İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   9   10   11   12   13   14   15   16   ...   142

aparırdı. Gündüzlər şam meşəsinə gedir, tapançadan atəş açır, axşamlar şəhərə qayıdırdılar. Hədsiz
narahatdı, günlər keçdikcə narahatçılığı bir az da artır, darıxır, nə vaxt işlərini qurtarıb vətənə
qayıdacaqlarını səbirsizliklə gözləyirdi.
Bir gün Nina onlara sirkə iki bilet verdi, bu biletlərə görə sabah saat 3-də sirkdə tamaşa olacaqdı.
“Qurtardıq, – dedi, – artıq işinizi kifayət qədər bacarırsız, içəri sərbəst keçəcəksiz, bir kimsə üst-
başınızı axtarmayacaq”.
Sabah getdilər sirkə, üst-başlarını axtarmadan onları içəri buraxdılar, keçib oturdular və səbirsizliklə
şirləri gözləməyə başladılar. Amma nahaq yerə, erkək şir səhnəyə çıxmadı.
Tamaşadan sonra sirkdə işləyən qızdan işin nə yerdə olduğunu öyrəndilər, qız dedi: “Erkək şir
xəstələnib, bir də sağalandan sonra səhnəyə buraxacağıq”. “Erkək şir atamı niyə öldürdü? – Bilo
qızdan soruşdu. – Arvadlarınamı sataşmışdı?” “Orasını bilmirəm, – qız çiyinlərini çəkdi, – amma bu
sirkdə atanın əlindən keçməyən bircə yubkalı da qalmadı”.
Sirkdən çıxandan sonra Biloya dedi, məsələ qəlizləşir, iş panyatkaya girir. Əgər şir əmimi namus
məsələsinə görə öldürübsə, onu öldürə bilmərik.
Bilo baş barmağını qaldırdı, bir-iki dəfə havada məlum taktları gedib, sonra dedi, yox, buna
əminliyimiz yoxdur. Atam şirin namusuna necə toxuna bilər? Sənə şiri filan eləmək asanmı gəlir? Bu
mümkün olan şey deyil. “Bizim üçün mümkün deyil, – Coni təsdiqləyirdi, – amma əmim üçün də
mümkün olmadığını düşünmürəm. Yoxsa şir nəyə görə kişinin belini sığallamalıymış?”
Növbəti tamaşaya şir yenə də səhnəyə çıxmadı, əslinə qalarsa, Bilo tələsmirdi, amma o, tikan üstündə
oturmuşdu, iyirminci gün kənddə olmasaydı, arvadı qeyrətini yerə vuracaq, od vurub yandıracaqdı
onu.
Beləcə günlər keçir, şir səhnəyə çıxmır, xəstəliklə, daha doğrusu, ölümlə əlbəyaxa mübarizəsini
davam elətdirirdi. Tamaşadan kor-peşman qayıdır, evdə bir qədər uzanıb yatır, sonra da qızların
yanına gedirdilər.
İyirminci gün Bilonun bütün təkidlərinə, panyatkalı cahillər haqdakı ən ibrətamiz söhbətlərinə
baxmayaraq, Bakıya uçdu. Gecə rayona gedən maşın tapa bilmədi, yalnız səhər tezdən bir taksi tapıldı
və axşamçağı gəlib evə çatdı. Arvadı evdə yoxdu, girəcəkdəki dolabın üzərinə bir parça kardon kağız
qoymuşdu:
 
“Gecikdin. Mən getdim Budka Əhmədlə. Səni yandırmaq,
ciyərini tüstülətmək üçün”.
 
Sanki ürəyinin başına xəncər sapladılar, evdə mənasız yerə vurnuxur, saçını-başını yolurdu.
Moskvada qeyrətlərinə düşən ləkəni təmizləyib qurtarmamış bir zırpı ləkə də burda düşdü. Ona
düşən də bu ləkəni təmizləməkdi. Harda olsalar tapacaq, hər ikisini güllələyəcəkdi. Günahın hamısı
özündəydi. Vaxtında Budkanı öldürüb samanlıqda basdırsaydı, indi yanıb tüstülənməzdi.
Tapançanı gömrükdə tutacaqlarından ehtiyatlanıb Moskvada qoymuşdu, dədə-babadan qalma ov
tüfəngini silib yağladı, qatarı belinə taxıb qəlyançəkənlərin kəndinə getdi. Qayınanası ona etinasız
halda qulaq asırdı. “A bala, qızı vermişdik sənə, fərasətin olurdu, saxlayırdın, bizmi sənə dedik,
arvadını qoy burda, get, Rusiyətdə şir öldür. Orda şiri öldürə bilmədin, burda da bunları heç öldürə
bilməyəcəksən, özünü güdaza verərsən. O gedib, kiçiyi evdədir, ondan da qəşəng, ondan da yaraşıqlı,
fərasətli, əlindən də hər iş gəlir. İnstitutda oxuyurdu, orda müəllimi söyüb, qovublar, gəlib oturub
evdə. Bir halda oxumadı, qoy ərə getsin”.


Kiçik qızını çağırdı, doğrudan da dediyi kimiydi, gözəllikdə arvadını xeyli arxada qoymuşdu, zərif,
incə qızdı, bircə dabanları üstə oynamaqda arvadını xatırladırdı. Coni gözəl qızlar qarşısında həmişə
özünü itirir, bədəninə əsməcə düşürdü. İndi də baldızına baxanda bütün hirsi keçib getdi, bircə anın
içində hər şeyi unutdu, dəyişib başqa adam oldu. Hətta qızın üzünə də gülümsəməyə cəhd eləyirdi,
amma bu onda alınmırdı.
Anasının onu niyə çağırdığını eşidəndə qız heyrətləndi, getmirəm, dedi, insanların kökü kəsilib, nəyə
görə canavara ərə getməliyəm? Yaxşı adam olsaydı, bacım niyə bunu qoyub başqasıyla qaçırdı?
– Canavar olsa da, adam yeməyəndir, – anası təkid eləyirdi, – neçə vaxtı bacınla bir yerdə oldular,
amma bacını yemədi.
– Ana, sən bir dayan, – qız ipə-sapa yatana oxşamırdı, – burda qərar verməli olan mənəm, sən yox.
Sənin qərar vermək üçün bir dəfə şans düşüb əlinə. Atama ərə gedəndə onu da dəyərləndiribsən. Qoy
bir düşünüm.
Qız çəpər boyu qalxmış mollabaşı deyilən çobanyastığı çiçəklərindən birini qırdı, çəpərin dibindəki
kötüyün üstündə oturub qıçlarını bir-birinin üstünə aşırdı. Çobanyastığı ləçəklərini bir-bir qırıb atır,
“gedim, getməyim, gedim, getməyim” deyirdi. Sonuncu ləçəyi qıranda “gedim” dedi və Coninin
bədəninə od salan təbəssümlə güldü: “Çobanyastığı deyir, get. Demək, getmək lazım gəlir. – Sonra da
başını qaldırıb onu təpədən dırnağa qədər süzdü. – Verdim qərarımı, gedirəm. Bacım səndən
narazılıq eləyirdi. Qəlyançəkənlərin qızının başında turp əkməyin nə demək olduğunu sənə
göstərəcəyəm”.
Qızı da götürüb kəndə gəldi. Yolda ona deyirdi, ay qız, hələ sənin ağzından süd iyi gəlir, başından
böyük danışırsan. Turpa qalanda, mən heç kimin başında turp əkməmişəm, nə bacının, nə də
başqasının. Bacın başımda turp əkib! Lap sonda isə buynuz əkdi!
Bu qız bacısına nisbətən ağıllıydı, bacısı kimi qışqırıb-bağırmır, əl-qol hərəkətləriylə danışmırdı,
sözünü sakitcə deyirdi, amma elə deyirdi, Coninin bütün qabırğalarını dəlib keçirdi. Bunun da
duzəkənləri görən gözü yox idi, deyirdi, bacım haqlıymış, bunlarda ağıl deyən şeydən iynənin ucu
qədər də yoxdur. Conini yumşaltmağına da yumşaldırdı. Doğrudur, Coni asanlıqla təslim olmur, bəzən
yumruğunu da işə salırdı, amma hər yumruğunu işə salandan sonra qız daha da sərtləşir, Conini
yumruğunu işə salmasına görə peşman eləyirdi.
Bu arada Bilo Rusiyadan teleqram vurdu.
 
“Şir öldü. Şərəfimizi qurtardıq! Qeyrətimizə düşən
ləkəni təmizlədik!”
 
Adamda həyasızlığa bax, qurtardıq, təmizlədik! Ay şərəfsiz, sən nəyi qurtardın, təmizlədin?
Neylədisə, ana təbiət elədi.
Qəlyançəkənlər də Budka Əhmədlə barışmağa qərar verdilər. Onları da dəvət elədilər, getmək
istəmirdi, Səmayə məcbur elədi. Elə şey olar, hamı gəlsin, doğmaca bacısı getməsin?! Gec-tez
barışmalısız, artıq o sənin baldızın, Budka da bacanağındır.
Getməyə məcbur oldu. Keçmiş arvadı ilə candərdi görüşdü, Budka da əlini uzadanda, elə bil
təpəsindən daş əzən kuvaltla vurdular. Adamda üzə bax, həyaya bax, ona əl uzadırdı, onunla
görüşmək istəyirdi. Ay əbləh, arvadımı götürüb aparırsan, indi də mənimlə görüşmək istəyirsən?
Budkanın əlini kənara itələdi, araya pərtçilik düşdü, qayınlarına da yox dedi, amma qayınpedərin
sözündən çıxa bilmədi. Adamın yenə də özünü əsdirməyəcəyinə əminliyi yox idi. Budka özünü elə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə