Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə40/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
195
min də bu barədə kəlamı var. Vəzir, necədir o?
‑ “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”.
‑ Qazı, gözəl sözlərdir, elə deyilmi?
‑ Düz buyurursunuz, şahım. Amma...
‑ Amması‑zadı yoxdur. Bu iki gənci bağışlayıram. Böyük
sevginin xatirinə.
Fərraşlar oğlanla qızın qandallarını açıb buraxırlar.
‑ Düz etdimmi, vəzir?
‑ Bəli, hökmdarım. Amma, özünüz verdiyiniz qanunları
pozdunuz.
‑ Qanunları dəyişirəm. Bu gündən mənim məmləkətimdə
sevgi azaddır. Qızı kiminsə var‑dövlətinə satmaq cinayətdir.
‑ Bəs onda gərək birinci saraydan başlayaq, hərəmxananı
bağlayaq.
‑ Düz deyirsən, vəzir. Hərəmxanada 50 qadın var. Hamısına
da təhsil, yüksək mədəniyyət dərsləri keçilib. Hərəsini də bir
kənddən, obadan ailəsindən ayırıb gətirib bura salmışıq. Qoy
qayıtsınlar öz el‑obalarına. Ordakılara da yazıb‑oxumağı öy‑
rətsinlər.
‑ Bəs onda rəiyyətdən nə fərqimiz oldu, şahım!
‑ Mənim əmrimə qarşımı gedirsən?
‑ Başüstə, hökmdarım.
Bu an Gözəl İbrahimə qoyulan nəzarətçilərdən biri çaparaq
saraya yaxınlaşır. İçəri girir. Taxta yaxınlaşıb, təzim edir.
‑ Hə, bu gün nə olub?
‑ Gözəl İbrahim yenə də tezdən dağın ətəyinə getdi. Ziyarə‑
tinə gələnlər də dünənkindən daha çox idi. Yenə də eyni sözləri
dedi. “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə de‑
məkdən çəkinməyin”. Sonra da camaat dağılışıb getdi işinə‑gü‑
cünə. Gözəl İbrahim də şəhəri gəzib yenidən qayıtdı komasına.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
196
‑ Komasında daha kimlər var?
‑ Heç kim. Təkcə özüdür.
‑ Bəs yanına gələn yoxdur?
‑ Xeyr, hökmdarım.
‑Yaxşı. Nəzarəti davam etdirin. Nə olsa xəbər verin. Görür‑
sən də, vəzir, Gözəl İbrahim sən deyən qədər də təhlükəli
deyil.
‑ Hələ bilmək olmaz. Cəmi dörd gündür ki, şəhərdədir.
Ertəsi gün padşah yenidən səs‑küyə yerindən oyanır. Vəzir
özünü hövllü yataq otağına salaraq:
‑ Şahım, üsyandır. Əhali əsgərlərə hücum edib nizə‑qalxan‑
larını əllərindən alırlar. Tez zirzəmiyə düşün. Şahzadələr də
artıq ordadır.
‑ Yaxşı, əsgərləri tərksilah ediblərsə, üsyandırsa, bəs onda
hardadırlar? Niyə otağıma gəlmirlər? Məni öldürmürlər.
‑ Doğurdan e... Heç bunu fikirləşməmişdim. Səs‑küy də aza‑
lır. Eyvana çıxım, bir vəziyyətə baxım.
‑ Çəkil.
Padşah vəziri kənara itələyib özü eyvana çıxır. Görür ki, bir
kəndli yapışıb əsgərin nizəsindən. Əlindən almaq istəyir. O da
müqavimət göstərir. O biri əsgərlər isə gözə görünmür.
‑ Ay bala, nə edirsən?
‑ Şahım, dünəndən paytaxtda izdivaca girənlərin sayı çoxa‑
lıb. Yığışıb elliklə onlara yurd salırıq, ev tikirik. Alətlərimiz isə
çatışmır. Gəldik əsgərlərə dedik ki, biz sizi çox sevirik. Siz də
bizi sevin. Müvəqqəti olaraq silahlarınızı bizə verin, lazımdır.
Onlar isə imtina elədilər. Sonra isə başa düşəndə özləri də əha‑
liyə qoşulub getdilər. Bircə bu qalıb. Nə qədər başa salıram,
qanmır ki, qanmır.
‑ Neyləyirsiniz ki, silahı. Silah düşmənə qarşıdır, siz isə
mənim sevimli rəiyyətimsiniz.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
197
‑ Hökmdarım, dedim axı, alətlərimiz çatmır. Torpaq da
bərkdir. Nizənin iti ucuyla döyüb‑döyüb yumşaldacağıq.
Sonra torpağı qalxanın içinə doldurub daşıyacağıq. Palçıq tut‑
mağa da yarıyır. Həmişəlik aparmırıq ki... işi qurtaran kimi
qaytaracağıq da...
Heyrətindən nə deyəcəyini bilməyən padşah üzünü vəzirə
tərəf çevirir. O da çiyinlərini çəkir.
‑ Yaxşı, Allah xeyir versin. Tikin, yaradın. Nə köməklik olsa,
mən də hazıram.
‑ Allah ömrünüzü uzun eləsin, şahım. Nəzərinizi üstümüz‑
dən əskik eləməsin. Bir də ki, sizin zəhminizdən bir düşmən
də üstümüzə gələ bilməz. Odur ki, əsgərlər bizə yardım gös‑
tərsələr, minnətdar olarıq.
‑ Vəzir, əmrimi çatdır bütün əsgərlərə. Əhaliyə tikinti işlə‑
rində köməklik etsinlər. Bəs tikintiyçün lazım olan daşı‑kəsəyi,
taxtanı hardan götürürsünüz?
‑ Allaha şükür, torpağımız zəngindir. Daş‑kəsəyi dağdan
çapıb, arabalarla gətiririk. Qalan şeyləri isə tacirlərlə danışmı‑
şıq. Götürürük, əvəzinə isə onlara lazım olan malları veririk.
Bu ay toy‑düyünümüz çox olacaq, şahım.
‑ Allah xoşbəxt eləsin. Allah mübarək eləsin.
‑ Sağ ol, şahım. Allah səni üstümüzdən əskik eləməsin.
Şahın keyfi bir az da yüksəlir. Çöhrəsində gülüş sarayın hə‑
yətində gəzməyə başlayır. Bu vaxt çaparlardan biri saraya gəlir.
Nə xəbər gətirmisən, çapar?
‑ Gözəl İbrahimdən.
‑ Nəsə hoqqa çıxarıb?
‑ Xeyir, şahım. Pis bir iş tutmayıb. O biri gün olduğu kimi,
yenə dağın ətəyinə getdi. Ziyarətə gələnləri də çox idi. Yenə də
eyni sözləri dedi: “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑
birinizə deməkdən çəkinməyin”. Sonda camaatdan soruşdu


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
198
ki, bəs niyə toy‑düyün səsləri gəlmir evlərdən. Onlar da dedi
ki, nə evimiz var, nə torpağımız, nə də tikməyə pulumuz.
Gözəl İbrahim də onlara öz məsləhətlərini verdi.
‑ Nə dedi?
‑ Dedi ki, elliklə yığışın bir‑birinizə ev tikin. Biri su daşısın,
biri dağı çapıb daş gətirsin, biri palçığa qatmaq üçün yumurta.
Bir də görəcəksiniz ki, ev hazırdır. Kim bu işə qoşulmaq istə‑
məsə mənim sözlərimi təkrar edin: “Ey insanlar, bir‑birinizi
sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
‑ Ay Gözəl İbrahim, axı bizim torpağımız da yoxdur. 
‑ Bəs bura nədir? Çölü‑biyaban. Burda tikin, abadlaşdırın,
ağac əkin, evlənin, uşaq səsi aləmi götürsün.
‑ Bura şahımızın torpağıdır, axı.
‑ Heç bir padşah ölkəsində gedən abadlığa etiraz etməz. Siz
başlayın, görəcəksiniz, hə a özü də köməklik edəcək. Sizin şa‑
hınız çox müdrik və ədalətli hökmdardır. Bu qədər, şahım.
Başqa heç nə demədi.
‑ Görürsən də, vəzir. Bu Gözəl İbrahim məni xalqımın içində
necə göylərə qaldırır. İnsanlara düzgün yol göstərir.
‑ Bəs qanunlar? Axı ora sizin torpaqlardır. Bu insanlar da
qanunlarınızı pozmuş sayılır.
‑ Neyləyirəm torpaqları. Qoy tiksinlər, əkib‑becərsinlər,
abadlaşdırsınlar. Əyanlara da denən ki, işləri olmasın cama‑
atla.
‑ Qazı gəlib, şah sağ olsun.
‑ Gəlsin.
‑ Qibleyi‑aləm, bir iş var. Lap çətinə düşmüşəm. Sizin müd‑
rikliyiniz lazımdır. Cəza verən də sizsiniz, əfv edən də.
‑ De. Nə işdir?
‑ Şahım, biri qonşusunun inəyini oğurlayıb. Aparıb başqa
şəhərdə satıb. Sonra da qayıdıb. Bir neçə gündən sonra aydın


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə