Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə19/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
103
Zümrüd QURBANQIZI, 
“Respublika” qəzeti
ÖMÜR YAMAN VƏFASIZMIŞ
İ
ndi çox cavanlaşıb ölüm. Adiləşib. Ehtiyatsızlıq, səhlən kar lıq, mə‑
suliyyətsizlik üzündən hər an neçə‑neçə insan həyata vida deyir.
Sağlam lıq la rı na da laqeydləşiblər insanlar indi. Hər şey o qədər önə
keçib ki, “ağrımağa” da vaxt tapılmır. Qəfil gələn kəmfürsət ölüm isə
gizli‑gizli yol gəlir bizə doğru, istədiyi vaxtda, istədiyi yerdə və istədiyi
yaşda haqlayır insanı. Elə ölüm var ki, hər kəsi yandırır. Bu yaz səhə‑
rinin biri ölüm xəbəri ilə açıldı üzümüzə. Bahar hələ gəlməsə də, yerdə,
göydə bir oyanış vardı, canlanmağa təzələnməyə, yenidən doğulmağa
tələsirdi təbiət. Novruz ilıq nəfəsilə qapılarımızı döyməyə hazırlaşırdı.
Bu gözəlliyə ürəkmi dözərdi? O da ola İbrahim kimi həssas, gül ləçəyi
kimi zərif ürəyi olan bir insanın ürəyi... Bu bayramı, baharın bu min
bir gözəlliklərini o necə də sevirdi, necə də gözləyirdi. Amma heyif, min
heyif ki, əcəl aman vermədi...
Ölüm xəbəri redaksiyaya ildırım sürətilə gəlib çatmışdı: “Bu
gecə İbrahim vəfat edib”. Eşidən hər kəs eyni sualı verirdi:
“Hansı İbrahim?” Cavab: “Bizim ...” 
Bir anlığa son vaxtlar itirdiyimiz iş yoldaşlarımızı xatırla‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
104
dım: şair təbiətli Südabə xanım, hamının ana bildiyi Şeyda
xanım, çoxlarının dərd ortağı Nərgiz xanım, yeri hələ çox gö‑
rünəcək İlham Paşayev... İndi də bu. Kollektivimizdə az çalışıb
yaxşı iz, xoş xatirələr qoyub gedən gənc həmkarımız İbrahim...
1996‑cı il. Onda 19 yaşlı İbrahim “Respublika” qəzetində iş‑
ləmək təklifi almışdı. Əvvəl kompüter mərkəzində operator
kimi işə başlamış, texniki redaktor, dizayner vəzifəsində işlə‑
mişdi. Sonra, 1998‑ci ildən AMEA İnformasiya Texnologiyaları
İnstitutunun “Elm” İnformasiya Agentliyində müxbir, 2003‑cü
ildə AMEA Rəyasət Heyəti Aparatında aparıcı mütəxəssis kimi
çalışır. Elə həmin il “Xalq qəzeti”nə işə düzəlir və beləcə, qısa
ömrünün böyük bir hissəsini qəzetçiliklə bağlamalı olur. 
Dəli‑dolu gəncliyinin ən çılğın dövrü bu kollektivdə keç‑
mişdi. Sevgisini də burada tapmış, burada ona qovuşmuşdu.
Birgə işlədiyi gələcək həyat yoldaşı Elnarəgilin qapılarına da
öz elçilərini bu kollektivin ağsaqqallarının xeyir‑duası ilə gön‑
dərmiş, toy‑büsatını onlarla birgə qeyd etmiş, həyatının ən xoş
anlarının sevincini də onlarla bölüşmüşdü. 
İbrahim qısa bir müddətdə dizayn, tərtibat işinin incəliklə‑
rini öyrənmiş, peşəkar bir mütəxəssis kimi püxtələşmiş, qəzet‑
çiliyin sirlərinə dərindən yiyələnmişdi. Buna görə də “Xalq
qəzeti”ndə baş redaktorun birinci müavini vəzifəsinə irəli çə‑
kilmişdi. Bu da təsadüfi deyildi. O çalışır, öz üzərində işləyir,
biliyini, intellektual səviyyəsini artırırdı. Bütün bunlar isə nə‑
ticəsiz qalmırdı, təbii ki. 
İbrahim Ömərov. Onun qısa ömür tarixçəşini vərəqləyirik...
1977‑ci il may ayının 14‑ü. Qərbi Azərbaycanın Ağbaba maha‑
lının Göllü kəndində məhz bu tarixdə dünyaya gəlib. Ailədə
üçüncü övlad olub. Sonra balaca İbrahimin taleyinə yazılmış
qaçqınlıq həyatı başlayır. Ömərovlar ailəsi Bakıda məskunlaşır,
İbrahim Suraxanı rayonundakı 114 saylı tam orta məktəbi başa


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
105
vurub Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika və ri‑
yaziyyat fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir.
Lakin bununla kifayətlənmir, işləyə‑işləyə təhsilini də davam
etdirir. 2006‑cı ildə Azərbaycan Memarlıq və İnşaat Universi‑
tetində ikinci təhsilini başa vurub mühəndis iqtisadiyyatı və
idarəetmə fakültəsində daha bir ixtisasa yiyələnir. İbrahim ax‑
tarışda idi, bəlkə də bu peşələrin içində özünü axtarırdı o.
2007‑ci ildə Azərbaycan Qafqaz Universitetinin biznesin təşkili
və idarəedilməsi fakültəsinin magistratura pilləsinə daxil
olanda heç kəs təəccüblənmir, çünki onu tanıyanlar İbrahimin
bu cür sürprizlərinə, sözün əsl mənasında, adət etmişdilər. İb‑
rahim həmçinin 2012‑ci ildən AMEA Z.Bünyadov adına Şərq‑
şünaslıq İnstitutunun “Şərq‑Qərb” şöbəsinin doktorantı,
onlarca elmi‑kütləvi məqalənin müəllifi idi. 
O tələsirdi, sanki istəklərinə daha tez çatmaq üçün zamanı
qabaqlamağa çalışırdı. Özü də bilmirdi ki, iti sürətlə axıb
gedən vaxt həm də ömründən gedir, onu elə həmin sürətlə də
qısaldırdı. Bu da var ki, onun ömür payı qısaldıqca, öz dəyə‑
rini, çəkisini də artırırdı. 
Bütün bunların fonunda bir ailə başçısı kimi də üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirirdi. Ailəsinin ehtiyaclarını
ödəyir, onları maddi sıxıntı keçirməyə qoymurdu. Oğlanları
Alı və Nizami orta məktəbdə təhsil alır, yaxşı oxuyur, onu se‑
vindirirdilər. Gənc atanın oğlanları ilə bağlı arzuları böyük idi. 
2013‑cü ildə İbrahim bir təklif alır. Sumqayıt Dövlət Univer‑
sitetində prorektor işləmək təklifi ailədə heç də hamı tərəfin‑
dən dəstəklənmir. Ona görə yox ki, onun bu işi bacaracağına
şübhə edirdilər. Yaxınları İbrahimin zəhmətsevərliyini, baca‑
rığını, prinsipiallığını yaxşı bilir və bu işdə də özünü doğrul‑
dacağına inanırdılar. Səbəb başqa idi. Anası Səadət xanım: “Ay
bala, özünü dilə‑dişə salma, bədnəzərdən qorxuram, sənə bir


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
106
şey olsa, evim yıxılar”, ‑ demişdi. Elə Elnarə də bu məsələdə
qaynanasının fikirlərinə dəstək olmuş: “Şükür Allaha, dolanı‑
rıq, anan düz deyir” ‑ desə də, İbrahim öz qərarını vermişdi. 
Əslində bu işin onun ölümü ilə heç bir əlaqəsi yoxdur, sa‑
dəcə, ana ürəyi nədənsə narahat idi və bu nigaranlığın səbəbini
özü də bilə bilməzdi... 
2014‑cü il martın 14‑ü. Novruzun gəlişinə sayılı günlər qalır.
Son çərşənbənin alış‑verişini edib evə dönmüş, axşam övladları
ilə sağollaşıb yatağına uzanmışdı. Gecə yarısı ağrıya oyanmış, tə‑
cili yardım gələnəcən birtəhər dözmüşdü. Həkimlər infarkt əla‑
mətlərinin olduğunu deyəndə inanmaq belə istəməmişdi. Axı
indiyədək ürəyindən heç vaxt gileylənməmişdi. Nə yazıqlar ki,
İbrahimin ürəyi məhz həmin gecə dayandı, özü də əbədi. Nə ya‑
zıqlar ki, indiyədək susan, hər şeyə dözən, hər ağırlığa tab gətirən
ürək öz işini gizlin‑gizlin görmüş, onu içdən zərrə‑zərrə yemişdi. 
Bəlkə elə buna görə idi ki, yaşından yaşlı və müdrik görü‑
nürdü İbrahim. 37 il... Cəmi bu qədər yaşadı. Əslində ömrünün
sonuncu, 37‑ci ilini də başa vura bilmədi. Ömür vəfa etmədi.
Ölüm onu yaşının tamamına ikicə ay qalmış haqlamışdı.
Ölümü ilə çoxlarını kədərləndirdi, doğmalarını yandırıb‑yaxdı.
Nə qədər arzuları yarımçıq qaldı. Onun yarımçıq ömrü yaralı
durna ömrünə bənzədi. İndi heç nəyi geriyə qaytarmaq, nəyisə
dəyişmək mümkün deyil. Elə sağlığında qazandığı hörmət,
sevgi, yaxşı ad kimi... Təkcə doğmalarından getmədi, sıramız‑
dakı yaxşılardan daha biri azaldı, elə bizdən getdi, əməlləri, in‑
sani keyfiyyətləri ilə bizimkiləşməyi bacaran bizim İbrahim... 
O ürəklə yaşadı həyatda, ürəyi, qəlbi ilə sevdi bu gəlimli,
gedimli, son ucu ölümlü dünyanı.
“Görünür, ürəklə yaşayanların
Elə ölümü də ürəkdən olur”.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə