Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə183/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   179   180   181   182   183   184   185   186   ...   306

çevrilmişdir. Rusiya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın təbii resursları, ilk 

növbədə isə, neft, qaz, kömür, müxtəlif filizlər, qiymətli metallar və s. onların 

diqqət mərkəzindədir. 

 



TMK-lar ilə əməkdaşlıq böyük səmərə verir: 

ölkə qabaqcıl 

texnologiyaları  əldə  edir,  xammal  resursları  mənimsənilərək  təsərrüfat 

fəaliyyətinə cəlb olunur, məşğulluq genişlənir, gəlirlər artır və s. Amma gələcək 

yaxşı  planlaşdırılmalıdır:  hökumətlər  yalnız  xammal  layihələrinə  aludə  olub, 

emal sənayesi sahələrinin, kənd təsərrüfatının inkişafına, müasir infrastrukturun 

yaradılmasına lazımi diqqət yetirmədikdə, ölkə qüdrətli TMK- nm tələbatlarına 

(onlara  isə  yalnız  xammal  gərəkdir)  möhkəm  tellərlə  bağlanır.  Bu  ssenari 

fərziyyəvi  deyil,  bu  gün  böyük  təbii  resurslara  malik  inkişaf  etməkdə  olan 

ölkələrin üzləşdiyi real vəziyyətdir. Bunun nəticəsində ölkə BƏB prosesinə tabe 

rolda cəlb olunur. 

 



TMK-nı  qəbul  edən  ölkələrin  hökumətləri  ilk  növbədə,  öz  hasilat 

sənayelərinin  dayanıqlı  inkişaf  məqsədlərinə  nail  olunması  üçün  zəmin 

yaratmasına  görə  cavabdehdir.  Onlar  ölkənin  neft  və  mineral  resurslarının 

dayanıqlı  inkişafı  təmin  etməsinə  necə  yardım  etdiyini  əvvəlcədən  görməyə 

imkan  verən  elmi  əsaslandırılmış  konsepsiyanı  işləyib  hazırlamalıdır.  Bununla 

bağlı  olan  siyasətin  hazırlanması  və  həyata  keçirilməsi  üçün  bütün  ölkə 

təsərrüfatını  əhatə  edən  inkişaf  strategiyası  müəyyənləşdirilməlidir.  Faydalı 

qazıntıların  hasilatından  gəlirlərin  planlaşdırılması  və  idarə  edilməsi,  onlardan 

istifadə olunması məsələləri üzrə dəqiq strategiya həm bütün dövlət, həm də onun 

milli subyektləri səviyyəsində işlənib hazırlanmalıdır. 

 

Dövlət  orqanları  TMK-nm  hasilat  sənayesində  fəaliyyətindən 



uzunmüddətli  və  dayanıqlı  səmərənin  təmin  olunmasını  əvvəlcədən 

planlaşdınualıdır.  Faydalı  qazıntıların  hasilatından  əldə  edilən  gəlirlərin  özəl 

sektorun potensialını artınnaq məqsədilə istehsal güclərinin genişləndirilməsinə, 

insan  resurslarının  inkişafına  və  tətbiq  olunan  texnologiyaların  səviyyəsinin 

yüksəldilməsinə,  investisiya  qoyuluşlarına,  məskunlaşma  siyasətinin  həyata 

keçirilməsi  üçün  evlərin  və  mənzillərin,  yolların  inşasına,  şəhər  və  kəndlərdə 

infrastrukturun yaradılmasına yönəldilməsinə xüsusilə vacibdir. Bundan savayı, 

direktiv orqanlar həm hasilat sahələri çərçivəsində, həm də yaxın sahələr arasında 

şaquli əlaqələrin inkişafını dəstəkləməlidir. 

 



Siyasətin işlənib hazırlanması və həyata keçirilməsi prosesində 

457 


hökumət  xərclər  və  əldə  edilən  fayda  arasındakı  qarşılıqlı  əlaqələri,  habelə 

mineral məhsullar bazarının konyunkturunun sabit olmadığını nəzərə almalıdır. 

Ölkə öz hasilat sənayesinə TMK-nı dəvət etmək istəyirsə, onun işgüzarlıq mühiti, 

investisiya  qoyuluşu  şərtləri  və  ixtisaslı  kadrlarının  səviyyəsi  rəqibləri  ilə 

müqayisədə kifayət qədər cəlbedici olmalıdır. 

 



Hökumətlərin  birtərəfli  qərarlar  qəbul  etməsinə  ehtiyacını  azaltmaq 

üçün  işgüzar  fəallıq  tsiklinin  müxtəlif  fazalarına  davam  gətirə  biləcək  təməl, 

məsələn,  hasilat  sənayesindən  əldə  edilən  gəlirlərin  büdcəyə  səfərbər 

olunmasının  mütərəqqi  vergitutma  sistemi  yaradılmalıdır.  Hasilat  sahələrində 

fəaliyyət  göstərən  firmaların  işinin  ekoloji  və  sosial  nəticələri  də  nəzərə 

alınmalıdır.  Son  illərdə  bu  sahədə  müəyyən  pozitiv  meyillər  müşahidə 

olunmaqdadır.  Get-gedə  daha  çox  ölkə  hasilat  sənayesində  təbiəti  mühafizə 

məsələlərini tənzimləyən qanunvericilik aktları qəbul edir. 

 

Faydalı  qazıntılar  sektorunda  fəaliyyəti  həyata  keçirərkən,  TMK-nm 



rolu,  ilk  növbədə,  qəbul  edən  ölkənin  qanunlarına  əməl  etməklə,  səmərəli 

istehsalın  təşkilinə  yardım  göstənnəkdən  ibarət  olmalıdır.  Faydalı  qazıntı 

yataqları dövlət idarəçiliyi zəif olan yaxud avtoritar ölkələrdə yerləşdikdə, xarici 

şirkətlər özlərinin oradakı fəaliyyətinin nəticələrini əvvəlcədən nəzərə almalıdır. 

 

Həm milli, həm də transmilli şirkətlərin fəaliyyətinə, habelə xammaldan 



daxil olan gəlirlərdən istifadəyə hərtərəfli parlament və ictimai nəzarətin olması 

zəruridir. 



Yoxlama sualları 

1.

 



TMK-nm hasilat sənayesində faydalı qazıntıların çıxarılmasına və emal 

olunmasına son dərəcə güclü maraq göstərməsinin səbəbi nədir? 

2.

 

Müxtəlif  ölkələrin  TMK-sı  faydalı  qazıntıların  mənimsənilməsi 



sahəsində fəaliyyətini dünyanın hansı regionlarında həyata keçirir? 

3.

 



Mineral xammal bazarının konyunkturu niyə qeyri-sabitdir? Bu məqam 

TMK-nm strategiyalarına necə təsir göstərir? 

4.

 

Dünyanın  hansı  ölkələri  və  onların  xammal  resursları  TMK-nm 



investisiya q03oıluşları üçün obyekt kimi daha böyük maraq kəsb edir? 

5.

 



Hasilat sənayesində (neft, qaz, metal filizləri və s.) xarici TMK-nm payı 

nə qədərdir? Orada hansı TMK-lar fəaliyyət göstərir? 

6.

 

Dünyanın ən böyük 10 dağ-mədən və neft TMK-nı sadalayın. 



458 


7.

 

Dünyanın  ən  böyük  qaz  TMK-nın  adlarını  söyləyin.  Bu  iki  qrupda 



Rusiyanın TMK-sı vanm? 

8.

 



Dağ-mədən  və  neft-qaz  sahələrində  TMK-nın  fəaliyyətinin  maraqları 

nədədir? 

9.

 

Qəbul edən ölkələrin öz təbii resurslarının mənimsənilməsinə TMK-nı 



cəlb etməyə marağı nədir? 

10.


 

Hökumətlər TMK ilə münasibətlərini necə qunnalıdır? 

11.

 

 Rusiyada  fəaliyyət  göstərən  milli  və  xarici  TMK-lar  ölkə 



qanunvericiliyinə  riayət  edirmi?  Onların  fəaliyyəti  ölkə  vətəndaşlarının 

maraqlarına nə dərəcədə cavab verir? 



Referatların mövzuları 

1.

 



Təbii  sərvətlərin  dünya  ölkələrində  yerləşməsi  və  onların 

mənimsənilməsi sahəsində TMK-nın fəaliyyəti 

2.

 

 Rusiyadakı  xarici  TMK-lar  və  ölkənin  təbii  sərvətlərinin 



mənimsənilməsində onların iştirakının nəticələri 

3.

 



Təbii sərvətlərin müxtəlif növlərinin mənimsənilməsində xarici TMK- 

nın fəaliyyətinin təhlili: rəqabətin güclənməsi 



459 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə