Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
33
vurdum. Bu ağır, mənim üçün çox ağır olan qara xəbərin doğ‑
ruluğunu o da təsdiq etdi. Sanki  yer – göy başıma hərləndi. 
Bir onu deyə bilərəm ki, bu cür sarsıntını ilk dəfə atam
öləndə keçirmişdim. Düzdür onun yaşının 60‑dan bir az yu‑
xarı, övladlarının hamısının ağlıkəsən, bir işin sahibi olduğun‑
dan təskinlik tapmışdım. Lakin İbrahimin yoxluğu tamam
başqa ağrı, tamam başqa faciyədi mənim üçün. Bir neçə ay bu
ağrı‑acı məni çox üzdü, həyatımı zəhərə döndərdi. Həyatın
belə boş, mənasız, vəfasız olduğu hər şeyi gözümdən saldı. Bu
genişlikdə şəhərdə özümə yer tapa bilmədim. Sanki yaşamağa
dözümüm azaldı. Qorxudan onun iş yerinə yaxın olan küçə‑
lərdən uzaq qaçdım. Təskinlik verəcək elə bir şey  bu acı ağrı‑
dan məni azad edə bilmədi. 3‑4 ay keçəndən sonra, onunla bir
yerdə işləyən gənc bir qızla rastlaşdım. (İbrahim müəllimin ya‑
nına gedəndə o həmişə yazılar gətirib göstərər və məsləhət
alandan sonra öz iş otağına qayıdardı). İbrahim müəllimin he‑
sabına, onunla da aramızda xatir‑hörmətimiz vardı. Hal‑əhval
tutandan sonra, söhbətimizin ilk sözü İbrahim müəllim oldu.
Çəkdiyim ağrı‑acını, iztirabı, həsrəti dilə gətirdim. Məndən 40
yaş kiçik olan bu qız mənə nə desə yaxşıdır?!!!
‑ Sərdar müəllim, İbrahim müəllimin itkisi hamımız üçün
ağırdır. Ancaq təskinlik tapmaqdan başqa ayrı əlacımız yox‑
dur. Biz elə düşünürük ki, o yenə xaricə oxumağa gedib və nə
vaxtsa qayıdacaq. Ona görə siz də elə hesab edin ki, o xaricə
oxumağa gedib və nə vaxtsa o qayıdacaq. Siz onun qayıdacağı
günü gözləyin və bu ümidlə də yaşayın. Onda ağrı‑acınız az
da olsa azalmalıdır. 
Düzdür, o gənc qızın mənə verdiyi məsləhətdən sonra
ağrım – acım az da olsa azaldı. İndi də bu fikirdəyəm ki, o han‑
sısa uzaq bir xarici ölkəyə sonsuz bir  məzuniyyətə gedib və
nə vaxtsa qayıdacaq.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
34
Ancaq mənim həyatda aldanmağım və aldadılmağım çox
çətin, bəlkə də qeyri – mümkündür. Çünki, heç özüm də
özümü aldada bilmirəm... 
Ondan sonra onunla bağlı heç nə yazmadım. Heç yaza da
bilmədim, çünki yolunu intizarla gözlədiyin insan haqqında
nəsə yazmaq qeyri‑mümkündür. Lakin onunla bağlı o ağrılı–
acılı düşüncələrim  əbədi bir qəm parçasına çevrilib misra–
misra qəlbimdə fəğana döndü.
Getmisən
37 yaşında dünyadan nakam getmiş əziz dostum 
İbrahim Ömərovun əziz xatirəsinə
Bu dəli həsrətə qaya da dözməz,                        
Bəs niyə sən bizi qoyub getmisən?!                  
Yerini kim verər, kim edər əvəz,                       
De bizə bəs necə qıyıb getmisən?!                    
Gözucu baxmadın dünya varına,                       
Namərdin əhdinə, etibarına,                               
Təşnəydin işindən kimsə barına                        
De hansı istəyə uyub getmisən?!                        
Getmisən qəlbimdə sevinc də qəmdi,               
Nə başa çatdırdın, hamısı kəmdi,                       
Yad elə çevirib doğmaca kəndi,                           
Qəlbimi min yerdən oyub getmisən.      
Kədərin ərköyün, səfərin uzaq,                                                   
Adından ələnir qəm qucaq – qucaq,
Kimsəsiz qalıbdır bir ev, bir ocaq,
Dünyanın heçliyin duyub getmisən.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
35
Əməlin zülmətdə kor gözə işıq,
İradın fərəhdi, sevinc qarışıq,
Bu sonsuz həsrətlə necə barışıb,
Min qəlbi min yerdən oyub getmisən.
Hər qəlbi oxşayan kəsdən yar olmaz,
“Can” deyən hər kəsdə etibar olmaz,
Salamı əl kəsər, şüşəni almaz,
Sən bizi tiyana yayıb getmisən.
Bir dəli kədər var bu təmənnada,
İçimdə od yanır – düşürsən yada,
Müqəddəs dostluğu tez verdin bada,
Sel idin, dost arxın yuyub getmisən.
Ömərov soyadın, İbrahim adın,
Getmisən, qırılıb qolum, qanadım,
Qədrini bilməkçün yaxının, yadın,
Cənnəti əbədi sayıb getmisən.
Tumurcuq ömrümüz kül oldu qında,
O acı xəbərin yetişən anda,
Qəlbinə dağ çəkdin Buludxanın da,
Onun da qəddini əyib getmisən.
Hər addım qəhərsən Sərdar Zeynala,  
Xəyalın sevincdir, həsrətin bəla,
Taleyim “Ya qismət”, nə ola, ola,
Onun da sevincin geyib getmisən.   
9. VI. 2014.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
36
Silinməz dağ çəkdin
Dostum, dünyadan nakam getmiş 
İbrahim Ömərovun əziz xatirəsinə
Qönçə tək vədəsiz qurudun qında,
Vədəsiz içirtdin zəhəri bizə.
Gözümüz qaynayıb gülən zamanda,
Silinməz dağ çəkdin ürəyimizə.
Yuxuydun, qoxuydun, nə tez yox oldun?
Haraya baxıram yerin görünür.
Bir acı qəhər tək qəlbimə doldun,
Gedirəm qarşımca duman sürünür.
Sözünə ağaydın, sözünə bəndə
Heç zaman olmadın sözündən qaçan,
Ürəyin təmizdi, saf idin həm də,
Köməyə çatardın çağırsan haçan.
Tarixə verəcək  illəri, illər
Nəvən də olacaq, gəlinlərin də.
Qəhərdən əsəcək gül tutan əllər,
Göz yaşı olassan hər vaxt o dəmdə.
Yağı da çəkməsin mən çəkənləri,
Yanmamış yerim yox daha canımda,
Gözünü yumduğun gecədən bəri,
Belini qırmısan Buludxanın da.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə