Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   2   3   4   5   6   7   8   9   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
6
SƏNİN YERİN GÖRÜNÜR,
QAYIT GƏL
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru
professor
Əziz dost, nə vaxt qayıdıb gələcəksən?!
14
mart 2014‑cü il... Sübh tezdən işə gedirdim. İşə pi‑
yada gedirdim. Birdən əl telefonuma zəng gəldi. Bax‑
dım ki, zəng vuran dostumuz Seyiddir. Onun adı Cavanşirdir,
ancaq əsil‑nəcabətli seyid nəslindən olduğu üçün ona bütün
dostlar belə (Seyid) deyirlər. Fikirləşdim ki, bu vaxt nə zəngdir,
görəsən. Heç ağlıma gəlmədi ki, onun mənə verdiyi xəbər bu
qədər acı olarmış. Seyid telefonda mənə dedi ki, Suraxanıya
gəl. Dedim nə olub. Dedi ki, gəl, bilərsən. Əl çəkmədim, dedim
ki, nə olub. Gördü ki, əl çəkmirəm. Dedi ki, dostumuz İbrahim
yoxdur. Dedim ki, necə yəni yoxdur?! O dedi ki, yoxdur da...
İnfarkt oldu, dünyasını dəyişdi. Qolumdakı saat səhər tezdən
6:37 dəqiqəni göstərirdi. Yer‑göy başıma fırlandı. Özümün
özümlə söhbətim belə oldu:


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
7
Soyuqmuş bu qara torpağın üzü
Ay Seyid, sən bunu hardan bilirsən?!
Günbəgün, aybaay üyüdür bizi
Ay Seyid, sən bunu hardan bilirsən?!
Bunları babamız, nənəmiz deyib,
Bunları atamız, anamız deyib,
Kim deyib, düz deyib, çox təmiz deyib,
Ay Seyid, sən bunu hardan bilirsən?!
Ay Seyid, bu nə dərd, bu nə xəbərdi,
Ömrümün bu çağı qəddimi gərdi.
Bəlkə bir yalandı, ya kimsə gördü?!
Ay Seyid, sən bunu hardan bilirsən?!
İbrahim dostu Buludxanla


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
8
* * *
Bu bəd xəbərdən 3‑4 gün əvvəl bazar günü görüşmüşdük.
Mənə zəng vurmuşdu ki, sizə gəlirəm. Dedim ki, gözləyirəm,
gəl. Gəldi xeyli söhbət etdik. Həmişə olduğu kimi ruhlu idi,
həyat eşqi güclü idi. O qədər sevinirdi ki, hərəkətlərində də se‑
vincini gizlətmirdi. Hə a pianinoda öz bildiyi kimi, özünə‑
məxsus şəkildə bir mahnı da ifa etdi. Planlarımızdan,
görəcəyimiz işlərdən danışdıq. Bir‑birimiz barədə xoş sözlər
dedik. Həmişə olduğu kimi zarafatımızdan da qalmadıq. Mən‑
dən ayrılanda həyətə qədər birlikdə çıxdıq. Həyətdə də xeyli
söhbət etdik.  Məndən ayrılanda dedi ki, üzümüzə gələn hə ə‑
nin ya altıncı, ya da bazar günü dostlarla birlikdə görüşəcəyik.
Bu görüşümüzün olacağına arxayın oldum və onunla nə zəng ‑
ləşə bildim, nə də görüşə bildim. Hərdən özümü qınayıram ki,
bəlkə zəngləşərdik, bəlkə görüşərdik. Bəlkə zəngləşsək, bəlkə
görüşsək, bu hadisə baş verməzdi. Açığı deyim ki, bu bəlkələr
də məni yaman yorur. Nə isə... Artıq bu bəlkələrdən keçib.
Artıq ağlıma gəlməyən, yatsam belə, yuxuma girməyən hadisə
baş verib. Artıq İbrahim onu tanıyanların hər birindən ayrı
düşüb. O, hər gün, hər an onu tanıyanları, onun dostlarını,
onun əzizlərini, doğmalarını ağladır. Onda insanı hisslər, duy‑
ğular o qədər güclü idi ki, onun fiziki yoxluğu ağlatmaya bil‑
mir. Bu ağrı hamını – dostu, tanışı, qohumu, qardaşı, bu
hadisəni eşidən hər bir kəsi ağlatdı, ağladır və ağladacaqdır. 
Ağladı
Ürəyin qəflətən susdu həmin gün
Göy üzü buluddan qara bağladı
Dost‑aşna matəmə büründü bütün,
Adını eşidən bəndə ağladı.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
9
Çatanda xəbərin yaxına, yada,
Hamını bir anda qaladı oda.
Son anda dayın da yetmədi dada,
Çalışıb‑vuruşub gendə ağladı.
Əzəldən bağlıydın ölümsüzlüyə
Bu qədər vədəsiz köç etdin niyə?
Ömrünü xərclədin dost‑tanış deyə,
Dostların hamıdan öndə ağladı.
Dostların gözündə yaş gilələndi
Ananın gözündən leysan ələndi,
Matəmə bürüdün şəhəri, kəndi,
Güc‑qüvvət qalmadı, can da ağladı.
Qanrılıb baxanda qardaşlarına,
Ürəyim dözmədi, göz yaşlarına,
Bu dərdi duymayan uşaqlarına,
Baxanda hərə bir yanda ağladı.
Bu necə qismətdi, bu necə paydı,
Əzrayıl vədəsiz ömrünə qıydı,
İbrahim, ölümün dəli haraydı,
Qəhərdən Buludlu xan da ağladı. 
* * *
Həyatda insanın aciz olduğu məqamlar var... Belə məqam‑
larda insanın əlindən heç nə gəlmir. İnsanın heç nəyə gücü çat‑
mır. Yadımdadır ki, dostum İbrahimin qəfildən ölümü dostları,
qohumları, tanışları – hamını aciz bir vəziyyətə salmışdı: 14 mart


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
10
2014‑cü il dəfn mərasimi, yas yeri İbrahimin özünün yaşadığı
evdə deyil, atası evində  –  Suraxanıda təşkil olunmuşdu. Dəfn
mərasiminə İbrahimin iki balaca övladını – oğullarını da gətir‑
mişdilər: Alını və Nizamini. Uşaqlar məni görüb üstümə qaçdılar: 
‑Buludxan  əmi, nə olub?! 
Çaşıb qaldım. Bir anlıq özümü  itirdim. Bilmədim ki, nə
deyim:
‑Sizi kim gətirib bura? 
Uşaqlar bir ağızdan:
‑Dayımız İlqar. 
Onlar nə olduğunu, nə baş verdiyini başa düşmürdülər.
Mən isə onlara nə baş verdiyini, nə olduğunu deyə bilmirdim.
Deməyə çox aciz idim. Heç demədim də. Dostumuz, şərqşünas
alim Məsiağa Məhəmmədi üzümə baxırdı və mənim nə çək‑
diyimi yaxşı başa düşürdü. Dostumuz Mahir isə kənara çəkil‑
mişdi. Özünü elə aparırdı ki, guya aciz deyil. Amma belə
deyildi. Acizdən də aciz idi. O, bizdən ayrıldı və İbrahimlə vi‑
dalaşmaq üçün içəri daxil oldu, beş‑altı dəqiqədən sonra çölə
çıxdı: 
‑Buludxan, mən İbrahimlə vidalaşdım, görüşdüm.
Heç bilmirdim ki, nə edim. Çaşıb qalmışdım. Hər şey mənə
yuxu kimi gəlirdi. Birdən elə bil yuxudan ayıldım: 
‑Mən görüşə bilmərəm, mən vidalaşa bilmərəm. O, diridir,
canlıdır, ölməyibdir. Sən nə danışırsan?! 
Qəfildən elə hönkürdüm ki, Məsiağa məni qucaqlayıb ağ‑
lamaq məcburiyyətində qaldı. Mən onda çox aciz idim. Aciz‑
liyin nə olduğunu dərk edirdim. Acizlik bizim hər birimiz
üçün sınaqdır. Anamı itirəndə də, atamı itirəndə də aciz idim.
Belə aciz olduğum məqamlar olub...
Özünü guya aciz aparmayan Mahir sonda aciz olduğunu
təsdiq etdi. Belə ki, dəfndən sonra məzarı qucaqlayıb hönkür‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə