Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
174
lini mükəmməl öyrənirdi. Mən onu tanıyanda iki ali məktəbin
bakalavr pilləsini, bir ali məktəbin isə magistraturasını bitir‑
mişdi. İngiltərəyə gedib öz şəxsi hesabına üç aylıq kurs keç‑
mişdi. Gəlib Akademiyanın doktoranturasına qəbul
olunmuşdu. Paralel olaraq Milli Elmlər Akademiyasında çalı‑
şırdı. Kitablar tərtib edirdi. Hamısında da “İ.Nizamioğlu” im‑
zası qoyurdu. Deyirdim ki, bütöv yaz da adıvı. Deyirdi ki,
”yox. Atamı itirdim, onun adını yaşatmalıyam. Biz tərəfdə ki‑
şilər 56‑57 yaş yaşayır. Mənim də maksimum 20 ilim qalıb. Hər
şeyi çatdırmalıyam. Oğlanlarıma yüksək təhsil verməliyəm,
xaricdə oxutdurmalıyam”.
Birinci sinifdən onlara repetitor tutmuşdu. Müdafiə etməyə
hazırlaşırdı. Jurnalistlər üçün tikilən binada ev almaq istəyirdi.
Ona görə yox ki, ehtiyacı vardı. On il idi ki, “Xalq qəzeti”ndə
çalışmışdı, baş redaktorun 1‑ci müavini vəzifəsinə qədər ucal‑
mışdı. İstəyirdi ki, etdiklərindən nəsə bir xatirə qalsın. Və
Həsən müəllim növbəti dəfə onun da adını siyahıya salsın.
Nəhayət... Günlərin bir günü gəldi ki, bəs qəbuldaydım.
Təhsil naziri Mikayıl Cabbarov məni qəbul etdi. Bir saat söhbət
elədi. Ondan əvvəl də 7‑8 ay idi ki, təzə təhsil naziri haqqnda
yazılar yazırdı. Nəsə vurulmuşdu onun fəaliyyətinə. Mən isə
öz köşə yazılarımda o cümlədən Mikayıl Cabbarovu da tənqid
edirdim. Az qalırdı ki, yumruğu başıma vursun ki, bəsdir
də...əl çək də ondan. Yazmağa başqa mövzun yoxdur? Qoy iş‑
ləsin də. O qədər işləməyən var, yazmırsan, işləyəni də ruhdan
salmaq istəyirsən. İlk yazılarımı üç nəfər oxuyurdu, İbrahim,
həyat yoldaşım Sevinc, bir də Eldəniz Elgün. Amma Mikayıl
Cabbarovun adı olan yazılarımı İbrahimə göstərmirdim.
Nazir onu qəbul edəndən sonra Sumqayıt Dövlət Universi‑
tetinə prorektor təyin etdi. Yox elə bilməyin ki, İbrahimin rüş‑
vət verməyə pulu, ya tapşırtdırmağa day‑dayısı vardı. Mikayıl


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
175
Cabbarov da təmiz adamdır. Sadəcə DOSTLARI vardı. Mikayıl
müəllimin də xoşuna gəlmişdi. Özü işləyən adam olduğu üçün
İbrahim kimi gənc, enerjili adamlara ehtiyacı vardı. Mikayıl
müəllimin bütün atdığı addımlardan danışırdı mənə. Özü də
ağızdolusu. Hər dəfə də deyirdi ki, görərsən Mikayıl müəllim
təhsilimizi nə yüksəklərə qaldıracaq. Mən də qulaq asırdım,
bir mütərəqqi adam kimi sevinirdim də. Amma nə edim ki, qə‑
ləmi əlimə alanda ilhamım tam əks tərəfə çevrilirdi. Tikanlı
sözlər kağıza düzülürdü. Özümdən asılı deyildi. Yenə gəlirdi
ki, “Mahir işin olmasın da Mikayıl müəllimdə. Səndən xahiş edi‑
rəm. Bax, qaqaşını da aparıb prorektor qoydu. Sabah daha da
yüksəldə bilər. Amma xəbər tutsa ki, biz dostuq, ətrafındakılar
bunu başqa cürə yoza bilərlər. Səndən xahiş edirəm, Mikayıl
Cabbarov haqqında yazma. Yaz e, yaxşı yaz”. Hə a Eldəniz El‑
günə dəfələrlə tapşırmışdı ki, Mahir təhsil nazirliyi haqda yazsa,
qoyma çapa versin. Ölümünə iki gün qalmış isə Məsiağa Mə‑
Mahirlə İbrahim


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
176
həmmədiylə üçümüz birgə yeyib‑içərkən professoru da öz tə‑
rəfinə çəkdi. O da məni qınadı. Və söz verdim ki, “İbrahim, qur‑
tardıq.Bir də Mikayıl Cabbarovun adını çəkməyəcəyəm”.
İki gündən sonra isə İbrahimin ölüm xəbərini aldım. Amma
vədimə xilaf çıxdım. Mikayıl Cabbarovun adı olan bir yazı da
yazdım. Hörmətli Mikayıl müəllim. Bilirəm yazdıqlarımın sizin
üçün heç bir əhəmiyyəti yoxdur. Öz gözəl işlərinizi, fəaliyyəti‑
nizi davam etdirməkdəsiniz. Komandanızda indi İbrahim
Ömərov yoxdur. Sizi çox istəyirdi. Sizə çox inanırdı. Bu yolda
yanınızda olmaq istəyirdi. İrəli getmək istəyirdi. İbrahimin
ruhu sakit olsun deyə , Mikayıl Cabbarov, sizdən üzr istəyirəm!
Həsən müəllim, sən isə məni bağışla. İbrahimin hüzüründə
mənalı‑mənalı süzdün məni. Bilirəm ki, günahım var. Sizi mən
yaxınlaşdırdım. Özüm isə aradan çıxdım. İbrahim səninçün
çox şey idi. Oğlun yox, oğuldan da doğma idi. 60 yaşında oğul
itirmək isə çox ağırdır. Hönkürməkdən başqa isə heç bir əlacın
yoxdur.
SON
İbrahim, dünən səni dəfn edəndən sonra Eldənizlə oturub
səni sənsayağı yad etdik. Ağlamağımı saxlaya bilmirdim. El‑
dəniz dedi ki, ay axmaq, niyə ağlayırsan. Həmişə bir yerdə otu‑
randa İbrahim demirdi ki, atalarımız da burdadır? Onların
sağlığı olsun. İndi o da, şair Qabil də, Nizami əmi də burda‑
dırlar. Ağlama. Bir mərifətli sağlıq de, içək. Özümü toplayıb
dedim:
‑ Papa, o vaxt Həsən müəllimə də demişdim. İbrahim yaxşı
oğlandır.Götür oğulluğa. Həsən müəllim, Məsiağa, Fikrət,
Səlim, Mehman, mənim kimi sonda hönkürüb, peşman olma‑
yacaqsan. Peşman olmayacaqsan ki, niyə axı onu tanıdıq ki,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
177
indi də yoxluğuna yanırıq. Kaş ki, heç tanımayaydıq deyirik.
Biz itirdik, siz qazandınız. Özü də ki, əbədi. Bir də ki, papa, o
ziyalıları çox sevir, tanış elə onlarla. Dostluq etməyi sevir. Fani
dünyadakı dostlarını da çox sevir. Bir də gördün ki, yuxumuza
girib bizi də təzə dostlarıyla tanış etdi “Mahir, tanış ol. Bu Ni‑
zami Gəncəvidir. DOSTUMDUR. Bu isə Səməd Vurğun. O da
DOSTUMDUR”. İbrahim, sənin sağlığına. Sənin yeni həyatı‑
nın, yeni dostlarının sağlığına.
15.03.2014


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
178
İbrahimin öldüyü gündən 
həyat davam eləyir
S
əhər tezdən bu nə telefon zəngidir e? İlk dəfəydi ki, belə
rahat yatırdım. Gözəl yuxular görürdüm.
‑ Alo.
‑ Mahir müəllim, salam. Çox gözəl məqaləydi. İdarəmizin
rəhbərliyi adından minnətdarlığımı bildirirəm.
‑ Kimdir? Füzuli, sənsən?
‑ Bəli, Mahir müəllim. Minnətdarlığımızı bildiririk. Çox sağ
olun.
‑ Siz də sağ olun.
Bu Füzulinin də başı xarab olub e... Mənə “Mahir müəllim”
deyir. İndi Həsən müəllimə bir xahişdir də eləmişəm. İndi
buna görə səhər saat doqquzun yarısında adamı yuxudan oya‑
darlar. Yəqin rəhbərlik yanındaymış. Ona görə özünü belə
rəsmi aparır. Gül kimi yuxu görürdüm də... İki huri mələk
vardı. Yox. Kimə danışıram ki, bunları. Qoy gözümü yumum.
Bəlkə yenidən qayıtdılar. Sonra da gedərəm redaksiyaya. Həm
minnətdarlığı ünvanına çatdıraram, həm də İbrahimlə görü‑
şərəm. Bizim də görüşməyimizdən olmaz e. Əl veririk, sonra
da başımızı başımıza vururuq. Bir‑birimizi öpmürük. Kişi ki‑
şiylə öpüşməz axı. Uşaqlıqda başımız birinin başına dəyəndə
deyirdik ki, bəs gəl bir də kəllələrimizi toqquşduraq. Keçəl ola‑
rıq, axı. Amma İbrahimlə bundan qorxumuz yoxdur. O da ke‑
çəldir, mən də. Hələ vaxt var. İş 10‑da başlayır. Bir az da yatım.
Hə... Qayıdırlar yenə. Nə gözəldirlər. Özü də iki nəfərdir.
Lap İbrahimin yeri məlum. Bah... bu nədir e... Bilsəydim tele‑
fonu söndürərədim. İldə, ayda bir namaz, onu da telefon qoy‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə