Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
42
səbəbsiz deyildi. Çünki onun əl qabiliyyəti, bu sahədə səriştəsi
çoxlarına bələd idi. Ona müraciət edən şəxsləri nə vaxtsa, naü‑
mid yola salmaq onun  xarakterinə  uyğun deyildi. Ona görə
istəmirdi ki, kimsə ona müraciət etsin. Və bu müraciətin mü‑
qabilində o, yaxşılıq etməsin.
Nəhayət, vəsaiti çap etdirmək üçün “Nurlan” (Elm və təh‑
sil) nəşriyyatına  müraciət etdim. Nəşriyyatın direktoru, prof.
N.Məmmədli əlimdəki kitabın üz qabığını görən kimi soruşdu.
“Kitabın üz qabığını kim hazırlayıb.”  Mənim cavab verməkdə
tərəddüt etdiyimi görüb əlavə etdi: “Bu yalnız İbrahimin işi
ola bilər...”  Sonra İbrahim müəllimin vaxtilə nəşriyyat üçün
hazırladığı kitablari mənə göstərdi; mübaliğəsiz  demək olardı
ki, hamsı  bir ‑ birindən  fərqli və  gözəl idi.                                               
İbrahim müəllimin hazırladığı vəsaitin bir nüsxəsi hal –ha‑
zırda kafedramızın  (Azərbaycan dili və onun tədrisi metodi‑
kası) kitab rəfində saxlanılır. Rəfdə müxtəlif illərə dair
müxtəlif  çeşidli kitablar da vardır. Amma İbrahim müəllimin
şəxsən mənim üçün  xüsusi zövqlə hazırladığı kitab üzü indi‑
yədək çoxlarının diqqətini cəlb etməkdədir. Hər dəfə o kitabı
görəndə İbrahim müəllim yadıma düşür, ruhu qarşısında baş
əyir və ona rəhmət oxuyuram . 
Ruhun şad olsun , unudulmaz və əvəzsiz insan!.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
43
Əsgər Zeynalov,
filologiya elmləri doktoru, professor
O, GƏNC İKƏN MÜDRİK İDİ
...İ
brahim mənim həyatımda gördüyüm ən qeyrətli, cə‑
sarətli, istiqanlı, çevik, ağıllı, qabiliyyətli gənclərdən
biri idi. Mənim keçmiş tələbəm, İbrahimin isə müəllimi Elnarə
onun ölüm xəbərini mənə verəndə bərk sarsıldım. Mənə həd‑
siz dərəcədə pis təsir etdi. 
Mən İbrahimi təxminən 15 ildən bir az artıq idi tanıyırdım.
Təxminən 1998‑ci il idi. “İrəvan ziyalıları” kitabını nəşrə hazır‑
layırdım. Professor Mirəli Seyidovla bərabər elmi rəhbərim
olmuş “Respublika” qəzetinin baş redaktoru, professor Tey‑
mur Əhmədov qəzetin əməkdaşları İbrahim və Nicata tapşır‑
mışdı ki, kitabın kompüter məsələlərində mənə köməklik
etsinlər. Redaktor müavini Hümbət Musayevin göstərişi ilə on‑
ların hər ikisi mənə vicdanla köməklik etdilər. Hərdən onlarla
birlikdə nəşriyyatın bufetində əyləşib çay süfrəsi arxasında
şirin söhbətlər edərdik. Sonralar Nicatı görə bilmədim, ancaq
İbrahimlə aramızdakı səmimiyyət son anlara qədər – axıradək
davam etdi. Bunun əsas səbəbi İbrahimin daha çox istiqanlı ol‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
44
masından, böyüyün – kiçiyin yerini bilməsindən irəli gəlirdi. 
İbrahim müəyyən müddətdən sonra iş yerini dəyişmişdi. –
O, “Xalq” qəzetində işləyirdi. 
Bir dəfə bizim qonşu İrəvan yaxınlığındakı Zəngibasar ra‑
yonunun Zəngilər kəndindən olan bir dostum mənə dedi ki,
oğlum ADU‑nun Litoqrafiya ixtisası üzrə təhsil alır, onu bir
özəl qəzetin redaksiyasına düzəltmək istəyirəm. Dedim ki,
“Xalq” qəzetində bir dostumuz var, ona deyim, imkan daxi‑
lində ona kömək edəcək. Soruşdu ki, nə vaxt gedək? Dedim,
elə indi, bu saat. İbrahim onu yanında işə götürdü, təkmilləş‑
dirdi, indi də həmin oğlan “Xalq” qəzetində işləyir.
Bir dəfə İbrahim mənə dedi ki, Əsgər müəllim, ingilis dilini
öyrənmək istəyirəm, mənə yaxşı bir müəllim lazımdır. Cavab
verdim ki, problem deyil. Mən üç il yarım ali məktəbdə dərs
dediyim, həm savadına, həm də səmimiyyətinə inandığım, ha‑
zırda ADU‑da birlikdə işlədiyimiz Elnarə Məmmədova ilə İb‑
rahimi tanış etdim. Elnarə həmişə məni görəndə İbrahimin
mədəniyyətindən, qabiliyyətindən, əsl kişilərə məxsus xarak‑
terindən ağızdolusu danışırdı. İbrahim də onun savadından,
səmimiliyindən ağızdolusu danışırdı. 
İbrahim “Xalq” qəzetində işlədiyi müddətdə mənim bu qə‑
zetdə yazılarım gedib, bəzən də mənim kitablarım, özüm haq‑
qında resenziyalar, məqalələr dərc olunubdur. Hər dəfə “Xalq”
qəzetinə, İbrahimin yanına gedəndə, onun işlədiyi otağa daxil
olanda tez ayağa qalxıb, irəli gəlib, öpüşüb‑görüşər, yer göstə‑
rər, çay təşkil edib, şirin söhbətə başlardı. Həmişə söhbətimiz
xeyli çəkərdi. Özünəməxsus qəhqəhəli, şən gülüşü vardı.
Geniş dünyagörüşə malik idi.
İbrahimlə bağlı görüşlər, xəbərlər çox olsa da, birini xüsusi
vurğulamaq istərdim. Təxminən bir il əvvəl kiçik qızım Səkinə
ADRA‑nın dissertantlığına qəbul olunmaq istəyirdi. Mötəbər


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
45
mətbuat orqanlarında təcili iki məqalə nəşr olunmalıydı. Evdə
məndən soruşulanda ki, nəşr etdirə biləcəksənmi? Gözümün
qabağına o saat iki şəxs gəldi: “Respublika” qəzetinin baş re‑
daktoru T. Əhmədov və “Xalq” qəzetinin şöbə müdiri İbrahim.
Onu da yaxşı başa düşürdüm ki, “Xalq” qəzetinin baş redak‑
toru Həsən Həsənov da İbrahimin xatirini çox istəyir. Adətən
İbrahimə hədsiz dərəcədə inandığı üçün, onun bir sözünü iki
etməzdi. Onu da etiraf etmək lazımdır ki, baş redaktorla mü‑
nasibətimiz yaxşı olsa da, hər halda İbrahimlə olan münasibət
qədər yaxın deyildi. Nə isə, İrəvan teatrının səhnəqrafiyası ilə
bağlı iki yazı hazır oldu və dekabr ayının 15‑i, 2013‑cü il ta‑
rixdə həm “Respublika”, həm də “Xalq” qəzetində məqalələr
dərc olundu. Bəli, bir gündə iki məqalə. Burada T. Əhmədovla,
İbrahimlə yanaşı H. Həsənov və H. Musayevin xeyirxahlığını
da unutmaq olmaz. 
İbrahim elə insan idi ki, həmişə ona üz tutmaq olardı. O, çox
gənc yaşından böyük nüfuz qazanmışdı. Mərasimdə bunun
mən bir daha şahidi oldum. Bu günlərdə böyük hörmət bəslə‑
diyim professor Buludxan Xəlilov mənə zəng edib, İbrahim
haqqında kitab hazırlandığını və ora məqalə yazmalı oldu‑
ğumu bildirdikdə, artıq fikirləşmək lazım deyildi. 
“Ölüm sevinməsin qoy” – bu sözlərə İbrahim daha çox
şamil edilənlərdəndir. İbrahim onu tanıyanların qəlbində, söh‑
bətlərində həmişə yaşayacaqdır. O, unudulan deyil. Ancaq nə
qədər insanların hələ onun xeyirxahlığına ehtiyacı olacaqdı.
Eramızdan əvvəl V əsrdə yaşamış yunan filosofu Menandrın
bir sözü az da olsa bizə təsəlli verir: “Allah tərəfindən sevilən‑
lər cavan ölürlər”. Görünür, İbrahim Allahın sevdiyi bəndələ‑
rindən biri idi. Bu sözlər bizə bir az təsəlli verir.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə