Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə21/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
111
yaşının gənc olmasına baxmayaraq həyat təcrübəsi ilə dolu
insan idi. Bu həyat təctrübəsi hadisələrin axarını qabaqcadan
duymaq və səbrlə münasibət bildirmək müdrikliyini ona aşı‑
lamışdı. Çalışdığı hər bir kollektivdə hamının rəğbətini, hör‑
mətini, sevgisini qazana bildiyindəndir ki, hamı ona “BİZİM
İBRAHİM” deyirdi. 
...Qəribədir ki, mənim İbrahimlə ilk tanışlığım heç də xoş
olmayan bir hadisədən sonra başlamışdı. AMEA Rəyasət He‑
yətinin mətbu orqanı olan “Elm” qəzetində yenicə müxbir və‑
zifəsində işləməyə başlamışdım. Bir tədbirlə bağlı hazırladığım
materialı səhifədə yerləşdirmək üçün hələ üzünü görmədiyim
texniki redaktor, dizaynerin – İbrahimin çalışdığı 508‑ci otağa
qalxdım. Baş redaktorun materialı səhifədə yerləşdirməyini və
gözlədiyini dedim. O isə indi əlində işi olduğunu, sonra edə
biləcəyini dedi. Baş redaktorun gözlədiyini desəm də, o, bir
İbrahim Aqşinlə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
112
azdan vaxtı olacağını dedi (o vaxtlar İbrahim əlavə iş götürərək
kitab səhifələyər, dizayn edər yenicə qurduğu ailənin tələbat‑
larını ödəməyə çalışardı. Aramızda o anlaşılmaz  hadisə baş
verən zaman onun yanında Respublika Xəstəxanasının tanın‑
mış həkimlərindən biri olan Sahib doktor var idi. Onun kita‑
bını səhifələyirdi). Mübahisəmiz düşdü... Sonradan hər dəfə
bu epizodu xatırlayanda o deyirdi: “Belə bir məsəl var: “Çə‑
kişməsən, bərkiməzsən”. Bəlkə, o hadisə olmasaydı, biz bir‑bi‑
rimizi bu qədər yaxından tanımazdıq”. Hə a sonradan
münasibətlərimiz o həddə qədər gəlib çatdı ki, kollektivdə bir‑
birinə ən çox etibar edən iki dost olduq.
...O, hər şeydən öncə təmənnasız İNSAN idi. Ona hər hansı
bir problemlə bağlı müraciət edən hər bir kəsə imkanı daxi‑
lində (bəzən hə a imkanları xaricində olsa belə) kömək etməyə
çalışardı. Ona görə Lev Tolstoyun bu fikrini paylaşırdı: “Hə‑
yatda unuda bilməyəcəyiniz ən böyük peşmanlıq, peşman ola‑
ram deyə etmədiklərinizdir”.  Bir dəfə Akademiyada işdə
problem yarandığından işimi dəyişmək istəyirdim. Münasib
bir iş axtarışında idim. Həmişə mənə səbrli olmağı tövsiyə
edən İbrahim fikrimin qətiliyini görüb məndən xəbərsiz “Res‑
publika” qəzetinin baş redaktoru, görkəmli alim, el ağsaqqalı
Teymur Əhmədova mənim haqqımda danışmışdı. (İbrahim
Teymur müəllim haqqında danışanda həmişə deyərdi ki, o, hə‑
yatda tanıdığım tək‑tək mərd kişilərdən biridir, həqiqi ağsaq‑
qaldır, sözü bütöv və çəkisi olan insandır). Məhz İbrahimin
təqdimatının nəticəsi idi ki, Teymur müəllimlə görüşdə o, sı‑
namadan birbaşa humanitar şöbənin müdiri vəzifəsini mənə
təklif etmişdi. Bu, heç şübhəsiz, İbrahimin həyatda qazandığı
hörmət və etibarın nəticəsi idi.
Bircə şeyə çox təəssüf edirəm ki, İbrahimin səmimiyyətin‑
dən, təmənnasız insan kimi səxavətindən, bəlkə də, ən çox is‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
113
tifadə edən, faydalanan bəzi insanlar onun dəfn mərasimində
iştirak etmədilər. Belə də düşünmək olardı ki, bəlkə, onlar bu
itkidən çox təsirləndikləri üçün onun mərasimlərində iştirak
etmədilər. Lakin onu da unutmayaq ki, zaman ən yaxşı loğ‑
mandır. Bizə itki ilə yaşamağı öyrədəndir. Yəni toparlanıb bu
bir il ərzində bircə dəfə də olsun onun Əmircan qəbiristanlı‑
ğındakı qəbrinin üstünə getməkdəmi olmazdı?! Özü də kol‑
lektivlə birlikdə. Axı o, hər zaman hamının xeyrində‑şərində
iştirak edib, hamının bir yerdə olmasına, kollektivin bütöv ol‑
masına çalışıb. Hər halda Cənab Haqq hər şeyi görür. Halallıq
yaxşı şeydir.
...Bəzən işə həddən çox bağlı olduğumu görəndə o, mənə
şəxsi həyatıma, xüsusilə doktorluq işimə də vaxt ayırmağı
məsləhət görürdü. Və incə yumorundan da qalmırdı. AMEA
Rəyasət Heyətinin 5‑ci mərtəbəsində yerləşən doğma 508‑ci
otağın pəncərəsindən aydın görünən Şəhidlər xiyabanını
İbrahim dostları Aqşin və Rafiqlə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
114
(bəzən də Fəxri xiyabanı) göstərərək deyirdi: “Aqşin, elə bilir‑
sən orada yatanlar işlərini qurtarıb sonra ora gediblər. Əsla
yox! Çünki insan arzuları sonsuzdur, bitib‑tükənməyəndir. İn‑
sanın arzuları onun ömrünə heç vaxt sığmır ki...”. Vaxt keçdi
Akademiyada sonrakı mərhələdə işdə baş verən hadisələr
onun nə qədər haqlı olduğunu göstərdi. Bu, bəlkə də, özünün
qeyd etdiyi kimi, bir neçə kollektivdə işlədiyi üçün öz qısa öm‑
ründə əldə etdiyi təcrübənin bariz nəticəsi idi.
Son illər o, həyatında məna axtarışında idi. Bəlkə, bu səbəb‑
dəndir ki, “Facebook” səhifəsində bu fikirləri də bölüşürdü:
“Həyatımda mənasız keçən bir hə əni də beləcə yola verdim...
Məna ‑ necə də gözəl səslənir. Bəzən yaradana üsyan edərək
həyatımın mənalı olmasını istəyirəm, amma hər kəs üçün bir
formada olan məna nədənsə mənim üçün formasız olaraq
qalır! Sizcə, “məna” nədir?”. Bu məqamı əslində özünü, həyatı
dərk etməyə çalışan hər bir yaradıcı insan yaşayır. Daxilən zən‑
gin insan həyatında daima yenilik istəyində, axtarışında olur.
İbrahim də son illər çox mütaliə edir, özünü təkmilləşdirir, in‑
gilis dilini öyrənirdi, hə a istəyinin dalınca Londona qədər
gedib çıxmışdı. 
“Zər qədrini zərgər bilər”. O, həqiqi ziyalılara böyük dəyər
verərdi. Məhz bunun nəticəsi idi ki, o, həqiqi ziyalılarla, alim
və yazıçılarla dostluq edirdi. Özü də doktoranturaya daxil ola‑
raq iqtisadi sahədəki biliklərini təkmilləşdirmək, əsl ziyalıların
sayını artırmaq niyyətində idi.
O həm də gözəl ailə başçısı, qayğıkeş ata idi. Mən bunu hər
dəfə oğlanları (Əli və Nizami) haqqında danışarkən bir ata
kimi işıldayan gözlərindən oxuyurdum. Amma bunun canlı
şahidi isə bir dəfə Bakı Dövlət Sirkinə birlikdə bilet alıb uşaq‑
ları apararkən orada övladlarına qayğıkeş ata kimi münasibə‑
tində gördüm. İbrahim bir zaman Hötenin bu fikrini də


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə