Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə24/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
124
işgüzarlığımı çox təriflədiyi üçün sınaq müddəti bitməmiş işə
qəbul olundum və  həmin ayın maaşını hamı kimi tam aldım. 
Beləliklə, İbrahimlə mən bir otaqda iş fəaliyyətimə başla‑
dım. Zaman keçdikcə İbrahimlə olan münasibətim iş yoldaşlı‑
ğından dostluğa çevrildi. İbrahim həyatda tanıdığım ən
səmimi, dostluğa dəyər verən, insanlara doğru‑düzgün qiymət
verən, hər kəsi anlayan idi… Mən ondan ilk  gündən özümə
qarşı hörmət gördüm. Kollektivimizdə qadın əməkdaşların
sayı çox olsa da, İbrahimin işlədiyi otaqda qadın işçi yalnız
mən idim. Deyirlər insan anadan olmamışdan əvvəl yazılır
onun taleyi, bəlkə də İbrahimlə dost olmaq da varıymış qismə‑
timdə və beləliklə, bu gözəl insanla otaq yoldaşı olmaq mənə
nəsib oldu. Ümumiyyətlə, elə bir əməkdaşımız yox idi ki, İb‑
rahimin xətrini bir qardaş kimi çox istəməsin, onunla bir
otaqda işləmək arzusunda olmasın. İlk vaxtlar İbrahimin za‑
rafatlarından utanırdım. Təklikdə qalanda ona deyirdim ki, ay
yeraz, o anekdotlarını danışanda denən mən otaqdan çıxım,
Aqşindən, Rafiqdən utanıram. O da gülüb  deyirdi: ‑ “Vallah,
ay Səbiş, elə bilirəm otaqda 4 kişi otururuq, çünki səndə olan
kişi qeyrəti indi, demək olar ki, bəzi kişilərdə yoxdu”... Amma
çox vaxt məzəli anekdotlarına başlayanda, mənə baxıb deyirdi:
‑ “Ay çuşka, qulaqlarına nauşnik tax, uşaqlara anekdot danı‑
şım”. Mən də qulaqcıq taxıb mahnıya qulaq asırdım. Həm fik‑
rim kompüterdə olduğundan, həm də qulaqcıqla mahnı
dinlədiyim üçün İbrahimin nə danışdığını eşitmirdim. Sadəcə
başımı qaldırıb baxanda onun pəncərə tərəfdə dayanaraq si‑
qaret çəkdiyini və mənə əli ilə qulaqcığı çıxartmağımı işarə et‑
diyini görürdüm. Geri dönüb uşaqların gülməkdən qızarmış
üzlərini görəndə başa düşürdüm ki, bizim yerazımız “çox ma‑
raqlı anekdot” danışıb yenə.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
125
İşlədiyimiz 15 il ərzində İbrahimin necə mülayim, təmkinli,
heç kimin  xətrinə dəyməyən, kollektivdə böyük hörmət sahibi
bir insan olduğunu hər gün daha çox başa düşürdüm. Çox iş‑
güzar, bir dəqiqə özünə rahatlıq verməyən, qaçaqaçda olan,
məsuliyyətli idi İbrahim. Fikri ancaq oxumaq, savadını, bilgi‑
lərini artırmaq idi. Deyirdim – “Ay yeraz, oxumaqdan başında
tük də qalmayıb, sən uje professorsan, onlar kimi keçəl oldun
day, 3‑4 ilə dişlərin də tökülər” – “Eybi yox, professor olanda,
vəzifədə olanda qəbuluma yazılacaqsan, mən də katibəmə de‑
yəcəm “gözləsin” – deyib ürəkdən gülürdü. Rus dilini tam öy‑
rənmək istəyirdi və mənə ‑ “Ay Səbiş, mənnən rus dilində
danış” ‑ çaşıb birdən Azərbaycan dilində nəsə soruşanda, ‑
“Deməmişəm, mənnən rusca danış? Çox paxılsan, istəmirsən
dili öyrənim. Bird ə ki, zəhmət olmasa, “Жёлтые тюльпаны”
mahnısını qoy qulaq asım, sevirəm o mahnını” ‑ deyib qaşla‑
rını düyünləyirdi və həmin dəqiqəcə bu ciddiliyi əvəz edən
üzündəki təbəssüm  hamımızı güldürürdü. “Yaxşı, danışaq,
Səbinənin oğlu Kənanın Universitetə qəbul olması münasibətilə 
təşkil olunmuş ziyafətdə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
126
amma neynirsən, bu dilləri öyrənirsən, nəyinə lazımdır? ‑ de‑
yəndə həmişə belə cavab verərdi – “Sokrat demişkən, Nikoqda
ne qovori “nikoqda”, bir gün lazım olar”… 
Nə oldu İbrahim, lazım oldumu? Bu qədər əziyyət çəkirdin,
gecələr yuxusuz qalırdın, övladların ‑ Alı və Nizaminin üzündən
ancaq gecə yarısı öpüb, onları ancaq yatarkən qoxlayırdın. Yalnız
işləmək fikri ilə yaşayıb özünü bu qədər yormana dəydimi?..
Kollektivimizin ən şən, yumor hissi dolu, hamının uğuruna
sevinən,  problemlərimizi dinləyən, diqqətlə qulaq asıb kömək
edən, ağıllı məsləhətlər verən bir insan idi. Lakin öz  problem‑
lərini heç kəsə bildirməzdi. Onun uzaqgörənliyi məni heyran
edirdi. Şənliklərimizin tacı olan İbrahim, heç kəsin şad günün‑
dən geri qalmırdı. Onunla toya getmək bizim üçün ayrıca bir
zövq idi, çünki musiqi səslənən kimi kollektivi ayağa qaldırır,
ortalıqda rəqs edir və bizi bir‑bir rəqsə dəvət edir, toy yiyəsi
qədər sevinib şənlənirdi.  
İşdə nə olursa olsun, nə qədər gərgin, əsəbi oluruqsa olaq,
İbrahim otağa daxil olanda hamı problemini bir anlıq da olsa
unudurdu, çünki onun üzündəki təbəssüm hər bir gərginliyi
aradan qaldırırdı. Bilmirəm niyə, amma o, həddən artıq çox si‑
qaret çəkirdi. – “Ay İbrahim sən nə qədər siqaret çəkirsən, bəs‑
dir də, boğuldum otaqda, bu qədər çəkmək ziyandır sənə…. –
Əşiiii, 50 yaş yaşayım, bəsimdi... Vallah  ay Səbiş, elə yorğu‑
nam, dincəlmək istəyirəm…. –  Siqaret çəkməklə dincəlirsən?
Ailənlə bir yerdə get istirahət et, onlar da sənin bu mübarək
üzünü görsünlər, bir gün ayılacaqsan ki Əli evlənir, Nizami
Universitetə qəbul olub, sən isə rus, ingilis dili öyrənirsən. O
isə gülərək belə cavab verdi –  “Dayan, dayan, həmin univer‑
sitetdə rektor olajam, sən də gəlib dejəcəksən ki, nəvəm az bal
yığıb ay İbo, neynəyək?..” 
İbrahimin “odnoklassnik” səhifəsi vardı, profil  şəklini


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
127
görüb pis oldum, ‑ “Ay yeraz, bu nədi,  elə bil başdaşı şəkli qoy‑
musan. Yığışdır bu şəkli, normal şəkil qoy” ‑  dedim –  O isə
cavabında ‑ “Ay çuşka, bu şəkli özüm düzəltmişəm, mən
öləndə bunu başdaşıma qoyarsız”... – “Aaaaa, bəs oğlum Kə‑
nanın toyunda iştirak etməyəcəksən? Bəs deyirdin, yerazları
bəyənmirsən, qoy Kənan universiteti bitirsin, mən yeraz onu
yaxşı yerə işə düzəldəjəm... Nooldu? Nə tez ölmək fikrinə gəl‑
din, elə çey yoxdur, demisən, eləməlisən” – deyə zarafat etdim.
“Dəlisən, mən ölənə kimi Kənanın uşaqları universitetdə oxu‑
yar, tak şto narahat olma. Kənanın toyunda bilirsən nə qədər
rəqs edəjəm, özü də yeraz mahnılarıyla, sən də mənnən yeraz
mahnısı oynayacaqsan” – deyib həmişəki kimi ürəkdən qəh‑
qəhə çəkdi. İbrahimlə mən həmişə bir‑birimizin ləhcəsinə sa‑
taşırdıq. O telefonda danışanda «Hələ baxxx…” sözüylə
danışığına başlayırdı. Mən də həmişə ona  gülərdim – «Ay
yeraz, hara baxsın, o telefondadı, heç olmasa denən, hələ eşit…
Səbinənin oğlu Kənanın Universitetə qəbul olması münasibətilə 
təşkil olunmuş ziyafətdə


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə