Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə30/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
151
İBRAHİM SUMQAYIT DÖVLƏT 
UNİVERSİTETİNDƏ:
GƏNC PROREKTORUN İKİ AYLIQ 
FƏALİYYƏTİ


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
152
Aslan Bayramov,
SDU‑nun professoru
TƏMƏNNASIZ İBRAHİM
D
ahilərdən kimsə insana üç dəfə ad verilməsini deyir.
Birinci adı insana anadan olduqdan sonra verilir. Bu
ad valideynin uşağına ilk hədiyyəsi sayılır. Hər kəs onu ölənə‑
dək qorumağı bacarmalıdır.
Ikinci adı gəncliyində, bacarığına, davranışına və digər fəa‑
liyyətinə görə özü qazanır. Vəzifəsi, təhsili, peşə‑sənət fəaliy‑
yəti ilə bağlı olaraq öz adını həyatda doğruldur, daha doğrusu,
təsdiq edir. Əgər bunları etmirsə “adı batsın”, “adımızı ba‑
tırdı” deyirlər.
Üçüncü adı isə sağlığında xeyirxah işlər görübsə, hörmət
qazanıbsa rəhmətə gedəndən sonra qazanır. Xeyirdə, şərdə, yı‑
ğıncaq və toplantılarda həmişə yada salınır. Onun xeyirxah
əməllərini kimsə dilə gətirir. Yaxşı mənada onun adı hörmət
və sayğı ilə çəkilir, rəhmətlə anılır.
Öz xeyirxah əməlləri, səmimiliyi, davranışı ilə hörmət qa‑
zanan, amma həyatdan vaxtsız köçən insanlar haqqında anıl‑
malar və xatırlamalar daha çox nəzərə çarpır. Bax budur,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
153
öləndən sonra üçüncü dəfə ad qazanmaq. Ona görə də təsadüfi
deməyiblər ki, adı ilə yaşasın.
Ömür dediklərin coşqun çay kimi,
Kükrəyib, köpürür hər zaman gedir.
Ona bel bağlama o qədər də sən,
Bəzən açılmamış gül, bağban gedir.
Belə nəcib və yaddaqalan insanlardan biri də aramızdan
vaxtsız köçən, qəfil ölümün pəncəsindən qurtara bilməyən İb‑
rahim Nizami oğlu Ömərov idi. Onun mənsub olduğu Məm‑
mədcanlı tayfası Ağbaba mahalında çox məşhur idi. Nəsil
şəcərəsi XIX əsrin sonu, XX əsrin əvvəllərində Ağbaba, Şörəyel,
Pəmbək, Axırkələk, Borçalı, bütövlükdə Qars‑Çıldır vilayətlə‑
rində igidliyi ilə ad‑san qazanan, məşhur Qaçaq Usufa söykə‑
nir (Qaçaq Usufun qəbri Göllü kəndində idi).
İbrahimin ata babası Alı kişi, ana babası Kazım kişi, əmiləri
Osman və Həmid Ağbabanın azman kişilərindən idilər. Bəli,
azman kişilərindən. Amasiya rayonunun Göllü kəndində ya‑
şayırdılar. Qapıları qonaq‑qaralı olardı həmişə. Bunu hər bir
ağbabalı bilir. Atası Nizami müəllim mənimlə həmyaşıd idi.
Amasiya rayon ət tədarükü idarəsinin baş hesabdarı idi. Ama‑
siya maldarlıq rayonu olduğu üçün rayonun 23 kəndində ya‑
şayan azərbaycanlıların o idarə ilə yaxından əlaqəsi var idi.
Bununla bağlı olaraq o, hamıya əl tutardı. Nizami Ömərov
həm də gözəl poetik biçimli, vətən həsrətli şeirləri ilə də tanı‑
nardı. 1989‑cu ilin qışında onların da ailəsi qaçqın kimi yaxın
qohumları ilə birlikdə Suraxanı qəsəbəsində məskunlaşdılar.
Nə yazıq ki, vətən həsrəti, qaçqınlıq Alı kişi, Osman, Həmid
və Nizamini də içindən yedi. Hamısı haqqın dərgahına qovuş‑
dular. Qardaşı da vaxtsız rəhmətə getdi. Suraxanı qəbiristan‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
154
lığına yolumuz düşəndə o səmimi, qayğıkeş və qonaqpərvər
insanların sıralanmış qəbirlərinə, qəbir daşlarında əbədiləşən
çöhrələrinə baxıb köksünü ötürürsən. Nə etmək olar, dünyanın
belə işləri də olur.
İbrahim müəllim qurub‑yaratmaq eşqi ilə yaşadığı bir
vaxtda Təhsil Nazirinin əmri ilə Sumqayıt Dövlət Universite‑
tinə iqtisadi məsələlər üzrə prorektor təyin olundu. Cəmi ay
yarım işlədi. Bu qısa vaxtda o öz təşkilatçılıq bacarığını göstərə
bildi. Amma,  necə deyərlər, tez parladı, tez də söndü. İndi o,
bir ildir ki, aramızda yoxdur. Amma mən deyərdim ki, qısa
vaxt kəsiyində gördüyü işlərə, alicənablığına, işgüzarlığına və
insanlara münasibətindəki səmimiyyətinə görə o hər gün xa‑
tırlanır, rəhmətlə anılır. Qısa bir vaxtda universitet kollektivi
arasında, həm də rektorluq səviyyəsində işgüzarlığı və mədə‑
niyyətinə görə özünə hörmət qazandı. Universitetin maddi‑
texniki bazasını möhkəmlətmək üçün gecə‑gündüz çalışdı. Bu
işə ürəkdən girişdi. İlk öncə yeni ocaqxananın bünövrəsinin
qoyulmasında xeyli əmək sərf etdi. Buna o sevinirdi də. İstilik
sisteminin yeni texnologiya əsasında çəkilişinə başlanıldı. Yeni
mebel dəstlərinin, kompüter və laboratoriya avadanlıqlarının,
elektron lövhələrin alınması üçün tez‑tez Nazirliyə gedib‑gə‑
lərdi. Yeni ixtisasların alınması, tələbə qəbulunun artımını nə‑
zərə alaraq auditoriyaların təmiri, əlavə otaqların hazırlanması
və digər sahələrin inkişaf etdirilməsi məsələlərində rektorun
yaxın köməkçisinə çevrildi.
Universitetin bir çox kafedra, dekanlıq və şöbələrinin yeni
avadanlıqlarla təchiz olunmasında onun az rolu olmamışdır.
Onun iş otağı hamının üzünə açıq idi. Kim onun iş otağına üz
tuturdusa, peşman qayıtmırdı. O, tabeliyində olan təsərrüfat
işçilərinə çox qayğı ilə yanaşır, onlara səmimi münasibət gös‑
tərirdi.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
155
Yaş fərqimiz çox olmasına baxmayaraq onunla səmimi dost
idik. Dostluğumuz tuturdu. Ona görə ki, o böyük‑kiçik yeri
bilən idi. Bu da bəllidir ki, sadə insanların dostluğu təbii olur.
Ümumiyyətlə, İbrahim kiməsə kömək göstərəndə bundan
həzz alırdı. Bu xüsusiyyət ona genindən gəlmişdi.
Yadımdadır, 2000‑ci ildə Qərbi Azərbaycanla bağlı olaraq
“Oğuz elindən, ozan dilindən” kitabımı ‑ folklor toplusunu
çapa hazırlayırdım. Etnoqrafik şəkillərin bərpa edib kitaba yer‑
ləşdirilməsi lazım idi. O dövr üçün bu, çətin işlərdən biri idi.
Üz tutdum İbrahim müəllimə. O vaxt “Respublika” qəzetinin
kompüter mərkəzində işləyirdi. Orada da keyfiyyətli izoqraf‑
lar vardı. O, şəkilləri yüksək keyfiyyətlə bərpa edib kitaba
saldı. 2007‑ci ildə “Kitabi‑Dədə Qorqud toponimləri və Qafqaz
arealı” adlı dərs vəsaitimi nəşr etdirəndə də dastanla bağlı qala
şəkillərini, tərtib etdiyim xəritəni böyük zövqlə mətnlərə yer‑
ləşdirdi. Ümumiyyətlə, hər iki kitabın tərtibatı və dizaynını o
vermişdir. Bu kitabların nəşr olunmasında mənə təmənnasız
köməklik göstərdi.
Həyat eşqi, qurub yaratmaq arzusu ilə yaşayan, ailəsi,
qohum‑əqrabası, dostları və ətrafındakı insanlara dərin sevgi
bəsləyən İbrahim müəllim onu tanıyıb sevənlərin qəlbində
özünün xeyirxah əməlləri ilə həmişə yaşayacaqdır. Allah rəh‑
mət eləsin! Heyf ona! Xalq şairi M.Rahim bu şeiri sanki İbra‑
himi nəzərdə tutaraq yazmışdır: 
Ey könül, fürsəti bada vermə heç,
Gün keçir, ay ötür, il yaman gedir.
Yarat, sən köçəndə ellər söyləsin
Dünyadan nə gözəl bir insan gedir.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə