Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə44/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
211
‑ Ey nadanlar, onlar düşməndirlər. Gözlərini qan örtüb. Başa
düşün. Gözəl İbrahim də sizə bunu deyir.
‑ Ay camaat, əsla. – deyə Gözəl İbrahim yerindən səslənir. ‑
Mən belə demirəm. İnsanlar, siz düz deyirsiniz. Hər hansı bir
qəddar insanı da sevgi düz yola gətirər. Siz özünüz əvvəllər
necəydiniz, indi necəsiniz?
Bu zaman carçı çaparaq şaha yaxınlaşır.
‑ Şahım, düşmən artıq sərhədimizi keçib. Kəndlərimizi, şə‑
hərlərimizi viran qoya‑qoya, insanları qılıncdan keçirə‑keçirə
irəliləyir. Artıq paytaxta yaxınlaşmaq üzrədirlər ‑ əlli min si‑
lahlıyla, toplarla. Bir tədbir görmək lazımdır.
‑ Baş vəzir, şahzadələrim, əyanlar, silahlanın! Düşmənin qa‑
bağına özümüz çıxacağıq.
Beləcə, şah iyirmi nəfərlik ətrafıyla silahlanıb, paytaxt dar‑
vazalarından çıxırlar. Gözəl İbrahim də vəzir kimi qucağına
bir dəstə gül alıb onlara qoşulur. Silah götürməkdən imtina
edir. Paytaxtdan bir qədər uzaqlaşırlar. Amma düşmən gözə
dəymir. Bir qədər də gedirlər. Yenə ordu gözə dəymir. Bir
kəndə çatırlar. Görürlər ki, insanlar öz işində‑ gücündədirlər.
Qan iyi yox, gül ətri gəlir. Əhali də onları alqışlarla qarşılayır.
Bir qədər də irəli gedirlər. Amma düşmən qarşılarına çıxmır
ki, çıxmır. Beləcə, gəlib çıxırlar məmləkətin hüdudlarına. Şah
dodağını dişləyir. Burda başqa bir oyunun olduğunu anlayır.
Ona görə də üzünü baş vəzirə tutub:
‑ Bəs carçı çaparaq gəldi ki, qoşun yaxınlaşır, rəiyyətimi qı‑
lıncdan keçirir. Hanı bəs düşmən?
‑ Şahım, düşmən olsaydı, nə edəcəkdik ki?
‑ Bu nə axmaq sualdır? Vuruşacaqdıq.
‑ Əlli minlik düşmən qoşununa biz iyirmi nəfər nə edə bilə‑
cəkdik ki?
‑Əsas bu deyil. Əsl şah, şahzadə, əsilzadələr əgər məğlub


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
212
olacağını bilsə belə, döyüş meydanında vuruşub birinci həlak
olmalıdır. Ki, rəiyyətinin necə qılıncdan keçirildiyini, məmlə‑
kətinin, torpağının necə viran olduğunu görməsin.
‑ Şahım, deməli, siz də əminsiniz ki, Gözəl İbrahimin bir
dəstə gülü və müdrik kəlamıyla düşməni durdurmaq, ona
qalib gəlmək mümkün deyil.
‑ Əlbə ə ki.
‑ Şahım, mən də, şahzadələr də, əyanlar da başa düşürdük
ki, sevgi gözəl bir şeydir. Amma Vətənə sevgi bütün sevgilər‑
dən üstündür. Gözəl İbrahim yaydığı sevgiylə bu müqəddəs
sevgini insanların ürəyindən sildi. Və biz meydanda tək qal‑
dıq. Xalq insan sevgisinin dalıyca gedib, Vətənə, torpağa, döv‑
lətə, qanuna sevgisini də unudaraq hə a düşmənə gül
bağışlamaq istədi. Vətənə olan sevgisini qurban verdi. Silaha
sarılmaqdan da imtina etdi. Hə a əsgərlərimiz də... Bunun isə
bir adı var – xəyanət.
Şah başını aşağı salır. Baş vəzirinin düşündüyü oyunu an‑
layır. Atından yerə enir.
‑ Kim fikirləşib bu oyunu. Sənin işinə oxşayır, baş vəzir.
‑ Xeyr, şahım. Şahzadəmizin müdrikliyidir bu.
‑ Yaxın gəl, oğlum.
Şah tacını çıxarıb oğlunun başına qoyur.
‑Ay oğul, gözəl dərs verdin mənə. Amma Gözəl İbrahimin
yaydığı sevgidən ovsunlanan mən bundan sonra məmləkətə
başçılıq edə bilmərəm. Nə “Ey insanlar, bir‑birinizi sevin və
bunu bir‑birinizə deməkdən çəkinməyin” deyən məndən şah
olar, nə də Gözəl İbrahimdən vəzir. Mən də İbrahimə qoşulub
onunla gedirəm. İnsanların ürəyinə sevgi salmaq üçün. Çünki
artıq bundan başqa bir iş bacarmıram. Heç sənətim də yoxdur.
Lap bu Gözəl İbrahim kimi. Gözəl İbrahim, bəri gəl. Gül dəs‑
təsini mənə ver.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
213
Gözəl İbrahim şaha yaxınlaşıb gül dəstəsini ona verir. Şah
qılıncını çıxarıb oğluna uzadır. Şahzadə sağ əliylə qılıncı alıb
öpür. Bu dəfə şah gül dəstəsini oğluna uzadır. Şahzadə gülü
sol əliylə alıb qoxulayır.
‑ Get, ay oğul, bu xalq, bu torpaq sənə əmanət. Qoru xalqını,
idarə et. Xalqına xidmət elə. Bir əlində ata‑babandan yadigar
qalan qılınc ‑ qanun olsun, bir əlində isə Gözəl İbrahimin sevgi
çiçəkləri. Heç vaxt mənim kimi bunların tarazlığını pozma.
Gəl, Gözəl İbrahim, getdik.
Beləcə, Adil Şah və Gözəl İbrahim dəstədən uzaqlaşıb, sər‑
hədi keçirlər. Şahzadə, baş vəzir, əyanlar onları ta gözdən itə‑
nəcən gözləriylə yola salırlar. Özləri gözdən itsələr də,
uzaqlardan yenə də səsləri gəlir:
“Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”.
15.11.2014


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
214
İbrahim Ömərovun babasının nəsihəti
İ
brahim Ömərov mənim dostum idi. Amma neyləyək ki,
bizi tez tərk elədi. Cəmi 36 yaş. 36 yaş nədir ki?
Amma duzlu‑məzəli söhbətləri yadda qaldı. Təkcə bir sö‑
zünə ‑ “İnsanlar bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin” ‑ kəlamına “Gözəl İbrahim” adlı bir hekayə
həsr etdim. Çünki o, ətrafındakı bütün insanları sevirdi. Dilin‑
dən bir adamın da adını eşitmədim ki, ona nifrət etsin.
İbrahim həm də adını daşıdığı babasıyla fəxr edirdi. Onun
kəlamları, nəsihətləriylə oturub‑dururdu. Elə bir məclis ol‑
mazdı ki, ondan söz deməsin, rəhmət oxutdurmasın. Babası‑
nın nəsihətlərdən birini mənə də nəql eləmişdi:
“Mahir, 7‑8 yaşım olardı. Babam isə deyirdi ki, “İbrahim,
bax a... arvadın dalınca qaçma, çata bilməzsən”. Məə əl qalır‑
dım ki, nə deyim. Arvada çatmağa nə var ki. Qonşumuz Məm‑
mədəli arvadı onu əsəbiləşdirəndə dalıyca qaçırdı. Qaçıb,
çatıb, hələ bir qapaz da vururdı. Hələ evdəkiləri demirəm. Bax
indi evlənmişəm. Arvad məndən bərk qaça bilər ki, mən də
ona çatmayım? Əsla. Kişi arvadın dalıyca qaçar, ona çatar,
hə a ötər də...”.
Bir müddət keçdi. İbrahim bir az da yaşlandı. Axır ki, baba‑
sının bu nəsihətini başa düşdü: “Mahir, demə İbrahim babam
tamam başqa şey deyirmiş. Məsələn: arvad səndən təzə palto
istəyir. Bir təhər pul tapıb alırsan. Üstündən bir az keçən kimi
beyninə dublyonka düşür. Onu da alırsan. Bir az keçir, arvad
artıq şuba xülyasındadır. Onu da alırsan. Köhnə aldığın qara
rəngdədirsə, arvada ağ rəngli şuba lazımdır. Yaxud da tək bril‑
liant qaşlı üzük alırsan, buna bab sırğasını istəyir. Sırğa alırsan,


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə