Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal



Yüklə 40,61 Kb.
səhifə14/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   ...   8   9   10   11   12   13   14   15   16
4cu fesili iqtisa

Struktur işsizlik. Hər müəyyən dövrdən sonra ölkə əhalisinin istehlak tələbinin strukturunda və eləcə də istehsal texnologiyasının strukturunda köklü dəyişikliklər baş verir. Bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tələbin strukturunu dəyişdirir. Belə dəyişikliklər üzündən bəzi peşələrə olan tələb azalır, yaxud tamamilə aradan qalxır. Digər peşələrə, həmçinin əvvəllər mövcud olmayan yeni peşələrə olan tələb xeyli artır. Belə vaxtlarda işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə çoxalır. Çünki iş qüvvəsi tələbin dəyişmiş strukturu ilə dərhal avaqlaşa bilmir və iş qüvvəsinin strukturu yerlərinin yeni strukturuna uyğun gəlmir, ona cavab verə bilmir. Buna görə də bəzi işçilər yeni pesələri lazımi səviyyədə və dərhal menimsəyə bilmirlər, onların peşələri isə artıq köhnəlmişdir və heç kəsə lazım deyildir. İş yerlərinin coğrafi cohətdən bölgüsü də daim dəyişir.

Əvvəllər əl ilə görülən işlər maşınlarla görüldükdə, kənd təsərrüfatının mexanikləşdirilməsi nəticəsində, iş sahələrinə müasir kompüterlər tətbiq edildikdə, bəzi sahə məhsullarının qiymətləri (ölkə və dünya bazarlarında) kəskin şəkildə aşağı düşdükdə və s. hallarda struktur işsizlik baş verir ve artır.

Burada friksion işsizlərin struktur işsizlərdən fərqi ondadır ki, friksion işsizlərdə istehsal vərdişləri mövcuddur va islə təmin oluna bilərlər. Struktur işsizlərdə belə vərdişlər yoxdur və onlar yenidən ixtisaslaşmadan, əlavə təhsil almadan və bəzən də öz yaşayış yerlerini dəyişmədən işə düzələ bilməzlər. Friksion işsizlik nisbatən qısamüddətli, struktur işsizlik isə uzunmüddətli olur.


Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə