Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə46/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   42   43   44   45   46   47   48   49   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
219
Otaqdan çıxdıq. Qucaqladı öpdü məni ki, sağ ol. Mən danı‑
şanda topa yaxşı güllə qoyurdun. Amma bu bir zarafat idi.
Axşam yenə də bir yerdəydik. İbrahimin çaylı‑şokoladlı, vis‑
kili, dostları ətrafında olan otağında. Belə bizim kasıb vaxtı‑
mızda olurdu. Şıxovda kütüm balığının qızartması, “Ağ şəhər”
kafesində düşbərə, Göyçə xəngəlxanasını hələ demirəm.
İbrahimin sevdiyi şeir
Elə ki, iyirmi‑iyirmi gillədirdik... üç dəfə iyirmidən sonra
İbrahimin Buludxandan bir xahişi olurdu:
‑ Pofessor, qadan alım, Nəbatidən o şeiri de.
Buludxan müəllim də böyük həvəslə, intonasiyayla başla‑
yırdı, nə başlayırdı:
Səba, məndən söylə o gül’üzarə, 
Bülbül gülüstanə gəlsin, gəlməsin? 
Bu hicran düşkünü, illər xəstəsi 
Qapına dərmanə gəlsin, gəlməsin? 
Mən qurbanı olum ənbər tellərin, 
Qönçə dodaqların, püstə dillərin, 
O lalə rüxsarın, mişkin xalların 
Oduna pərvanə gəlsin, gəlməsin? 
Gözüm çox həsrətdir xumar gözünə, 
Günəş camalına, şəkər sözünə, 
Utanıram, necə deyim üzünə, 
Dərdin xəstə canə gəlsin, gəlməsin? 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
220
Dolaşdır boynuma şümşad qolunu, 
Qucaqlayıb qucum incə belini
Ləli‑ləbin əmim, sorum dilini, 
İstər ölü canə gəlsin, gəlməsin? 
Nəbati istəməz sənsiz dünyanı, 
İzzəti, hörməti, şövkəti, şanı, 
Bir zada qalmayıb daha gümanı, 
Bu baş o meydanə gəlsin, gəlməsin?
Maka
Mənə zarafatla Maka deyirdi. Bir dəfə Tbilisiyə getmişdik.
Girdik “Xingal evi”nə.
Sifarişimizi verdik. Ofisiant qız yeməyi gətirəndə qeyri‑iradi
soruşdum:
Gürcüstanda: İbrahim, Mahir və gürcü dostu


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
221
‑ Devuşka, kak vas zovut.
‑ Maka.‑ deyə cavab verdi.
Demə gürcülərdə Maka qız adıymış. İbrahim gözünü mənə
zillədi ki, görüm nə deyəcəyəm. Mən isə əvvəlcədən İbrahim
məni çağıran kimi Maka deyə cavab verəcəyimi planlaşdırmış‑
dım. Amma gördüm ki, belə alınmayacaq. Ona görə də özümü
sındırmadan:
‑ A menya Makaka.
P.S. Əziz dostumuz İbrahim! Ruhun şad olsun. Yerin yaman gö‑
rünür. Hər şey qaydasına düşüb. O gün Buludxanın otağına getmiş‑
dim. Qabağıma çay da qoydu. Yanında şokolad, quru tut. Öz tort
payını da mənə verdi. Meyvəni dilimlətdirib stola düzdü. Bircə viski
yox idi. Əminəm ki, yaxın gələcəkdə o da olacaq.
O vaxtlar narazı‑narazı bağda yediyi borşu yada saldı. Dedim ki,
İbrahimdən sonra borş bişirmirəm. Nəbatini xəbər aldım. Dedi ki,
Nəbatinin də o vaxtdan ilhamı ölüb. “Xalq qəzeti”ndəki otağında da
çay quruyub. Məni də Maka deyə çağıran yoxdur. Bilirsən niyə?
ÇÜNKİ SƏN YOXSAN! 
24.12.2014


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
222
İBRAHİM QOHUMLARININ 
DİLİNDƏ
Mövla Ömərov, 
əmisi
MÜDHİŞ GECƏNİN SARSIDICI XƏBƏRİ!
B
u acı xəbərdən  4‑5 gün əvvəl mən İbrahimin  yeni və‑
zifəyə – Sumqayıt Dövlət Universitetinə prorektor təyin
edilməsini eşidib onun telefonuna bir neçə dəfə zəng etsəm də,
telefonu söndürüldüyündən onunla danışa bilməmişdim.
Zəng etmək fikrindən əl çəkib sabah işdən sonra özü ilə görüş‑
məyi qərarlaşdırdım. Görüşməkdə məqsədim onu təbrik
etmək, bəzi tövsiyə və məsləhətlərimi vermək istəyirdim.
Ancaq el misalında deyildiyi kimi – sən saydığını say, gör
fələk nə sayır. Belə ki, bu görüşü Allah mənə qismət etmədi.
O müdhiş gecə – mart ayının 14‑də təqribən saat 4 radələ‑
rində ev telefonuna gələn aramsız zəng məni yuxudan oyatdı.
Mən telefona yaxınlaşanadək zəng kəsildi, yenidən çarpayıya
qayıdıb yerimə uzandım.  Elə bil ürəyimə nəsə gəlmişdi, həm
də çox qorxmuşdum, bir anlıq ürəyim döyünməyə başladı.
Mən həyatımda ilk qorxu hissini hələ kəndimizdə olarkən


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
223
1988‑ci ilin dekabrın 7‑də zəlzələ vaxtı hiss etmişdim. Vaxtsız
telefon zəngindən qorxmağımın başqa səbəbi də vardı...
Çünki son 10 ildə bir çox ağır itkilərlə üzləşib 10 nəfər əziz‑
lərimizi –atamı, əmilərimi, cavan‑cavan əmimoğullarını itir‑
mişdim. İçimdəki bu qorxu hissi mənə nəyisə, hansısa xəbəri
demək istəyirdi. Bunu fikirləşirdim ki, yenidən telefon zəng
çaldı. Mən tez yataqdan sıçrayıb telefona yaxınlaşmaq istəyər‑
kən, fikrimdən kiminsə səhv zəng çaldığını, məndən üzr istə‑
yəcəyini eşitmək istəyi ilə yenə də qorxa‑qorxa dəstəyi əlimə
götürdüm.
Telefonda Mehdinin kövrək, həyəcanlı titrək səsini eşitdim.
O mənə təcili Mərkəzi Klinik Xəstəxanaya gəlməyimi dedi:
–Əmi, tez gəl!  İbrahimin vəziyyəti yaxşı deyil!
–Ay bala, nə olub, yoxsa maşın qəzasımı olub, deyə ondan
soruşdum.
–Heç bir qəza olmayıb,onun ürəyi ilə bağlıdır deyərək tele‑
fonu söndürdü. 
Bir an qulaqlarım tutuldu, ürəyim bərk döyünməyə başladı,
nə edəcəyimi bilmədim. Mehdinin sözlərinə inanmaq istəmir‑
dim, düşünürdüm ki, bəlkə mənə düzünü demək istəmirlər.
Axı İbrahimin ürəyi ilə bağlı nə ola bilərdi?  Yol boyu başımdakı
bu fikirləri götür‑qoy edə‑edə təqribən yarım saatdan sonra xəs‑
taxanaya çatdım. Gecənin bu sükut vaxtı heç kim yox idi.
Mən təcili 3‑cü mərtəbədə Mərkəzi Klinikanın baş həkimi,
ürək cərrahı Kamran Musayevin kabinetinə qalxdım. Xəstəxa‑
nanın dəhlizləri sükuta qərq olmuşdu. Bu sükutu pozan isə
mənim başımdakı uğultular və ürəyimin çırpıntıları idi. 
İçəri daxil olanda Kamran və yanındakı həkimləri gördüm.
Onlar da yerlərində elə bil ki, donmuşdular.
Mən artıq məsələnin nə yerdə olduğunu anlayıb aramızda
çökən sükutu  özümü saxlaya bilməyib içəridə ürəyimi parça‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə