Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə16/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
37 
37 
Çox keçmir ki, dünyanın üzünü su alır. İnsannar boğulup ölür. Nuh peyğəmbər 
baxır  ki,  dağa  çıxan  oğlu  da  boğulhaboğuldadı.  İstiyir  ki,  gəmini  ona  sarı  sürsün. 
Allahdan səs gəlir ki, ya Nuh, çıx get, bı oğlan sizlərdən deyil. 
Nuh  gəmini  sürüp  gedir.  Çox  keçmir  ki,  tufan  dayanır,  su  yatır.  Nuh 
peyğəmbər  oğlannarına  deyir  ki,  istədiyiniz  heyvandan  götürüp  düşün  quruya, 
yaşayın, nəslinizi artırın. 
Oğlannarından  birinin  adı  Türk  idi.  Bu  Türk  qoyunnan  qoçu  götürüp  torpağa 
düşdü. Gəmi çıxıp getdi. Demiyəsən, türkün düşdüyü  torpax cəzirəymiş. Hər tərəfi 
su olduğuna görə bu cəzirədən çıxmaq olmazımış. 
Türk dörd yüz əlli il bu cəzirədə yaşayır. Onun heyvannarı oqqədər çoxalır ki, 
bütün  cəzirəni  tutur.  Ta  cəzirədə  ot-ələf,  kol-kolavat  qalmır,  heyvannar  hamısını 
yeyip qurtarır. Elə gün gəlip çıxır ki, heyvannar yeməyə heş nə tapmayıp başlıyıllar 
qırılmağa.  Nuh  oğlu  Türk  görür  ki,  belə  getsə,  heyvannar  da  öləcəh,  bının  özü  də 
öləcəh. Ha fikirləşir bir nicat yolu tapammır. Qalır məhətdəl, bilmir neynəsin.  
Günnərin  bir  günü  Türk  görür  ki,  bir  heyvanı  parçalayıp  yeyiplər.  Öz-özünə 
deyir ki, axı, bu cəzirədə qoyundan başqa heş bir heyvan yoxdur. Bə bını nə yeyip? 
Türk çox təəccüblənir. Gecəni  yatmayıp güdür. Bir də baxır ki, uzaxda suyun 
içiynən bir qaraltı gəlir. Bı qaraltı gəlip cəzirəyə çatanda tanıyır ki, bı irəhli qurtdu. 
Boz  qurt  cəzirəyə  çıxan  kimi  cumur  bir  heyvanın  üstünə.  Bıyızdan  da  Türk  çıxır. 
Boz  qurt  Türkü  görüp  gəldiyi  yolunan  dala  qəyidir.  Türk  də  düşür  bının  dalına. 
Xeylah gedillər. Türk baxır ki, qurdun getdiyi yerrərdə su heş topuğa qalxmır. Birəz 
gedənnən  sora  quruya  çıxıllar.  Bınnan  da  Türk  xilas  olur.  Qəyidip  heyvannarı  da 
həmin  yolunan  gətirir  quruya.  Sora  Türk  fikirrəşir  ki,  bə  məni  bu  boz  qurt  xilas 
elədi. Gərəh mən də boz qurdun şəklini çəkəm öz bayrağıma. 
Belə də eliyir. Soralar türkün nəsli çoxalanda hammısına deyir ki, qurd bizim 
xilaskarımızdı,  əgər  o,  yol  göstərməsəydi,  nə  mən  olardım,  nə  də  siz  olardız.  Ona 
görə də gərəh həmmişə boz qurda inanasınız. Boz qurdun şəklini bayrağınıza çəkip 
həmişə  bı  bayrağın  dalınca  gedəsiniz.  Çətinliyə  düşsəz,  boz  qurdu  çağırasınız. 
Türkün övladları bu nəsihətə həmişə əməl eliyillər (2,  42-43). 
Təqdim olunan mifin uyğurlardan qeydə alınmış mifik süjetlə üst-üstə düşməsi 
bu  türk  xalqının  da  etnogenezinin  ilkin  mərhələlərində  Azərbaycanla  bağlı  ola 
biləcəyini  düşünməyə  ciddi  əsas  verir.  Əldə  olan  təkzibedilməz  tarixi  və  linqvistik 
faktlar isə bu düşüncəyə tam haqq qazandırır. 
Fərhad  Zeynalovun  yazdıqlarından  belə  anlaşılır  ki,  uyğurlar  haqqında  ilk 
məlumatlarda  onlar  "oqur",  "saraoqur",  "kotriqur",  "onoqur"  və  b.  adlarla  qeyd 
edilmişlər  19,  268).  İrəlidə  görəcəyimiz  kimi,  onları  bu  adlarla  məhz  erkən  orta 
əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad 
etmişlər.  Qədim  Çin  mənbələrində  hunlardan  son  dərəcə  çox  danışılsa  da,  bir  çox 
türk  soy  və  boylarının,  o  cümlədən  se  (sak)  və  yuecilərin  (kuşanlıların)  adları  yad 
edilsə də, uyğurlar haqqında bircə kəlmə belə danışılmır. Yalnız sonrakı mənbələrdə 
onlardan "vey-ho", "hun-ho" və vey-vu-rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
38 
38 
uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər 
(11, 390). 
Uyğur  türkləri  hazırda  əsasən  Çinin  Sintzyan-Uyğur  Muxtar  Vilayətində, 
qismən  də  Qazaxıstan  və  Özbəkistanda  yaşayırlar.  Rəsmi  statistikaya  görə,  sayları 
15 milyon civarındadır. Qeyri-rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 
milyon  arasında  göstərilir.  Uyğurlaın  tarixdə  qurduqları  ilk  dövlətin  VIII  əsrdə 
qurulan  Onuyğur-Doqquzoğuz  xaqanlığı  olduğu  hesab  edilir.  Bu  dövlətin  ərazisi 
Monqolustan,  Sibir  və  İndiki  Uyğurustan  ərazilərini  əhatə  etmişdir.  Dövlətin 
qurulmasında  doqquzoğuzlarla  onuyğurlar  fəal  rol  oynamışlar  (19,  268-269).  On 
uyğur  soyunun  birləşməsi  ilə  ortaya  çıxan  onuyğurların  adına  Orxon-Yenisey 
abidələrində sıx-sıx rast gəlinməkdədir: 
"Su...orada  qalmış  xalq  onuyğur,  doqquzoğuz  xalqlarının  üzərində  yüz  il 
oturub... Orxon çayı..." ( Moyunçur abidəsi, 3-cü sətir) (11, 149). 
Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da 
adlanır.  Monqolustan  ərazisindən,  Selenqa  çayı  sahilləri  yaxınlığından  tapılmış  bu 
abidə 744-759-cu illər arasında qoyulmuşdur (11, 134-135). 
Onuyğurların  adına  daha  əvvəlki  dövrlərə  aid  Qərb  mənbələrində  də  rast 
gəlinməkdədir.  Bu  isə  uyğurların,  eləcə  də  onuyğurların  Şərqə  köçməmişdən  öncə 
Qafqazda,  o  cümlədən  Azərbaycan  ərazisində  yaşamış  olduqlarından  xəbər 
verməkdədir.  İstər qədim erməni abidələrində, istər  Musa Kağankatlının  "Albaniya 
tarixi"ndə,  istərsə  də  bir  çox  başqa  mənbədə  onların  adı  Albaniyada  baş  verən 
hadisələrlə  əlaqədar  çəkilir.  Bu  mənbələrdə  onların  adı  "honoğur",  "onoqur"  kimi 
qeyd  edilmişdir  (9,  139;  26,  41-68).  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Xəzər  xaqanı 
İosifin  məktubunda uyğurlar  Azərbaycanın 4-cü şahı  Toqarmanın 10 oğlundan biri 
olan  Uyğurun  soyu  kimi  təqdim  edilməkdədir  (1,  29).  Bir  sözlə,  tarixi  mənbələr 
uyğurların  Monqolustan,  Sibir  və  Şərqi  Türküstana  (Uyğurustana)  köçməmişdən 
öncə Qafqaz və Şərqi Avropada, o cümlədən Azərbaycanda  yaşadıqlarını birmənalı 
şəkildə təsdiq edir.  
3.  İşin  elmi  nəticəsi:  Boz  qurdla  bağlı  miflərdəki  bəzi  məlumatların  yazılı 
mənbələrlə  tutuşdurulması bizə ölkəmizin ərazisinin əzəldən ən qədim  Türk Yurdu 
olduğunu, prototürklərin bu ərazidə zəngin maddi və mənəvi mədəniyyət nümunələri 
yaratdığını söyləməyə əsas verir. Bu, gəldiyimiz əsas nəticədir.   
İşin elmi  yeniliyi Azərbaycan türklərinin mənəvi mədəniyyətinin ən azı e.ə. II 
minillikdən etibarən Avrasiyanın geniş ərazilərinə yayıldığının təsbit edilməsindədir. 
Fikrimizcə,  məsələyə  məhz  bu  kontekstdən  yanaşma  gələcəkdə  folklorşünaslıq 
elmində tamamilə yeni bir istiqamətin doğmasına gətirib çıxara bilər.  
Əldə etdiyimiz nəticə Azərbaycan və ümumilikdə türk mənəvi mədəniyyətinin, 
o cümlədən zəngin mifoloji irsinin öyrənilməsi istiqamətində yeni mərhələ açmaqla 
yanaşı, folklorumuzun ən qədim tarixi qatları barədə fikir söyləməyə də əsas yaradır. 
İşin tətbiqi əhəmiyyəti də məhz elə bundadır. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə