Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə33/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
166
oynayıb. Evləri həmişə qonaq‑qaralı olub. Evin qızları qızlar
bulağından, İbrahim isə kişilər məclisindən su içib. Ta o vax‑
tacan ki, məlum, amma məchul hadisələr başlanıb. Bakıya kö‑
çüblər. Suraxınada bir ev alıb sığınıblar. Hər şeyləri olub. Bircə
Vətəndən yetim olublar. 
İlk günlər siyasi liderləri maksimum, minimum proqram‑
lardan bəhs ediblər. Fikirləşiblər ki, yəqin düzdür, tezliklə Və‑
tənə qayıdacaqlar. Sonra isə siyasi qüvvəyə çevriliblər.
Seçkilərdə qalib də gəliblər. Hər şey əldə ediblər. Vətənlərin‑
dən başqa. Sonra İbrahim məktəbi bitirib. İnstituta girib. İşə
düzəlib. Vətənə çan atıb. Deyib ki, “gedəcəm Vətənə, “Siyə‑
zən‑broyler”in yumurtalarından aparıb, basketbol oynayaca‑
ğam. Uşaqlığımı yada salacağam. Mənə kişilik məktəbi keçən,
adını daşıdığım babamın məzarını ziyarət edəcəyəm. Ağlaya‑
cağam, kövrələcəyəm, sevinəcəyəm. Qonşu erməninin pəncə‑
rəsinə daş atacağam. Haykanuşa göz eləyəcəyəm. Ona
“Bahadır və Sona”nağılı oxuyacağam. Göycə gölündən farel
balığı tutacağam. Gölün suyunda soyutma bişirəcəyəm. Bakı‑
dan gətirdiyim araqdan babamın ruhuna  yüz‑yüz  vuracağam
da”.
“İbrahim, İbrahim, ayıl, ayıl. Yaman fikrə getmisən. Səninlə
deyiləm?”. Müdiri Həsən müəllimdir. Eloğludur. Göyçədəndir.
İkisi də kompüterin qabağındadır. Ququlda (“Google”)  kənd ‑
lərinin kosmosdan çəkilən görüntülərinə baxırlar. 
“Bura bizim məktəbdir. 4 mərtəbəli. Bura isə kəndin o biri
başındakı məktəbdir. 3 mərtəbəli. Bura çay. Bura bulaq. Bura
Mayıf Qasımın evi. Bura isə  kolxoz sədrinin evi. Bura çəmən,
bura orman. Ora isə meşə. Obamız, elimiz.  Uşaqlığımız,  Gən‑
cliyimiz, İlk məhəbbətimiz...”
14.05.2013


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
167
“Salam, ölüm!”... “Sağ ol ölüm”
D
ostum İbrahim “İçərişəhər” metrostansiyasının yaxın‑
lığında yaşayır. Səhər tezdən evindən çıxır, işinə tələsir.
Güllü‑çiçəkli, süpürülmüş İstiqlaliyyət küçəsiylə “Torqovı”ya
tərəf enir. Məktəbə, uşaq bağçasına gedən balacaların əhatə‑
sində addımlayır. Baxıb ürəyi açılır. Səhər idmanı ilə məşğul
olanların biri o tərəfindən keçir, biri bu tərəfindən. Gözəl ma‑
ğazaların vitrinində manikenlər sanki ona əl edir. Arabir ya‑
nından keçən gözəl xanımlara çəpəki nəzər də yetirir. Elələri
olur ki, gözlərini tam metrajla da açmalı olur. Neyləsin həyat
budur. Gözəlliyə baxarlar, həzz alarlar. Axşam dostlarıyla
“Torqovı”nın hansı kafesində oturub söhbətləşəcəyi yerləri də
gözəyarı edir. Alla Puqaçovanın “Million alıx roz” mahnısını
zümzümə edə‑edə işə çatır. Bu əhval‑ruhiyyəsindən, müsbət
emosiyasından ətrafdakılara da pay düşür. İş günü beləcə xoş,
yüksək ruh yüksəkliyi ilə keçir. İşdən sonra yorğun olsa belə,
bu yolları geri qayıtdıqca eyni təəssüratı yaşayır. Dincəlir.
Deyir: “Yaşamağa dəyər. Ey həyat, sən nə gözəlsən?”
Mən isə Sirkin yanında yaşayıram. Səməd Vurğun küçəsinə
çıxanacan artıq tıxaca düşmüşəm. Yox elə bilməyin ki, pik vax‑
tıdır, ona görə. Əsla... Buralar həmişə belə olur.  Üstündə
“çadır”, “Ağ çadır”, “VİP xidmət” yazılan yük maşınları məhlə
içi karvan qurub yolu tutublar. Bəzilərinin yedəyində səyyar
tualetlər də var. Kişiyçün ayrı, qadınçün ayrı. Bir təhər bunla‑
rın arasından keçib çıxıram Səməd Vurğun küçəsinə ‑ üzü Əj‑
dərbəy məscidinə tərəf.
Düz Sirkin yanından Göy məscidə kimi qara rəngli, şüşələri
qara plyonkayla örtülmüş, təmizlikdən bərq vuran “Merse‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
168
des”, “Hyunday” markalı mikroavtobus tipli, amma içərisi
ancaq tabuta hesablanmış maşınlar köç qurub. Bəziləri arxa
qapısın da açıb. Bəh‑bəh içərisinə necə də  gözəl, nəfis xalça da
salınıb. Ətir qoxuyur. On‑on beşi birdən düzülüb  gözləyirlər.
Birdən elə başa düşərsiniz ki, məni gözləyirlər a?... Yox. Düz
məscidin qapısınacan sürücülər məni baxışlarıyla yola salırlar.
Sərnişin üstündə davaya, bəzən də bıçaqlaşmaya çıxan taksi
sürücüləri kimi deyillər. Guya ki, hüznlüdürlər, kədərlidirlər.
Hə a “kliyent” gəlsə də belə, sevinclərini boğa, hüznlərini əv‑
vəlki qaydada saxlamağı bacarırlar. Yay vaxtı heç olmasa ma‑
şının üstünə “Kondisionerlidir” yazıb yapışdırırdılar. İndi onu
da yığışdırıblar. Bir az irəliləyirəm. Məscidə çatanda tıxac ya‑
ranır. Bütün hərəkət iflic olur. Heç kim siqnal vermir. Axı məs‑
cidin ölüxanasına meyit gətiriblər yumağa? Bircə qulaqların
çəkirlər: “Allah göstərməsin. Evlərdən uzaq”. Bir təhər yol açı‑
lır. Davam edirəm. İşə çatıram. O soruşur ki, niyə qanın qara‑
dır, bu soruşur ki, niyə kefin yoxdur? Nə deyim? Deyim ki, hər
gün evdən çıxanda nə ilə rastlaşıram?
Desəm də cavab verəcəklər ki, “lap yaxşı da. Biz ildə, ayda
bir dəfə qəbrüstünə gedəndə bunu başa düşürük ki, hər şeyin
axırı ölümdür. Sən isə bunu  hər gün anlayırsan, təmizlənirsən,
mənən saflaşırsan”. Mən də razı. Amma Allah kəssin belə saf‑
laşmanı.
İş vaxtım qurtarır. Eyni marşrutla evə qayıdıram. Şopenin
“Ölüm marşı”nın təntənəli  sədaları altında məscidin, ölü ma‑
şınlarının, çadır karvanlarının qarşısından təntənəylə keçirəm.
Təzim edirəm. “Salam, ölüm” deyə qışqırıram. Sürücülər də
yerbəyerdən cavab verirlər: “Salam, salam, salam”. Minbərdən
azan səsi ucalır. Dinməzcə durub qulaq asıram. Beləcə evimə
çatıram. Arxadan ağlamaq səsləri gəlir. Kiminsə ölü namazı qı‑
lınır.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
169
Evə girirəm. Dostum İbrahim yadıma düşür. O işə çatanda
deyir ki, “Həyat gözəldir. Yaşamağa dəyər”. Mən isə bilmirəm
nə deyim. Deyim ki, “ölüm gözəldir. Yaşamağa dəyməz?”.
Yox, bilirəm nə deyim. Sadəcə bundan sonra da elədiyimi
davam etdirim. Səhərlər “Salam, ölüm!” deyib işə gedim, ax‑
şamlar isə “Sağ ol, ölüm!” deyib evimə.
06.X.2013
İbrahim Mahirlə


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə