Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   26

 
16 
3.«VĠZĠT KARTI» 
Təlimat: «Rəngli qələmlərdən istifadə etməklə kağız üzərində öz 
adınızı  yazın  və  bu  vizit  kartınızı  istədiyiniz  kimi  bəzəyin.  Özünüzü 
şəkil vasitəsi ilə ifadə edin».       
Aparıcı özü də şəklin çəkilməsində iştirak edir. bununla o, ümumi 
işə cəlb olunmasını nümayiş etdirir və tərəddüd edənləri ürəkləndirir.  
Aparıcı  iştirakçılara  dairə  üzrə  bu  vərəq  vasitəsi  ilə  özlərini 
təqdim etməyi təklif edir. 
 
4.MÜġAHĠDƏÇĠLĠK ƏSASINDA TANIġ-LIQ 
Eyni masanın arxasında oturan iştirakçılara belə bir təlimat verilir: 
Müşahidəçilik  qabiliyyətinizə  əsaslanıb,  siyahıda  verilən  hər  bir 
mülahizənin  iştirakçılardan  hansına  uyğun  gəldiyini  qeyd  edir»  (oyun 
blankı əlavədə verilmişdir, blank 1). İştirakçılar iş vərəqində öz adlarını 
yazır, sonra dairə boyu sol tərəfdəki iştirakçıya ötürərək vərəq sahibinə 
məxsus  keyfiyyətləri  qeyd  etmək  təklif  olunur.  Hər  kəsə  öz  vərəqi 
çatdıqdan  sonra  ona  aid  edilən  mülahizələri  oxuyur  və  onun  fikrincə, 
həqiqətə nə qədər uyğun gəlib-gəlmədiyini söyləyir.  
 


 
17 
ƏMƏKDAġLIQ 
 
ƏMƏKDAġLIQ ĠQLĠMĠNĠ YARADAN OYUNLAR 
Bir  sıra  vəziyyətlərdə  məşqçi  əməkdaşlıq  şəraitini  yaratmaq  və 
möhkəmləndirmək üçün aşağıda göstərilən (və ya ona bənzər) oyundan 
istifadə edə bilər.  
 
«MƏN--SƏN--BĠZ» 
İştirakçının optimal sayı: 14-16 nəfər (2 qrup). Otağın mərkəzində 
ətrafında  stullar  və  məşqçinin  stolu  düzülmüş  2  böyük  stol  qoyulur 
(şagirdlərin partalarını birləşdirmək olar). 
Bu  oyunda  dairə  fiquru  harmoniyanın  mifaloji  simvolu  kimi 
seçilib. Belə hesab edilir ki, bütün həndəsi fiqurlardan uclu künclərinin 
olmamasına görə yalnız dairə ən «mehribandır». Dairədə işin aparılması 
inteqrativ,  emosional,  intuitiv  təfəkkürü  fəallaşdırır,  həmçinin,  qrupu 
sabitləşdirir,  şəxsiyyətlərarası  münasibətlərin  müvəffəqiyyətli  olması 
üçün şərait yaradır. 
LƏVAZĠMAT:  

 
böyük  formalı  kağız  vərəqi  (vərəqin  uzunluğu  2  metr; 
birləşdirilmiş  hissələrin  olmaması  daha  məqsədə  uyğundur;  divar 
kağızlarının arxa tərəfindən istifadə etmək olar); 

 
qələmlər, rənglər, yağlı pastel, tutqun sulu boya, flomasterlər; 

 
fırçalar, su ilə dolu bankalar. 
 
I MƏRHƏLƏ: FƏRDĠ Ġġ 
 
ĠĢtirakçılar üçün təlimat:   
1.Stollardan birinin arxasında əyləşin. 


 
18 
2.Xoşunuza  gələn  rəng  ilə  kağızın  müxtəlif  yerlərində  ovuc 
ölçüsündə olan dairə çəkin. 
3.Vərəqdə daha bir dairə çəkin. 
4.Əgər istəsəniz, yenə də dairələr çəkə bilərsiniz. 
5.Şəkillərin konturlarını çəkin.  
6. Öz dairənizi daha çox xoşunuza gələn dairələr ilə birləşdirin.  
7.Öz  dairələrinizin  boş  hissələrində  şəkillər  çəkin,  yəni  onlara 
fərdi xüsusiyyətlər verin. 
İştirakçılara həmçinin, əvvəl dairələri çəkmək, sonra isə daha çox 
xoşlarına gələn şəkil ilə birləşdirməyi təklif etmək olar. 
 
II MƏRHƏLƏ: KOLLEKTĠV Ġġ 
 
ĠĢtirakçılar üçün təlimat: 
1.Vərəqin  fonunda  (arxa  plan)  şəkillər  çəkin,  yəni  dairələr 
arasında olan boş hissəni doldurun. 
2.Şəkilli  vərəqin  ətrafında  gəzərək,  şəkillərə  diqqətlə  baxın, 
istəsəniz fonu dəyişə, düzəlişlər apara bilərsiniz.  
3.Müəllif  icazə  versə  özgənin  məkanında  (yerində)  işləyə 
bilərsiniz.  Bu  kimi  yolla  qarşılıqlı  anlama  şəraiti  yaranır.  Birgə  səylər 
nəticəsində,  uğurlu  çəkilməyən  şəkillər  daha  cəlbedici  görkəm  alır  və 
müəllifin həzz almasına səbəb olur. 
4.Digər iştirakçıların dairələrində nə isə çəkmək həvəsində olanlar 
varmı? Müəllif ilə danışıb yekdil fikrə gəlməyə çalışın. 
5.Xoşunuza  gələn  şəkillərin  yanında  mehriban  sözlər  və 
arzularınızı  ifadə  edin.  Müəlliflərdən  icazə  almağı  unutmayın. 
Ətrafdakıların  hisslərinə  hörmətlə  yanaşın.  Bu  çox  vacib  andır.  Bir 
qayda olaraq simpatiya və mehribanlıq iqlimi yaradın.   


 
19 
VƏZĠYYƏT ÜZRƏ PRAKTĠKUM 
 
Bu  üsul  şagirdlərdə  öyrənilər  mövzu  üzrə  müəyyən  biliklərin 
olmasını  nəzərdə  tutur.  Buna  görə,  «Vəziyyət  üzrə  praktikum» 
üsulundan  hər  hansı  bir  mövzunu  öyrənib  qurtardıqdan  sonra  istifadə 
etmək  olar.  Belə  hallarda  bu  üsul  mövzunun  məzmununu  şagirdlərin 
necə mənimsədiklərini müəyyənləşdirməkdə müəllimə kömək edə bilər. 
Şagirdlər qarşısına mənəvi sahəyə aid problemlər qoymaq və ciddi 
müzakirə tələb edən müxtəlif vəziyyətlər təklif etmək olar. 
Vəziyyət  üzrə  praktikum  tənqidi  təfəkkür  vərdişlərini,  təhlil 
qabiliyyətini  inkişaf  etdirir,  mənəvi  dəyərləri,  mövqeləri  formalaşdırır. 
Dəyərlərin  müəyyənləşdirilməsi  üçün  «Vəziyyət  üzrə  praktikum» 
üsulundan  istifadə  şagirdlərə  öz  rəylərinə  görə  cavab  verməyi,  bundan 
müdafiə etməyi öyrədir. 
Tətbiq etmə qaydaları: 
-Müəllim  dərsdə  müzakirə  olunacaq  problem  və  sualları 
əvvəlcədən  müşaiyət  edir,  onları  müxtəlif  vəziyyətlər  şəklində  tərtib 
edir. 
-Vəziyyət ayrı-ayrı kağız vərəqlərdə kartoçkalar şəklində yazılır. 
-Hər  vəziyyətə  dair  suallar  və  tapşıroıqlar  qoyulur.  Bunların  sayı 
2-dən 5-dək ola bilər. 
-Şagirdlər  cütlüklərlə ya da qruplarla bilinirlər. Hər qrupa bir və 
ya bir neçə vəziyyət təsir edən kartoçkalar verilir. 
-Tapşırıqlar  yerinə  yetirildikdən  sonra  qruplar  öz  işlərini  təqdim 
edirlər. 
-Qrupların təqdimatından müzakirəyə keçirilir.   
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə