Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə43/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
207
Ey mənim rəiyyətim, necəsiz, necə dolanırsınız?
‑ Hər şey yaxşıdır. Sayənizdə dolanırıq. Allaha çox şükür,
hər şeyimiz var.‑ deyə yerbəyerdən səslənirlər.
‑ Eşitdim pulu, qızılı yaxına buraxmırsınız. Məmləkətdə hər
şey havayıdır. Bunu necə izah edirsiniz?
Kütlədən bir ağsaqqal qabağa çıxıb:
‑ Adil hökmdar, Gözəl İbrahim məmləkətimizə gələndən,
bizim ürəyimizə sevgi salandan sonra məlum oldu ki, bütün
bədbəxtçiliklərimizə səbəb pul‑para imiş. Qızımızı ərə pula
görə verirmişik, qonşumuzun inəyini pula görə oğurlayırmı‑
şıq, loğman xəstəni pula görə müalicə edirmiş, pulu olmayan‑
lar xəstəlikdən tələf olurlarmış, pulu olmayan dərman ala
bilmirmiş, ac adam pulu olmadığına görə ac qalırmış və sonda
çörək oğurlayıb zindana düşürmüş, fərraşlar pul qazanmaq
üçün insanları incidirlərmiş, cəllad xəzinədən məvacib almaq
üçün boyun vururmuş. Adil hökmdar, sözü uzadıb nə başınızı
ağrıdım. Buna görə də pulu‑qızılı həyatımızdan sildik. Hə a
cəlladınız da indi boyun vurmur, şum vurur, insanların canını
almır, torpağın canını alır, əkir, becərir, bolluq yaradır. Siz də
sağ olun ki, nəzərlərinizi bizim üzərimizdən əksik etmirsiniz.
Dəstək verirsiniz.
‑ Bəs onda saraya niyə ərzaq satmaqdan imtina edirsiniz?
Bu yaxşılığıma görəmi?
‑ Əsla, adil hökmdar. Sizdən incimişdik, ona görə.
‑ Anlamadım!
‑ Adil hökmdar, hər səhər əlimizdə gül saraya axışdıq, bir‑
bir sizə sevgimizi bildirdik. Amma bunun müqabilində bircə
dəfə də sizin bir kəlmənizi eşitmədik.
‑ Bundan artıq nə sevgi. Torpağımı əkib‑becərirsiniz, istədi‑
yiniz qanunları tətbiq edirsiniz. Bu vaxtacan bir söz də demə‑
mişəm. Bundan artıq nə sevgi?


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
208
‑ Adil hökmdar, Gözəl İbrahim deyir ki, “Ey insanlar, bir‑
birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin” . Biz
bunu deməkdən çəkinmədik, indi növbə Sizindir.
Kütlədən “Adil, Adil” sədaları, alqış səsləri yenidən ətrafı
bürüyür. Şah:
‑ Ey insanlar, mən də sizi sevirəm və bunu sizə deməkdən
çəkinmirəm.
Yenidən alqış sədaları zilə qalxır.
‑ Adil hökmdar, əyanlarına de ki, bir də bizə pul təklif et‑
məsinlər. Sarayın tələbatı nə qədərdirsə, götürüb aparsınlar.
Bu məmləkətdə hər şey sizindir. Siz ki, hər şeyinizi bizimlə bö‑
lürsünüz, sizə malımız nədir, canımız da qurban.
‑ Başqa bir şeyə ehtiyacınız varmı?
‑ Var, şahım.
‑ Nəyə?
‑ Sizə. Sizin xeyir‑duanıza. Alqışınıza. İstəyirik hər gün
bizim aramızda olasınız. Bizə dayaq olasınız. Xeyrimizdə‑şə‑
rimizdə iştirak edəsiniz. Sizin sevginizə ehtiyacımız var.
Şah qocanın bu sözlərindən məmnun qalır. Camaatla sağol‑
laşıb başının ətrafıyla yenidən saraya qayıdır.
‑ Vəzir, araşdırdınmı bu “Adil, Adil” deyirdilər e... nə de‑
məkdir?
‑ Bəli, şahım. Əmircan dağında Gözəl İbrahim əhaliyə sual
verib ki, bəs şahınızın adı nədir? Onlar da çiyinlərini çəkib
cavab verə bilməyiblər. O da “əsas şaha atasının verdiyi ad
deyil, xalqın ona verdiyi addır. Əgər ki, dilinizdən “adil hökm‑
dar” kəlməsi düşmürsə, onda şahınızın da adını Adil çağırın”
deyib.
‑ Müdrik adammış bu Gözəl İbrahim. Siz də deyirdiniz ki,
axmağın biridir, xatalıdır, sürgün etmək lazımdır.
Həmin gündən şah hər gün əyanlarıyla şəhərə çıxır, cama‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
209
atla birlikdə namaz qılır. Qayğılarıyla maraqlanır. Əhali dün‑
yaya gələn oğlan uşaqlarına Adil, qızlara isə Adilə adı verməyə
başlayır. Məmləkətin şöhrəti hüdudlarından kənara da yayılır.
Digər xalqlar da öz şahlarından üz döndərib bu məmləkətə
axışmağa başlayırlar. Şahın hökmranlığı gündən‑günə möh‑
kəmlənir. Həyat belə davam etdikcə vəzir‑vüzəranın, əyanların
da nüfuzları azalır. Şah bütün günü xalqın arasında olur. Hə a
naharını, şamını da onlarla yeyir. Süfrədə yanında vəzirini yox,
Gözəl İbrahimi əyləşdirir. Buna görə də sarayda qısqanclıq
artır. Hə a şahzadələr, gələcəyin taxt‑tac sahibləri də təlaşa dü‑
şürlər. Bir müddət sonra şah Gözəl İbrahimi saraya gətirir.
Vəzir təyin edir. Baş vəzir daha da narahat olmağa başlayır.
Üzünü vəliəhd şahzadəyə tutur:
‑ Şahzadəm, şahımız Gözəl İbrahimi vəzir təyin elədi.
‑ Hökmdarın hökmünə qarşısanmı?
‑ Əsla. Sadəcə bir xüsusu nəzərinizə çatdırmaq istəyirəm.
Yəqin ki, bir azdan məni də saraydan uzaqlaşdırıb Gözəl İbra‑
himi baş vəzir qoyacaq. Sonra isə növbə sizə çatacaq.
‑ Aydın danış.
‑ Şahzadəm, xalq Gözəl İbrahimi sevir. Allah eləməsin,
sabah şahımızın başına bir iş gəlsə kimin taxta çıxmasına tə‑
rəfdar olarlar? Sizin, yoxsa İbrahimin?
‑ Xalqın buna nə həddi çatar ki? Dövlətin ordusu var, topu,
silahı var. Otuzduraram onları yerində.
‑ Şahzadəm, nə ordumuz var, nə də silahımız. Heç fərraşla‑
rımız, cəlladımız da yoxdur. Hamısı Gözəl İbrahimin yanında‑
dır. Qanunlar da işləmir. Şahımız isə bunlara göz yumur. Elə
hey “xalqım, səni sevirəm” deyə‑deyə gəzir.
‑ Məsləhətin nədir?
Məsləhət sizindir, şahzadəm. Nə qədər gec deyil, bir
əncam çəkməlisiniz.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
210
‑ Nə etməliyəm? Atamı zəhərləyib, öldürüb taxta keçməli‑
yəmmi?
‑ Allah eləməsin, şahzadəm.
‑ Bəs məsləhətin nədir?
‑ Məsləhət sizindir, şahzadəm.
*  *  *
Günlər isə, beləcə, davam edirdi. Günlərin bir günü baş
vəzir təlaş içində şaha yaxınlaşır. Xəbər verir ki, bəs qonşu döv‑
lətin padşahı hüdudlarımızı aşıb. Qoşunuyla paytaxta doğru
irəliləyir. Yolunda nə görürsə darmadağın edir. İnsanları qı‑
lıncdan keçirir. Padşah xalqı bir yerə yığıb silahlanmağı əmr
edir:
‑ Ey xalqım, düşmən qoşunla‑ləşkərlə üstümüzə gəlir. Vu‑
ruşub öz torpaqlarımızı yağı düşməndən qorumalıyıq. Qurub‑
yaratdıqlarımızı müdafiə etmək üçün silaha sarılmalıyıq.
Torpaqlarımızı müdafiə etməliyik.
‑ Adil hökmdar, üstümüzə gələnlər insandırlarmı? ‑ deyə
kütlədən biri səslənir.
‑ Bəli.
‑ Daha niyə silaha sarılaq ki... Gözəl İbrahimlə gedib çıxarıq
qarşılarına və müdrik kəlamdan onları da xali edərik. Deyərik
ki, “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”
Onlar düşməndirlər, sizi öldürməyə, qan tökməyə gəlirlər.
Başa düşürsünüzmü?
‑ Xeyr, Adil hökmdar. Onlar da bizim kimi insandırlar. Sa‑
dəcə ürəklərində sevgi yoxdur. Qoy silahla gəlsinlər, amma biz
onların qabağına gül ilə çıxarıq. Ürəklərinə sevgi toxumu sə‑
pərik, başa salarıq.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə