K. Bünyadzadə Şərq və Qərb



Yüklə 2,52 Mb.
səhifə14/16
tarix05.10.2017
ölçüsü2,52 Mb.
#3121
1   ...   8   9   10   11   12   13   14   15   16

N ə t i c ə
Mən həqiqəti görəndən bəri həqiqət haqqında şübhəyə düşmədim.
Əli b. Əbu Talib
Təqdim olunan əsərdə Qərb və Şərq fəlsəfə tarixində özünəməxsus yeri və böyük rolu olan, lakin bir tədqiqat mövzusu kimi həm postsovet məkanında, həm də dünya fəlsəfə tarixində rasional idraka nisbətdə az araşdırılan irrasional idrakın üzərinə işıq salmaqla onun elm aləmində əhəmiyyətini bir daha vurğulamış və bununla da ona daha artıq diqqət yönəltmiş oluruq.

İnsan idrakının iki üzü var: daxili və zahiri və hər ikisi kompleks şəkildə olduqları təqdirdə idrak prosesi tam və kamil ola bilər. Eyni obyektin dərkinə yönələn, lakin müxtəlif prizmalardan yanaşan zahiri və batini, yəni rasional və irrasional idrak formaları nə bir-birini əvəz, nə də inkar edir. Onların hər biri idrak prosesinin öz həddi, metodları və strukturu bəlli olan, bir-birini tamamlayan və kamilləşdirən formaları, mərhələləridirlər. Bunu nəzərə alaraq, obyekt haqqında tam həqiqəti öyrənmək üçün rasional və irrasional idrak formaları paralel və qarşılıqlı əlaqəli şəkildə inkişaf etdirilməlidir.

Müasir qloballaşma və kompüterləşmə əsrində, insanın yeni-yeni texniki nailiyyətlər əldə etdiyi bir dövrdə irrasional idrak lazımsız və yalnız kağız üzərində qalacaq bir problem kimi görünə bilər. Lakin məsələyə fərqli aspektdən, yəni insana yalnız maddi tələbləri olan sosial varlıq kimi deyil, həm də bir ruhani varlıq kimi baxılarsa, məsələyə münasibət dəyişə bilər. Belə ki, bəzi elmlərin də təsdiqlədiyi kimi, insan böyük potensiala, hələ tam öyrənilməyən və istifadə edilməyən imkanlara malik bir varlıqdır.

Araşdırmamız vasitəsilə biz insanın daha böyük bir potensiya­sının, imkanının varlığını ön plana çəkmişik, ona maddi qüvvələrinin olduğu kimi, ruhunun da bacarıqlarını üzə çıxara biləcəyini xatırlatmışıq. Nə üçün göstərmişik, söyləmişik deyil, məhz xatırlatmışıq? Məsələ bura­sın­­dadır ki, maddi istəklərin, ictimai-siyasi hadisələrin burulğanının təz­yiqi altında insan zaman-zaman ruhani varlıq olduğunu və ilahi aləmdən vasitəsiz bilik ala biləcəyini unudur və yaddaşının təzələnməsinə onda ehtiyac yaranır. Tarixdən də məlum olduğu kimi, bu ehtiyac bütün bəşəriyyətə aid olanda belə xatırlatmalar vəhy şəklində baş vermiş, yəni səmavi kitablar nazil olmuş, dinlər təşəkkül tapmışdır; nisbətən kiçik miqyaslı «unutmalarda» isə bu missiyanı ayrı-ayrı şəxsiyyətlər öz əsərləri və kəlamları ilə etmişlər ki, bu da vəcdin və ya ilhamın, bir sözlə, irrasional təfəkkürün məhsulu olmuşdur. Başqa sözlə desək, irrasional idrak insana daha böyük bir missiya üçün yarandığını və daha müqəddəs mahiyyətə malik olmasını xatırladır və yol göstərir.

İrrasional idrak mənəviyyatla bağlı bir proses kimi insanın əxla­qına və estetik baxışlarının formalaşmasına təsir edən qüvvəyə malikdir ki, araşdırmamızda dolayısı ilə bu təsiredici amillərə toxunmuşuq.

Məlum olduğu kimi, əxlaq və idrak bir-birilə sıx bağlı və bir-birini stimullaşdıran prinsiplərdir. Təhlilimizdə də dönə-dönə vurğuladığımız kimi, insana İnsan adının ucalığını dərk etdirməkdə, ruhunu nəbati səviyyədən insani, hətta ilahi səviyyəyə qaldırmaqda, gündəlik qayğılar və problemlər xaosunda, maddi istəklər (maddi gəlirin artırılmasından tutmuş torpaq və ərazi iddialarına qədər) fonunda özünü bir insan olaraq görməkdə, anlamaqda, malik olduğu ilahi keyfiyyətləri itirmədən öz məqsədinə çatmaq yolunda irrasional idrak aparıcı qüvvəyə malikdir. Bu baxımdan, onun əxlaq nəzəriyyəsində yeri və əhəmiyyəti, zənnimizcə, ayrıca geniş bir mövzu ola bilər.

İrrasional idrakın estetik tərəfinə gəlincə, biz irrasional biliyin əldə edilməsinin üç əsas yolunu – vəhy, vəcd və ilham – göstərməklə yanaşı hər birinin nəticəsinin əhəmiyyəti barədə də danışmışdıq. İrrasional idrak ruha xas bir idrak növü olduğuna görə, onun nəticəsi də ruh üçün nəzərdə tutulur və ruhu oxşayır, qidalandırır. Onu da qeyd edək ki, bu nəticələrin zəruri olaraq maddi formada, kitab, tablo, musiqi və s. şəklində çatdırılmasının özü də irrasional və rasional idrak formalarının qarşılıqlı əlaqəsinə və bir-birini tamamlamasına dəlil ola bilər. Buraya səmavi kitablardan tutmuş, gözəl sənət əsərlərinə, şer nümunələrinə qə­dər hər birini daxil etmək mümkündür. Düşündürücü faktdır ki, kom­pü­ter nəsillərinin, mobil telefonların, texnikanın müxtəlif növlərinin sürətlə bir-birini əvəz etdiyi, dünən qiymətsiz bir şeyin bu gün ucuz və lazımsız bir şeyə çevrildiyi zəmanəmizdə biz hələ də əsrin əvvəllərində nazil ol­muş səmavi kitablardan doğru yaşamağı və düşünməyi öyrənirik, qədim dövrün şedevrlərinə heyran oluruq, onların qiymətlərini günü-gündən artırırıq, yeni metodlarla onların ən dərin sirlərinə nüfuz etməyə çalışırıq.

Problemin mürəkkəbliyini, çoxaspektliliyini, nisbətən az araşdırılmasını və bir çox tərəflərinin hələ də elm aləmi üçün qaranlıq qalmasını nəzərə alaraq əsər özünəməxsus bir sistemlə yazılmışdır: əsərin iki fəsli problemin nəzəri, iki fəsli isə tarixi aspektlərinin araşdırılmasına həsr edilmişdir.

Kifayət qədər geniş, qədim tarixə və zəngin inkişaf yoluna malik, müasir dövrdə bəzi fəlsəfi cərəyanların əsas ideya xətti olan mövzumuzun tədqiqini bir monoqrafiya çərçivəsində sıxlaşdıraraq üç əsas istiqamətdə aparmışıq ki, əldə edilən nəticələri də məhz bu istiqamətlərə müvafiq qruplaşdırmaq olar:


  1. İrrasional idrakın mahiyyətinin araşdırılması, əsas xüsusiyyətlərinin göstərilməsi və kateqoriyalarının təsnifləşdirilməsi .

  2. Problemin orta əsrlər çərçivəsində həll edilməsi və onun inkişaf qanunauyğunluqlarının izlənilməsi.

  3. Qərb və Şərq mütəfəkkirlərinin problemlə bağlı görüşləri ara­sın­da müqayisənin aparılması, oxşar və fərqli cəhətlərin aydınlaş­dırılması.

Qeyd etdiyimiz kimi, əsərin ilk iki fəsili nəzəri hissəsidir və burada əvvəlcə irrasional idrakın ən vacib amili olan irrasional bilik və onun mənbələri, daha sonra isə irrasional idrak prosesinin struktur və kateqoriyaları şərh edilmişdir.

Bundan əlavə, irrasional prinsiplərdən hər biri orta əsr Qərb və Şərq filosoflarının görüşləri əsasında ayrı-ayrılıqda təhlil edilməklə yanaşı, idrak nəzəriyyəsinin bəzi kateqoriyalarına da irrasional anlamda izah və tərif verilmişdir. Bununla ilk növbədə irrasional təfəkkür və idrak, onun əsas müddəaları, başlanğıcı və sonu, inkişafı və məqsədi haqqında ümumi anlayış formalaşdırmış və aydın təsəvvür yaratmış oluruq. Bu, həmçinin, əsərin gələcək fəsillərində müəyyən təkrar şərhlərin verilməsinin də qarşısını almışıq.

İrrasional bilik və irrasional idrakın işdə ayrıca şərhi həm də bu fenomenləri idrak nəzəriyyəsinin əhəmiyyətli hissəsi kimi təqdim etməyə geniş imkan verdi. Rasional və irrasional idrak formalarının qarşılıqlı əlaqəsi, onların bir-birinə təsir edən amilləri nəzərdən keçirilməklə vahid bir prosesin müxtəlif mərhələlərinin yeri və yaranma səbəbləri də açıqlamış oldu.

Əsərin birinci hissəsində əldə etdiyimiz nəticələri belə qruplaşdırmaq olar:



  • İrrasional biliyin mahiyyətini xarakterizə edib, mənbələrini şərh etmişik.

  • İrrasional və mistik biliklər arasında müqayisəli təhlil aparmaqla onların oxşar və fərqli cəhətlərini göstərmişik.

  • İrrasional idrakın kateqorial aparatını, prosesin strukturunu və metodologiyasını təhlil və təqdim etmişik.

  • İrrasional idrakı ümumiyyətlə idrak prosesinin əhəmiyyətli və ayrılmaz hissəsi kimi təqdim etməklə idrak nəzəriyyəsinin fəlsəfi təhlilinə yeni istiqamət verməyə çalışmışıq.

Onu da əlavə edək ki, idrak nəzəriyyəsinin əhəmiyyətli bir tərəfi kimi irrasional idrakın kateqorial aparatının təyin edilməsi Qərb və Şərq mütəfəkkirlərinin görüşləri arasında ümumi və fərqli cəhətlərin aydınlaşdırılmasında, bu görüşlərin növbəti fəsillərdə daha sistemli təhlilinə imkan yaratmaqla yanaşı, irrasional idrakın gələcək tədqiqatçılarının araşdırmalarında da müəyyən rol oynaya bilər.

Əsərin fəlsəfə tarixi hissəsi aparılmış tədqiqatın digər iki istiqamətini əhatə edir. Əvvəlcə irrasional idrakın orta əsrlərdə inkişaf qanunauyğunluqları izlənmiş, irrasional idrakın inkişafında ictimai-siyasi hadisələrin təsiri nəzərdən keçirilmiş və bununla onu rasional idrakdan fərqləndirən əsas xüsusiyyətlər aydınlaşdırılmışdır. Tədqiqat mövzusu kimi məhz orta əsrlərin seçilməsi bir sıra əhəmiyyətli səbəblərlə bağlıdır ki, onları aşağıdakı şəkildə təqdim etmək olar:



  1. Orta əsr Qərb və Şərq regionunda səmavi kitabların nazil olduğu, elmin bütün sahələrinə təsir edə biləcək yeni düşüncə formasının təşəkkül tapması dövrüdür. İrrasional idrakın istinad etdiyi mənbələrdən biri və birincisi səmavi kitablar olması baxımından, Orta əsrləri irrasional idrakın yeni mənbə ilə yanaşı, yeni metod və imkanlar qazandığı dövr də adlandırmaq olar.

  2. Orta əsrlər həm Qərb, həm də Şərqdə Renessansın baş verdiyi dövrdür. Qeyd etdiyimiz kimi, idrakın rasonal və irrasional formaları bir-birini stimullaşdıran amillərdir. Bu baxımdan, hər iki bölgədə baş vermiş Renessans hadisəsini yalnız rasional düşüncəyə deyil, həmçinin irrasional təfəkkürə də aid etmək vacibdir. Həmin dövrdə yaranmış fəlsəfi sistemlər, əsrarəngiz sənət əsərləri buna bariz nümunə ola bilər.

  3. Orta əsrlər sonrakı illər üçün (bu günə qədər) zəngin ideya mənbəyidir. Bu dövrdə antik fəlsəfənin yeni işıqda təqdim olunması ilə yanaşı zamanın şərtlərinə uyğun olaraq gələcək əsrlər üçün düşüncə qidası ola biləcək yeni ideyalar da təşəkkül tapmışdır.

Deyilənləri nəzərə alaraq, biz irrasional idrakın tədqiqində, mahiyyətinin açıqlanmasında və qanunauyğunluqlarının izlənməsində daha zəngin və hərtərəfli bir dövr kimi məhz bu illəri seçmişik.

Araşdırmanın üçüncü istiqaməti – irrasional idrakın Qərb və Şərq kontekstində aparılması və irrasional idrakın xüsusiyyətlərinin hər iki bölgənin filosoflarının görüşləri əsasında təhlil edilməsidir. Bu istiqamətdə qarşıya qoyulan yalnız bir məqsəd var idi: zaman-məkan və ictimai – siyasi şərait fövqündə baş verən proses olması baxımından irrasional idrakı şərqli və qərbli təfəkkürə ayırmağın doğru olmamasını göstərmək. Dediklərimizin təsdiqi olaraq, əvvəla, irrasional idrakın hər iki bölgədə oxşar inkişaf yolunun qanunauyğunluqlarını, ikincisi, eyni problemin hər iki bölgə üçün eyni əhəmiyyət kəsb etdiyini və onun həllində, demək olar ki, eyni metod və vasitələrdən istifadə edildiyini göstərmişik.

İrrasional idrakın Orta əsrlərdə tarixi inkişafı ilə tanışlıq məntiqi olaraq onun bəzi özünəməxsus xüsusiyyətlərinin bu dövrün Qərb və Şərq mütəfəkkirlərinin görüşləri əsasında tədqiqi zərurətini yaratdığını nəzərə alaraq monoqrafiyanın IV fəslində irrasional idrakın iki ən aktual prinsipinin – Tanrı-aləm münasibətinin (yaradılış probleminin) və nurlanmanın – Qərb və Şərq fəlsəfə tarixində təzahürləri araşdırılmış, aralarındakı fərqli cəhətlər şərh edilmişdir. Məzmun və mahiyyətlərindən də məlum olduğu kimi, bunlardan birincisi ontoloji, ikincisi isə qnoseoloji məsələlərə irrasional idrakın mövqeyi ilə tanışlıqdır.

Elm və texnikada, sosial və siyasi şəraitdə fərqli inkişaf yolu keçən Qərb və Şərq təfəkküründə irrasional baxımdan da müəyyən fərqlərin olması əslində çox məntiqi, hətta zəruri görünə bilər. Lakin nəzərə alsaq ki, əvvəla, hər rasional təfəkkür irrasional təfəkkürün ilk mərhələsi və onu stimullaşdıran amil ola bilməz, ikincisi, rasional təfəkkür irrasional təfəkkürün xarakterini deyil, səviyyələrini təyin edir. Belə olan halda iddia etmək olar ki, qərbli və şərqli təfəkkürləri vahid bir xətt üzrə yüksələn eyni pilləkanın fərqli pillələrindədirlər.

Qərb və Şərq təfəkkürləri arasındakı bəzi fərqlərə gəlincə, onların məhz ilk mənbədən irəli gəldiyini bildirmişdik. Aparılan tədqiqatda bir sıra dəlil və faktlarla göstərilir ki, belə fərqlər bölgələr arasında ola bildiyi kimi, eyni bölgəyə məxsus ayrı-ayrı mənbələrə istinad edən düşüncələr arasında da mövcud ola bilər. Başqa sözlə desək, fərq coğrafi bölgədən deyil, istinad edilən mənbədən irəli gəlmişdir.

Tədqiqatın üçüncü istiqamətinin elmi baxımdan yeniliyi və əhəmiyyətli tərəflərindən biri də irrasional idrakın prinsiplərinin hər iki bölgəyə xas xüsusiyətlərinin araşdırılması ilə bərabər onların sırf Şərqə məxsus təzahürlərinin – vəhdət əl-vücudun və Şihabəddin Sührəvərdinin İşraq fəlsəfəsi əsasında elmi təfsiridir. Tədqiqatın bu hissəsində biz, bir növ fəlsəfə tarixində həmin problemlərin (Tanrı-aləm və nurlanma) kulminasiya məqamını şərh edərək, istər vəhdət əl-vücud, istərsə də İşraq fəlsəfəsinin, yalnız şərqli təfəkkürünün məhsulu kimi deyil, sonuncu kamil dinə əsaslanan, onun mahiyyətindən irəli gələn və yaşadığı bölgədən asılı olmayaraq ümumiyyətlə insan üçün nəzərdə tutulan irrasional idrak formasının ümumi prinsipləri kimi təqdim edilir.



Əsərin ikinci hissəsində əldə etdiyimiz nəticələri belə qruplaşdırmaq olar:

  • Postsovet məkanında nisbətən az müraciət edilən və idrak nəzəriyyəsinin əhəmiyyətli tərəfi olan irrasional idrakı ilk dəfə orta əsr Qərb və Şərq mütəfəkkürlərinin görüşləri əsasında araşdırmışıq.

  • İrrasional idrakın Qərb və Şərq regionları üçün səciyyəvi xüsusiyyətlərini təhlil edərək mövcud fərqlərin səbəblərini göstərmişik.

  • İrrasional idrakın Qərb və Şərq fəlsəfi təfəkkürlərindəki ümumi cəhətlərini araşdırılmaqla onun vahid inkişaf xəttini və strukturunu təqdim etmişik.

  • Tədqiqatın gedişindən yaranan zərurətdən və şərhin daha anlaşıqlı və dolğun olması məqsədilə elmi ədəbiyyata antrpoloji panteizm, vəhdət əl-nur kimi yeni terminlər gətirmişik.

  • Problemin daha aydın təsviri və təqdimi məqsədilə irrasional idrak prosesinin, panteizmin və vəhdət əl-vücudun qrafik sxemlərini çəkmişik.

Beləliklə, irrasional idrak – vasitəsiz alınan ilahi biliklərlə, Allahın öz köməyi ilə Allahı tanımaqdır. Allah təkdir, Onu tanıdan vasitələr, Ona aparan yollar nə qədər çox və müxtəlif olsa da idrak prosesinin müəyyən bir mərhələsində onlar hamısı vahid bir yolda birləşir. İrrasional idrak – həmin yolun başlanmasıdır.

İstifadə olunan ədəbiyyat
Azərbaycan dilində


  1. Bilqamıs dastanı / Tərcüməçi İ.Vəliyev. Bakı: Gənclik, 1985.

  2. Bünyadzadə K.Y. Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin «əl-Lümə‘». Bakı: Qamma servis, 2003.

  3. Bünyadzadə K.Y. Təsəvvüf tarixinin həqiqətləri (qısa şərh) // AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi əsərləri, 2005, № 1-2, s. 169-181

  4. Bünyadzadə K. Təsəvvüf və mistika // «Hikmət» jurnalı, 2004, № 3, s. 70-78

  5. Əmrə Y. Güldəstə. Ankara: Kültür Bakanlığı, 1990.

  6. Gəncəvi N. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə. Bakı: Yazıçı, 1988.

  7. Həzrət Əmir əl-Mö‘minin Əli ibn Əbu Talib. Nəhc‘ül-bəlağə / Tərcüməçi Ə.Gölpinarlı Tehran: Süruş, 1995.

  8. Hüseynov H., Bəhərçi T. Qərb – Şərq münasibətləri xristian və islam təfəkkürü baxımından. Bakı: Təknur, 2005.

  9. Xəlilov S.S. Fəlsəfə: tarixi və müasirlik (fəlsəfi komparativistika), Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2006.

  10. Xəlilov S.S. İşraqilik və müasir fəlsəfi təlimlər. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2005.

  11. Xəlilov S.S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2004.

  12. Xəlilov S.S. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2005.

  13. İmanquliyeva A.H. Cübran Xəlil Cübran. Bakı: Elm, 1975.

  14. Qasımzadə F. İki fenomen və islam («Dədə Qorqud»da və Füzulidə islam ənənələri). Bakı: Əbilov, Zeynalov və oğulları, 1999.

  15. Məmmədov Ə.B. Dialektik idrak və ümumelmi tədqiqat metodları. Bakı: Azərnəşr, 1997.

  16. Məmmədov Ə.B. Elmi idrak və onun inkişaf dialektikası. Bakı: Səda nəşriyyatı, 1998.

  17. Məmmədov Ə., Zahidov T. Dialektik idrak və eksperimental metod. Bakı: Azərbaycan dövlət nəşriyyatı, 1992.

  18. Məmmədov R.T. Zərdüştiliyin fəlsəfi aspektləri: Fəlsəfə elm. namiz. dis. Bakı, 1999.

  19. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: İrşad, 1994.

  20. Məmmədov Z.C. Eynəlqüzat Miyanəci. Bakı: Elm, 1992.

  21. Nəsimi İ. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973.

  22. Rıhtım M. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı: Qismət, 2005.

  23. Rüstəmov Y.İ. Əbu Həfs Ömər Sührəvərdinin təsəvvüf fəlsəfəsi. Bakı: Təknur, 2005.

  24. Rüstəmov Y.İ. Fəlsəfənin əsasları (mühazirə kursu). Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2004.

  25. Rüstəmov Y.İ. Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2002.

  26. Sührəvərdi Şihabəddin Yəhya. Filosofların görüşləri / Tərcüməçi Z.Məmmədov. Bakı: Elm, 1986.

  27. Sührəvərdi Şihabəddin Yəhya. İşıq heykəlləri / Tərcüməçi Z.Məmmədov. Bakı: Elm, 1989.

  28. Şükürov A. Fəlsəfə. Bakı: Elm, 1997.

  29. Topbaş O.N. Son nəfəs (elmi-bədii publisistika) / Tərcüməçi M.Aslan. Bakı: Qismət, 2005.


Türk dilində


  1. Akarsu B. Fəlsəfə terimləri sözlüğü. İstanbul: İnkilap, 1998.

  2. Ateş S. Cüneyd Bağdadi. Hayatı, eserleri ve mektubları. İstanbul: Sönmez neşriyat, 1970.

  3. Dinsel inanc sistemlərində tanrı algılayışı. http://www.historicalsense.som/Archive/Fener38 2.htm

  4. Doğu Batı // http://www.dogubati.com/

  5. Dünya dinləri // http://www.dunyadinleri.8m.net

  6. Fahri M. İslam felsefesi tarihi / Terc. K.Turhan. İstanbul: Ayışığı kitabları, 1998.

  7. Geylani A. Gönül inciləri / Terc.: C.Yıldırım. İstanbul: Bahar yayınları, 1975.

  8. Gökberk M. Felsefe tarihi. İstanbul: Remzi Kitabevi, 1999.

  9. Həzrəti İdris. www.aysebulut.com

  10. Hökelekli H. Din psikolojisi Ankara: TDV yayınları, 1993.

  11. Hücviri Ali b. Osman Cüllabi. Keşf el-mahcub. Hakikat bilgisi / Terc.: S.Uludağ. İstanbul: Dergah yayınları, 1996.

  12. İkbal M. İslamda dini düşüncenin yeniden doğuşu / Terc.: N.A.Asrar. İstanbul: Birleşik yayıncılık, 1982.

  13. İmam-i Rabbani Ahmed Faruki Serhendi. Mektubat-ı Rabbani: 4 cilddə, I c. / Çeviren A.Akçiçek. İstanbul: Dərgah ofset, 1998.

  14. İmam-i Rabbani Ahmed Faruki Serhendi. Mektubat-ı Rabbani: 4 cilddə, II c. / Çeviren A.Akçiçek. İstanbul: Akid yayınları, 1998.

  15. İmam-i Rabbani Ahmed Faruki Serhendi. Mektubat-ı Rabbani: 4 cilddə, III c. / Çeviren A.Akçiçek. İstanbul: Akid yayınları, 1998.

  16. İslam ansiklopedisi: 5 cilddə, 1 c., İstanbul: Milli Egitim Basınevi, 1993.

  17. İslam ansiklopedisi http://www2.ikraislam.com/ansiklopedi/yan.htm,

  18. İslam ansiklopedisi. http://www.kuranikerim.com/islam_ansiklopedisi

  19. İslam düşüncəsi tarihi: 4 cilddə, I c. / Edit. M.M.Şərif. İstanbul: İnsan yayınları, 1990.

  20. İslam düşüncəsi tarihi: 4 cilddə, III c. / Edit. M.M.Şərif. İstanbul: İnsan yayınları, 1991.

  21. İslam düşüncəsi tarihi: 4 cilddə, II c. / Edit. M.M.Şərif. İstanbul: İnsan yayınları, 1996.

  22. İslama mensup olmadiklari halde İslam’a nisbet edilen firkalar. www.belgelerim/misak/akaid/index.html

  23. Kılıc M.E. Ebu’l Hukema: Hikmetin atasi. Hermetik felsefenin islam düşünce tarihinden görünümü. http://www.hermetics.org/hermetik.html

  24. Konevi S. Vahdet-i Vücud ve esasları. En-Nusus fi tahkiki tavri‘l-mahsus / Terc.: E.Demirli. İstanbul: İz yayıncılıq, 2002.

  25. Konuk A.A. Fususu‘l-hikem, tercüme ve şerhi: 4 cilddə, I c., İstanbul: Dergah yayınları, 1987.

  26. Konuk A.A. Fususu‘l-hikem, tercüme ve şerhi: 4 cilddə, II c., İstanbul: İFAV yayınları, 1988.

  27. Konuk A.A. Fususu‘l-hikem, tercüme ve şerhi: 4 cilddə, IV c., İstanbul: İFAV yayınları, 1992.

  28. Konuk A.A. Fususu‘l-hikem, tercüme ve şerhi: 4 cilddə, III c., İstanbul: İFAV yayınları, 2000.

  29. Nasr S. H. İslam. İdealler ve gerçekler / Terc.: A.Özel. İstanbul: İz yayıncılıq, 1996.

  30. Nesefi A. Tasavvufta insan meselesi. İnsani-Kamil / Terc.: M.Kanar. İstanbul: Dərgah yayınları, 1990.

  31. Rumi C. Fihi ma fih / Terc.: A.A.Konuk. İstanbul: İz yayıncılıq, 1994.

  32. Sevim S. İslam düşüncesinde marifet ve İbn Arabi. İstanbul: İnsan yayınları, 1997.

  33. Sevim S. Tasavvuf tarihi. Kayseri: 1995.

  34. Spinoza. Etika / Çev.: H.Z.Ülken. İstanbul: Milli Egitim Basımevi, 1965.

  35. Sunar C. Mistisizmin ana hatları. Ankara: Ankara Universitesi basımevi, 1966.

  36. Taylan N. İslam düşüncesində din felsefeleri. İstanbul: M.Ü.İlahiyat fakültesi vakfı, 1997.

  37. Uach C. Din sosyolojisi / Terc.: Ü.Günay. İstanbul: M.Ü.İlahiyat fakültesi vakfı yayınları, 1995.

  38. Yılmaz H.K. Anahatlarıyla tasavvuf ve tarikatlar. İstanbul: Ensar neşriyat, 2002.


Rus dilində


  1. Абаев Н.Б. Чань-буддизм и культурно-психологические традиции в средневековом Китае. Новосибирск: Наука, 1989.

  2. Абасов А.С. Проблемы истории, теории и методологии познания. Баку: Ени Несил, 2001.

  3. Августин А. Исповедь / Пер. с лат. М.Е.Сергеенко. Москва: Канон+, 1997.

  4. Агаев И.А. Исмаилиййа. Историко-философские очерки становления основных концепций. Баку: Еко, 1996.

  5. Азимов А. Ишракиййа и генезис современной западной философии. Баку: Йени несил ИД, 2003.

  6. Ареопагит Дионисий. Мистическое богословие / Пер.: Л.Лутковского. www.psylib.ukrweb.net/books/_dioar01

  7. Ареопагит Дионисий. О небесной иерархии / Пер.: с греч. www.magister.msk.ru/library/bible/comment/areopag

  8. Беме Я. Аврора или утренняя заря в восхождении / Пер.: А.Петровского. Москва: Мусагеть, 1914.

  9. Библия. Книга Ветхого и нового завета. Каноническое / В рус. перев. с парал. местами. Москва: Всесоюзный совет. Евангельск. Христиан.-баптистов, 1989.

  10. Бонавентура. Путеводитель души к Богу. www.philosophy.ru/library/ bonav/0.html

  11. Бруно Дж. О безмерном и неисчислимом (выдержки из поэмы) // Избранное. Самара: Агни, 2000, с. 481-489

  12. Бруно Дж. О бесконечности, вселенной и мирах // Избранное. Самара: Агни, 2000, с. 323-481

  13. Бруно Дж. О причине, начале и едином // Избранное. Самара: Агни, 2000, с. 189-323

  14. Волков А.П. Мистика – инструмент перехода? http://volkov-lux.narod.ru/index.html

  15. Гаты Заратуштры / Перев.: М.Ф.Азаргашасба и Р.Абдукамилова. www.oreola.org/sway-pisan/gaty.htm

  16. Гегель Г.В.Ф. Наука логики / Энциклопедия философских наук: В 3-х т. Т. 1, Москва: Мысль, 1974.

  17. Гегель Г.В.Ф. Философия духа / Энциклопедия философских наук: В 3-х т. Т. 3, Москва: Мысль, 1977.

  18. Гермес Трисмегист и герметическая традиция Востока и Запада / Сост., коммент., пер. с др.-греч., лат., фр., англ., нем., польск. К.Богуцкого. Москва: 1998. http://traditionallib.narod.ru/delo/west/egipet/germes0.htm

  19. Джнанакришна. Виджнанапада. Философия сосредоточения. http://yogami.narod.ru/pada9.html

  20. Дилтс Р. Стратегии гениев: Зигмунд Фрейд, Никола Тесла, Леонарда да Винчи / Перев. с англ. Е.Н.Дружининой. Москва: Независимая фирма «Класс», 1998.

  21. Емец Д.А. Средневековая философия и схоластика (автореферат дис. канд. филос. наук) http://literatura1.narod.ru/texts2/philosophia.html

  22. Жильсон Э. История христианской философии в Средние века / Перев.: О.Э.Душина и Л.В.Цыпиной. Лондон: 1955 http://dasein.spbu.ru/gilsonushincipina.

  23. Ибн ал-Араби. Мекканские откровения. Санкт-Петербург: Центр «Петербургское востоковедение», 1995.

  24. Имангулиева А.Н. «Ассоциация пера» и Михаил Нуайме. Москва: Наука, 1975.

  25. Имангулиева А.Н. Корифеи новоарабской литературы (к проблеме взаимосвязи литератур Востока и Запада начала XX века). Баку: Элм, 1991.

  26. Ислам. Энциклопедический словарь. Москва: Наука, 1991.

  27. История азербайджанской философии: Т. 1 / Под ред. Ф.К.Кочарли. Баку, Элм, 2002.

  28. Католическая энцик­лопе­дия http://www.newadvent.org/cathen/11447b.htm,

  29. Корбен А. Световой человек в иранском суфизме / Перев.: с франц. Ю.Стефанова. http://www.metakultura.ru/vgora/ezoter/intex.htm,

  30. Краткая еврейская энцик­лопе­дия: В 12-и т. Т. 4, Иерусалим: Еврейский Университет, 1988.

  31. Краткая история христианства. Российский Православный информационный издательский центр, 1997. http://pravosl.narod.ru/his/

  32. Краткий философский словарь. http://phenomen.ru/public/dictionary.php? article=414

  33. Кузанский Н. Сочинения: В 2-х т. т. 1, Москва: Мысль, 1979.

  34. Кузанский Н. Сочинения: В 2-х т. т. 2, Москва: Мысль, 1980.

  35. Кулизаде З.А. Закономерности развития восточной философии XIII-XVI в. и проблема Запад-Восток. Баку: Элм, 1983.

  36. Кулизаде З.А. Мировоззрение Касими Анвара. Баку: Элм, 1976.

  37. Кулизаде З.А. Хуруфизм и его представители в Азербайджане. Баку: Элм, 1970.

  38. Мальбранш Н. Разыскание истины. Санкт-Петербург: Наука, 1999.

  39. Методологические вопросы истории развития средневековой философии народов Закавказья. Баку: Элм, 1982.

  40. Нуцубидзе Ш.И. История грузинской философии. Тбилиси: Мецниереба, 1988.

  41. Образ и подобие. http://biblion.realin.ru/listing/text.

  42. Персидско-русский словарь: В 2-х т. Т. I / Под ред. Ю.А.Рубинчика. Москва: Русский язык, 1983.

  43. Платон. Пир. www.philosophy.ru/library/plato/pir.html

  44. Платон. Тимей. http://www.philosophy.ru/library/plato/timey.html

  45. Платон. Федон. http://www.philosophy.ru/library/plato/fedon.html

  46. Плотин. Эннеады. Киев, PSYLIB, 2003, http://www.psylib.ukrweb.net/books

  47. Преподобный Максим Исповедник. http://guzami1.narod.ru/maksim.html

  48. Рзакулизаде С.Дж. Пантеизм в Азербайджане в X-XII вв., Баку, Элм, 1982.

  49. Роузентал Ф. Торжество знания. Концепция знания в средневековом Исламе / Перев. с англ. С.А.Хомутова. Москва: Наук, 1978.

  50. Сведенборг Э. Тайны неба. Киев: Пресса Украини, Пор-Рояль, 1993.

  51. Скрижали. Алхимический словарь. www.xumuk.boom.ru/ars.magna.chimia.est

  52. Словарь индийских понятий и санскритских терминов. http://achadidi.narod.ru/page.files/glossaryP.html

  53. Структура сознания. http://inkal.narod.ru/Son/son1.htm

  54. Тримингем Дж. С. Суфийские ордены в Исламе / Перев. О.Ф.Акимушкина. Москва: Наука, 1989.

  55. Трофимова М.К. Историко-философские вопросы гностицизма. Москва: Наука, 1979.

  56. Тукмаков Д.И. Эллинистические представления о мистическом восхождении души // Вестник Московского Университета. Философия, 1999, серия 7, с. 62-76

  57. Ушаков В. Целостность мышления. www.ushakov.org/idea/wholeness.html

  58. Философия. Основные идеи и принципы: Популярный очерк / Под ред. А.И.Ракитова. Москва: Политиздат, 1985.

  59. Философский энциклопедический словарь Москва: Советская энциклопедия, 1983.

  60. Христианская философия и пантеизм. http://www.kuraev.ru/books3.html

  61. Шиммель А. Мир исламского мистицизма / Перев. с англ. Н.И.Пригариной и А.С.Раппорт. Москва: Алетейа, Энигма, 1999.

  62. Экхарт М. Духовные проповеди и рассуждения / Перев. с нем. М.В.Сабашникова. Санкт-Петербург: Азбука, 2000.

  63. Энциклопедия Брокгауза и Эфрона. http://dic.academic.ru/dic.nsf/brokgauz/ 16014

  64. http://www.5-ka.ru/filos/372.html

  65. http://vslovar.org.ru/v2/21839.html



İngilis dilində


  1. Divine Illumination. Stanford Encyclopedia of Philosophy. http://plato.stanford.edu/entries/illumination

  2. Huseyn ibn Mansur Hallac. www.sufimaster.org/husayn.htm.

  3. Kitab at-Tavasin / Trans.: Aisha Abd ar-Rahman at-Tarcumana. www.leapinglaughter.org/archive/tavasin.

  4. Stanford Encyclopedia of Philosophy. http://plato.stanford.edu/entries/pantheism

  5. The passions of the soul in the metamorphosis of becoming // Islamic Philosophy and Occidental Phenomenology in Dialogue: Volume 1 / Edited by A-T.Tymieniecka. Dordrecht: Kluwer Academic Publishers, 2003.


Ərəb dilində


  1. ﺍﺒﻥ ﺳﻳﻨﺎ ﺍﺒﻭ ﻋﻟﻲ ﺤﺳﻳﻥ. ﺍﻹﺷﺎﺮﺍﺕ ﻭﺍﻟﺘﻨﺑﻳﻬﺎﺕ. 3 ﻢ. ﻗﻢ. ﻨﺷﺮ ﺍﻟﺑﻼﻏﺔ. 1375ﻫ.

  2. ﺍﺒﻥ ﻋﺮﺒﻲ ﻣﺣﻲ ﺍﻟﺩﻳﻥ. ﻓﺼﻭﺹ ﺍﻟﺣﻛﻡ. ﺍﻟﺗﻌﻟﻳﻗﺎﺕ ﻋﻟﻳﻪ ﺒﻗﻟﻡ ﺍﺑﻭ ﺍﻟﻌﻼ ﻋﻓﻳﻓﻲ. ﺩﺍﺭ ﺻ. 226 ﺍﺣﻳﺎﺀ ﺍﻟﻜﺗﺏ ﺍﻟﻌﺭﺑﻳﺔ. 1946.

  3. ﺍﻟﺒﻐﺩﺍﺩﻱ ﺍﻟﺧﻂﻳﺏ. ﺗﺎﺮﻳﺦ. 14 ﻡ. ﺒﻳﺮﻭﺕ. ﺩﺍﺭ ﺍﻟﻜﺗﺏ ﺍﻟﻌﻟﻣﻳﺔ. 1407 ﻫ. 566 ﺻ.

  4. ﺍﻟﺟﻴﻼﻧﻲ ﻤﺤﻲ ﺍﻟﺪﻴﻥ ﻋﺑﺪ ﺍﻟﻗﺎﺪﺮ. ﺍﻠﻓﻳﻮﻀﺎﺖ ﺍﻠﺮﺑﺎﻧﻳﺔ ﻓﻲ ﺍﻠﻣﺂﺛﺮ ﻮﺍﻻﺮﺍﺩ ﺍﻠﻗﺎﺩﺮﻳﺔ, ﺠﻣﻊ ﻮﺘﺮﺘﻳﺐ ﺇﺴﻣﺎﻋﻳﻞ ﺍﺑﻦ ﺍﻠﺴﻳﺪ ﻣﺤﻣﺩ ﺴﻌﻳﺩ ﺍﻠﻗﺎﺪﺮﻳﺔ, ﺩﻫﻠﻲ, ﻣﻛﺗﺑﺔ ﺇﺷﺎﺮﺕ ﺍﻹﺳﻼﻡ, 2003, 224 ﺻ.

  5. ﺍﻟﺣﻼﺝ ﺍﺑﻭ ﻣﻌﻳﺙ ﺍﻟﺣﺳﻳﻥ ﻣﻧﺼﻭﺭ. ﻜﺗﺎﺏ ﺍﻟﻁﻭﺍﺳﻳﻥ. ﻧﺷﺭ ﻭ ﺗﺼﺤﻳﺢ ﻞ. ﻣﺎﺳﻳﻧﻳﻭﻥ. ﺑﺎﺭﻳﺱ. 1913. 79 ﺼ.

  6. ﺃﺧﺑﺎﺮ ﺍﺤﻼﺝ. ﻨﺷﺮ ﻮﺗﺻﺤﯾﺢ ﻞ. ﻣﺎﺳﻴﻨﯾﻮﻦ ﻮﺏ. ﮐﺮﺍﻮﺲ, ﺑﺎﺮﻳﺲ, ﻣﮑﺘﺑﺔ ﻻﺮﻮﺯ, ﻣﻃﺑﻌﺔ ﺍﻠﻗﻠﻡ, 1936, 120 ﺻ.

  7. ﺩﻳﻭﺍﻥ ﺍﻟﺣﻼﺝ. ﺷﺮﺡ ﻭ ﺗﺣﻗﻳﻖ ﻫﺎﺷﻡ ﻋﺛﻣﺎﻥ, ﺒﻳﺮﻭﺕ, ﻣﺅﺴﺴﺔ ﺍﻷﻋﻟﻣﻲ ﻠﻠﻣﻁﺒﻭﻋﺎﺕ, 2003, 192 ﺻ.

  8. ﺮﺳﺎﺌﻞ ﺍﻟﺠﻨﻴﺪ. ﺤﺮﺮﻫﺎ ﻭﺼﺣﺣﻫﺎ ﺍﻟﺪﻛﺘﻭﺮ ﻋﻟﻲ ﺤﺴﻴﻦ ﻋﺒﺪ ﺍﻟﻗﺎﺪﺮ. ﺍﺴﺘﺎﻨﺒﻭﻝ. ﺠﺎﻟﻭﻏﻟﻭ. 1970 ﻡ. 78 ﺻ.

  9. ﺍﻠﺳﻠﻣﻲ ﺍﺑﻮ ﻋﺑﺪﺍﻠﺮﺣﻣﺎﻦ ﻣﺴﺋﻠﺔ ﺩﺮﺠﺎﺖ ﺍﻠﺻﺎﺩﻗﻴﻦ, ﺗﺴﻌﺔ ﮐﺗﺏ, ﺣﻗﻗﻬﺎ ﻮﻋﻟﻕ ﻋﻟﻴﻬﺎ ﺴﻟﻴﻤﺎﻦ ﺁﺗﺵ, ﺁﻧﮑﺮﺍ, ﻤﻃﺑﻌﺔ ﺍﻟﺟﺎﻤﻌﺔ, 1981, 212 ﺻ.

  10. ﺳﻬﺮﻭﺮﺪﻱ ﺷﻬﺎﺏ ﺍﻟﺪﻴﻥ ﻴﺣﻴﻲ. ﺷﻴﺦ ﺇﺷﺮﺍﻕ. ﻤﺠﻤﻭﻋﺔ ﺪﻭﻡ ﻤﺼﻨﻓﺎﺕ, ﺒﻗﻟﻡ ﻫﻧﺮﻱ ﮐﺮﺒﯾﻥ, ﺗﻬﺮﺍﻥ, 1952, 350 ﺻ.

  11. ﺍﻟﺷﻬﺮﺳﺗﺎﻧﻲ ﺍﺒﻭﻓﺗﺢ. ﺍﻟﻣﻠﻞ ﻭ ﺍﻟﻧﺤﻞ. ﺼﺤﺤﻪ ﻭ ﻋﻟﻕ ﻋﻠﻳﻪ ﺤﻣﺩ ﻓﻬﻣﻲ ﻣﺤﻣﺩ. 3 ﻡ. ﺑﻳﺭﻭﺕ. ﺩﺍﺮ ﺍﻠﮑﺗﺏ ﺍﻠﻌﻠﻣﻳﺔ. 1992 ﻡ. 734 ﺼ.

  12. ﺍﻟﻃﻮﺴﻲ ﺍﺒﻮ ﻧﺼﺮ ﺍﻟﺴﺮﺍﺝ. ﺤﻗﻗﻪ ﻮﻗﺪﻢ ﻟﻪ ﻮﺧﺮﺝ ﺃﺣﺎﺪﯾﺛﻪ ﻋﺑﺩ ﺍﻠﺣﻠﯾﻢ ﻣﺣﻣﻮﺩ ﻮﻁﻪ ﻋﺑﺩ ﺍﻠﺑﺎﻗﻲ ﺴﺮﻮﺮ ﺩﺍﺮ ﺍﻠﮑﺘﺏ ﺍﻠﺤﺩﻴﺛﺔ ﺒﻤﺻﺮ, ﻤﮑﺘﺑﺔ ﺍﻠﻤﺛﻨﻰ ﺒﺒﻐﺩﺍﺩ, 1960, 646 ﺻ.

  13. ﺍﻠﻐﺰﺍﻠﻰ ﺍﺑﻭ ﺣﺎﻣﺩ ﻣﺣﻣﺩ ﺑﻥ ﻣﺣﻣﺩ. ﻣﺷﻛﺎﺓ ﺍﻷﻧﻭﺍﺭ. ﺍﻠﻣﻃﺑﻌﺔ ﺍﻠﻌﺭﺑﻳﺔ ﺒﻤﺻﺮ, 1343 ﻫ.

  14. ﺍﻟﻗﺭآﻥ ﺍﻟﻛﺭﻳﻡ

  15. ﺍﻟﻣﻧﺟﺩ ﻓﻲ ﺍﻟﻟﻐﺔ.ﺒﻳﺮﻭﺕ, ﻣﺅﺴﺴﺔ ﺍﻷﻋﻟﻣﻲ ﻠﻠﻣﻁﺒﻭﻋﺎﺕ, 2003, 1013 ﺼ.

  16. ﺍﻠﻣﻳﺎﻧﺟﻲ ﺍﻠﻬﻣﺪﺍﻧﻲ ﺍﺑﻭ ﺍﻠﻣﻌﺎﻠﻲ ﻋﺑﺪ ﺍﷲ ﺑﻦ ﻣﺣﻣﺪ ﺑﻦ ﻋﻠﻲ ﺑﻦ ﺍﻠﺣﺳﻳﻦ ﺑﻦ ﻋﻠﻲ ﺍﻠﻣﻠﻗﺏ ﺑﻌﻳﻦ ﺍﻠﻗﻀﺎﺓ. ﺯﺑﺩﺓ ﺍﻠﺣﻗﺎﺌﻕ. ﺗﻗﺪﻳﻡ ﻭ ﺗﺣﻗﻳﻕ ﻉ.ﻋﺳﻳﺮﺍﻥ .ﻃﻬﺮﺍﻥ. ﭼﺎﭙﺧﺎﻧﻪ ﺩﺍﻧﺷﮕﺎﻩ. 1341 ﻫ. 130 ﺼ.



Fars dilində


  1. ﻋﻂﺎﺮ ﻓﺮﻳﺪ ﺍﻟﺪﻳﻥ. ﺗﺫﻛﺮﺓ ﺍﻷﻮﻟﻳﺎﺀ. ﻂﺎﺷﻛﻨﺪ. ﺪﺮ ﻣﻂﺑﻊ ﻓﺗﺢ ﺍﻠﻛﺮﻴﻡ. 1943 ﻡ. 434 ﺼ.

  2. ﺍﻠﻣﻳﺎﻧﺟﻲ ﺍﻠﻬﻣﺪﺍﻧﻲ ﺍﺑﻭ ﺍﻠﻣﻌﺎﻠﻲ ﻋﺑﺪ ﺍﷲ ﺑﻦ ﻣﺣﻣﺪ ﺑﻦ ﻋﻠﻲ ﺑﻦ ﺍﻠﺣﺳﻳﻦ ﺑﻦ ﻋﻠﻲ ﺍﻠﻣﻠﻗﺏ ﺑﻌﻳﻦ ﺍﻠﻗﻀﺎﺓ. ﺗﻣﻬﻳﺩﺍﺕ. ﺗﻗﺪﻳﻡ ﻭ ﺗﺣﻗﻳﻕ ﻉ.ﻋﺳﻳﺮﺍﻥ .ﻃﻬﺮﺍﻥ. ﮔﻟﺷﺎﻥ. 1373 ﻫ . 523 ﺼ.


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə