Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə41/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
199
olub ki, bəs oğru bu imiş. Qonşusunun şikayəti əsasında tutub
salmışıq zindana. Dünən də şikayətçiylə təbib gəliblər ki, bəs
burax onu, günahsızdır.
‑ Təbib niyə gəlib ki?
‑ Demə, bu tutulanın uşağı xəstəymiş. Aparıb təbibə. O da
müalicəyə, dava‑dərmana görə pul istəyib. Bu kasıb da gəlib
varlı qonşusundan kömək diləyib. O da bunu qapısından
qovub. Naəlac qalıb qonşunun inəyini oğurlayıb, satıb. Pulu
da təbibə verib, uşağını ölümdən qurtarıb. İndi bunlar da gəlib
ki, bəs biz onda başa düşməmişik ki, insanlar bir‑birini sevmə‑
lidir.
İndi isə bunu anlayırıq. Taqsır onda yox, bizdədir. Təbib də
hamıya car çəkib ki, bu gündən müalicəni pulsuz edəcək,
dava‑dərmanı da pulsuz paylayacaq. İndi mən nə edim, pad‑
şahım. Qanunda bu haqda heç nə yazılmayıb. Əfvə isə ancaq
sizin ixtiyarınız çatar.
‑ Əfv edirəm. Hamıya da mənim qərarımı yayın. Mənim
məmləkətimdə bütün insanlar bir‑birlərini sevməli, ağır gü‑
nündə əl tutmalıdırlar. Təbibin bu addımını isə yüksək qiy‑
mətləndirirəm. Sağ olsun.
‑ Siz sağ olun, hökmdarım. Adil qərar verdiniz.
Qazi gedir. Hökmdar məmnun halda:
‑ Hə, vəzir, düz etdimmi?
‑ Bəli hökmdarım. Amma...
‑ Nə amma?
‑ Hökmdarım, məmləkət böyük, kəndlər, şəhərlər, insanlar
çox. Qanunu pozanlar da bir o qədər. Hamısı da sizin əfvinizi
umacaqlar. Hisslər yox, qanunlar işləməlidir ki, ən kiçik kəndi
də idarə edə bilək. Yoxsa hərc‑mərclik başlayacaq.
‑ Heç vaxt. Əvvəllər ola bilərdi. Amma Gözəl İbrahimin o
sehrli sözlərindən sonra heç nə olmayacaq. Əksinə, insanlar


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
200
daha salim olacaqlar. Çünki onları qanunlar yox, sevgi idarə
edir.
Günlər bir‑birini əvəz etdikcə saraya insan axını daha da ar‑
tırdı. Rəiyyət padşahlarıyla görüşür, ona gül təqdim edir, ürək
sözlərini deyirdilər. Vəzir, saray əyanları, hə a vəliəhd şah‑
zadə də şahı bu təmasdan çəkindirməyə çalışsalar da, həyatı
əvvəlki məcraya qaytarmaq alınmırdı. Əksinə, hər gün yeni
bir şey ortaya çıxırdı.
‑ Şahım, axund hüzurunuza gəlmək istəyir.
‑ Gəlsin.
‑ Şah sağ olsun, məmləkətdə qəribə işlər baş verir.
‑ Nə işlər?
‑ İnsanlar sübh namazına gəlmirlər. Gələnlər də mənimlə
söz güləşdirirlər. Mollaların da hörməti azalıb. Mollaxanalar
bağlanmaq üzrədir. Vergi yığa bilmirik. Abır‑həya əldən gedir.
Düz‑əməlli yas mərasimi də keçirə bilmirik.
‑ Niyə? Kim cürət edir Allahın yazdığı qanunları pozmağa?
‑ Gözəl İbrahim, şahım.
Nə edir ki, o qərib?
‑ Heç nə.
‑ Bəs onda niyə onu günahlandırırsan? Əgər qanunları po‑
zubsa, özü də Allah tərəfindən göndərilən qanunları, dərhal
edam edilməlidir.
‑ Xeyr, şahım. Sadəcə əhalimiz arasında küfür yayır.
‑ Nə deyir, axı?
‑ Deyir ki, “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑biri‑
nizə deməkdən çəkinməyin”.
‑ Burda bir günahmı var?
‑ Yox. Sadəcə hər səhər onun bu sözünü eşitmək üçün ca‑
maat Əmircan dağına axışır, sübh namazına isə gəlmirlər.
Məni, din xadimlərini saymırlar.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
201
‑ Deməli, sənin sözündən belə çıxır ki, İbrahim onları məs‑
cidə getməkdən çəkindirir.
‑ Əsla, şahım. Heç məscidin adını da çəkmir. Dinimizə qarşı
hörmət‑ehtiramını da bildirir.
‑ Bəs onda nədir bu məlunun günahı? De, edam elətdirim.
Özü də xalqın gözünün qarşısında.
‑ Şahım, o gün hörmətli ağsaqqalımız Hüseyn Ağa rəhmətə
gedib. Bütün şəhər camaatı bu xəbəri sevinclə qarşılayıb,
gülüb, sevinirlər. Hə a bir‑birlərinə gözaydınlığı da verirlər.
‑ Başa düşmədim. Hüseyn Ağa yaxşı insan olub axı. Bildi‑
yimə görə, hamıya da əl tutan olub.
‑ Şahım, dəfn mərasimini özüm aparırdım. Hamı da qəmgin
şəkildə dayanıb ağlayırdı. Mərhumu məzara qoyandan sonra
dedim ki, “ay camaat, Hüseyn Ağa gözəl insan idi, yaxşı adam
idi. Burda olanların hamısına yaxşılığı keçib. Qapısına gələni
əliboş yola salmazdı. Yəqin ki, onun bu xidmətləri də yüksək
qiymətləndiriləcək. O dünyada yeri Behişt olacaq, cənnətmə‑
kan olacaq”. Bu sözləri dedikcə camaat bir az da bərkdən ağ‑
lamağa başladı. Birdən bu Gözəl İbrahim qabağa çıxaraq nə
desə yaxşıdır?
‑ Nə?
‑ Ay insanlar, niyə ağlayırsınız? Axund dedi ki, çox hörmətli
Hüseyn Ağa cənnətməkan olacaq. Buna sevinmək lazımdır.
Ömrü boyu yaşayıb buna çalışmırıqmı ki, haqq dünyasında
qiymətimizi alaq, cənnətə düşək. İndi axund belə deyirsə, buna
sevinmək lazımdır, ağlamaq yox. Bunu deməyini gördüm.
Hamı başladı qucaqlaşmağa, öpüşməyə, “çox şükür ki, Hü‑
seyn Ağa Cənnətə düşdü” deyərək bir‑birinə gözaydınlığı ver‑
məyə.
‑ Axund, öləndən sonra cənnətə getmək yaxşıdır, cəhən‑
nəmə.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
202
‑ Cənnətə, şahım.
‑ Bəs onda Gözəl İbrahim nə küfr yayır ki? Hüseyn Ağanın
cənnətməkan olması sizi qüssələndirir, yoxsa sevindirir?
‑ Allahın hamıya rəhmi gəlib belə bir gün qismət eləsin in‑
şallah.
‑ Amin. Bunu başa düşdük. Sonra nə deyir bu Gözəl İbra‑
him.
‑ Mollaxanalar yavaş‑yavaş bağlanır, şahım. Hamı uşağını
təhsildən uzaqlaşdırır.
‑ Bu niyə? Gözəl İbrahim nə haqla insanları cəhalətə sürük‑
ləyir?
‑ Xeyr, şahım. Sadəcə sizin hərəmxanadan azad etdiyiniz xa‑
tunlar evlərində dərsxanələr açıblar. Özü də pulsuz. Camaat
da uşaqlarını onların yanına aparır.
‑ Elə niyə? Mollaların savadı onlarınkından aşağıdırmı?
‑ Əsla. İş bunda deyil. Sadəcə bizdə dərsini bilməyəndə fa‑
laqqa işə düşürdü, cəza verirdik. Amma bu xatunlar uşaqların
başlarını sığallayırlar. Səbrlə bir də başa salırlar. Sarayda öy‑
rəndikləri dünyəvi elmlərdən bəhs edirlər. Sizin də adilliyiniz
dillərindən düşmür.
‑ Əla, əla. Bəs Gözəl İbrahimin burda nə günahı?
‑ Günahı bircə kəlməsindədir‑ “Ey insanlar, bir‑birinizi
sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
‑ Lap yaxşı. Burda pis nə var ki? Bunu da anladıq. Sonra nə
edir bu Gözəl İbrahim?
‑ Məsciddə moizə oxuya bilmirəm. Dindarlar mənə cavab
qaytarır.
‑ Anlamadım.
‑ Deyirəm ki, ey insanlar, Allah böyükdür, o hər birimizin
günahlarını da görür, yaxşı işlərini də. Allahdan qorxun. Pis
əməllərdən çəkinin. Qayıdıb mənə desələr yaxşıdır?


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə