Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
128
». O da cavabında “Yox , sizin ləhcəniz yaxşıdı… çaynik qey‑
nədi… həri… qərdeşim…” ‑ deyib gülürdü. İbrahimlə demək
olar ki, işlədiyimiz müddətdə hər gün müxtəlif mövzularda
mübahisə edirdik, amma bu mübahisələr aramızdakı DOST‑
luğa heç vaxt zərər vermirdi, bir‑birimizdən zərrə qədər də in‑
cimirdik. Çünki İbrahim inciməyi bacarmırdı. Ürəyində
kin‑küdurət olmayan İNSAN idi bizim İBO.   
“Elm” qəzeti bağlananda, şöbəmizin işçilərini hərənin öz ix‑
tisasına uyğun AMEA‑nın müxtəlif institutlarına yerləşdirdi‑
lər. Kollektivimizin  ayrılması ona pis təsir etmişdi, baxışları
çox qəmgin idi.  “İbrahim, ayrılırıq, bəlkə, bir şəkil çəkdirək
yadigar qalsın” – dedim. ‑ Çəkdirək, Səbiş, çəkdirək... Bəlkə
də, sonuncu şəklimiz oldu, nə bilmək olar” – deyib  həmişəki
kimi gülümsədi, amma bu gülüş o gülüşdən deyildi... İbrahim,
kaş sən o sözü deməyəydin, axı sən hardan bilirdin ki, o şəkil,
həqiqətən də, sonuncu şəklimiz olacaq?!.. 
İbrahimi heç vaxt həyacanlı, təlaşlı görməzdik. Bizə elə gəlirdi
ki, o, bu həyata gülmək üçün, zövq almaq üçün gəlib. Xasiyyə‑
tindən doğan müsbət aurası var idi. Onunla danışarkən insan
dincəlirdi, sanki bütün problemlər unudulurdu. Lakin bir gün
İbrahim mənə zəng vurdu, həyəcanlı səslə “Ay Səbiş, Əli həyətdə
oynayarkən yaralanıb, ay Səbiş, cərrahiyyə əməliyyatı etdilər, çox
narahatam. Sən həmişə pirlərdən danışırsan, nəzir deyirsən, yenə
denən, xahiş edirəm, Əliyə kömək olsun, ay Səbiş” – deyəndə,
bu neçə ildə ilk dəfə idi ki, İbrahimi bu qədər həyacanlı görür‑
düm, əslində o elə yerlərə getmirdi, təəccübləndim, onun nə
qədər  daxilən kövrək və həssas olduğunu anladım. 
Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını pay‑
laşacaq, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi
problemlərdə ona yol göstərən, onu sevən, sədaqətli, onu qo‑
ruyan, tək buraxmayan könül dostları axtarır.  Həyatda ən xoş‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
129
bəxt duyğulardan biri də tək olmağını hiss etməməkdir. Bəzən
ətrafında elə bir insan olur ki, gözləmədiyin xoş münasibət gö‑
rürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları
çətin zamanında nə arxanda, nə də yanında tapa bilirsən...
Önəmlisi, onun kim olduğu, hansı nəsildən, necə geyinməsin‑
dən, kimin övladı olmasından asılı deyil, önəmli olan onun
sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevi‑
nəndə səndən də çox sevinən, sən uğur qazandın  o isə uğur‑
suzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən
də ona qarşı tam səmimiyyətlə  qarşılıq verməlisən. Qısacası,
səni içdən anlayan birisi olmalıdır sənin Dostun. Əgər sənə
kimsə dost deyirsə, deməli, sən də onu daxilən anlamalısan.
Dostluq  yaşamağı, gülməyi, sevgiyə layiq olmağı, vəfa unut‑
mamağı, sadiqliyi bilənlər üçündür! Biz dostlarımızı tər çiçək‑
lər kimi ovcumuzda deyil, dost itkilərimizi güllə yarası kimi
ürəyimizdə gizləyərik.
Səbinənin oğlu Kənanın Universitetə qəbul olması münasibətilə 
təşkil olunmuş ziyafətdə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
130
Can dostum, könül sirdaşım İbrahim 36 yaşında dünyasını
dəyişsə də, elə bil, bu dünyanın neçə əsrlik sakini idi. O, ləya‑
qətli, sadə, səmimi, yanar ürəkli bir DOST idi... Dostun qayğı‑
sını öz qayğısı bilirdi. Mənim DOSTum təmənnasız,
ETİBARLI, GÖZÜTOX, MƏRD idi. Böyük və saf qəlbi vardı,
hər kəsi öz dilində, özünün səviyyəsində danışdırardı. Çox ça‑
lışqan, oxumaqdan doymayan bir insan idi.  “Ay İbrahim, sən
nə vaxta kimi oxuyacaqsan” ‑ soruşanda ‑ “Ölənə kimi!”... –
deyə cavab verirdi.
İndiyə kimi yadımdadır... Səhər saat 10 radələri idi, telefo‑
numa zəng gəldi... “Bacı, valerian iç, bir söz deyəcəm… qurban
olum, özünü ələ al…. – Noolub axı??? – İbrahim rəhmətə gedib…
– Kim?! …. İbrahim...” Bu sözlərdən sonra telefon əlimdən
düşdü, hönkürtüylə ağladım …Həmin dəqiqə “Ağıllı, maa bir
çay süz, qaçıram, tələsirəm, işim çoxdur, “Xalq”a getməliyəm,
qəzet çıxan gündü, mətbəədə gözləyirlər” və s. sözləri qulağıma
gəldi,  gözümün önündən bir anlıq İbrahimin gülüşü keçdi. 
«Я измеряю жизнь количеством друзей» ‑ Əziz DOSTUM
İbrahim bizi tərk edəndən bəri hər gün O.Qazmanovun bu
mahnısına qulaq asıram. Əziz dostum, səni xatırlamaq nə
qədər xoşdursa, yoxluğunla barışmaq bir o qədər çətindir.
Lakin ən çətini sənin haqqında yazmaqdır. Sevimli müğənni‑
miz İslam Rzayevin mahnısında deyildiyi kimi:
Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm.
Elə bil, əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
İbrahim, səndən yazmaq çox çətindir, çox… Hər sətri yaz‑
dıqca göz yaşlarımı saxlaya bilmirəm, İbo… AMEA Rəyasət


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
131
Heyətinin 5‑ci mərtəbəsində yerləşən 508‑ci otağın pəncərəsinə
söykənib dayanmağın, gülüşün gözümün önündən getmir. Bir
ildir ki, sən yoxsan aramızda, amma inan ki, bu bir ildə hər
gün səni xatırlamışıq, hər gün sənin “sitatlarından” misal gə‑
tirmişik, ağlamışıq, gülmüşük. Ailəm də sənin xətrini çox istə‑
yirdi. Sən həmişə mənə deyirdin “Səbiş, burda istədiyim işi
qura bilməsəm, ailəmi də götürüb xaricə köçəcəm”. Və biz
sənin yoxluğunu, aramızdan həmişəlik getməyini – “İbrahim
xaricdədir, köçüb, orda qurub həyatını” ‑  kimi qəbul edib özü‑
müzə təsəlli veririk. Lakin heç bir təsəlli sənin yoxluğunu
unutdura bilməz. Çox az yaşadın, cəmi 36 il. Amma bu az
müddətdə həyatda çox böyük uğurlar qazandın, kişi kimi ya‑
şadın. Ən əsası isə səni tanıyanların qəlbinə bir imza atdın...
Bir DOST imzası... Səndən çox şey öyrənirdik. Sən bizə əsl dost
necə olmalıdır, bunu öyrətdin. Ürəyimizdə haqqın böyükdür.
Onu bizlərə halal elə, DOSTUM. Allah‑taəla sevdiyi bəndələ‑
rini yanına tez aparır deyirlər. Rahat yat, Əziz DOSTUMUZ!
Dualarımız sənə cənnəti qazandırsın. Amin! 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə