Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
68
Dansaq da, yansaq da, belədir həyat.
Azacıq pay verir ürəklilərə.
Allahın şöhrəti artardı min qat.
Çox ömür versəydi gərəklilərə!
Gör həyat kimindir, gör ölüm kimin?
Ömür qazanırmı hər ömür sürən?
Gücü çatmaz idi ona ölümün,
Həyat eşqi idi onu öldürən.
Beləymiş taleyin, beləymiş əmri,
Hər yanan bir ömür işığa dönməz.
Ağlın işığıyla toqquşdu ömrü,
İşığın içində işıq görünməz.
Demə sünbül yanıb, qaldı qup‑quru.
Sünbülün tutaşan küləşi vardı.
Ulduztək günəşdən almadı nuru,
Onun öz qəlbinin Günəşi vardı.
Ağlın işığından ölüm qorxaraq,
Əbədi hökmünü dandı təzədən.
Ağlın zirvəsində sönən bir çıraq,
Min‑min ürəklərdə yandı təzədən.
Ölümdən çox qabaq gəlib ömür‑gün,
Ölüm namərd oldu dünyada ancaq.
Ölüm bu dünyada öz varlığıyçün,
Həyata borcludur, həyata ancaq!
30.01.2015‑ci il 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
69
Sarvan İbrahimov,
“Azərbaycan müəllimi” 
qəzetinin baş redaktor müavini
DOST İTKİSİ
H
aqqında danışmaq nə qədər rahat olsa da, onu xatirə‑
lər işığında yada salmaq mənim üçün bir o qədər ağır‑
dır. Qəfil açılan güllə kimi amansız ölüm onu gülə‑gülə
aramızdan vaxtsız apardı. Qapılarımızın Novruz müjdəsilə
açıldığı bir yaz gecəsi ömür qapısı üzünə əbədi bağlandı.
2014‑cü ilin 14 mart səhəri... O acı xəbəri eşidəndə elə bil ye‑
rimdə donub qaldım. Bir anlıq yuxuda olduğumu zənn etdim.
Telefonun uzaq məsafəsindən gələn aydın səs hələ də qulağım‑
dan getmir: “Dünən gecə İbrahim rəhmətə gedib...”. Nə etmək
olardı? Bu, acı həqiqət idi. Təəssüf etməkdən, göz yaşımı
içimdə boğmaqdan başqa əlimdən bir şey gəlmirdi.
Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən əsl
dost kimi xatırlayıram onu. Müdriklərdən biri deyib ki, yaxşı
dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O, mənim
üçün məhz belə bir dost idi.
İllər öncə “Xalq qəzeti”ndə tanışlığımızın qəribə tarixçəsi
olmasa da, o günü yaxşı xatırlayıram. Məzuniyyətdən təzəcə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
70
qayıtmışdım. Redaksiyaya təzə bir işçinin – texniki direktorun
gəlməyindən artıq xəbər tutmuşdum. Onunla ilk görüşüm də
elə kompüter mərkəzində yaddaşıma köçdü. Əl uzadaraq
nurlu çöhrəsi üzümə güldü: “Tanış olaq, İbrahim Ömərov”, ‑
deyə ədəb‑ərkanla, yaşının az olmasına baxmayaraq, əsl ziya‑
lıya xas ehtiramla özünü təqdim etdi.
Bir redaksiyada çalışdığımız neçə illər ərzində bir‑birimizi
yaxından tanıdıq. Sevincimizi paylaşmağı, dərdimizə şərik çıx‑
mağı bacardıq. Taleyin qismətindən “Xalq qəzeti”ndən “Azər‑
baycan müəllimi”nə pənah gətirəndən sonra da əlaqələrimiz
kəsilmədi. Tez‑tez görüşə bilməsək də, bir‑birimizdən hal‑
əhval tutardıq. Hər dəfə də “özündən muğayat ol”, ‑ deyə
mənə ürək qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa
çalışsaq da, onu qoruya bilmədik.
Qısa bir ömür yaşadı İbrahim Ömərov. Lakin şərəfli bir yol
keçdi. Bu qısa zaman kəsiyində isə qazandıqları itirdiklərindən
çox oldu.
Bir ayın tamamında idi ki, Sumqayıt Dövlət Universitetinə
prorektor təyin olunmuşdu. Dostları, yaxınları hələ ürəklə təb‑
rik etməyə macal tapmamış əcəl onun ürəyinə hakim kəsildi.
Nə edək ki, təyinatının sevincini onunla bölüşə bilmədik. Yox‑
luğu isə yaman sarsıtdı bizi. Artıq bir ilə yaxındır ki, İbrahim
Ömərov aramızda yoxdur. Nə yaxşı ki, onunla bağlı isti xati‑
rələrimiz ürəyimizə bir qədər təskinlik verir.
Həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa görü‑
şəcəyimizi TANRININ qismətinə buraxıram. Görüşənədək de‑
yirəm.
Ruhun şad olsun, əziz dost!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
71
İBRAHİMİN ÖMRÜNDƏN 
SƏHİFƏLƏR: 
ŞƏKİLLƏR, SƏNƏDLƏR
Nizami Məmmədcanlı
(Ömərov),
İbrahimin atası
OĞLUMA
Ay oğul, kükrəyib dənizə dönsən,
Gurla ildırımtək, çax şimşək kimi.
Dağlara ucalsan, düzlərə ensən,
Gərək ol hamıya sən çörək kimi.
Ömrün qədrini bil, qiymətini bil,
Qəlbindən kədəri, qəmi tamam sil.
Vaxtsız açan çiçək, ləçəklənən gül,
Ürəyi oxşamaz gül‑çiçək kimi.
Öz ana yurdunun dayağı ol sən, 
Koroğlu, Ziyadxan sayağı ol sən.
Torpağın ömürlük oyağı ol sən,
Titrə yaz mehitək, əs külək kimi!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
72
Mənim öyüdümü sırğa et, oğul,
Dünya bir nağıldır, həyat bir nağıl.
Tutsun əllərindən hər zaman ağıl,
Həqiqət üstündə bir çələng kimi!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
73
Göydə bulud bulan‑bulan bulanar, 
Yaralarım göz‑göz olub sulanar,
Anan gəlib məzarına dolanar,
Qara torpaq, İbrahimi neylədin?!
Yoxsa qurda‑quşa qismət elədin?!
* * *
Getmir gözümdən baxışı,
Getdi, ömrümün naxışı,
Ürəyim yanıb köz olur,
Kəsməyir gözümün yaşı.
* * *
Sən hara, ölüm hara?!
Dözməm mən əzablara.
Yerin ürəyimdədir
Niyə getdin məzara?!
İbrahimin anası Səadət xanımın dilindən
İbrahimin uşaqlığı‑anası və qardaşları ilə birgə: sağdan birinci İbrahim, 
ikinci Sarıbaba, üçüncü Həzi, dördüncü Mehdi, ortada anaları Səadət xanım


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə