Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə38/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
187
dımdan çıxdı. Adım İbrahimdir – Gözəl İbrahim. Gözəl ləqə‑
bini də xalq verib mənə. Xudahafiz.
İbrahim evdən çıxır. Padşah vəzirə:
‑ Bu, hara getdi səhər erkən. Bu yandan da deyir ki, iş‑güc
sahibi deyiləm. Bəlkə arxasınca gedək.
‑ Yox, şahım, dan yeri sökülür. Saraya qayıtmağımız məslə‑
hətdir. Bu İbrahim axmaq adama oxşayır. Bəlkə də başdanxa‑
rabdır. Əgər çox maraqlısınızsa, nəzarət təyin edərik. Nə olsa
gəlib çatdırarlar. Biz də hali olarıq. Bundan daha vacib dövlət
işləri var.
Saray. Günortaya yaxın carçılar bir‑birinin dalıyca saraya
axışırlar:
Şah sağ olsun, İbrahim bütün şəhəri başına alıb. Hamını
səhər tezdən, dan yeri qızarmamış Əmircan dağına çağırır.
‑ Niyə?
‑ Bilmirik. Hamıya deyir ki, vacib sözüm var sizlərə.
‑ Nə söz?
‑ Bilmirik.
‑ Nəzarət eləyin. Görün nə hoqqa çıxarır bu İbrahim.
‑ Şahım, İbrahim yox, Gözəl İbrahim. Xalq onu Gözəl İbra‑
him çağırır.
‑ Yaxşı, hamınız gedin. Vəzir sən isə qal.
‑ Başüstə, qibleyi‑aləm.
Hamı otaqdan çıxır.
‑ Vəzir, bəlkə dərviş paltarı geyinib biz də gedək ora.
‑ Qətiyyən, şahım, şərəfləndirmiş olarsınız o axmağı. Yəqin
nəsə sarsaqlayacaq. Buna görə dəyməz ora getmək. Tapşırmı‑
şam. Nə olsa gəlib çatdıracaqlar.
Ertəsi gün. Yenidən saray. Sakitlik hökm sürür. Padşah fikrə
gedib. Əyanların cınqırı da çıxmır. Birdən sarayın darvazası
önündə hay‑küy qopur, qışqırıq sədaları gəlməyə başlayır.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
188
Vəzir tez eyvana çıxır.
‑ Üsyan, padşahım. Camaat saraya hücuma keçib. Əsgərlər
qabaqlarını güclə alırlar. Çoxdurlar, padşahım. Ordunu kö‑
məyə çağırmaq lazımdır. Tez zirzəmiyə enin. Bura sizinçün
təhlükəli ola bilər.
‑ Axı niyə üsyan edirlər ki? Tələbləri nədir? Düşüb bəlkə öy‑
rənəsən?
‑ Yox, şahım, qorxuludur. Gözləri qızıb. Yox, şahım, eyvana
çıxmayın qorxuludur.
‑ Əllərində silahmı var?
‑ Yox.
‑ Daş atırlarmı?
‑ Yox.
‑ Bəs əllərində nə var?
‑ Gül. Hərəsi əlində bir dənə gül tutub.
‑ Nə?
‑ Gül.
‑ Çəkilin.
Padşah sarayın eyvanına çıxır. Və saraya hücum çəkən əha‑
liyə səslənir.
‑ Ay camaat, nə olub?
‑ Sən kimsən? Bizə padşah lazımdır. Onu görmək istəyirik.
Şah qəzəbini boğaraq:
‑ Mənəm ‑ padşahınızam.
‑ Əgər padşah sənsənsə, əmr ver bizi saraya buraxsınlar.
Sənə vacib sözümüz var.
‑ Buraxın onları. Hamısını buraxın.
Saray əyanları etiraz etsələr də, bunun təhlükəli olduğunu
bildirsələr də, şahı fikrindən döndərə bilmirlər. Camaat saraya
doluşaraq gəlib padşahın hüzurunda dayanır. Baş əymirlər.
Gözlərini heyranlıqla şahın gözlərinə dikib dururlar.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
189
‑ Buyurun, nə sözünüz var? Kim sizə haqsızlıq edib ki, belə
qeyzlənmisiniz. Deyin cəzasını verim.
‑ Heç kim, qibleyi‑aləm.
‑ Bəs bu nə hücumdur çəkirsiz saraya? Qorxmursunuz ki,
qanunu, asayişi pozduğunuza görə kəlləniz gedər?
‑Yox, şahım, biz gəlmişik ki, sizə ürək sözümüzü deyək.
‑Deyin, qorxmayın. Xalqımın xatirinə dəyəni gözünüzün
önündə edam elətdirərəm. Deyin.
Camaatın içindən ən yaşlısı irəli çıxaraq şaha yaxınlaşır.
Əlindəki gülü ona verərək:
‑ Şahım, mən səni çox sevirəm. ‑ deyir və saraydan çıxır.
Onun arxasınca bir başqası da şaha yaxınlaşır. Gülü təqdim
edərək o da:
‑ Şahım, mən səni çox sevirəm. ‑ deyir.
Şah və bütün saray əhli bir‑birinə mat‑məə əl baxaraq nə
baş verdiyini anlamaq istəyir. Amma heyrətdən donub bu
mənzərəni seyr edirlər. Beləcə, saraya hücum edən yüzlərlə
insan bir‑bir padşaha yaxınlaşır, ona gül təqdim edir, “şahım,
mən səni çox sevirəm” deyib, çıxır gedir. Beləcə, saray boşalır.
Padşah isə bu mənzərədən xoşhal olsa da, heyrətindən gül‑
çiçək selinin içində donub yerindən tərpənmir. Handan‑hana:
‑ Vəzir, bu nə idi?
‑ Baş açmadım, şahım. Vaxt verin araşdırım. Əvvəl‑axır hər
şey aydın olacaq.
Bir müddətdən sonra Gözəl İbrahimə göz qoyanlardan biri
çaparaq saraya yaxınlaşır. Şahın önünə gəlir:
‑ Anlat görüm, nə baş verir şəhərdə? Gözəl İbrahim nə edir?
‑ Şahım, səhər tezdən Gözəl İbrahim Əmircan dağının ətə‑
yinə çıxdı. Əhali də ora axışmağa başladı. Üç yüz nəfər olardı.
Gözəl İbrahim üzünü onlara tutub belə dedi: “Ey insanlar, bir‑
birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
190
Vəssalam.
‑ Elə bu?
‑ Bu.
‑ Bəs camaat onu daşa basmadı? “Bizi işimizdən‑gücümüz‑
dən edib buna görəmi bura çağırmısan?” demədi.
‑ Demədilər. Əksinə, soruşdular ki, bəs biz padşahımızı çox
sevirik. Adil bir hökmdardır. Bugünəcən görməmişik onu. Heç
üzdən də tanımırıq. Onu nə qədər çox sevdiyimizi necə çatdı‑
raq? Nə edək?
‑ Gözəl İbrahim nə cavab verdi?
‑ Gözəl İbrahim də cavab verdi ki, bəs bilmirsiniz ki, padşah
harda yaşayır? Sarayı tanımırsınız? Gedin ora. Özünə deyin.
Camaat da ordan bir baş axışdı saraya.
‑ Nə gözəl. Bu İbrahim nə müdrik adammış. Xalqımın gö‑
zündə bir qədər də qaldırdı məni. Bircə cümləsiylə. Necə dedi?
‑ “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”.
‑ Vəzir, yaz bu kəlmələri. Qiymətli sözlərdir. Siz də deyirdi‑
niz ki, xatalı adamdır. Burda xatalı nə var ki? “Ey insanlar, bir‑
birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
Görəsən hardan öyrənib bu sözləri. Mən ilk dəfədir ki, eşidi‑
rəm. Vəzir, sən necə?
‑ Mən də, qibleyi‑aləm.
‑ İşiniz olmasın Gözəl İbrahimlə. Qoy necə istəyir, öz həya‑
tını yaşasın. Əlbə ə ki, qanunlarımıza riayət etmək şərtiylə.
Səhəri gün padşah “Şah sağ olsun!”, “Şahımıza uzun ömür”
sədalarına yuxudan oyandı. Eyvana çıxanda sarayın qabağına
əllərində gül tutmuş yüzlərlə insanın toplaşdığını gördü. On‑
lara əl elədi. “Şahımız, sizə sözümüz var. Bizi qəbul elə” deyə
kütlə dilləndi. Şah da tezcə taxtına oturub camaatı saraya bu‑
raxmağı əmr etdi. İnsanlar taxtın qarşısına gəlib heyranlıqla


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə