Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə42/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
203
‑ Nə?
‑ Allah böyükdür. Biz bunu qəbul edirik. O müqəddəsdir, o
adildir, o bizi yaradandır, bizə ruzi, işıq, su, od verəndir.
Ondan niyə qorxmalıyıq ki? Biz Allahımızı sevirik. Çox sevirik.
Belə bir Allahın bəndələri olmaqdan məmnunuq.
‑ Hə... Bu bir az qəliz məsələ oldu. Deyirsən ki, bunu Gözəl
İbrahim aşılayıb onlara?
‑ Bəli, şahım. Amma gözəl sözlərdir. “Biz Allahımızı sevirik.
Çox sevirik. Belə bir Allahın bəndələri olmaqdan məmnunuq”.
‑ Yox. Bu Gözəl İbrahim səfil, ağılsız adama oxşamır. Başqa
sözün varmı?
‑ Var, şahım. Paytaxtda dövlət idarələri bağlanır, məmurlar
işlərini atıb gedirlər. Əhali vergi vermir. İşçilər məvaciblərini
almaqdan imtina edirlər.
‑ Təfsilatıyla izah elə.
‑ Şahım, şəhərdə heç kim pula nəsə satmır. Kimə çörək la‑
zımdırsa, tələbatına görə çörəkçidən götürür. Çörəkçiyə paltar
lazımdırsa, dərzi havayı tikir. Loğman hamını havayı müalicə
edir. Əczaçı dərmanı pula satmır. Bir sözlə, öz aralarında mal,
ərzaq mübadiləsi edirlər. Pul verirsən, götürmürlər. Əgər bir
iş bacarmırsansa, bir işə yaramırsansa, lap bir küp qızılın olsun
ac qalırsan. Gərək hökmən bir işin qulpundan yapışmalısan,
insanlara, məmləkətinə xeyir verməlisən. Ən azı fəhləlik etmə‑
lisən ki, insan olan kəs sən insanı sevsin. Əyanlar da yaxınlaşıb
çörək almaq istəyəndə çörəkçi pullarını qəbul etmir, çörək də
vermir. Onlar ”bütün insanlar bir‑birini sevməlidir” deyəndə
soruşur ki, sən insanları sevib nə etmisən ki? “Əyanam” cava‑
bını verən kimi qapıdan qovurlar. Ona görə də varlıların bir
çoxu ac qalmaqdan qorxub gediblər ev tikməyə, su daşımağa,
ağac əkməyə, bir sözlə, insanlara faydalı olmağa. Çox şükür
ki, çörək yiyəsi olublar.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
204
‑ Sonra?
Deyəndə ki, vergi ver, o saat cavab qaytarırlar ki, qazancı‑
mız var ki, vergi verək? Malın üstünə pul qoyub satırıq ki, hələ
bir nəsə də ödəyək? Əlavə pul qazanıb nə edirdik? Ev tikirdik,
ya paltar tikdirirdik. İndi bunların hamısı havayıdır. Pul keç‑
mir. İnsanlar bir‑birini insanlıqlarına görə sevməlidir, qazanc
əldə etməyə görə yox. Dünya malı bu dünyada qalır, o dün‑
yaya bir‑iki metr kəfən aparırsan. İnsan gərək nəfsini boğsun.
Aza qane olsun. Haram yeməsin.
‑ Axund, düz demirlər?
‑ Şahım, düz demək nədir? Cümə namazında camaata de‑
diklərimi özümə qaytarırlar.
‑ Yaxşı, Gözəl İbrahimin bunda nə günahı?
‑ Heç nə, şahım. Özüm də məə əl qalmışam. Bütün bunlar
onun “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə de‑
məkdən çəkinməyin” küfründən sonra başlayıb. İnsanlarda nə
qorxu qalıb, nə də bizə qarşı bir hörmət‑izzət.
‑ Axund, sözündən belə çıxır ki, bir sözə görə Gözəl İbra‑
himi edam etdirməliyəm, eləmi?
Axund fikrə gedir. Dinmir. Başını aşağı salır.
‑ Cavabını gözləyirəm.
‑ Xeyr, şahım.
‑ Onda gedə bilərsən.
Ortaya yenə sükut çökür.
‑ Vəzir, sənin bütün bu baş verənlərə münasibətin necədir?
‑ Şahım, əlbə ə ki, yaxşısını siz bilirsiniz. Amma nə qədər
gec deyil Gözəl İbrahimi biz də sürgün etməliyik.
‑ Günahı nədir?
‑ Bilmirəm.
‑ İnsanlara sevgi aşıladığı üçünmü?
‑ Bilmirəm.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
205
Beləcə, günlər bir‑birini əvəz edir. Məmləkətdə əmin‑aman‑
lıq hökm sürür.
Saray. Şah taxtına oturub. Vəzir, vəkil, əyanlar ətrafında
ayaq üstə dayanıb. Hökmdar fikrə gedib. Heç kim dinib‑da‑
nışmır.
‑ Vəzir, hüzuruma kimsə gəlibmi?
‑ Xeyr, şahım.
‑ Qazı, axund da çoxdandır görsənmirlər.
‑ Sizi narahat edəsi bir işləri yoxdur. Əhalidən şikayət yox,
cinayət törədən yox. Zindanlar da bomboşdur.
‑ Gözəl. Gör necə adil hökmdaram ki, məmləkətimdə əmin‑
amanlıqdır.
Bu an bir kəndli saraya daxil olur. Gəlib taxtın qabağında
dayanır.
‑ Şahım, sənə sözüm var.
‑ Sən kimsən? Vəzir, kim icazə verib bunun saraya girmə‑
sinə?
‑ Şahım, mən sənin rəiyyətinəm. Mən səni çox sevirəm. –
deyib əlindəki gülü ona təqdim edərək sarayı tərk edir.
‑ Vəzir, bu nə özbaşınalıqdır. Əsgərlər, eşik ağası hara baxır?
‑ Şahım, sarayda bizdən, şahzadələrdən başqa heç kim yox‑
dur. Əsgərlər tikintidə işləyirlər. O vaxtdan geri qayıtmayıb‑
lar.
‑ Əla. Əgər mənim düşmənim yoxdursa, xalq məni sevirsə,
onda keşikçiyə, əsgərə nə ehtiyac? Vəzir, son günlər insanlar
da saraya axışmır, mənə gül vermir, sevgilərini ifadə etmirlər.
Bircə bugünkü kəndlidən başqa.
‑ Mən də məə əl qalmışam. Əvvəllər ehtiyat edirdim ki, ge‑
cəmiz‑gündüzümüz olmayacaq bunların əlindən. Amma indi
heç kim gözə dəymir.
‑ Gözəl İbrahimdən nə xəbər?


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
206
‑ Təzə bir şey yoxdur. Yenə əvvəlki kimi Əmircan dağının
ətəyinə çıxır, həmişə dediyi sözləri də təkrar edir: “Ey insanlar,
bir‑birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”
‑ Başqa təzə nə xəbər var?
‑ Şahım, sarayda yeməyə də, içməyə də bir şey yoxdur. An‑
barlar boşalıb.
‑ Xəzinədən qızıl götürüb, gedib alsınlar. Bununla da mən
məşğul olmalıyam? Bu nə cürət.
‑ Şahım, bazarda pul‑para işləmir. Hə a deyəndə ki, saray
üçün, şah üçün alırıq, yenə heç nə satmırlar. Nə pula satırlar,
nə havayı.
‑ Niyə?
‑ Bilmirik.
‑ Fərraşları götür get. Pulla satmasalar məcburi al əllərin‑
dən.
‑ Şahım, dedim axı, sarayda heç kim qalmayıb. Bir bizik.
‑ Onda özüm gedəcəyəm. Dur gedək. Burda nə isə bir
müəmma var. Amma yenə demə ki, taqsır Gözəl İbrahimdə‑
dir.
‑ Şahım, bəlkə dərviş paltarı geyinəsiniz.
‑ Lüzum yox. Onsuz da hamı məni üzdən tanıyır. Gedək
görək şahlarına qarşı bu nə hörmətsizlikdir? “Şahım, səni se‑
virəm” deməkləri nədir, bu etdikləri nə...
Şah, vəzir və əyanlar bazar meydanına gəlirlər. Əhali şahı
görcək, üzük qaşı kimi dövrəyə almağa başlayır. “Adil, Adil”
sədaları, alqış sədaları aləmi bürüyür. Şah üzünü vəzirə tuta‑
raq:
‑ Vəzir, Adil kimdir?
‑ Bilmirəm, şahım. Bir az səbr elə aydın olar.
Alqış sədaları səngidikdən sonra şah hündür bir yerə qalxıb
üzünü xalqa tutur.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə