxasında gizləndiyi ağaca
doğru gəlməyə başladı.
Qobinin döyüş təcrübəsi vardı, zil qaranlıq gecələrdə düşmən səngərlərinə dil gətirməyə getmişdi.
Belədə nəfəsini içinə çəkərək gizlənməyi də, lazım olan anda hücum eləməyi də bacarırdı. Ağaca
sıxılıb səbirlə gözləyirdi. Düşməni olan bu cavan oğlan ağaca çatıb o olan tərəfə keçmək istəyəndə
pişik cəldliyi ilə sıçrayıb bir əliylə oğlanın ağzını tutdu, o biri əliylə də tapançanı onun əlindən
alaraq, var qüvvəsiylə oğlanın boynunun kökünə vurdu. Oğlan huşunu itirib qucağına yıxıldı, oğlanın
boynunun sümüyünün sındığına əmindi, amma daha bir-iki dəfə vurdu və əyilə-əyilə traktorun yanına
getdi. Lingi götürüb traktorun arxasında gizləndi.
İlk olaraq sol tərəfə gedən gəldi. Yoldaşlarını səsləyir, buralarda heç kimin olmadığını deyirdi. Onun


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə