Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə13/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
54
Xaqani, Vüqar, Əfqan, Jalə, Fatma, mən və İbrahim. İbrahim
ən sonda qoşulmuşdu bizə.
Əla oğlan idi İbrahim... Onu sevməmək mümkün deyildi.
Mən onu nə vaxtdan sevməyə başladım, yadımda deyil.
Onun isə hər şey çox gözəl yadında idi. Bir yerə yığışanda “Siz
bilirsiz mən Nüşünü nə vaxtdan sevməyə başladım?” deyib
mənim çoxdan unutduğum, özünün isə dəqiq xatırladığı bir
əhvalatı danışardı.
İllər keçdi, hərəmiz bir tərəfə üz tutduq. Amma ayrılmadıq,
görüşəndə görüşdük, danışanda danışdıq. Hər görəndə deyər‑
dim ki, İbrahim, adamın sənin kimi dostu ola. İnciyirmiş kimi:
“Dostun deyiləm ki?” deyərdi.
Bax indi hər şeyi o qədər gözəl xatırlayıram ki...  əsgərlikdə
olanda Xaqaninin yanına, hərbi hissəyə getməyimizi, yol boyu
söhbətlərimizi, müdafiə günü gəlməsən də göndərdiyin o
gözəl qızılgülləri, Məsiağa müəllim sən və mən oturub saat‑
İbrahim dostları ilə birgə: sağdan ikinci İbrahim


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
55
larla dərdləşməyimizi... Selcana tort almağını, hər dəfə də Sel‑
canı soruşanda “Gəlinimə yaxşı bax. Qızı heç kimə vermirsən
ha” atmacalarını, gələcəklə bağlı məzəli planlarını, məsələn,
gəl uşaqlara toy eləyəndə filankəsi çağırmayaq,  filan şeyi belə
eləyək kimi sözlərini... çox şeyi...       
Facebookdakı yazışmamıza baxıram. Ən axırıncısı ötən il,
mayın 14‑də sənin ad günündə olub.
“Diqqətinə görə minnətdaram, əziz bacım! Amma inan ki,
ad günlərini heç sevmədim. Biz sevinirik ki, doğum günümüz‑
dür, ancaq qocaldığımızı unuduruq. Mən isə vaxtından əvvəl
qocaldığım üçün ad günlərini, demək olar ki, sevmirəm. Çox
sağ ol, əziz bacım. Sənin kimi dostum və bacım olduğu üçün
çox xoşbəxtəm!”
Sənsə adamı xoşbəxt olmağa qoymadın, dost. Və səni itir‑
məklə mən  bir şeyi başa düşdüm  ‑ ölüm, ayrılıq hər zaman
amansızdır. Onun sənə heç vaxt yazığı gəlmir. Sevdiklərini
çalır, aparır və sənin sevgisiz qoyduğu sonrakı həyatına tüpür‑
mək belə istəmir.
Tək bircə təsəllim var – bizim çəkdiyimiz ayrılıq acısını sən
bizim kimi yaşamırsan. Sənə orda xoşdursa, biz dözərik. Guya
dözməyib neyləyəcəyik ki?
Amma bir xahişim də var – aradabir yuxuma gəl. Oturub
dərdləşək, ordan‑burdan danışaq, uşaqların toyunu müzakirə
edək.
Dostumsan, sözümü yerə salma, İbrahim… 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
56
Elnarə Məmmədova, 
Azərbaycan Dövlət Dillər Universitetinin baş
müəllimi, İbrahimin ingilis dili müəllimi
ELƏ QAYĞIKEŞ, MƏRHƏMƏTLİ, 
MEHRİBAN İDİ Kİ...
M
əni İbrahimlə fransız dili müəllimim, universitetimi‑
zin professoru Əsgər Zeynalov tanış etmişdi.
Çox sağ olun, Əsgər müəllim, sizin sayənizdə mən də bu
gözəl insanı tanıdım. İbrahim haqqında keçmişdə danışmaq
mənim üçün çox ağırdır, çünki belə bir güclü, istedadlı insanın
yaşayıb yaradacağına şübhəm yox idi. 
Mən İbrahimi yalnız dil öyrətdiyim tələbə kimi deyil, həm
də bir dost kimi tanıdım, məsləhətlərinin dəyərli olduğunu da
görürdüm. 
İbrahimin ingilis dilinə olan sonsuz marağını görüb deyər‑
dim ki, İbrahim, nə yaxşı ki, sənin kimi gənclər var. 
Demək olar ki, hər dərsdə aldığı yeni kitabları həvəslə mənə
göstərərdi və dediyi kimi də növbəti dərsə çalışardı ki, kitabı
oxuyub bitirsin. Oxuduğu kitabların əksəriyyəti tarixi kitablar
idi.
İbrahim səyahət etməyi çox sevərdi. Elə buna görə də müəy‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
57
yən qədər ingilis dilini öyrənib Londona getdi. 
Oradan qayıtdıqdan sonra gördüklərini, öyrəndiklərini hə‑
vəslə, maraqla bölüşürdü. Elə bil ki, dünyanı tez tərk edəcəyini
hiss edirdi...
İngilis dilində də belə bir ifadə var. – “Only the good die
young”. – “Yalnız yaxşılar gənc yaşında dünyasını dəyişir”. 
İbrahimin vasitəsilə mən professor Buludxan Xəlilovu tanı‑
dım. Bu iki insanın səmimi, möhkəm dostluğunu heç nə ilə sar‑
sıtmaq olmazdı. 
Buludxan müəllim haqqında danışanda İbrahim dostluqla‑
rının həyatın enişli‑yoxuşlu yollarında sınandığını deyərdi. Bu
iki dosta, qardaşa baxanda mən də hər ikisi üçün sevinərdim,
çünki gözəl dostluq nümunəsi idilər. İbrahim çalışardı ki,
ondan asılı olan köməyi ətrafındakılara etsin, mən bunun də‑
fələrlə şahidi olmuşam. 
Çalışardı ki, imkanı daxilində insanlara yardımçı olsun,
problemin həllini görəndə sevinərdi. 
Qısa bir ömür yaşamasına baxmayaraq, İbrahim kifayət
qədər özünə hörmət qazandı. Elə qayğıkeş, mərhəmətli, meh‑
riban idi ki... Xarakterindəki yumor hissi ətrafındakılara prob‑
lemlərini unutdururdu. 
Təbiidir ki, insanlar müxtəlifdir, lakin İbrahim kimi bir in‑
sana yenidən rast gəlməyəcəyimə əminəm. Sənin yoxluğuna
inanmaq çox çətindir, əziz tələbəm!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
58
Ədalət Məmmədov,
Şamaxı Rayon Təhsil Şöbəsi Metodkabinetinin 
müdiri, Azərbaycan Respublikasının Qabaqcıl
Təhsil işçisi, “Qızıl qələm”, “Məmməd Araz” və
“El ziyalısı” media mükafatları laureatı, 
Tədqiqatçı‑filoloq, Qabilşünas
MƏNİM XİLASKARIM!
Nüfuzlu “Xalq qəzeti”‑nin baş redaktorunun 
sabiq müavini, Sumqayıt Dövlət Universitetinin 
prorektoru İbrahim Nizami oğlu Ömərovun 
əziz xatirəsinə
M
ənim İbrahim Nizami oğlu ilə ilk tanışlığım xalq şairi
Qabil 2007‑ci ildə rəhmətə gedən vaxtda oldu. 
Artıq 40 mərasimi ərəfəsində mənim  yazdığım “Qabilin
sənət dünyası” kitabım işıq üzü görmüş və bundan 50 ədədini
Mahirə vermişdim. Mahir də bu kitabı şair və yazıçılara, o
cümlədən, o zaman “Xalq qəzeti”ndə baş redaktorun müavini
işləyən İbrahimə vermişdi. 
Beləliklə, bizim İbrahimlə qiyabi tanışlığımız belə başladı. 
Az keçmədi ki, mən Mahirə müraciət edərək atası və bizim
ailənin əzizi, böyük şair haqqında müxtəlif qəzet və dərgilərdə
məqalələr verməyimi bildirəndə, o birinci olaraq “Xalq qəzeti”‑
ni məsləhət bildi. 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə