Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə48/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   42   43   44   45   46   47   48   49   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
228
Hikmət Babaoğlu,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
İbrahimin uğurları 
hamımızı sevindirirdi
İ
nformasiya agentliklərində Sumqayıt Dövlət Universite‑
tinin prorektoru İbrahim Ömərovun vəfat etməsi ilə bağlı
yayılan xəbər məni  ciddi şəkildə sarsıtdı… Ancaq tez də
özümə təsəlli verməyə başladım… Yox, bu bizim İbrahim
deyil, bizim İbrahim "Xalq" qəzetində çalışır axı… Ancaq ad
və soyadın eyni olması, üstəlik Ömərov soyadının Azərbay‑
canda çox az yayılması məni daxilən sakitləşməyə qoymurdu.
Həsənov, Hüseynov, Əliyev və s. kimi soyad və adları eyni
olan nə qədər desən insan tapmaq olar. Ancaq Ömərov Azər‑
baycanda nadir soyad sayılır… Xəbəri bir daha oxudum, Sum‑
qayıt Dövlət Universitetinin prorektoru İbrahim Ömərovdan
söhbət gedirdi. Heç cür inanmaq istəmirdim ki, bu, bizim İb‑
rahimdir. Nəhayət narahatçılığa son qoymaq üçün yaxınlarıma
zəng etdim. Sən demə, İbrahimin son aylarda iş yerini dəyiş‑
məsindən mənim xəbərim olmayıb. Qəfil ölümün namərdcə‑
sinə haqladığı İbrahim Ömərov da elə bizim İbrahim imiş…
Bunun bir faciə olduğunu, xüsusən də, anası və ailəsi üçün dö‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
229
zülməz bir faciə olduğunu başa düşsəm də, əlimdən gələn heç
nə yox idi… Artıq İbrahimi itirmişdik. 
Mən İbrahimi lap uşaqlığından tanıyırdım. Sevimli bibimin
böyük qızı Səadət xanımın dörd oğul övladından biri idi. Elə
uşaqlığından da digər üç qardaşından fərqlənirdi. Özünəməx‑
sus xarakteri, ciddiyyəti, hər şeyə qarşı xüsusi həssas münasi‑
bəti var idi. Həmyaşıdlarına nisbətən daha yaşlı, daha təmkinli
və ağıllı görünürdü. Sonralar həyat göstərdi ki, doğrudan da,
İbrahim xüsusi istedada sahib, aydın dərketmə qabiliyyəti
olan, həyat məqsədini müəyyənləşdirən və ona çatmağın yol‑
larını bilən bir gənc imiş. Qısa ömründə əldə etdiyi uğurlar da
elə bunun isbatıdır. İbrahim həm də olduqca ünsiyyətcil idi.
Ətrafına dostlar yığmaqda, onlarla münasibət saxlamaqda
tayı‑bərabəri yox idi. Bu keyfiyyətləri ilə atası Nizami Ömə‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
230
rova çox bənzəyirdi. İbrahimin uğurları hamımızı ürəkdən se‑
vindirirdi. Çalışmaq, özü üzərində işləmək, öyrənmək kimi
keyfiyyətləri onu elmin böyük məbədinə yaxınlaşdırmışdı. İb‑
rahim həm də elmi işlə məşğul olurdu. Bir gün mənə zəng edib
əsərlərindən birinə ekspert rəyi yazmağımı istədi. Mən də
məmnuniyyətlə qəbul etdim. Beləliklə də, onun elm sahəsin‑
dəki ilk uğurları ilə də tanış oldum. Onun nailiyyətlərinə
bütün qohum‑əqrəbalar kimi mən də sevinirdim. 
Ancaq nə yazıq ki, amansız qədər onu sıralarımızdan tez
apardı.
… İbrahim haqqında, onun mənalı, amma qısa həyat yolu
haqqında çox yazmaq olar. Amma nə qədər yazsaq da, nə
yazıq ki, onların heç biri İbrahimi bircə anlıq da olsun geri qay‑
tarmaq gücündə olmayacaq. Ona görə də, onun ömrünün belə
qısa olmağını böyük Yaradanın təqdiri kimi qəbul etməkdən
başqa çarəmiz qalmır. Allah sənin o dünyanı versin, anana və
ailənə isə səbr versin, İbrahim.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
231
Vurğun  İbrahimov,
əmisi oğlu 
İBRAHİMDƏN QALANLAR
İ
brahim Nizami oğlu Ömərov  şəxsiyyəti  haqqında  bir
əmioğlu kimi öz‑özlüyümdə çox  düşündüm, bu insan
haqqında fikirlərimi   sizlərə hansı sözlərlə çatdırım kı, yaşa‑
dığı qısa, ancaq mənalı ömrünün bir hissəsini əhatə etsin. Sə‑
mimiyyətimə inanın, duyduğum qəhər hissi, boşluq, ürək
yanğısı və mənasını izah edə bilmədiyim hisslərim  fikirlərimi
çatdırmaqda mənə  çətinlik yaratdı.
İbrahim və Ömər  babalarımızın adlarını  özündə ad və
soyad kimi  daşıyan İbrahim Nizami oğlu Ömərov doğrudan
da həmin nəslin nümunəvi davamçılarından biri olduğunu qısa
bir ömür səhifəsində göstərə bilmişdi. İbrahimə çox vaxt qo‑
humlar arasında elə İbrahim baba deyərək də müraciət edirdik.
İbrahim məndən təxminən bir neçə yaş böyük idi. Onunla
bağlı ilk xatirələrim   təxminən 25 il bundan əvvəlki illəri əhatə
edir. İbrahimin uşaqlıq illərini  xatırlayanda insanın gözü
önünə çevik, zarafatçıl, ağıllı, münasibət qurmağı bacaran bir


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
232
oğlan uşağı gəlir. Bu gün də onunla bağlı anları xatırlayanda,
babası Alı kişi və Fatma nənəsi ilə etdikləri zarafatlar yada
düşür və insanların simasında indi də gülüş yaradır.
İbrahimlə bağlı xatirələri canlandıranda Qərbi Azərbayca‑
nın Amasiya rayonunun Göllü kəndində yaşadığı baba ocağı
olan Alı kişinin evinin arxasında “sanka” ilə  qışda qarda  sü‑
rüşdüyü , “çilik‑çubuq” və digər oyunların oynadığı, həmçinin
məlum  müharibə səbəbindən Azərbaycana köç etdikdən
sonra uşaqlar üçün yay istirahət düşərgələrində keçirdiyimiz
uşaqlıq illərinin qayğısız‑qadasız gözəl vaxtları bir kino lenti
kimi gözümün önündən gəlib kecir. O vaxtlar fikirləşə bilməz‑
dim ki, bir gün gələcək İbrahim əmioğlu ömrünün 37‑ci baha‑
rında bizləri tərk edib gedəcək və mən də onun haqqında
xatirələrimi yazmağa məcbur qalacam.Allah geridə qalanlar‑
mızı vaxtsız ölümdən qorusun.Artıq o vaxtlardan təxminən
çox illər keçib, bir çox böyüklərimiz, əzizlərmiz, doğmalarımız
dünyasını dəyişib. Həmin insanları xatırlayanda o illəri , anları
yenidən yaşamaq hissi insanın təfəkküründə hər zaman yeni‑
dən oyanır. Ancaq çox təəssüf! Dünyanın acımasız düzəni be‑
lədir, insanlar dünyadan köçür yalnız xatirələri yaşayır.
Hər bir insanın uşaqlıq illəri öz yerini gənclik illərinə burax‑
dığı kimi, İbrahim də gözünü açdı və gördü ki,  artıq gənclik
dövrü onu haqlayıb. İbrahim əmioğlu yaşadığı ev babaocağı
olduğu üçün ətrafda olan  qohumlar ora tez‑tez gedərdik. İb‑
rahim hər zaman elmi biliyini inkişaf etdirmək üçün  öz üzə‑
rində çalışan, günün çox vaxtlarında kitab oxuyan bir gənc idi.
İbrahimin bu yolda atdığı qətiyyətli adımlar tezliklə  öz bəh‑
rəsini verdi və bir neçə ali təhsil müəssisəsində təhsil aldıqdan
sonra bu istiqamətdə elmi‑pedaqoji fəaliyyətini davam etdirdi.
Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin for‑
malaşmasında öz bilik və  bacarıqını əsirgəmədi. Bu fəaliyyət


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə