Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə22/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
115
bizimlə paylaşmışdı: “Ən mükəmməl qadın uşaqlarına atala‑
rının yoxluğunda ata ola biləcək qadındır”.  Bu gün onun
ömür‑gün yoldaşı Elnarə xanımın zərif çiyinlərinə iki oğul öv‑
ladına İbrahimin yoxluğunda ata ola bilmək kimi çətin bir yük
də düşüb. Bu çətin yolda Allah hər zaman ona və balalarına
kömək olsun!
Kənardan İbrahimin dinə münasibətdə radikal mövqedə
durduğunu müşahidə etmək olardı. Əslində o, dinə deyil, onu
düzgün təqdim və təbliğ edə bilməyən din xadimlərinə qarşı
müxalifətdə idi. Millətinin fərqli gələcəyini düşünən, soykö‑
kümüzə sıx bağlı olan bir çox vətənpərvər ziyalılar kimi o da
islam dininin mahiyyətini dərk edərək onun düzgün təbliğ
olunmasını istəyirdi. “Budurmu ədalət?” başlığı altında pay‑
laşdığı bir yazısında qeyd edirdi ki, “Bu gün müqəddəs Rama‑
İbrahim dostları Aqşin, Səbinə və Sevillə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
116
zan bayramı münasibətilə dünya müsəlmanları oruc tutmaq,
ibadət etmək, Allahdan bağışlanmalarını istəməklə məşğul‑
durlar. Çox az sayda ölkələrdə, Türkiyə və bir neçə müsəlman
ölkəsində aclıqla mübarizə aparan insanlara yardım etmək
üçün kampaniyalara rast gəlmək olar. Nə üçün bir neçə ölkə?
Axı, ey müsəlmanlar, Sizlər Allahdan bağışlanmağınızı oruc
tutmaq və dua etməklə bitmiş hesab edirsiniz. Yaradan sizləri
yaradanda hamınızı eyni formada yaratdı! Amma sizlər çeşid‑
lərə ayrılaraq bir‑birinizin qənimi kəsildiniz. Fikir verin, Misir
dövlətinin qonşuluğunda baş verən hadisələr elə bil heç kim
tərəfindən görünmür və ya görünürsə də önəmsənmir. Dünən
fironluq edən, bu gün isə qəfəsə düşən Misir fironu Mübarəkin
dünyanın müxtəlif ölkələrində milyardları tapılır. Amma Af‑
rikada və digər qitələrdə insanlar bir damcı suya, bir parça çö‑
rəyə möhtacdırlar. Ədalət budurmu? Bu gün Qafqaz
Müsəlmanları İdarəsi nə işlə məşguldur? Onlar da bu uşaqlara
yardım kampaniyaları təşkil edə bilməzlərmi? ...Özü də Rama‑
zan bayramı ərəfəsində. Məncə, əsl müsəlmançılıq bu insan‑
lara yardım etmək olardı! İnanın ki, tutduğunuz oruc və
etdiyiniz dualardan daha çox, insanlığa göstərəcəyiniz kömək
Sizi Allah qarşısında daha möhtərəm edəcək!”. Məncə, əlavə
şərhə ehtiyac yoxdur. Bu sətirləri oxuyan hər kəs İbrahimin nə
qədər böyük ürəyə, dini inanca  sahib olduğunu dərk edə
bilər...
Əslində, İbrahimin əksər statuslarında elə bil həyatdan tez
gedəcəyinin siqnalları hiss olunur. Təəssüf ki, biz bu acı həqi‑
qəti ancaq indi hiss edirik: “Ayrılıqlar acı olsa da, bəzən getmək
lazımdır!”. Getdin... bizi öz şirin xatirələrin, incə yumorun, lə‑
tifələrinlə baş‑başa qoyub getdin. Amma, QARDAŞ, bunları
sənsiz yaşamaq o qədər çətindir ki... 
...Bir neçə dəfə əlimə qələm alıb SƏNİN haqqında yazmaq


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
117
istəmişəm. Amma hər dəfə məni dərin bir kədər bürüyüb (əs‑
lində heç tərk etməyib ki məni...), əlim titrəyib. Əslində, bilir‑
sən niyə?! Səni itirdiyimizlə barışmaq istəməmişəm. Elə
bilmişəm ki, indicə gələcək və şən səsinlə deyəcəksən: “Bəsdi
işlədiniz, durun gedək bir yerdə oturaq, yemək yeyək, söhbət‑
ləşib‑dərdləşək”.  O qədər darıxırıq ki o günlər üçün...
Son günlər yuxularıma çox tez‑tez gəlirsən, DOST. Sanki
Balzakın xoşladığın bu sözlərini pıçıldayırsan qulağıma: “Dü‑
nəni unutmalı, bu günü yaşamalısınız. Çünki dünən ilə bu gün
arasında bir döyüş çıxarsa, sabahı itirərsiniz!” Sənin olduğun
dünəni itirmək qeyri‑mümkündür! Sən öz qısa ömründə əməl‑
lərinlə sağlığında özünə rəhmət qazanan nadir insanlardan bi‑
risən. Bu gün sən sağlığında qazandığın mənim kimi yüzlərlə
dostunun, həmkarının qəlbində yaşayırsan və həmişə də ya‑
şayacaqsan. Biz də sadəcə bu böyük itki ilə YAŞAMAĞA məc‑
buruq... 
Ruhun şad olsun, QARDAŞ!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
118
Rafiq RZAYEV, 
AMEA‑nın İqtisadiyyat İnstitutunun baş
mütəxəssisi
BÖYÜK VƏ TƏMƏNNASIZ DOST
“B
u həyatda ən böyük qazancım mənim dostlarımdır.”
Bu sözləri biz vaxtaşırı  İbrahimin dilindən eşidirdik.
O İbrahim ki, sözün əsl mənasında böyük və təmənnasız dost
idi. Dost sözü ilə təmənna sözünün yanaşı işlənməsi bəlkə də
bir çoxumuza təəccüblü gələ bilər, amma yəqin əksəriyyətimiz
etiraf edə bilərik ki, yaşamağa məhkum olduğumuz bu
dünyada artıq insanların dəyərlər anlayışı ciddi şəkildə dəyiş‑
mişdir. Biz insanlar, hə a özümüzü dost adlandırsaq belə
bəzən bir‑birimizə nəyəsə, kiməsə görə, yaxud nələrisə, kim‑
lərisə nəzərə alaraq, bir növ “hesab‑kitab yaparaq” qiymət və
dəyər veririk. Lakin İbrahim istisna təşkil edən  insanlardan
idi. O, əsl dost, daha doğrusu, böyük dost idi. Necə ki, böyük
alimlər, böyük ictimai‑siyasi xadimlər, böyük şəxsiyyətlər və
ziyalılar olur. İbrahim də bütün bu sadaladığım şəxslərə xas
keyfiyyətləri öz varlığında birləşdirən, eyni zamanda sadə və
səmimi qalmağı bacaran, ən əsası isə insanları təmənnasız ola‑
raq sevən bir insan, böyük dost idi. Və mən inanıram ki, tanı‑
dıqlarının hamısı tərəfindən sevilən bir şəxs idi İbrahim... Bəli,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
119
O, alimliyin bir addımlığında idi. Bir neçə ali təhsili olan İbra‑
him doktorantura təhsili alırdı və alimliyə aparan yolda
inamla irəliləyirdi... İctimai‑siyasi xadim də adlandırmaq
olardı İbrahimi. Əgər belə olmasaydı, “Xalq” qəzetinin baş re‑
daktorunun birinci müavini kimi məsuliyyətli bir vəzifəyə
layiq görməzdilər Onu. Və heç şübhəsiz ki, Onu tanıyan,
Onunla ünsiyyətdə olan hər kəs mütləq Onun ictimai‑siyasi
nöqteyi‑nəzərdən necə özünəməxsus incə, analitik bir düşüncə
və mühakimə tərzinə, hadisələri və insanları dəyərləndirmə
qabiliyyətinə malik olduğunun şahidi olmuşdur... Bizi əbədi
olaraq tərk etməsindən bir neçə ay öncə  Sumqayıt Dövlət Uni‑
versitetinin prorektoru təyin edilmişdi İbrahim. Onu bu mər‑
təbəyə yüksək intellekti, zəhmətsevərliyi, dürüstlüyü gətirib
çıxarmışdı. Yalnız Ona göstərilən bu etimad, təyin olunduğu
bu vəzifə deyil, həm də daxili aləmindəki işıq, xalqımıza, döv‑
lətimizə olan dərin sevgisi və millətimizin maariflənməsi, tə‑
rəqqisi üçün bacardığını var qüvvəsi ilə həyata keçirmək istəyi
Onun ziyalılığından, dəyərli bir şəxsiyyət olmasından xəbər
verirdi... Bilmirəm, ola bilsin İbrahim haqqındakı bu fikirlər
yalnız mənə məxsus, sırf subyektiv fikirlərdir, amma mən Onu
belə gördüm, belə tanıdım, belə dostluq etdim və çox təəssüf
ki, vaxtsız olaraq belə də itirdim...
Müdrikcəsinə deyib atalarımız: ”Yaxşı gündə düşmən gələr
dost olar, igid odur yaman gündə dayansın.” Yaman günün
dostu idi İbrahim. Onu tanıyan bir çoxları kimi, mənim də də‑
fələrlə Onun köməyinə ehtiyacım olmuşdu. İnanın ki, O, heç
vaxt heç nədə köməyini əsirgəmirdi dostlarından. Hə a Onun
bacarığını, səlahiyyətlərini aşan işləri də ciddi‑cəhdlə həyata
keçirməyə, Onun köməyinə ehtiyacı olan insanların sözünü
yerə salmamağa çalışırdı. Halbuki İbrahimin yerinə başqası ol‑
saydı, bəlkə də rahatca, müxtəlif  bəhanələr gətirərək bu işlər‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə