Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə20/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
107
İBRAHİM “ELM” QƏZETİNDƏ: 
İBRAHİMİ VƏ ELMİ SEVƏN DOSTLAR
Ağahüseyn Şükürov,
AMEA‑nın vitse‑prezidentinin köməkçisi,
filologiya üzrə fəlsəfə doktoru
GƏNCLİK İLLƏRİNİN BİR 
ÜMMAN XATİRƏSİ
İ
brahimlə 1999‑cu ildən “Elm” qəzeti redaksiyasında bir
yerdə işləyirdik. İstər klassik quruluşu, istərsə də ən müa‑
sir bilikləri dərindən mənimsəmiş poliqrafçı‑dizayner, peşəkar
qəzet tərtibatçısı idi. Qısa müddətdə onun iştirakıyla 4 səhifə‑
lik qəzeti 16 (bəzən də 24, 32) səhifəyə çatdırdıq. Qəzetin məsul
katibi, sonradan da baş redaktorun müavini olduğum üçün
demək olar ki, başqalarına nisbətən İbrahimlə ən çox ünsiy‑
yətdə olan mən olurdum. İş arası İbrahimin duzlu‑məzəli söh‑
bətləri ilə hər dəfə bir yekə qovluq materialı elə yerbəyer
eləyirdik ki, vaxtın necə keçdiyini belə hiss eləmirdik. Bir də
baxıb görürdük ki, iş vaxtı çoxdan bitib, hava haçandır qaralıb.
Bizim bərabər iş birliyimizlə bağlı bu proses 1999‑cu ilin apre‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
108
lindən düz 2007‑ci ilin oktyabr ayınadək davam etdi. Sonra bir
müddət yollarımız ayrıldı – o, “Xalq qəzeti”nə baş redaktorun
müavini, mən isə “Azərbaycan” qəzetinə məsul katibin müa‑
vini vəzifələrinə keçdik. Ayrı çalışdığımız bir neçə il müddə‑
tində də İbrahimlə tez‑tez əlaqə saxlayar, zəngləşər, gərgin
işdən sonra ani də olsa vaxt tapıb “atüstü” görüşərdik. Bizim
bu “atüstü” görüşümüz bəzən saatlarla uzana bilirdi...
İbrahim yaxşı dost idi. Yaş fərqimizə baxmayaraq o mənimlə
tay‑tuş kimi davranar (digər dostları ilə də beləydi), o qədər
ləzzətli söhbətlər edərdi ki, bəzən lap sözün həqiqi mənasında
qəşş eləyib az qala özümüzdən gedirdik. Onunla dostluq mü‑
nasibətlərimizdə heç bir sərhəd‑filan olmazdı.
İbrahim fədakar ailə başçısı idi. Onun bir neçə iş yerində az
qala “tükənənə” qədər çalışdığının həmişə şahidi olmuşam.
Həyat yoldaşı ilə də məhz belə bir qaynar mühitdə tanış ol‑
muşdu. Mehriban, qayğıkeş ata, ailə başçılığını İbrahimin tim‑
salında da görüb mənimlə bu oxşar xarakterini çox
bəyənmişdim. İbrahim qeyrətli oğul, qayğıkeş qardaş idi. Va‑
lideynlərini, ailə üzvlərini çox istəyirdi. 
İbrahim vətənini hədsiz dərəcədə çox sevən bir oğul idi. Bir
çoxları kimi dilində, yaxud yazılarında yox, məhz qəlbdən və
ürəkdən  sevən. Bəzən lap köhnə kişilər kimi Qərbi Azərbay‑
canın Amasiya rayonu ətrafında keçirdiyi illəri (burada isə
uşaqlıq dövrünün az hissəsini yaşamışdı) sevincqarışıq duyğu,
hərdən də dərin kədər və təəssüf hissi ilə xatırlayır, doğma
vətən torpağının xiffətini çəkirdi. İbrahim həmin illərdən elə
xatirələr danışırdı, adam heyrətlənirdi ki, görəsən o, uşaq ha‑
fizəsi ilə bu hadisələri necə yadda saxlaya bilib – qələmə alsay‑
dın, bir kitab bəs eləməzdi. Doğma ləhcəsini danışığında
yaşadırdı. Xalq ruhu ilə aşılanmış elə baməzə əhvalatlar, olmuş
hadisələr, atmacalar danışar, zarafatlar edər, bəzən də eşitdiyi


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
109
əhvalatları elə canlı nəql edərdi ki, elə bil o hadisələrin hamısı
gözləri önündə baş vermişdi. 
İbrahim elə bir mühitdə yaşayıb işləmişdi ki, az müddətdə
ağsaqqal müdrikliyini əxz edə bilmiş, rəhbər işçi formasını al‑
mışdı. Lap yeniyetmə yaşlarından “Respublika”, “Elm”, son‑
radan “Xalq qəzeti” (hələ tərtibat verdiyi bir çox başqa
qəzet‑jurnalları demirəm), eləcə də Azərbaycan Milli Elmlər
Akademiyası və son zamanlar Sumqayıt Dövlət Universiteti
mühitlərində böyük təcrübə və hikmət məktəbi keçmiş, özün‑
dən böyüklərin və kiçiklərin (həm yaşca, həm də vəzifə cəhət‑
dən) dərin rəğbətini qazanmışdı... 
Qəfil ölüm xəbərini dostlarımızın növbəti bir zarafatı kimi
qəbul etdiyimiz, sonradan isə yoxluğuna için‑için ağladığımız,
həmişə hamının köməyinə çatan İbrahim yaxşılığı, qayğıkeş‑
liyi ilə yanaşı, səmimiyyəti, açıqürəkliliyi, eləcə də məsuliyyəti
və ürəkdən “tikan çıxaran” işi ilə yaddaşlarda qaldı...
Qəbrin nurla dolsun, İbrahim!
Allah balalarını torpağın sanı yaşatsın!
Hər yadımıza düşəndə qəlbimizi sızlatsan da, qısa ömründə
elədiklərin, qazandıqların, yadigar qoyub getdiklərinlə daima
yada düşəcək və heç vaxt unuda bilmədiyimiz xatirələrinlə
qəlbimizdə yaşayacaqsan. Təbəssümlü baxışınla, məkrdən
uzaq xislətinlə, bir də ki, Allahtərəfi mövqeyinlə daima gözlə‑
rimiz önündə şax dayanacaqsan. Bu duruş isə hər oğlana nəsib
olmur!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
110
Aqşin MƏMMƏDOV,
filologiya üzrə fəlsəfə doktoru 
“Ölmək üçün əvvəlcə yaşamaq lazımdır...”
B
u sətirləri o, 2011‑ci il mayın 17‑də (ömrünün 34‑cü ba‑
harını qeyd etdiyi gündən 3 gün sonra) “Facebook” so‑
sial şəbəkəsindəki səhifəsində paylaşmışdı. Həmin tarixdən
sonra o, cəmi 3 il yaşadı. 37 illik həyatında o, sözün həqiqi mə‑
nasında YAŞAMAQ istədi. Bu səbəbdən hər zaman axtarışda
idi: düzgün və maraqlı insan, əsl dost, vicdanlı ziyalı və s. ax‑
tarışında. Ona görə də qeyd edirdi ki: “Yanılmamaq üçün hər
kəs düzgün insanı tapmaq istəyir. Təəssüf ki, heç kim düzgün
insan olmaq üçün cəhd etmir!”.
...O, daima harasa tələsirdi. Bəlkə də, ömrün qısalığını duy‑
duğundandır ki, bu qısa ömrə arzularını sığdırmaq istəyirdi.
Yoxluğuna inanmadan yaşadığımız bu bir ildə mənə bu
acını qismən unutduran onunla birgə keçirdiyimiz günlərin
xatirələridir. Qəti əminəm ki, bu xatirələr mənimlə qəbir evi‑
nədək yol yoldaşı olacaqdır. 
...O, 37 illik həyatında əmək fəaliyyətinə başladığı tarixdən
bir neçə kollektivdə çalışmışdı. Bəlkə də, bu səbəbdən idi ki,


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə