Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə23/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
120
dən  boyun qaçıra, yaxud onu yubadaraq, uzadaraq, necə de‑
yərlər insanları sadəcə “yola verə bilərdi”. Çünki kömək üçün
müraciət edənlərin bir çoxunun nə vəzifəsi, nə pulu, nə də cə‑
miyyətdə elə bir yüksək mövqeyi var idi. Amma İbrahim bu
insanların puluna, mövqeyinə deyil, onların  mənəviyyatına,
insanlığına, aralarındakı dostluğa, yaxınlığa dəyər verirdi.
Hə a imkanlı insanlardan da heç nə ummadan və inanıram ki,
heç bu barədə bir an belə fikirləşmədən bu yaxşılıqları edirdi.
Çünki bu insanlar Onu özlərinə dost bilirdilər. Və dəfələrlə şa‑
hidi olmuşam, eşitmişəm ki, İbrahim onlarla, bəlkə də yüzlərlə
insana belə təmənnasız olaraq, səmimi şəkildə köməkliklər
etmiş, onların sözünü yerə salmamışdır. Çünki O, əsl dost idi,
bizim böyük dostumuz idi. Hər bir dostun fəxr edə biləcəyi
dost idi İbrahim. Gəldiyi vaxt boşluq dolduran dost deyildi,
getdiyi vaxt yeri doldurulmayan dost idi  İbrahim...
Biz – azərbaycanlılar, adətən, dünyasını dəyişən insanlar
haqqında yalnız müsbət fikirlər söyləməyə, həmin şəxsin
ancaq pozitiv xüsusiyyətlərini xatırlamağa çalışırıq. Amma
əminəm, Onu tanıyan hər bir kəs mənimlə razılaşacaq ki, bu
fikirlərimlə mən İbrahimi ideallaşdırmağa çalışmamışam, sa‑
dəcə Ona xas keyfiyyətlərin müəyyən bir qismini dilə gətirmi‑
İbrahim və Rafiq


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
121
şəm. Təbii ki, qüsursuz olan tək Allahdır. İbrahimin də bəzi
zəif cəhətləri var idi. Lakin Onun bu cəhətləri, dəryada bir
damla kimi, o qədər cüzi idi ki, bu barədə danışmağa belə
lüzum yoxdur. Bir də İbrahimin çox siqaret çəkmək kimi zə‑
rərli bir vərdişi var idi və bununla O öz sağlamlağına ciddi
ziyan vururdu. Dəfələrlə bu mərəzdən can qurtarmağa cəhd
etsə də alınmamışdı. Bəzən mənə elə gəlirdi ki, O, həyatda qar‑
şılaşdığı və çox vaxt içinə həbs etdiyi problemlərin, haqsızlıq‑
ların acığını, üsyanını ciyərinə çəkdiyi siqaret tüstüsü ilə
canından  çıxarır, sanki bir az sakitləşirdi... Çünki O, həyatında
çox əziyyətlər çəksə də, demək olar ki, heç vaxt heç nədən şi‑
kayətlənmir, daxilindəki bu ağrı‑acını büruzə verməməyə ça‑
lışırdı. Bəlkə də, elə bunların nəticəsi idi ki, O, bizi çox erkən
tərk etdi... Bəli, belə bir insan idi İbrahim. Böyük, yaşıl bir
ağaca bənzəyirdi O. Çirkli atmosferi ‑ ətrafındakıların, dostla‑
rının mənfi enerjisini, problemlərlə dolu əhval‑ruhiyyəsini öz
canına çəkir, onlara oksigen – müsbət emosiyalar, şən əhval‑
ruhiyyə, həyat enerjisi bəxş edirdi... 
Həddən artıq həyatsevər idi, insanları ancaq yaxşılıq etməyə
həvəsləndirirdi və bunu təkcə sözlərlə deyil, öz şəxsində, öz
əməlində də nümayiş etdirirdi. Lətifə danışmaqla da arası xoş
idi İbrahimin, xüsusilə də ibrətamiz lətifələr. O bununla insan‑
larda xoş ovqat yaradır, problemlərini unutmaqda yardımçı
olurdu ətrfındakılara.  İnanın ki, Onun danışdığı bu şən lətifə‑
lərdə həm də böyük hikmətlər, insanların nöqsanlarını, naqis‑
liklərini ifşa edən dərin mənalar gizlənirdi. Biz hə a Ona
zarafatla deyirdik ki, Sən axırda lətifələr kitabı buraxacaqsan...
İnsanları çox sevirdi İbrahim. Qərbi azərbaycanlılara da xüsusi
hüsn‑rəğbəti var idi. Bu Onun yerlipərəstliyindən irəli gəlmirdi,
belə ki, Onun yaxın dostları arasında Azərbaycanın hər bölgə‑
sindən olan bir çox insanlar var idi. Sanki bu, Onun Vətən həs‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
122
rətindən xəbər verirdi, sanki itirilmiş tarixi torpaqlarımızın,
uşaqlığının keçdiyi, havasını udduğu kəndinin nisgilini onlarla
ovundururdu... Onun bir xüsusiyyəti də çox vaxt bizim diqqə‑
timizi çəkirdi – demək olar ki, hər zaman hər işdə tələsirdi İb‑
rahim. Sanki bu dünyanı, bizləri tez tərk edəcəyini duyurmuş
kimi tələsərək hər işə vaxt çatdırmağa çalışırdı. Bəzən nahar fa‑
siləsi ərəfəsində bizi də tələsdirərək deyirdi: “Durun getdik
yemək yeməyə, bəsdir işlədiniz, sonra gəlib davam edərsiniz.
Onsuz da bu dünyada iş qurtarmayacaq.” Sonra isə əlini iş ota‑
ğının pəncərəsindən Fəxri Xiyabana tərəf uzadaraq əlavə
edirdi: “Elə bilirsiz, orda yatan tanınmış insanlar bu həyatda öz
işlərini başa vura biliblər? Biz də çatdıra bilməyəciyik. Durun
getdik.” Və bu sözləri dedikdən sonra özü qabağa düşərək
otaqdan çıxırdı... Çox təəssüf ki, həyatda da belə oldu. Qabağa
düşdü... Bizi bu dünyada tək qoyaraq yenə tələsdi İbrahim...
Allah Sənə rəhmət eləsin! Ruhun şad olsun, böyük və tə‑
mənnasız Dostumuz! 
İbrahim, Səbinə və Rafiq


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
123
Səbinə Məhərrəmova,
AMEA‑nın Nizami adına Ədəbiyyat 
İnstitutunun baş mütəxəssisi
Xəbərin varmı heç,
arxaya bax, bir ömür ötdü, DOSTUM...
İ
brahimlə ilk dəfə AMEA Rəyasət Heyəti binasının ya‑
nında  qarşılaşdıq. Mənə diqqətlə baxıb çox ciddi və
zəhmli bir şəkildə  ‑ “Siz bu sahədə işləmisiniz? Sizə sınaq
müddəti veriləcək, özünüzü doğrultsanız, yəqin ki, sizinlə iş‑
ləyərik. Sabahdan sınaq müddəti üçün  işə başlayın…” ‑ dedi.
Ertəsi gün işə çıxdım, İbrahim otaqda məni qarşıladı, salamla‑
şıb masanın  üstündəki kompüteri göstərdi və 2 səhifəlik bir
yazını mənə uzadıb yazmağı xahiş etdi. Nədənsə narahat
oldum, həyəcanlandım,  amma dərhal yazını yazıb – hazırdı –
dedim. İbrahim  təəccüblə, qəribə baxışlarla mənə baxdı – artıq
hazırdı??? Bəli – deyərək  yazını ona uzatdım. Məni otaqda tək
qoyub ‑ gəlirəm ‑ deyib çıxdı. Bir gün sonra qəzetin baş redak‑
toru Afaq xanım  məni yanına çağırıb – get ərizəni  yaz, sən işə
qəbul olundun ‑ dedi. O  gündən mən AMEA Rəyasət Heyəti‑
nin “Elm” qəzetində işə başladım. Hərçənd ki, mənə 1 hə ə
sınaq müddəti verilməli idi, lakin İbrahim Afaq xanıma mənim


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə