İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   14   15   16   17   18   19   20   21   ...   142

– Başkəsənlərdənik, – Əfinin qardaşı dedi.
– Bəs siz? – indi də Bilodan soruşdu.
– Duzəkənlərdənik.
Qadın ürəyini tutub dedi, qızım, bunları yola sal, getsinlər. Qoy heyvanlar gəlsinlər. Narahat olma,
verəcəyəm. Heyvanlarla birtəhər keçinərəm, amma başkəsənlə, duzəkənlə keçinə bilmərəm.
Beləcə dostları yenidən qızı istəməyə getdilər, bu dəfə qadın sözü çox da çək-çevirə salmadı. Qızı
verdi, “hə” desə də, qızının keçmiş döyüşçüyə ərə getməsinə razı deyildi. Bunlar döyüş görüblər,
ölüm-itim görüblər, deyirdi, düşmənləri çox olur. Qorxuram, sənə bir xətər yetirələr. Ətrafında bircə
dənə normal insan yoxdur. Özü heyvan, dostları saxta heyvanlar, qohum-əqrəbası da psixopatlar,
qatillər.
Bahar anasını əmin eləyirdi, mənə xətər yetirməyəcəklər, sən heç narahat olma. Anasının isə
qaşqabağı açılmırdı:
– Mən insanlara inanmıram, – deyirdi, – heyvanlara isə heç inanmıram.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


IV. “Dağ çiçəkləri” çayxanası
 
 
Tarixçilər gəldilər, onlardan hansı millətdən, hansı tayfadan olduqlarını, ölkələrinin adını soruşdular.
Bilmədilər. Onların başları yadellilərlə savaşlara, tikib-qurmağa qarışmışdı. Bir də onda ayıldılar ki,
ölkələrinin, millətlərinin adı yoxdur, milli kimlikləri, heç nələri yoxdur. Hamısını qonşuları
oğurlamışdı.
 
***
Conigil bu balaca əyalət şəhərinə köçüb Gülyanın evinə yığışandan sonra Pori onları qonaq çağırdı.
Manqalı yandırıb kabab çəkdi, Əfi plov bişirdi, ət qızartdı. Pori etiraz eləyirdi. İnsan bu qədər ət
yeməz, deyirdi, biz nə qədər çox ət yeyiriksə, bir o qədər də çox heyvanın ölümünə səbəb oluruq.
Bizim hər dəfə kabab çəkməyimiz üçün hansısa zavallı heyvanın başı kəsilməlidir.
Əfi onunla razılaşmırdı. Tək bizim ət yeməməyimizlə heyvanların sayı artmayacaq. Biz ət yeyən
insanların arasında yaşayırıq, onların evinə gedib ət yeyirik, onları evimizə çağırıb ət bişirməsək,
bizə necə baxarlar?
Pori sözündən dönmürdü. Onların bizə necə baxmaları məni düşündürməz. Onların evinə gedəndə
“mənim üçün ət bişirin” deyə bir tələb qoymuram. Əksinə, “insan bu qədər ət yeməz, heyvanlara
yazıq olur” deyə etirazımı bildirirəm.
Axşamçağı qonaqları gəldi. Pori Coninin ikinci arvadını bir dəfə elçilikdə ötəri də olsa görmüş,
amma elə də diqqət verməmişdi. Baharın anası da onlarda nəyəsə, kiməsə diqqət yetirəcək bir hal
qoymamışdı. İndi qadına baxdıqca, qəribə hisslər keçirirdi. Bu qadında sözlə ifadə olunmayacaq,
adamı özünə maqnit kimi çəkən bir gözəllik var idi. Mavi gözlərindən yandırıcı ehtiras yağırdı,
qəşəng burnu var idi, balaca alnı, arxaya yığıb bağladığı sarışın saçları, kağız kimi ağappaq sir-sifəti,
balaca qulaqları çox gözəl idi. Xüsusilə də güləndə gözəlliyi daha çox üzə çıxırdı. Adının Səmayə
olduğunu öyrənəndə ona Səmoş deməyə başladı. Coni buna əsəbi reaksiya verdi, Porinin arvadına
Səmoş deməsi onu qıcıqlandırırdı. Səmoş nədir, adını deyə bilmirsən?
Səmayə isə bu cür çağırılmasından zərrəcə də narazı deyildi, əksinə, razı qalmışdı. Hələ bir ərini də
məzəmmətlədi: “Sənə nə? Ad mənimdir, xoşum gəlməz, özüm deyərəm, mənim dilim yoxdur, sən
mənim əvəzimə cavab verirsən? Xətri necə istəyir, qoy elə də çağırsın! Səmoş əzizləmə
mənasındadır”. “Əzizləmə? – Coni gözlərini bərəltdi. – Ay qız, özümə nə gəlib, mən qalan yerdə nəyə
görə mənim arvadımı başqası əzizləməlidir?” “Sənin əlindən alan var? Əzizlə də! Özün əzizləmirsən,
başqasının əzizləməyini də gözün götürmür!” “Başımı ağrıtma, – Coni pörtdü, – arvad mənimdir,
özüm bilərəm! İstərəm, əzizlərəm, istəmərəm, əzizləmərəm! Yox, hökmən əzizləməlidirsə, Səmə
desin, qurtarıb getsin. Çünki bu ad sənə daha uyğundur, səməsən, beynində mərkəzdən qaçma var”.
Yeməklər süfrəyə gəldi, Pori araq şüşəsini açıb qədəhlərə araq süzdü. Fikri-zikri Səmoş dediyi
qadında idi. Əriylə mübahisə etdiyindən hirslənmiş, yanaqları qızarmış qadına baxdıqca Gülyanın
balaca pəncərəsindən bir topa ağappaq bulud görünən yataq otağı canlanırdı gözləri önündə. O
otaqda Gülya ilə yox, Səmoş dediyi bu qadınla sevişirdi. Səmoş da eynilə Gülya kimi seks vaxtı
aşağıdan yuxarı ona baxaraq gülür, güldükcə də qəribə, ekzotik gözəlliyi sifətini işıqlandırırdı.
Əməlli-başlı xəcalət çəkdi, bu nəydi, ona nələr olurdu? Dostunun arvadı haqda nələr düşünürdü?
Özünə möhkəm acığı tutmuşdu, amma bayaq xatırladığı mənzərə gözləri önündən getmirdi. Nə qədər


çox içirdisə, fikrini yayındırmağa çalışırdısa da, xeyri olmurdu.
Məclisin sonuna yaxın Coninin də kefi kökəldi, artıq Porinin arvadına Səmoş deməsi onu
qıcıqlandırmırdı, əksinə, özü də arvadına Səmoş, Əfsanəyə isə Əfi deməyə başlamışdı. “Bəs nə oldu,
– Səmoş ərini məzəmmətləyirdi, – bu nə addı, deyiləndə ətin çimçəşirdi. İndi özün də Səmoş
deyirsən”. “Nə bilim? – Coni gülərək çiyinlərini çəkdi. – Pori adamı təsir altına salmağı bacarır”.
“Yalan demə, – Səmoşun əriylə razılaşmaq fikri yox idi, – qorxundan deyirsən. Başa düşdün ki,
əzizləməyə məcbursan. Sən əzizləməyəcəksən, başqaları əzizləyəcək”. “Səmoş, – Coni qızardı, – gəl
bu söhbətləri evə saxlayaq. Orda mənim səninlə söhbət eləməyim üçün daha geniş imkanlarım olur.
Hərtərəfli söhbət eləyirik, sənin başa düşdüyün dildə. Burda isə onsuz da məni başa
düşməyəcəksən!” “Nə gözəl! – Səmoş istehza ilə dedi. – İlk dəfədir, mən də sənin kimi düşünürəm.
Evdə daha maraqlı və təsirli söhbət eləyə bildiyimiz halda, bizi mehriban qarşılayıb, belə gözəl süfrə
açan ev sahiblərinin qanını niyə qaraldaq?”
Qonaqlar gedəndən sonra Pori arvadı ilə yataqda olanda yenidən qəribə hallar keçirtməyə başladı.
Ona elə gəlirdi, öz sevimli arvadı ilə yox, dostunun arvadı ilə sevişir, ona sahib olur. Bu isə ona daha
çox həzz verirdi. İndiyə kimi arvadıyla yaşamadığı bir orqazm yaşayırdı.
Bu gündən başlayaraq hər axşam ya onlarda, ya da Conigildə çay içir, söhbət eləyirdilər. Pori bütün
varlığıyla Səmoş dediyi bu qadını yaxınlığında görmək, səsini eşitmək, onunla danışmaq istəyirdi.
Qadın onun üçün çay gətirəndə, ya yüngülcə ona toxunanda bədəni gizildəyirdi. Özünü ələ almağa, bu
sarsaq fikirləri başından qovmağa çalışır, ancaq bunu bacarmayanda hər şeyi zamanın öhdəsinə
buraxmağı qərara alırdı. Ən acınacaqlısı isə Səmoşu görəndən sonra Əfiyə olan bütün sevgisi keçib
getmişdi, indi arvadına yalnız qadına olan tələbatını ödəmək üçün lazım olan bir varlıq kimi baxırdı.
Bu zaman da, tələbatını ödəyəndə də Səmoşla olduğunu düşünürdü, Səmoşu sevir, ona sahib olur,
arvadının yox, onun isti bədəninə boşalırdı. Səmoş arvadını onun həyatından çıxartmış, özü onun
yerinə keçmişdi. Nə qədər bu kimi fikirləri özündən uzağa qovmağa çalışsa da, heç nəyə nail ola
bilmirdi. Qəlbinə və arzusuna bir dəfəlik yenik düşmüşdü.
Arada Qobiylə Bahar da gəlirdilər. Bahar, ərindən fərqli olaraq, mehriban, xoşxasiyyət idi. Onları da
qonaq çağırırdı, amma evindənsə, qonaqlarını hansısa kafeyə, restorana aparmağa üstünlük verirdi.
Porinin işlədiyi tikinti şirkəti işlərini dayandırmışdı, onlara maaş verə bilmirdi. Coni gələndən sonra
özlərinə iş axtarmağa başladılar, Bilonun tanıdığı birisinin çayxanası vardı, özü işlədə bilmir, kirayə
vermək istəyirdi. Gedib baxdılar. Mərkəzdə olmasa da, yaxınlığında dükanlar çox idi, müştəriləri
olardı. Çayxananı təmir elədilər, divarlarını, qapı-pəncərələrini rənglədilər. Adını “Dağ çiçəkləri”
qoydular. Pori təklif elədi ki, qoy bizim çayxanamız digərlərindən fərqlənsin, azından adına uyğun
olsun, çiçək çayı da verək. Coni ideyaya yaxşı baxırdı, amma ona kömək eləməkdən imtina elədi.
“Sənə köməyim dəyməyəcək. Mən çiçək-filan tanımıram, yoncanı vələmirdən ayıra bilmirəm. Bunun
da cəzasını çəkirəm. Ot tanısaydım, ot çalsaydım, xalvar çata bilsəydim, öz kəndimizin qızlarından
birini alar, qəlyançəkənlərlə qohum olmazdım. Bu işdən nə çıxacaq, bilmirəm, amma sən çiçək
söhbətiylə yaramın gözünü qopartdın”.
– Hansı yaranın? – Pori gözlərini döyürdü.
– Sinəmdəki! – Coni əliylə sinəsinin üstündən elə vurdu ki, Pori onun döş sümüklərini sındıracağını
zənn elədi. – Gərək elə həmən gün, qayınpedərim əriyib yerə girmək əvəzinə qabağımda atılıb
düşəndə, hər şeyə tüpürüb o evdən çıxaydım. Maymaqlıq elədim! Adam özünü əsdirib çənəmin altına
zollayır, mənsə gedib onun qızını alıram. Oğraş necə vurubsa, çənəmin bağları zədələnib. Armud
sözünü deyə bilmirəm, qorxuram çənəm qırılıb düşə yerə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə