Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə9/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
37
Bir acı həsrətdir o ötən çağım,
Beynimdə qaynayır gülüşün, səsin,
Bizlərə çəkdiyin o həsrət dağın,
Allahım pisə də heç göstərməsin.
Yanmamış yerim yox daha canımda,
Qəlbimdə yaşayıb öləni tək sən,
Nə qədər varıqsa, sən varsan onda,
Dostların öləndə sən öləcəksən.      
16. XII. 2014.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
38
Mehman Rzayev,
dostu
LƏYAQƏTLİ ÖMRÜNLƏ NÜMUNƏSƏN
Ə
ziz dostum, sənin haqqında xatirə yazmaq mənim
üçün çox ağırdır...  Adətən xatirəni  yaşa dolaraq  ar‑
zularını qismən  yerinə yetirmiş insanlar haqqında yazarlar.
Həm də mənim içimdəkiləri sözlərə köçürmək bacarığım zə‑
ifdir. Alın yazısından  yan keçmək  mümkün deyil.  Sən ailənə,
qohumlarına, dostlarına  həmişəlik əlvida dedin. 
Vaxtsız  dünyanı  dəyişdin, amma gördüyün işlər, fəaliy‑
yətin, bir insan ömrünə bəs edəcək qədər xeyirxah, qayğıkeş
və  qədirbilən  olmuşdur. 
O, gözünü indi düşmən tapdağı altında olan Qərbi Azər‑
baycanda açmışdı. Yaxşı yadımdadır – tez‑tez internetdə öz
kəndini, yaşadıqları evlərini,  el‑obanın yatdığı qəbiristanlığı
seyr edir, bir neçə il əvvəl dünyadan köçmüş atasından, qo‑
humlarından, uşaqlığından olan xatirələrini bizimlə bölü‑
şürdü. 
Son zamanlar çox qayğılı görünürdü. Səbəbini soruşanda
yaxın dostlarından birinin çətin vəziyyətdə olduğunu və ona


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
39
kömək etmək istədiyini bildirirdi. Hə a bu məsələdə onun
özünün də ziyan çəkdiyini  sonralar  bildim, lakin o özü haq‑
qında  düşünməyərək dostunun   işlərinin yaxşı olmasına
kömək etmək üçün çox səy göstərirdi. 
O, ömrü boyu düz‑çörəyi itirmədi,dost‑tanışa biganə ol‑
madı, dönük çıxmadı...
Yaşlı adamları daha tez başa düşər və onların qayğısına qal‑
mağı sevərdi.      Həddən artıq istiqanlı, şirindilli insan idi.
Uşaqlarının və ailəsinin  xöşbəxt olması üçün  gecə‑gündüz
çalışırdı. Doğma, dadlı‑duzlu ləhcəsi bütün koloriti ilə həya‑
tına  hopmuşdu.  Hə mi şə   emo si o nal,  çıl ğın,  şən,  gümrah  görü‑
nərdi, sözlərində saxtalıq, ifratçılıq olmazdı. Ona görə də
dostları onun xətirini çox istəyirdilər. Sənin haqqında keçmiş
zamanda yazmaq mümkün deyil: var idin və indi də  aramız‑
dasan – fikirlərimizdə, xəyalımızda, düşüncələrimizdə. Hər an
gözümüzün önündəsən, hər an bizimləsən.
Ən əsası yadigar saxladığın övladlarına xoşbəxtlik arzula‑
yıram. Ləyaqətli ömrünlə onların fəxr edəcəkləri qədər ən
böyük  nümunəsən...


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
40
Arif Kazımov,
müəllim ‑ jurnalist
ÜRƏKLƏRDƏ YERİN VAR...
O
nu belə görmüşəm; şən , gülərüz zarafatçıl... bir də
əlində kitab və ya qəzet harasa, tələsən....
Nə az, nə çox düz  20 il bundan əvvəl İbrahim müəllimlə
tanış olmuşam. Tanışlığımızın ilk ünvanı  “Respublika”  qəze‑
tinin  redaksiyası oldu. Yenicə  formalaşmış  redaksiyada İbra‑
him  müəllim kompüter mərkəzində yığıcı, mən isə
informasiya şöbəsində müxbir  vəzifəsində çalışırdım.  Hər‑
dənbir  fasilə  vaxtı  redaksiyanın  giriş  qapısı yaxınlığındakı
foyedə görüşərdik. Sanki redaksiya əməkdaşlarının çoxu İbra‑
him müəllimin foyeyə gəlişinə bənd idi. Dərhal onun başına
toplaşardıq. Həmişə  olduğu  kimi  öncə,  baməzə  söhbətləri,
incə yumorları  ilə hamımızı güldürərədi, sonra da ciddi bir
görkəmdə bu sözləri gülərək deyərdi:  “Yaxşı yığışmayın,
gedin yazınızla məşğul olun!  Kompüterdə yazılası bir şey
yoxdur...”
İbrahim müəllimlə bağlı xatirələrim çoxdur... Amma unuda
bilmədiyim, ən ümdəsindən biri isə budur.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
41
Günlərin birində İbrahim müəllimlə “Xalq qəzeti”nin yer‑
ləşdiyi binanın qarşısında rastlaşdıq. Hal‑əhvalımı soruşduq‑
dan sonra əlimdəki kitabı alıb vərəqlədi. Sonra kitabımın üz
qabığını kimin hazırladığını və hansı nəşriyyatda çap etdirdi‑
yimi soruşdu. Nəşriyyatın adını eşidən kimi başını yellədi:
“Başqa kitabın olsa, mənə gətirərsən, birgə üz qabığını fikirlə‑
şərik”.
“Durğu işarələrinin işlədilməsi qaydaları” vəsaitim hazır
olanda, sözün düzü, kitabın məzmununa uyğun üz qabığını
fikirləşməkdə çətinlik çəkirdim. Vəsaitin tərtibi ilə əlaqədar
təklif olunan “dizaynlar” ın heç biri xoşuma gəlmirdi. Birdən
İbrahim  müəllimin  sözləri yadıma düşdü. Lakin işinin  hə‑
mişə çox olduğunu bildiyimə görə, ona əziyyət vermək istə‑
mirdim. Gizli  deyildi, bütövlükdə  “Xalq qəzeti” nin yükü
onun  çiyinləri üstündə  idi. Hələ üstəlik  dil  kursuna getməklə
yanaşı, digər işlərlə də məşğul olurdu. Xeyli vaxtdan sonra
əlaqə saxlayıb redaksiyaya getdim. İki saata yaxın olanlardan‑
keçənlərdən danışdıq. Vaxtın necə tez gəlib keçdiyindən xəbə‑
rimiz olmadı.
Çünki onunla oturub söhbət edən hər bir kəs çox məmnun
qalırdı. 
İbrahim müəllim hərtərəfli biliyə malik olmaqla yanaşı, is‑
tənilən fikri maraqlı detallarla əsaslandıra bilirdi...
Az  müddətdə  kitabın  üz  qabığını  hazırlayıb, mənə təq‑
dim  etdi.  Nüsxəni  görəndə gözlərimə inanmadım. İndiyədək
belə gözəl tərtibatla hazırlanmış kitab üzü görməmişdim.
Qara, qırmızı, sarı rənglərin harmoniyasından ibarət olan üz
qabığını görən hər kəs ilk növbədə onun kim tərəfindən hazır‑
lanması ilə  maraqlanırdı. Yeri gəlmişkən qeyd edim ki, İbra‑
him müəllim onu da mənə  dönə ‑dönə tapşırmışdı ki,əgər
kimsə kitab üzü ilə maraqlansa , onun adını çəkməyim. Bu da


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə