Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
161
Həyat öz axarındadır. Dəyişən bircə göy üzünün boy‑boya
verən ulduzları sırasında sənin həyat ulduzun oldu.
Dünyasını dəyişmiş əzizlərinin yanına, behişt dünyasına,
cənnət bağçasına. Yerin, yurdun, mənzilin mübarək, qardaşım,
İbrahim!
Bu yaş tarixin ölümündən böyük, 
Ölümün yığışdı göz yaşlarına. 
Tabutuna hörmətin əyildi. 
O yaşlar oxşadı yaz yağışına.
Tapdı, boyuna yaraşmadı ölüm, 
Bu yaşın əməli ölümdən uca. 
Öz gəlişınə barışmadı ölüm, 
O səni qaldırdı ucalıqlara.
Bu son iş yerində qəlb evi tikdin. 
Müəllim, tələbə İbrahim dedi. 
Bir gecə əbədi evinə çəkildin 
Nə qədər dil dedi, ürək göynədi.
Bu da bir tarixdir, bu bir xatirə
Elm məbədində adın qalacaq. 
Buranı nə qədər məzun bitirə, 
Hər yolu düşən də səni anacaq.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
162
Şeyda Quluyeva,
SDU‑nin Folklorşünaslıq ETL‑nın elmi işçisi
XEYİRXAH İNSAN
B
elədir, dünya xeyirxah insanların əməlləri üzərində qu‑
rulur. Xeyirxahlıq, səmimiyyət olmasa, həyat da yoxdur.
Təsadüfi demirlər ki: Yaxşı insanlar olmasa, dünyanın nizamı
pozular.
Bu xeyirxah insanlardan biri də Sumqayıt Dövlət Universi‑
tetində iqtisadi məsələlər  üzrə prorektor işləmiş İbrahim müəl‑
lim idi. Onu prorektor işləyəndə, həm də əsl insan, həqiqi
vətəndaş kimi tanıdım. Öz səmimiliyi və təmkini ilə hamının
diqqətini cəlb edirdi. Az müddət ərzində alicənablığı ilə özünü
sevdirməyi bacardı. Onun universitetə gəlişi bir canlanmaya,
yeniləşməyə səbəb olmuşdu. Həm də tanımasa belə, insanlara
qarşı çox həssas idi. Elə bil ki, bizimlə illərlə bir yerdə işləmişdi.
Amma elələri olur ki, qarşılaşanda bir Allahın salamını verir‑
sən   sənə cavab vermir, özünü görməməzliyə qoyur. Amma
İbrahim müəllim həmişə özü birinci salam verməyə çalışardı.
Mənə də belə bir insanla görüşmək qismət olub. Belə ki, mən
Sumqayıt Dövlət Universitetinin  Folklorşünaslıq ETL‑da elmi


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
163
işçi işləyirəm, həm də universitetin yataqxanasında qalırdım.
Bir gün keçmiş rəhbərlik açarları məndən geri aldı.(İndiyə
qədər səbəbini bilmədim, bir ildən çox otaq boş qaldı) Mən
məcbur olub maaşımın yarısını kirayəyə  verməli oldum. İb‑
rahim müəllim gələndən sonra onun qəbuluna gedib dərdimi
dedim. Həmin anda mənim otaqla təmin olunmağım üçün
göstərişlər verdi və dedi:
‑Hələlik köçün. Hər şey yaxşı olacaq, bizim yataqxanamız
da tezliklə boşalacaq. Onda bu məsələyə yenidən baxarıq. Sizə
daha geniş otaq verərik. 
Mən ona öz təşəkkürümü bildirib dedim ki, buna görə çox
sağ olun, bu mənə kifayətdir. Ona mənim ömrüm çatarmı?
Sevincimin həddi‑hüdudu yox idi. Sabah dəhlizdə  rastlaş‑
dıq, ilk sözü bu oldu:
‑Müəllimə köçdünmü?
‑Yox‑dedim.
‑Günü bu gün köçün, nəyi gözləyirsiniz?
Mən hiss etdim ki, onunla sabah da rastlaşsam yenə “köç‑
dünmü?” soruşacaq. Yağışlı bir gecədə köçdüm yataqxanaya... 
Bu söhbətdən iki gün sonra onun qəfil ölümü bizi sarsıtdı.
O insan hamıya xeyirxahlıq etməyə tələsirdi... Amma onun
ömrü çatmadı arzuladığı yenilikləri etməyə... O, cəmi iki aya
yaxın prorektor işlədi. Vaxtsız ölümü Universitet əməkdaşla‑
rını yandırıb yaxdı. İndi hamı onu rəhmətlə xatırlayır. 
Belə işıqlı arzularla qəlbi dolu olan bir insanın xatirəsi hə‑
mişə yaddaşlarda qalacaq. Çünki belə insanlar ölmürlər, hə‑
mişəyaşar olurlar. Allah ona rəhmət eləsin!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
164
İBRAHİM HAQQINDA
MAHİR QABİLOĞLUNUN XATİRƏLƏRİ
Mahir Qabiloğlu, 
Yazıçı ‑ jurnalist
Yeraz Abbasəlinin təəssüfü, 
Yeraz İbrahimin arzusu...
1988
‑ci ilin yay ayları idi. Yardımlıda idik. Nənəm‑
gildə. Atam, anam, mən, xalam Raisə, xalamın
əri Abbasəli, oğlu Anar... Şəhərin səs‑küyündən uzaq, şəlaləli,
bulaqlı, meşəlik bir mühitdə... Darıxmırdıq. Anam üçün anası,
atası, bacısı, mənim üçün Anar, atam üçünsə həmpiyalə baca‑
naq Abbasəli. Qarşıda isə 2 aylıq bir yay tətili... 
Günlərin bir günü Abbasəli dedi ki, “ay Qabil, sabah gedə‑
cəyəm şəhərə, xalaoğlu Gülmalı ilə gedəcəyik Vətənə ‑ Dərə‑
ləyəzə (Ermənistan SSR‑ə). Uşaqlığımızı yada salacağıq,
qohumlarla görüşəcəyik. Bulaqlardan su içəcəyik”. 
Bu sözləri dedikcə Abbasəlinin gözləri parıldayırdı, işıq sa‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
165
çırdı. Bilirdi ki, bu gün Yardımlı bulağından su içən Abbasəli,
sabah bu vaxt Dərələyəzdə olacaq. Uşaqlıq dostlarıyla birlikdə.
Qəbrüstünə gedəcəklər, odun daşıyıb tonqal qalayacaqlar.
Toğlu kəsib kabab bişirəcəklər. 
“Kimiydik. Adi, yetim kənd uşağı. İndi isə polkovnikik, pro‑
kuroruruq, idarə rəisiyik” deyərək qoyun otaran balacalara öz‑
lərini örnək də göstərəcəklər. 
Üstündən iki gün keçdi. Abbasəli Dərələyəzə getmədi.
Atam səbəbin soruşanda “Qabil, nə isə Gülmalının işi çıxdı,
gedə bilmədik” dedi. Atam sevindi. Abbbasəli getsəydi darı‑
xacaqdı axı...
Yay tətilin başa vurduq. Hamıya məlum, əslində məhcul ha‑
disələr başlandı. Növbəti yay yenə də Yardımlıdaydıq. 1989‑
cu il idi. Abbasəli qəmgin idi. Dərələyəz yenə də Yardımlıdan
cəmi‑cümlətanı bir addımlıqda idi. Gülmalı da vəzifədən çıx‑
mışdı. Boş idi. Amma o yerlərə havalanmaq ümidi boşa çıx‑
mışdı. Ara qarışmışdı. Yenə ümid var idi. Bəlkə gələn il...
Amma simalarda ümiddən daha çox sual var idi. Keçənilki
ümid real idi, builki ümid isə sual. Bütün bunların isə bir ca‑
vabı vardı: Təəssüf. Abbasəli bir də Dərələyəzi görməyəcəkdi.
Dəfələrlə məzuniyyətə çıxacaqdı. Görməyəcəkdi. Sərhəd Qo‑
şunlarının baş komandanı olacaqdı. Görməyəcəkdi. General‑
mayor olacaqdı. Görməyəcəkdi. Gülmalı öləcəkdi.
Görməyəcəkdi. Eks olacaqdı. Görməyəcəkdi. Bütün bu illərədə
onu bir təəssüf boğacaqdı. Allah Gülmalının evin tiksin. Heç
olmasa axırıncı dəfə o yerləri görəcəkdik... Üç nöqtə qoyub,
köks ötürəcəkdi...
Amma, çifayda...
İbrahim də Ermənıstan SSR‑də doğulub. Babası el ağsaqqalı
olub. Atası da “myaskombinat”ın direktoru. Kef çəkib. Toyuq‑
ları o qədər yumurtlayıb ki, top yerinə yumurtayla basketbol


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə