Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə12/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
50
Material toplamaqda çətinlik çəkirdi. Deyirdi ki, gərək gedib
Türkiyədə araşdırma aparasan. İbrahimi Prezident Kitabxana‑
sının elektron resurslar şöbəsinin müdiri Təpəkəndli (Amasiya
rayonu) Zakir İsmayılovla tanış etmişdim. İbrahimin disserta‑
siya mövzusu ilə bağlı Prezident Kitabxanasının fondlarına
daxil olan materialları Zakir müəllim toplayıb İbrahimə gön‑
dərirdi. 
Həsən müəllim İbrahimin zəhmətsevərliyini və sədaqətini
qiymətləndirib redaktor müavini təyin etmişdi. Aralarında
böyük yaş fərqi olmasına baxmayaraq İbrahimlə Həsən müəl‑
lim qardaşdan da yaxın dost idilər. Son vaxtlar onları həmişə
bir yerdə görərdim. Həsən müəllimin qızlarının toyunda İbra‑
him bütün təşkilatçılıq işlərinin məsuliyyətini öz üzərinə gö‑
türmüşdü. Həsən müəllimin kiçik qızının toyunda İbrahim
bütün dostlarını bir masanın ətrafına yığmışdı. İbrahimin ən
İbrahim dostlarının arasında: sağ tərəfdə ayaq üstdə (İbrahim) , 
sağ tərəfdə oturan yerdə, ikinci Nazim Mustafa


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
51
yaxın dostlarından biri, ilk dəfə gördüyüm Mahir Qabiloğlu
həmin gecə şux zarafatları ilə “avtonom” məclisi ələ almışdı.
Həmin toyda Mahirlə İbrahimin ayaq üstə duraraq birgə çək‑
dirdiyimiz şəkil məncə, İbrahimin ən yaxın dostlarının əksə‑
riyyətinin cəm olduğu yeganə şəkildir. 
Son vaxtlar az‑az rastlaşırdıq. İbrahimin Sumqayıt Dövlət
Universitetinə prorektor təyin edilməsindən xəbərim yox idi.
Martın 14‑də fasilə zamanı idi. Mirzə Ənsərlidən zəng gəldi.
Məndən soruşdu ki, İbrahimdən xəbərin varmı. Dedim ki, yox,
xeyli vaxtdır zəngləşmirik. Dedi ki, deyirlər İbrahim xəstələ‑
nib, hələ bir redaksiyaya zəng elə. İ ifaq Mirzəbəyliyə zəng
eləyib soruşdum ki, haradasan. Dedi ki, Əmircanda, İbrahim
rəhmətə gedib, onun dəfnindəyik...
Allah‑Təala ona digər həmyaşıdlarından artıq pay ‑ qabiliy‑
yət, bacarıq, istedad vermişdi. Sanki Tanrı ona verdiyi artıq
payın əvəzini onun ömründən kəsməklə əvəzini çıxdı. İbrahi‑
min taleyi tez parlayıb, tez sönən ulduzların taleyinə bənzəyir. 
Hər dəfə İbrahimin şəkillərinə baxanda onda necə böyük
həyat eşqinin olduğunu görürsən. Onun yoxluğuna inana bil‑
mirsən. İbrahimin xüsusi intonasiya ilə tez‑tez işlətdiyi “qadan
alım” sözləri daim qulaqlarımda səslənir. İbrahim maddi dün‑
yanı cismən tərk etsə də, o, ürəklərdə, qəlblərdə yaşayır. 
Allah‑Təala İbrahimin elədikləri yaxşılıqların əvəzini onun
gül balalarının qismətinə yazsın! 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
52
Nüşabə Hüseynli,
BSU‑nin Jurnalistika fakültəsinin baş müəllimi,
SPACE televiziyasının redaktoru, filologiya üzrə
fəlsəfə doktoru
SEVDİYIN ADAM ÖLÜRSƏ...
Ö
lümü ilk dəfə görəndə 19‑20 yaşım olardı.  Çox sevdi‑
yim 9 aylıq bir körpə öldü qucağımda. Mən nə qorx‑
dum, nə ağlımı itirdim. Dərk etmədiyin bir şeyin nəyindən
qorxasan ki?!  Sadəcə, ölümün körpəni xəbisliklə əlimdən alıb
qaçması mənə yer elədi. Bununla indiyədək də barışa bilmirəm.
Acizlik qədər nifrət etdiyim ikinci bir hiss yoxdur. İndinin
özündə də həmin anlar yadıma düşəndə özümdən iyrənirəm.
İkinci dəfə ölüm müharibə qiyafəsini geyinib gəldi və çev‑
rəmdəki sevdiyim adamlardan birini götürüb apardı. Ölümün
əslində nə olduğunu bax onda başa düşməyə başladım.
Ölüm hər şeydən əvvəl AYRILIQ deməkdir. Dilin‑dodağın
beş yerdən çartlasa belə, bircə anlığa da olsa, uzaqdan‑uzağa
görmək üçün bütün müqəddəslərə and verib gecə‑gündüz dua
eləsən belə, onu BİR DƏ HEÇ VAXT, eşidirsən,  HEÇ VAXT
GÖRMƏYƏCƏKSƏN deməkdir... ZƏHMƏT ÇƏK, CANIN
ÇIXSIN, ONSUZ  YAŞA deməkdir.  
Sən də  özünü onun yanında görmək – yəni ölmək arzusu


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
53
ilə günləri bir‑birinin dalınca yola salırsan. Zəhmət çəkməyinə
çəkirsən, amma canın çıxmır – beləcə yaşayırsan. Və həyatında
bəzi şeylər dəyişir...
Çalışırsan heç kimə ürəkdən bağlanmayasan. Sonradan
ölüm səni yandırıb‑yaxmasın deyə qəlbinə heç kimi buraxma‑
mağa çalışırsan. Beləcə,  özünü təkrar müqəddəslərə minnətçi
düşməkdən sığortalayırsan.  Ölümün acığına sevmirsən. Sev‑
mirsən ki, sənsiz qəbul edilmiş ayrılıq qərarına kişi kimi döz‑
məyi bacarasan, yaşadığına görə özün özündən utanmayasan,
özün öz yanında biabır olmayasan...
Və beləcə, ömrünün ən maraqlı sayılan illərini rəfiqəsiz,
dostsuz, yoldaşsız, sevgisiz, amma sığortalı yaşayırsan...
Di gəl günlərin bir günü elə adamlarla rastlaşırsan ki, onları
sevməmək, onlara qəlbinin qapılarını açmamaq mümkün
olmur. Özünçün uydurduğun sığorta‑filan, hamısı gedir işinin
dalınca. Başlayırsan dirilməyə, ağ‑qara həyatın bir anın içində
rənglənir, ətrafında hər şey, hər şey  gözəlləşir. Qarşına çıxan
insanların hər biri ilə əzizinmiş kimi davranmağa başlayırsan,
qısası – HƏYATA, insan kimi YAŞAMAĞA qayıdırsan.  
Mən belə adamların biri ilə deyil, birdən‑birə bir neçəsi ilə
rastlaşdım. Sanki yaşamadığım illərin əvəzini çıxmaq üçün
sevgi dolu insanların  hamısı birdən yoluma çıxdı. Və şeytan
məni yenə tovladı – əhdimə xilaf çıxıb yenə  sevməyə başla‑
dım.
Üstündən uzun illər keçib və mən indi başa düşürəm ki, biz
ona görə  bir‑birimizə belə bağlanmışıq ki, həmin vaxt hərənin
özünə görə bir səbəbi olsa da, əslində, hamımızın bir‑birimizə
ehtiyacı olub, daha doğrusu, bir‑birimizin sevgisinə. Sanki Al‑
lahın hamımıza birdən yazığı gəlmişdi, bizi bir‑birimizi yaşat‑
maq üçün bir otağa yığmışdı. Bu, unudulmayacaq sevgi idi.
Və nə yaxşı ki, belə idi. Sevginin qütbləri ‑  Məsiağa müəllim,


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə