Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə39/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
191
ona tamaşa eləməyə başladılar. Qəfildən biri irəli çıxıb əlindəki
gülü şaha təqdim edərək “şahım, mən səni çox sevirəm” deyib,
sarayı tərk etdi. Digərləri də bir‑bir şaha yaxınlaşaraq, gül ve‑
rərək eyni sözləri təkrar edib, bir‑bir saraydan uzaqlaşmağa
başladılar. Taxt gül‑çiçəyin içində görünməz oldu. Şahın se‑
vinci isə yerə‑göyə sığmırdı. Xoşbəxtlikdən uçmağa qanadı
yox idi. Bir azdan Gözəl İbrahimə qoşduqları nəzarətçilərdən
biri də gəlib çıxdı:
‑ Bu gün İbrahim nə edib?
‑ Heç nə, şahım. Dünənki kimi, Əmircan dağının ətəyinə
çıxdı. Gələnlərin sayı da dünənkindən çox idi. Beş yüz nəfər
olardı. Yenə də eyni sözləri təkrar etdi: “Ey insanlar, bir‑birinizi
sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
‑ Vəssalam?
‑ Vəssalam. Sonra da camaat dağılışıb getdi işinə‑gücünə.
‑ Eybi yox. Qoy yaşasın mənim məmləkətimdə. Bəs özü nə
iş görür?
‑ Heç nə, şahım. Hara gedirsə, ayağa dururlar. Xurcununa
pay qoyurlar. Pay deyəndə ki, çörək, yağ‑pendir, tərəvəz. O da
şəhəri məhlə‑məhlə dolaşır. İnsanlarla xoş söhbət edir. İnsanlar
da ona ürəyini açır, məsləhət istəyirlər.
‑ Nə məsləhət?
Biri deyir ki, arvadıyla yola getmir. O biri deyir ki, qonşum
pisdir. Xırda məişət problemləri.
‑ Bəs o, nə məsləhət verir?
‑ Bircə bunu deyir: “Ey insanlar, bir‑birinizi sevin və bunu
bir‑birinizə deməkdən çəkinməyin”. Bir də sizin ədalətli
hökmdar olmağınız dilindən düşmür. Kimə yaxınlaşırsa, bi‑
rinci bunu deyir. Deyir ki, ay camaat, mən çox ölkələr gəzmi‑
şəm, çox padşahlar görmüşəm. Beləsini görməmişəm. Siz çox
xoşbəxt adamsınız ki, belə gözəl, adil hökmdarı olan məmlə‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
192
kətdə yaşayırsınız.
‑ Lap yaxşı, lap əla. Qoy gəzib‑dolansın. Pis iş görmür ki?
Yox. Onda nə deyə bilərik ki, ona? Heç nə. Düz deyirəmmi,
vəzir?
‑ Siz bilən məsləhətdir, qibleyi‑aləm. Amma burda nəsə
başqa bir əmma var.
‑ Nə əmma?
Bilmirəm, yəqin yavaş‑yavaş hər şey açılar.
Ertəsi gün erkən yenə əhali sarayın önünə yığışır. Bu dəfə
dünənkindən də çox. Padşah da böyük həvəslə onları qəbul
etmək üçün taxtına əyləşir. Əmr verir ki, insanları saraya bu‑
raxsınlar. Əhali də böyük heyranlıqla şahlarına baxır, heç bir
təzim qaydalarına əməl etmədən bir‑bir ona yaxınlaşır, gətir‑
dikləri gülü verərək “şahım, mən səni çox sevirəm” söyləyərək
sarayı tərk edirlər.
‑ Vəzir, görürsən də, xalqım məni nə çox sevir?
‑ Sevir, şahım. Amma...
‑ Nə amma. Bunun nə əmması var ki?
‑ Şahım, artıq üçüncü gündür ki, sarayda bütün dövlət işləri
dayanıb. Yalnız insanları ‑qəbul edib, gül almaqla məşğulsu‑
nuz. Bəlkə təxirə salaq bu işləri.
‑ Necə? Xalq gəlib mənə öz məhəbbətini izhar etmək istəyə‑
cək, mən də onları qapımdan qovum? Bunumu istəyirsən?
‑ Xeyr, qibleyi‑aləm. Sadəcə belə davam edə bilməz. Məm‑
ləkətimiz böyük. Hər gün də Gözəl İbrahimin çağırışına qoşu‑
lanların sayı artmaqda. Belə getsə saraya gələnləri qəbul etmək
üçün gərək gecəni də yatmayasınız.
‑ Qoy belə davam etsin. Görək axırı nə olur. Lazım olsa bir
əncam çəkərik. Yaxşı hansı dövlət işləri var? De bir‑bir gəlsin‑
lər.
Qazı taxta yaxınlaşır. Təzim edir.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
193
‑ Qazı əfəndi, nə işin var. De.
‑ Heç bir işim yoxdur, şahım. Sadəcə hər hə ənin bu günü
sizin hüzurunuza gəlməliyəm. Verdiyim qərarlar barədə sizə
məlumat vermək, ölüm hökmlərini təsdiq edilməsi üçün. Odur
ki, burdayam.
‑ Hər dəfə əlində qalın qovluq olardı. İndi görmürəm.
‑ Əhalidən bir xeyli şikayət vardı. Amma son üç gündə ha‑
mısı gəlib geri götürdülər.
‑ Aydın danış.
‑ Biri qonşusundan şikayət vermişdi ki, bəs məni bütün
günü təhqir edir. Araşdırdıq gördük ki, düz deyir. Saldıq qon‑
şusunu zindana. Srağa gün gəlib ki, bəs mən qonşumu bağış‑
layıram. Daha şikayətçi deyiləm. Şikayət etdiyi adama da bir
dənə gül bağışlayaraq, “bütün insanlar bir‑birini sevməlidir və
bunu bir‑birinə deməkdən çəkinməməlidir” deyib, gözümün
qabağında qucaqlayıb öpdü. Mən də məcbur olub buraxdım
onu.
‑ Lap yaxşı. Burda pis nə var ki? Sonra.
Biri şikayətə gəldi ki, bəs çörək dükanından oğurluq olub.
Fərraşları göndərib yaxaladıq oğrunu. Bircə dənə lavaş oğur‑
lamışdı. Saldıq zindana. Dünən isə gəlib ki, bəs “buraxın onu,
taqsır məndədir. Yaxınlaşdı ki, bəs acından ölürəm, mənə bir
tikə çörək ver yeyim. Mən də söyüb qovdum onu. Amma indi
bilmişəm ki, bütün insanlar bir‑birini sevməlidir. Bir insan di‑
gərinin ac qalmasını istəməməlidir”. Bu gün istəyirdim ki,
oğurluq etdiyi sağ əlini camaatın gözü qabağında – meydanda
vurdurum. Ki, hamıya dərs olsun. Amma şikayət geri götürül‑
düyündən məcbur olub azad etdim.
‑ Ədalətli qərar vermisən. Sonra. Davam et.
‑ Amma iki nəfər var. Dünəndən bəri qərar verə bilmirəm.
Zina edib. Qonşunun nişanlı qızına sataşıb. Onu da yoldan çı‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
194
xarıb. Yaxşı ki, vaxtında xəbər tutub şikayət ediblər. İkisini də
tutub zindana saldırdım. Qanuna görə edam edilməlidirlər.
Əlbə ə ki, siz padşahımızın hökmündən sonra.
‑ Gətirin onları bura.
Cavan oğlanla qızı əli‑qolu bağlı şahın hüzuruna gətirirlər.
Oğlan diz çökərək yalvarmağa başlayır:
‑ Qibleyi‑aləm, mənim taqsırım yoxdur. Uşaqlıqdan sevir‑
dim o qızı. Amma varı‑dövləti olan bir qoca kişiyə nişanladılar.
Mən də artıq dözə bilmədim. Onu sevdiyimi gizlətməyib
özünə dedim. Demə, o da məni sevirmiş. O da mənim məhəb‑
bətimə sevgiylə cavab verdi. Nişanlısı da hardansa xəbər tutub
qaziyə şikayət etdi. Əgər bir günah etmişiksə, bağışlayın bizi.
‑ Şah sağ olsun, edam olunmalıdırlar. Allah qarşısında
böyük günah ediblər.
‑ Bu qızın o yaşlı adamla kəbini varmı?
‑ Yox. Amma ata‑anası razılıq verib. Üzük taxılıb. El‑oba
bilir. Oğlanın da ata‑anası xəcalətlərindən el arasına çıxa bil‑
mirlər. Onlar edam yox, daş‑qalaq edilməsini tələb edirlər.
‑ Oğlan qıza nə deyib?
‑ Deyib ki, “mən səni sevirəm”. Qız da yoldan çıxıb, cavab
verib ki, “mən də səni sevirəm”.
‑ Elə bu? Gündə yüzlərlə insan saraya gəlib mənə “şahım,
mən səni çox sevirəm” deyir. Onda mən də gərək onların ha‑
mısını edam elətdirim, hə?
Bu sevmək o sevməkdən deyil, şahım. ‑ qazı dillənir.
‑ Xalqım məni sevir, mən də onu. Bizi bir‑birimizdən ayıra
bilərsənmi?
‑ Kimin haqqı nədir ki, şahım! Amma qanunlar var. Biz bun‑
ları cəzalandırmasaq, digərləri də...
‑ Bəs onda mən niyə bu iki sevən gənci bir‑birindən ayırma‑
lıyam? Qətllərinə fərman verməliyəm. Bir də ki, Gözəl İbrahi‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə